Məhkəmə qərarları › İş №2-1(112)-1952/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1952/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1952/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçının vəkili Vəkil iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “Bakı şəhər Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının iddiaçıya münasibətdə ləğv edilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının iddiaçıya münasibətdə ləğv edilməsi ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. I İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir.Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (iddiaçı da daxil olmaqla) mənzil ayrılmış və yuxanda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır.Odur ki, Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, Sərəncamları ilə ünvan 1 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hərbi qulluqçuların hər birinə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən mənzillər üzərində daimi istifadə hüququ qeydə alınmışdır.O cümlədən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 nömrəli evin, sahəsi 146.2 kv.m olan 13 nömrəli mənzili üzərində mənim daimi istifadə hüququm qeydə alınmışdır. Göstərilən binada mənzil kimi verilmiş sahələr kazarma tipində olduğunua və yaşayış üçün tam yararsız olduğuna görə biz, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfinddən AR MN-nin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə iddiaçıya heç bir tutarlı cavab verilmədiyinə görə iddiaçı həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra məlum olmuşdur ki, mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddia üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçıya və qeyrilərə verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidir.Bildiririk ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli Sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir.Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhər Cavabdeh Başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir.Göründüyü kimi Bakı şəhər Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də bizə hər hansı bir məlumat verilməmişdir.Eyni zamanda iddiaçı hərbi qulluqçu olmaqla, Vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Möhtərəm Prezident cənab Ali Baş Komandan hər çıxışında bu koteqoriyada olan şəxslərə xüsusi yanaşılmasını, onların mənzil və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini tapşırır. Lakin istər Müdafiə Nazirliyi istərsə də Bakı şəhər Cavabdeh bu çağırışlara biganə yanaşaraq, məhəl qoymayaraq, əksinə qanunla verilmiş mənzillərindən iddiaçını məhrum etmək istəyir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazında cavabdeh bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır.Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşlar tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 , 2 , 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli cu il tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127,128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1 , 2 , 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, Bakı şəhəri,Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2,3, 4, 5, 6, 7,8, 9,10, 11,12, 13, 14, 15, 16,17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri,Yasamal rayonu,Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10, 11,12, 13, 14, 15, 16,17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Bundan əlavə balansaxlayıcı orqan Müdafiə Nazirliyi olduğundan və onların müraciətlərinə əsasən yuxarıda qeyd olunan sərəncamlar ləğv edilmiş və həmin mənzillər xüsusi təyinatlı yaşayış fondunun mənzillər kateqoriyasına aid edilmişdir. Cavabdeh göstərilənlərə ədsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1.- ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının mövcudluğu (bu işdə 3-cü şəxs qismində cəlb edilmiş )iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilməsinə” dair iddia ərizəsi üzrə işdə üçüncü şəxs qismində iştirak etmək üçün cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9228/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı aldığdan sonra bilmişdir. Belə olan halda iddiaçı məhkəməyə 10 avqust 2022-ci il tarixdə hazırkı iddia ərizəsini verməklə iddia müddətini buraxmamış, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmənin 03 noyabr 2022-ci il tarixli sərəncamı əsasında, cavabdeh orqan məhkəməyə Cavabdeh Başçısının 135 nömrəli,xx.xx.2019-cu il tarixli və 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamları və onların verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 135 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, Bakı şəhər Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil13 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılması, ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimə icarə müqaviləsi bağlanılması, Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 1 saylı ünvan 5 ünvanında gələcəkdə vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ ünvan 6 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu ıl tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzılsız. kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 04 2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 7 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 04.2019-cu ıl tarixli, 161 saylı əmnrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 21.04. 2019-cu ıl tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi itə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən İddiaçı adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı küçəsi, ev 14,13 saylı (ü/s 146 kv.m) mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir, o cümlədən, Cavabdeh 135 nömrəli 2019-cu il tarixli sərəncamı, (Forma 2) arayış, 20 may 2019-cu il tarixli icarə müqaviləsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 13 Yeni qaydalarla : AZ 1073, ünvan 1 A, M2 , m1 mənzili İddiaçı daimi istifadə hüququ ilə xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə (yüklü edilən əmlakın reyestr nömrəsi **********35-05101-091002) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu, MİH-si 1 nömrəli Mənzil İstismar sahəsinin 25 nömrəli, xx.xx.2019-cu il tarixli (Forma 2) arayışına əsasən, Həmidov X1 Dağlı küçəsindəki 3 mərtəbəli evin 3 otaqlı 80,69 kv.m sahəsi olan 2 mərtəbədə yerləşən 14 saylı binanın 13-cü mənzildə yaşayır. Mənzil MN Mİİ məxsusdur, ailəsi 1 nəfərdən ibarətdir. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilməsi, sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Sözügedən sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi xahiş olunmuşdur. İddiaçı cavabdehin 224 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamını əsassız və qanunsuz olduğundan ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0. maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir(2.0.2)... inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir( 2.0.6) qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam (2.0.8.); aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt (2.0.9).; əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt(2.0.10.); əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt(2.0.11). “İnzibati icraat haqqında" AR Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Lakin, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçıya qanuni əsaslarla daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə do dinlənilmə hüququnu təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq barədə əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanları tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı(xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüqquqları Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin hal-hazırkı statusu – dövlət mənzil fonduna aid olan yaşayış sahəsi. Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158-ci maddəsində göstərilmişdir: “158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ;158.1.3. servitutlar.158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” Bundan başqa qanunvericiliyə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.2.-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 153 nömrəli, 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.2-ci bəndinə əsasən 2.2. həmin Məcəllənin 21.5ci, 24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda, 49.2-ci, 49.5-ci, 51.7-ci, 62.2ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2-ci, 138.3-cü, 141.5-ci, 141-1.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.6.-ci maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə hesab edir ki, iddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2019-cu il tarixli, 135 nömrəli sərəncamının ləğvi üçün yuxarıda göstərilmiş halların heç biri mövcud olmamışdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,” Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişli qanuni inzibati akt olan xx.xx.2019-cu il tarixli, 135 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbində iddiaçı haqlıdır. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2019-cu il tarixli, 135 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamının İddiaçı aid hissədə ləğv edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar