Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1954/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı X4 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinə qarşı “xx.xx.2007-ci il tarixdən şəhid olmuş oğluna görə ödənilməmiş Prezident təqaüdünün verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: X3 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (hazırki Suraxanı Xidmət Nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona, şəhid olmuş Əliyev Rövşən Arif oğluna görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi xx.xx.2007-ci ildən xx.xx.2018-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi vəzifəsinin cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu Əliyev Rövşən Arif oğlu xx.xx.1992-ci il tarixində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103) 6129/2018 saylı Qərarında qeyd edilir: 1974-cü il təvəllüdlü Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilsin. Məhkəmə Qərarına əsasən iddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərək adı şəhid ailələrinin siyahısına əlavə edilmişdir.Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununu və «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında AR Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103) 6129/2018 saylı Qərarıverilən günədək birdəfəlik verilməsi daha ədalətli olar.Lakin iddiaçıya şəhid ailəsi statusuna müvafiq olaraq prezident təqaüdü oğlunun Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyənedildiyi xx xxx 2018-ci il tarixindən deyil, xx.xx.2019-cu il il tarixindən verilməyə başlamışdır Məhkəmə qərarından sonrakı fərq iddiaçıya ödənilmişdir. Amma əvvəlki fərq iddiaçıya ödənilməmişdir. Həmin fərqi almaq üçün iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi. Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət etmiş, lakin, iddiaçının xx.xx.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ünvanladığı məktubuna bu günədək cavab verilməmişdir. İddiaçı və onun ailə üzvləri inzibati orqanın müvafiq vəzifəli şəxslərinin qəbullarında dəfələrlə olmuşlar, lakin cavab ala bilməmişdirlər.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranır. Vətəndaş şəhid ailələri üçün müəyyən olunmuş Prezident Təqaüdünün ona “Şəhid ailəsiüçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanın qüvvəyə mindiyi 2007-ci il tarixdən ödənilməli olduğunu iddia edir. Lakin iş materiallarına əsasən vətəndaşın da təsdiq etdiyi kimi onun şəhid ailəsi statusu Bakı ApellyasiyaMəhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103)-6129/2018-ci il saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Burdan da aydın görünür ki, həmin əlavəyə hüququn yaranması şəhidin ailə üzvü statusuna sahib olmağı anıyla şərtləndirilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1 -ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələri yerinə yetirərkən həlak olması faktı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiqlənmişdir və xx.xx.2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən şəhid statusu ilə bağlı arayış verilmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış və həmin andan şəhid ailə üzvü kimi şəxsə təqaüd ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən X3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinin nümayəndəsi L.Məmmədova inzibati orqanın etirazına uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan sənədlər: : - AZ-İ № 941794 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Rövşən Arif oğlu xx.xx.1993-cü il tarixdə xidməti vəzifələrini icra edərkən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 06 ayının 07 günündə 564 № ilə qeyd edilmişdir. - Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən X2 xx xxxxxx 2019-cu il tarixdə 026966 saylı vəsiqə verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx xxx 2018-ci il tarixli məktubuna əsasən, Əliyev Rövşən Arif oğlu N №-li hissə komandirinin xx xxxxxx 1993-cü il tarixli 03 №-li əmrilə iş üçün Bakı şəhərinə 3 gün müddətinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxxx 1993-cu il tarixli 259 №-li əmrilə xidmətini davam etdirmək üçün sıravi Əliyev Rövşən Arif oğlu 741№-li hissəyə göndərilərək bütün növ təminatlarından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli dövrü əhatə edən nizami hissə üzrə əmrlərində Əliyev Rövşən Arif oğlunun xidməti və həlak olması ilə bağlı əmrlərdə məlumat olmamışdır. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6129/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-574/2018 saylı qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsi, 1974-cü il təvəllüdlü Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 421 saylı arayışa əsasən, 1974-cü il təvəllüdlü Əliyev Rövşən Arif oğlu hərbi hissənin tərkibində hərbi xidmət keçərkən (döyüş tapşırığını və ya döyüş təminatı yerinə yetirərkən həlak olmuş) şəhid olmuşdur. - X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının ərzi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuş oğlu Əliyev Rövşən Arif oğluna görə iddiaçıya şəhid anası kimi verilən Prezident təqaüdünün indiyənədək almadığı hissəsinin birdəfəlik olaraq ödənilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasına yönələN cavab verilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona, Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi xx.xx.2007-ci ildən xx.xx.2018-ci il tarixədək ödənilməmiş prezident təqaüdünün ödənilməsini tələb edir. Məhkəmə ilkin olaraq şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydalarını araşdırmalıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. X3 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı haqlı olaraq xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti: Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: - ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşəixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanı ilə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (üç yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları’’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 18 nömrəli Qərarının 7-ci və 8-ci bəndlərinə əsasən, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü - müraciət müddətindən asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin olunur. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid olunduğunu əhatə edir. Şəhid olan şəxsin ailə üzvlü hesab olunan şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə prezident təqaüdü təyin olunur. Prezident təqaüdü təyin olunan zaman isə, şəhid ailəsinin müvafiq inzibati orqana müraciət müddəti deyil, məhz həmin təqaüdü almaq hüququ yarandığı vaxt nəzərə alınır. İşin hallarında da göründüyü kimi, X1 oğlu Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı xx xxx 2018-ci il tarixdə qəbul edilmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6129/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, məhkəmə tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə icra vərəqəsi göndərilmiş və Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən Əliyev Rövşən Arif oğlunun xx.xx.1993-cü ildə Dağlıq Qarabağda xidməti vəzifələrinin icra edərkən ölməsinə dair ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş Əliyev Rövşən Arif oğlunun hərbi xidmət keçərkən şəhid olmasına dair xx xxxxxxx 2018-ci il tarixli, 421 saylı arayış verilmiş, daha sonra xx.xx.2019-cu il tarixli 026966 nömrəli vəsiqə təqdim edilmişdir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən Prezident təqaüdü təsis edilmiş və xx.xx.2018-ci il tarixindən yaranmış fərq məbləği ödənilmişdir. Halbuki, cavabdeh şəhid anası olan X5 prezident təqaüdü təyin edərkən, məhz onun oğlu olan Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən olunan tarixi, yəni xx xxx 2018-ci il tarixi nəzərə almışdır. Halbuki, qüvvədə olan “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları’’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 18 nömrəli Qərarının 8-ci bəndində, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün müraciət müddətindən asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin olunması göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati icraatı düzgün aparmamış və nəzərdə tutulmuş prezident təqaüdünün xx.xx.2018-ci il tarixdən təyin etməklə haqlı olmamışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2017-ci il tarixli məktubundan aydın olmuşdur ki, analoji məsələ ilə bağlı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini icra edərkən ölmüş hesab edilən İ.Əzimovun ailə üzvlərinə prezident təqaüdü ölümü faktı müəyyən olunan tarixdən deyil, məhz Qanun qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2007-ci il tarixdən ödənilməsi nəzərə alınmışdır. İnzibati icraat haqqında Qanunun 13-cü maddəsinə əsassən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1).İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3). Beləliklə, Məhkəmə tərəfindən araşdırılmış hallardan aydın olur ki, iddiaçının oğlu 1993-cü ildə Dağlıq Qarabağda hərbi hissənin tərkibində hərbi xidmət keçərkən, xidməti vəzifələrinin icrası zamanı şəhid olduğundan, iddiaçıya ödənilməli olan prezident təqaüdü məhz “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları’’qüvvəyə mindiyi tarixdən, yəni xx xxxxxx 2007-ci il tarixdən təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X2 şəhid olmuş Əliyev Rövşən Arif oğluna görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2007-ci ildən xx.xx.2018-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddia tələbi təmin edilsin. X2 şəhid olmuş Əliyev Rövşən Arif oğluna görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2007-ci ildən xx.xx.2018-ci il tarixinədək ödənilməyən hissəsinin birdəfəlik olaraq ödənilməsi vəzifəsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Xidmət Nümayəndəliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1954/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1954/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver