Məhkəmə qərarları › İş №2-1(112)-1956/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1956/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1956/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın imtinasının qeyriqanuni hesab edilərək ləğv edilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il, yəni xx.xx.N979-cu ildən xx.xx.N98N-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, həmçinin xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Belə ki, xx.xx.N994-ciı ildə Azərbaycan Respublkasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində yaralanmış və Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 2N.07.'N995-ci ildə ordudan tərxis edilmişdir. Əsas № ******* saylı Müdafiə Nazirliyi tərəfindən verilmiş Hərbi Bilet, N287 №i xx.xx.N994-cü il tarixli Mərkəzi Hərbi Həkim Komisiyyası tərəfindən verilmiş Hərbi Həkim Komissiyasının Arayışı, xx.xx.N994-cü il tarixli 2700 №-li Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiinn Daxili Qoşunların Hərbi Hospitalının Arayışı və SHXÇDX-in Nərimanov rayon İdarəsinin xx.xx.20N9-ci il tarixli 886 saylı Arayışı. İddiaçının xx.xx.N994-ci ildlə yaralanmağı və DİN-in DQ-ın Hospitalında daha sonra MN-in Hospitalında müalicə olunmağı, yuxarıda qeyd edilən Hərbi Hissədə iştirak etməyi faktı Hərbi Biletin müvafiq səhifələrində, eləcə də Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı və Daxili İşlər Nazirliyinin DQ-nın Hospitalının arayışı rəsmi olaraq sübuta yetirilir. Həmçinin yuxarıda göstərilən məlumatlar iddiaçıya məxsus Müdafiə Nazirliyi tərəfindən Hərbi Biletin 6,7 və 9-cu, səhifələrində qeyd edilməklə, ümunilikdə N saylı Hərbi Hissədə xidmət etməsi, həmçinin N saylı Hərbi Hissədən tərxis olunmağı yuxarıda qeyd edilən arayışlarda da rəsmi olaraq qeyd edilmişdir. Beləki Qarabağın azadlığı uğrunda gedən hərbi döyüş əməliyyatlarında iştirak etsə də, indiyədək ona Müharibə Veteranı adı və vəsiqəsi verilməmişdir. Lakin, Qarabağın azadlığı uğrunda gedən hərbi döyüş əməliyyatlarında iştirak etməsi və yaralanmağı faktı rəsmi olaraq, yuxarıda adı çəkilən sənədlərdə, eləcə də Hərbi Hissəyə daxil olmağı və Hərbi xidmətdən tərxis olunmağı iddiaçıya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbi Hissənin möhürü və Qərərgah Rəisinin imzası ilə rəsmi olaraq sübuta yetirilir. Bununla bağlı Komisiyaya yuxarıda qeyd edilən rəsmi sənədlərlə birgə müraciət etmişdir. Komisiya iddiaçının müraciətilə bağlı imtina cavabı göndərmişdir. (Məktub xx.xx.20N9-cu il tarixində poçt vasitəsilə təqdim edilmişdir) İmtina məktubunda qeyd edilir ki, müraciətinizə və əlavə olunmuş sənədlərə Komisiyanın iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılır. Komisiya müsbət qərar qəbul edilməməsinin səbəbini MN X2 xidmətim və yaralanmağı baradə məlumat aşkar olunmadığı üçün ona Müharibə Veteranı adı və Vəsiqəsinin verilməsini məqsədəuyğun hesab etməmişdir. Belə ki, X3 görünür ki, ehtiyyatdan çağrılmış N960-cı il təvəlıidlü İddiaçı N saylı H/h-in komandirinin xx.xx.N993-ci il tarixli 8 nömrəli əmrilə xx.xx.N993-cü il tarixindən N-ci Motoatıcı taborunun şəxsi heyyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Sonda Arxiv arayışında qeyd edilir ki, təkrar araşdırmalar zamanı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-fevral N994-cü il tarixli nizami hissə üzrə əmirlərində İddiaçı xidməti və yaralanması baradə məlumat aşkar edilməmişdir. Əvvəla Hərbi Hissənin sənədlərinin Arxivə daxil olmaması (təhvil verilməməsi, korlanması, itilməsi və s..) səhlənkarlığı üzündən, Arxivin Arayışında xidmətim baradə məlumatın aşka olunmaması (tapılmaması, yanması...) nun günahı deyil. Əksinə həmin sənədlərdə qeydlər aparan, eləcə də sənədlərin təhvili işini yerinə yetirən, şəxsin (şəxslərin) müvafiq icra hakimiyyəti orqanın işə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Belə olan halda sual olunur məhz Müdafiə Nazirliyi tərəfindən verilmiş Hərbi Biletdəki xidmətinin əvvəlini həmçinin sonunu göstərən qeydlərdəki Hərbi Hissənin rəsmi möhürü necə vurulub. Həmçinin yeganə sənəd vəya sübut olaraq X4 istinad edərək, xidməti və yaralanmağı baradə məlumatın aşkar olunmaması səbəbindən imtina etməsi, mövcud qanunvericiliyin tələblərinə tam ziddir və heç bir hüquqi əsası yoxdur. Belə ki, N3 № ******* saylı Müdafiə Nazirliyi tərəfindən ona verilmiş Hərbi Bilet, N287 NA-li xx.xx.N994-cü il tarixli Mərkəzi Hərbi Həkim Komisiyyası tərəfindən verilmiş Hərbi Həkim Komissiyasının Arayışı, xx.xx.N994-cü il tarixli 2700 Ny-N i Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Daxili XN və SHXÇDX-in Nərimanov rayon İdarəsinin xx.xx.20N9-ci il tarixli 886 saylı Arayışı və digər müvafiq rəsmi sənədlər və sübutları nəzərə almadan imtina haqqında qərar qəbul etməsi, qüvvədə olan qanunvericiliyin tələbləri ilə tam ziddiyyət təşkil edir. İddiaçı həmin imtinanı qeyri-qanuni hesab edir və hesab edir ki, cavabdehin imtinası əsasızdır və onun hüquqlarının pozulmasına gətirib çıxardığından qanuna ziddir. Qeyd olunanlara əsasən iddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyanın imtinası qeyri-qanuni hesab edilərək ləğv edilməsi və Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edərək bildirirlər ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərindəkeçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı barəsində təqdim edilmiş sənədlərdə və Mərkəzi Arxivin arayışında hərbi xidməti və yaralanması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.20N9-cu il tarixli, N/İ-N4637 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-45N6 nömrəli və Mərkəzi Hərbi Poliklinikanın 08.0.N994-cü il tarixli N287 saylı arayışına əsasən xx.xx.N994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumat sorğu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən tələb edilmiş, lakin sorğuya cavab verilməmişdir. Hazırki mübahisə üzrə cavabdeh X4 əsasən iddiaçının xx.xx.N994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş, -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin ***-**** saylı N2 aprel 20N9-cu il tarixli Arayışından görünür ki, N960-cı il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №-li əmrilə (əsas: §2, səh.-20, sıra-32) xx.xx.N993-cü il tarixdən N-ci Motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Təkrar araşdırmalar zamanı, N №-li hərbi hissə komandirinin xx.xx.N993-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Resublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanlanan HP- 0N/450 saylı 2N oktyabr 20N8-ci il tarixli məktubunda qeyd edilmişdir ki, barəsində Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında mövcud olan arxiv məlumatlarında cinayət işi istintaq edilməsinə və ya təqsirləndirici material olmasına dair məlumat müəyyən edilməmişdir. Məlumat üçün bildirirlər ki, Qarabağ hərbi prokurorluğunda «hərbi hissəni özbaşına tərk edən şəxsi heyətin siyahıları» mövcud deyildir. Qazax hərbi prokurorluğu üzrə isə xx.xx.20N0-cu il tarixədək olan dövrdə ölümlə bağlı materiallar istisna olmaqla digər məzmunlu, o cümlədən hərbi hissəni özbaşına tərk etmə və ya fərariliklə bağlı olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyatı kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən, məhv etmə aktında həmin materiallar nəzarət icraatlarının sayı ilə göstərildiyindən aşağıda qeyd olunan şəxslər barəsində araşdırma materialının olub-olmaması barədə həmin ərazi hərbi prokurorluğu üzrə məlumatın verilməsi (qeyd olunan illər üzrə) mümkün olmamışdır. Həmin səbəbdən də daha ətraflı məlumatın əldə olunması üçün Müdafiə Nazirliyinin arxiv idarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 886 saylı N2 iyun 20N9-cu il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N979-cu ildən xx.xx.N98N-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N993cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası silahlı Qüvvələrində, N saylı hərbi hissədə hərbi xidmət etmişdir. xx.xx.N994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xx.xx.N995-ci il tarixdə tərxis olunub. xx.xx.N997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsində hərbi mükəlləfyətlilərin qeydiyatındadır. Məhkəmə tərəfindən bununla bağlı araşdırıma aparılmış, İddiaçı xidmət etdiyi N saylı hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın, N saylı hərbi hissə komandirinin iddiaçı barəsində N0 dekabr N993-cü il tarixili N saylı əmrinin və hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin təsdiq edilmiş surəti soğru əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 450 saylı məktubdan görünür ki, N960-cı il təvəllüdlü İddiaçı xx.xx.N979-cu il tarixdən xx.xx.N98N-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N6N saylı hərbi hissədə hərbi xidmət etmişdir. Azərbaycan Respublikası MN-nin birinci müavini Baş Qərargah rəisinin 08 nömrəli xx.xx.N995-ci il tarixli əmrinə əsasən xx.xx.N995-ci il tarixdə ehtiyata buraxılıb.(Əsas: qeydiyyat kartası). xx.xx.N997-ci ildən SHXÇDX-nin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olmuş, xx.xx.20N0-cu ildə yaşa görə hərbi qeydiyyatdan çıxarılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, NN/2599 say lı məktubla İddiaçı barəsində N8N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli və xx.xx.N994cü il tarixli xidmət keçməsi haqqında sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 886 saylı N2 iyun 20N7-ci il tarixli arayışından görünür ki, N960-cı il təvəllüdlü Azər Babaş oğlu xx.xx.N979-cu ildən xx.xx.N98N-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N993-cü ildən xx.xx.N995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə hərbi xidmət etmişdir. xx.xx.N994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xx.xx.N995-ci ildə tərxis olub. xx.xx.N997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsində hərbi mükəlləfiyyətlərin qeydiyyatındadır. N №-li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №-li əmrilə (əsas: §2, səh.-20, sıra-32) xx.xx.N993-cü il tarixdən N-ci Motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Təkrar araşdırmalar zamanı, N №-li hərbi hissə komandirinin xx.xx.N993-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. -Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş Arxiv çıxarışından görünür ki, İddiaçı 2N0 №li xx.xx.N99N-ci il tarixli «Silahlı Qüvvələr haqqında» Azərbaycan Respublikası Qanununa əsasən N nömrəli hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №-li əmrilə N7 noyabr N993-cü il tarixdən N-ci Motoatıcı taborunun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. - Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumatın verilməsi sorğu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən tələb edilmiş, sorğuya müvafiq cavab verilməmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş arxiv çıxarışından görünür ki, İddiaçı (Əmrdə atasının adı Babək yazılmışdır) N8N №li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, 205 №li Əmrinə əsasən hospitaldan qayıtmaması səbəbilə ilə ştatdan xaric edilmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının 08 fevral N994cü il tarixli Arayışından görünür ki, İddiaçı orta dərəcəli kəllə-beyin silkələnməsi travması almışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mərkəzi Hərbi Həkim Komissiyasının 08 fevral N994-cü il tarixli Arayışından görünür ki, İddiaçı orta dərəcəli kəllə-beyin silkələnməsi travması almışdır. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə iddiaçının iddiasının əsaslarından biri olan xx.xx.N994-ci ildlə yaralanmağı və bu barədə Daxili İşlər Nazirliyinin DQ-nın Hospitalının arayışına istinad etməklə onun döyüşlərdə iştirakının sübut edilməsinə dair arqumentinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlər əsasında İddiaçı N8N №li hərbi hissə komandirinin N0 dekabr N993-cü il tarixli 8 №li Əmrilə xx.xx.N993-cü il tarixdən N-ci motoatıcı taborunun şəxsi heyətinə və bütün təminatlara daxil edilməsi, Azərbaycan Respublikası MN-nin müvafiq əmrinə əsasən xx.xx.N995-ci il tarixdə tərxis olunduğu barədə məlumat olsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş arxiv çıxarışında İddiaçı N8N №li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, 205 №li Əmrinə əsasən hospitaldan qayıtmaması səbəbilə ilə ştatdan xaric edildiyi, Mərkəzi Hərbi Həkim Komissiyasının 08 fevral N994-cü il tarixli Arayışının son bəndində İddiaçı 08 fevral N994cü ildən 22 fevral N994-cü ilədək aldığı zədə ilə əlaqədar hərbi xidmətdən N5 sutka kənarlaşdırılmasına ehtiyac olduğu qeyd edilərək, verilən həmin məzuniyyətin sonunda hərbi hissəyə qayıtması göstərişinin verildiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumatın verilməsi sorğu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən tələb edilmiş, sorğuya müvafiq cavab verilmədiyindən qeyd olunan məsələ üzrə araşdırma aparılması mümkün olmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tarixdən sonrakı hərbi xidməti barədə, habelə və bu xidmətin necə başa vurması haqqında işdə hər hansı rəsmi məlumat mövcud olmadığımdan onun iddia tələbi əsaslı və qanuni hesab edilə və bu əsasla təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar