Məhkəmə qərarları › İş №2-1(112)-1951/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1951/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1951/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və plan ölçü sənədinin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” Y/M İ kvartal, sahə 141 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" 07 may 1991 -ci il tarixli, 123 saylı və 2 sentyabr 1991 -ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbə XDS İK-nin 16 iyun 1992-ci il tarixli, 44 saylı Qərarından Çıxarışa əsasən Maştağa qəsəbəsi, “Savalan” Y/M, İ kvartal, sahə 141 ünvanında yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına 1200 kv.m ərazisi olan torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt hal-hazırda qüvvədədir. Maştağa qəsəbə XDS İK-nin 16 iyun 1992-ci il tarixli, 44 saylı Qərarından Çıxarışın arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmiş və Sabunçu rayon İH Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Maştağa qəsəbəsi, “Savalan” Y/M, İ kvartal, sahə 141 ünvanında yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 m2 olan torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə dair aparılmış qeydiyyat Qəsəbə Nümayəndəliyində tapılmamış və bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. Lakin, Sabunçu RİH-nin 24 may 2024-cü il tarixli, 5- 18/2-H-156-091/2024 saylı məktubu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” Y/M, İ kvartal, sahə 141 ünvanında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış 1200 m2 ərazisi olan torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı torpaq sahəsini Dövlət Reyestrində Qeydiyyata alınmaqla ÇİXARİŞİN verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-H-0568-8/2024 № li məktubu ilə Hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına imtina verilmişdir. İmtinaya səbəb kimi yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməməsi qeyd olunmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndiliyi aparatının 16 iyun 1992-ci il tarixli, 44 saylı qərarının çıxarışından görünür ki, iddiaçıya torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il taixli 123 saylı və 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarlarına əsasən ayrılmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı qərarı ilə məhz Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərdə tutulmuşdur. Bundan əlavə “Daşınmaz Əmlakın Dövlət Reystri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 439 № li, 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq, edən sənədlərin siyahısf’nda nəzərdə tutulmuş bu kimi sənədlər hüquqmüəyyənedici sənəd hesab edilir. Həmçinin qeyd etmək istəyir ki, Sabunçu rayon İH Başçısının Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin Qərarından 16 iyun 1992ci il tarixli, 44 saylı Çıxarışa əsasən Maştağa qəsəbəsi, “Savalan” Y/M, İ kvartal, sahə 141 ünvanında yerləşən ərazidə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış 1200 m2 torpaq sahəsinin YERLƏŞMƏ SXEMİ Sabunçu RİH tərəfindən təsdiq edilmişdir. Cavabdehin Sabunçu rayon İH Başçısının Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin Qərarından 16 iyun 1992-ci il tarixli, 44 saylı qərarından Çıxarışına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” Y/M, İ kvartal, sahə 141 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmişdir. İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 141 saylı sahədə yerləşən sahəsi 1200 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və ona müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən xx.xx.1992-ci il tarixli 44 nömrəli Maştağa qəsəbəsi X4 icariyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001 -ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısfnm təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022ci il tarixli, 1655 nömrəli fərmanının 3.1 -ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan y/m 1-ci kvartal, sahə 141 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpağın ayrılmasına dair qərar Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən verilsə də, müşaiət məktubu və yerləşmə cizgisində Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarına istinad edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Savalan yaşayış massivinə ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nüyaməndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Sonrakı iclaslar barədə məlumatlandırılsa da, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar Maştağa qəsəbəsi X4 icraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarından çıxarışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq İddiaçı Maştağa qəsəbəsi, 1-ci kvartal 141 ünvanında 0,12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 44 №-li 16 iyun 1992-ci il tarixli Qərarından çıxarışa əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, 1-ci kvartal, 141 saylı sahədə ayrılmış 1200.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur (cizgi sxemi Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(103)-117/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib edilmişdir). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına sahə “yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmçinin sahə Savalan yaşayış massivinə ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir. Sözügedən sahəyə Sabunçu rayon icra Hakimiyyətinin müraciəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Ağstafa və Göyçay rayon XDS İcraiyyə komitələrinin qərarını və təsərrüfatların razılıqlarını nəzərə alaraq həmin rayonların ərazilərindən Bakı şəhəri Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416 hektar torpaq sahəsi ayrılmışdır. Fərdi və çoxmərtəbəli yaşayış evləri, sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün torpaq sahəsi ayrılan fərdi xalq deputatları sovetlərinin Siyahısı: ... Bakı şəhər XDS icraiyyə komitəsinə Maştağa qəsəbəsində fərdi yaşayış, sosial və mədəni-məişət obyektlərinin tikintisi altına – 381,0 ha torpaq sahəsi. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Həmidov X1 qəsəbəsi, 1-ci kvartal 141 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.7. Yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə iş materiallarını araşdıraraq ilkin olaraq müəyyən edir ki, Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq İddiaçı Maştağa qəsəbəsi, 1-ci kvartal 141 ünvanında 0,12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, 1-ci kvartal, 141 saylı sahədə ayrılmış 1200.0 kv.m torpaq sahəsinə dair Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi tərtib edilmiş və təsdiq olunmuşdur. Odur ki, İddiaçı münasibətdə torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır. Məhkəmə hesab edir ki, Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş “İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi, 1-ci kvartal, 141 saylı sahədə ayrılmış 1200.0 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisi” ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, təqdim edilən xx.xx.1992-ci il tarixli 44 nömrəli Maştağa qəsəbəsi X4 icariyyə Komitəsinin qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Məhkəmə xüsusi nəzərə alır ki, Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarında vətəndaşa torpaq sahəsinin ayrılmasının hüquqi əsası kimi məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli Qərarına istinad olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Ağstafa və Göyçay rayon XDS İcraiyyə komitələrinin qərarını və təsərrüfatların razılıqlarını nəzərə alaraq həmin rayonların ərazilərindən Bakı şəhəri Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416 hektar torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçıya münasibətdə torpaq sahəsinin ayrılması barədə qərar Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsi tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli Qərarına əsaslanır. Müvafiq hal Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarını Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.7-ci bəndindəki hüquqmüəyyənedici sənəd kimi qəbul etməyə əsas verir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə qərarı və ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmişdir. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, torpağın ayrılmasına dair qərar Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən verilsə də, müşaiət məktubu və yerləşmə cizgisində Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin qərarına istinad edilmişdir. Məhkəmə nəzərə alır ki, Maştağa qəsəbəsi X4 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 44 nömrəli Qərarı əsasında İddiaçı ayrılmış torpaq sahəsi dair yerləşmə cizgisi Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı (Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(103)-117/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı) əsasında tərtib edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və müvafiq sorğu ilə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli qərarından çıxarış, həmin nümayəndəlik tərəfindən təsdiq edilmiş Maştağa qəsəbəsinin Baş planından çıxarış və torpaq sahəsinin yerləşmə sxemi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m, 1-ci kvartal, 70 saylı sahədə yerləşən 0,057 ha torpaq sahəsi X2 mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xx.xx.1999cu il tarixli qərarından çıxarış, həmin nümayəndəlik tərəfindən təsdiq edilmiş Maştağa qəsəbəsinin Baş planından çıxarış və torpaq sahəsinin yerləşmə sxemi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 308 saylı sahədə yerləşən 1200 ha torpaq sahəsi X3 mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə nəzərə alır ki, inzibati orqan analoji sənədlər əsasında digər fiziki şəxslərə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. Odur ki, eyni faktiki və hüquqi hallara (hüquqmüəyyənedici sənədlərə) istinad edən iddiaçıya münasibətdə fərqli rəftar ağlabatan hesab edilə bilməz və bərabərlik prinspinin pozulması ilə nəticələnə bilər. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, Maştağa qəsəbəsi, İ kvartal, 141 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, İ kvartal, 141 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar