Məhkəmə qərarları › İş №2-1(112)-1951/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1951/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1951/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Cavabdeh başçısının 121 saylı 17 may 2019-cu il tarixli sərəncamının ləğv edilməsinə dair 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi iddiası üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra, Bakı qarnizonu mənzil komissiyasının 18 saylı 09 aprel 2019-cu il tarixli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özü də daxil olmaqla) mənzil ayrılmış və göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamları ilə ünvan 1 ünvanında yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən verilmiş mənzillər üzərində daimi istifadə hüququ qeydə alınmışdır. O cümlədən, ona verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən 14 nömrəli evin sahəsi 104.8 kv.m olan 3 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. Göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə onlar həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzillərini əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvlərilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, o, 2022-ci ilin təxminən 2-ci rübündə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə onun arasında bağlanmış daimi icarə müqaviləsinin müvəqqəti icarə müqaviləsinə çevrilməsi və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra ona məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhəri Cavabdeh başçısının 17 may 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının 224 saylı 04 sentyabr 2020-ci il tarixli sərəncamı heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni, cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddiası üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 04 sentyabr 2020-ci il tarixli sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhəri Cavabdeh başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də onlara hər hansı bir məlumat verilməmişdir. Eyni zamanda, o, hərbi qulluqçu olmaqla, vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Bakı şəhəri Cavabdeh başçısının 224 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmənin 18 avqust 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). II. İddianın növü və mümkünlüyü İddianın növü sərəncamın ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. Cavabdeh tərəfindən 1305/d nömrəli, xx.xx.2022-ci il tarixli 4 saylı Vəkil Bürosunun müdirinə ünvanlanmış cavab məktubunda AR "Kommersiya sirri haqqında" Qanununa istinad edilməklə sərəncamların və onlar haqqında məlumatın yalnız məhkəmə sorğusu əsasında verilməli olması göstərilmişdir. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı şəhəri Cavabdeh başçısının 121 saylı 17 may 2019-cu il tarixli sərəncamına əsasən: 1. ünvan 2 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılmışdır; 2. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsinin bağlanılmışdır; 3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında yerləşən mənzilin gələcəkdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) çıxarışa əsasən ünvan 2 İddiaçı istifadəsindədir. Bakı şəhəri Cavabdeh başçısının 224 saylı 04 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən: 1. Bakı şəhəri Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 152, 133, 134, 135, 136, 137, 138, 139, 140 saylı, 17 05 2019-cu il tarixli sərəncamları ləğv olunmuşdur; 2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin arayış-məlumatına əsasən İddiaçı silahlı qüvvələrdə hərbi xidmət dövrü:

1. xx.xx.1982 – xx.xx.1986 - Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin kursantı;

2. xx.xx.1986 – xx.xx.1986 - X1 Qrupu Komandanının sərəncamında;

3. xx.xx.1986 – xx.xx.1989 - 20-ci Ordunun 35-ci motoatıcı diviziyanın 219-cu tank alayının kəşfiyyat taqımının komandiri;

4. xx.xx.1989 – xx.xx.1989 - 20-ci Ordunun 35-ci motoatıcı diviziyanın 62-ci motoatıcı alayının kəşfiyyat rəisinin köməkçisi;

5. xx.xx.1989 – xx.xx.1992 - 20-ci Ordunun 35-ci motoatıcı diviziyanın 219-cu tank alayının motoatıcı bölük komandiri;

6. xx.xx.1992 – xx.xx.1992 - Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin kursantlar taborunun komandiri;

7. xx.xx.1992 – xx.xx.1992 - Azərbaycan Respublikasının Dövlət Sərhəddinin Müdafiəsi Komitəsinin qrupun zabiti;

8. xx.xx.1992 – xx.xx.1992 - Azərbaycan Respublikasının Dövlət Sərhəddinin Müdafiəsi Komitəsinin şöbənin zabiti;

9. xx.xx.1992 – xx.xx.1992 - Azərbaycan Respublikasının Sərhəddinin Müdafiəsi Komitəsinin şöbənin baş zabiti;

10. xx.xx.1992 – xx.xx.1993 - Azərbaycan Respublikasının Dövlət Sərhəddinin Müdafiəsi Komitəsinin katiblik rəisinin müavini;

11. xx.xx.1993 – xx.xx.1993 - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin bölmənin baş zabiti;

12. xx.xx.1993 – xx.xx.1994 - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş idarəsinin tabor komandiri;

13. xx.xx.1994 – xx.xx.1995 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Baş idarəsinin sərhəd dəstəsinin qərargah rəisinin müavini;

14. xx.xx.1995 – xx.xx.1996 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Baş idarəsinin sərhəd dəstəsi rəisinin müavini-şöbə rəisi;

15. xx.xx.1996 – xx.xx.2001 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Baş İdarəsinin sərhəd dəstəsinin rəisi;

16. xx.xx.2001 – xx.xx.2001 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Komandanının sərəncamında;

17. xx.xx.2001 – xx.xx.2002 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Baş İdarəsinin kursları rəisinin müavini-tədris şöbəsinin rəisi;

18. xx.xx.2002 – xx.xx.2002 - Azərbaycan Respublikasının Sərhəd Qoşunları Komandanının sərəncamında;

19. xx.xx.2002 – xx.xx.2003 - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının baş müəllimi;

20. xx.xx.2003 – xx.xx.2003 - Azərbaycan Respublikası Daxili İşlər nazirinin sərəncamında;

21. xx.xx.2003 – xx.xx.2003 - Azərbaycan Respublikasının Daxili Qoşunlar Baş idarəsinin şöbə rəisi;

22. xx.xx.2003 – xx.xx.2003 - Azərbaycan Respublikasının Daxili Qoşunlar Komandanının sərəncamında;

23. xx.xx.2003 – xx.xx.2009 - Azərbaycan Respublikasının Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi;

24. xx.xx.2009 – xx.xx.2009 - Azərbaycan Respublikasının Daxili Qoşunlar Komandanının sərəncamında;

25. xx.xx.2009 – Öz arzusu ilə ehtiyata buraxılmışdır;

26. xx.xx.2013 – xx.xx.2014 - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi;

27. xx.xx.2014 – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Yaşayış sahəsi üzrə hərbi qulluqçunun (mülki işçinin) YS seriyalı 046765 saylı attestata əsasən İddiaçı BABRM hərbi hissə komandirinin N saylı 18 mart 1992-ci il tarixli əmrinə əsasən yaşayış sahəsi almaq üçün 18 mart 1992-ci il tarixdən təminata qoyulmuşdur. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən İddiaçı təqdim olunmuş 4305 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mənzil komissiyasının 01 saylı 23 oktyabr 2018-ci il tarixli protokoluna əsasən mənzilsiz hərbi qulluqçuların (mülki işçilərin) siyahısına baxıldı, yaşayış sahəsinin alınması üçün təqdim olunan sənədlər öyrənildi, komissiyaya dəvət olunan ərizəçi dinlənildi, fikir mübadiləsi aparılaraq komissiya general-mayor İddiaçı, ailə tərkibi - 6 (altı) nəfər, mənzilin verilməsi qərara alındı. General-mayor İddiaçı ailəsi ilə halhazırda ünvan 3 ünvanında yaşayır. Ailə tərkibi özü, həyat yoldaşı, iki qızı və iki oğlundan ibarətdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən İddiaçı təqdim olunmuş 1604 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən o, həqiqətən xx.xx.1982-xx.xx.1986-cı il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində kursant qismində, xx.xx.1986-xx.xx.1992ci il tarixlərdə SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsində, xx.xx.1993xx.xx.2002-ci il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında, 30 08.2002- 20 04 2003-cü il tarixlərdə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında, 20 04 2003xx.xx.2009-cu il tarixlərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, xx.xx.2013-cü il tarixdən bu günə qədər Azərbaycan Ordusunda zabit qismində xidmət edir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu 63 saylı Mənzil Kommunal İstismart Sahəsi tərəfindən təqdim olunmuş 576 saylı 24 oktyabr 2018-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 2, mənzil 46-da qeydiyyatdadır.

IV. Məhkəmənin mövqeyi

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:

29. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Məhkəmə müəyyən edir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. “İnzibati icraat haqqında” Qanundan: 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 121 nömrəli Sərəncamı qanunsuz inzibati akt olduğundan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, həmin sərəncamın ləğvi nəticəsində onun mənzil hüququ pozulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar