Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1957/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərəkm X2 iştirak etmiş atası X1 üçün nəzərdə tutulan imtiyazların, birdəfəlik ödəmələrin və əmək pensiyasına əlavənin hesablanaraq ödənilməsinin cavabdeh Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1957/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “X2 iştirak etmiş atası X1 üçün nəzərdə tutulan imtiyazların, birdəfəlik ödəmələrin və əmək pensiyasına əlavənin hesablanaraq ödənilməsi və sığorta stajına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməsi” barədə dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 360.39 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 413.37 manata çatdırılmışdır. İddiaçının xx.xx.1954-cü il tarixdən xx.xx.1957-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1951-ci il tarixdən xx.xx.1954-cü il traixədək, xx.xx.1958-ci il tarixdən xx.xx.1958-ci il tarixədək, xx.xx.1958-ci il tarixdən xx.xx.1970-ci il tarixədək, xx.xx.1970-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 46 il 05 ay 24 gün sığorta stajı və xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 556,42 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiyanın məbləğində (413.37 manat) dəyişiklik olmamışdır. “əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Przeidentinin xx.xx.2022-ci il tarixli sərəncamının 1.2-ci bındinə əsasən 2022-ci il üzrə 200 manat məbləğində illik maddi yardım 2022-ci ilin fevral, aprel, iyul, oktyabr aylarında əmək pensiyasının üzərinə əlavə edilməklə rüblər üzrə iddiaçıya ödənilmişdir. Odur ki, yuxarıda qeyd olunanları və İPM-in 47.2-ci maddəsini nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “X2 iştirak etmiş atası X1 üçün nəzərdə tutulan imtiyazların, birdəfəlik ödəmələrin və əmək pensiyasına əlavənin hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, pensiyanın yenidən hesablanması barədə iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-201288/2023 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinin surətindən və inzibati icraat materiallarından görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai şöbəsinin İddiaçı xx.xx.1995-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Pensiya işində olan sığorta stajının hesablanması cədvəli və əmək kitabçaısnın surətindən görünür ki, İddiaçı hərbi xidmət dövrü xx.xx.1954-xx.xx.1957-ci il, xx.xx.1951-ci il tarixindən 13.11,1954-cü il tarixinədək, xx.xx.1958-ci il tarixindən xx.xx.1958-ci il tarixinədək, xx.xx.1958-ci il tarixindən 29.01,1970-ci il tarixinədək, xx.xx.1970-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək. xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 46 il 05 ay 24 gün təşkil etmişdir. - İddiaçı aid sığortaolunanın hesabından görünür ki, iddiaçının hesabına Qarantiya MMC tərəfindən may 2007 - fevral 2009-cu il və Neftmaş Xüsusi Konstruktor bürosu TASC tərəfindən iyun 2009-cu il üzrə məcburi sosial sığorta haqqı ödənilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, **********2 nömrəli Qərarından görünür ki, iddiaçının hazırkı pensiya məbləği 413 manat 37 qəpikdir. Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2023, müddətsiz. Yenidən hesablanmış məbləğ 413 manat 37 qəpik. xx.xx.2006-cı il tarixinədək 46 il 5 ay sığorta stajınız və 1284,81 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Aylıq pensiyanın məbləği dəyişmir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-P-167356/7/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətlərinizə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sizə xx.xx.1995-ci il tarixində yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddəyə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 360,39 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 413,37 manata çatdırılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, xx.xx.1954-cü il tarixindən xx.xx.1957-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1951-ci il tarixindən 13.11,1954-cü il tarixinədək, xx.xx.1958-ci il tarixindən xx.xx.1958-ci il tarixinədək, xx.xx.1958-ci il tarixindən 29.01,1970-ci il tarixinədək, xx.xx.1970-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək. xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək fəaliyyəti dövrləriniz nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 46 il 5 ay 24 gün sığota stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 556,42 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (413,37 manat) dəyişiklik olmamışdır. Eyni zamanda “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində illik maddi yardım 2022-ci ilin fevral, aprel, iyul, oktyabr aylarında əmək pensiyanızın üzərinə əlavə edilməklə rüblər üzrə sizə ödənilib. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 2320 nömrəli Sərəncamına əsasən “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Sözügedən təqaüdün məbləği 01.01,2023-cü il tarixindən 330 (üç yüz) manat müəyyən edilmişdir. Eyni zamanda 1941- 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1995-ci il tarixli 323 nömrəli Fərmanına əsasən sözügedən kateqoriyadan olan vətəndaşlara birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən bildiririk ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının dul arvadları istisna olmaqla digər ailə üzvlərinə Prezident təqaüdünün təyin edilməsi və X2 həlak olmuş şəxslərin övladlarının əmək pensiyalarının sığorta hissəsinə hər hansı əlavənin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1935-ci il təvəllüdlü olmaqla ona xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının hərbi xidməti və əmək kitabçası qeydləri nəzərə alınmaqla xx.xx.1992-ci ilədək 39 il, 3 ay, 12 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 7 il, 2 ay, 12 gün, cəmi 46 il, 5 ay, 24 gün ümumi sığorta stajı olmuşddur. Pensiya alt sistemindın çıxarışa əsasən iddiaçının xx.xx.2007-xx.xx.2009-cu il tarixinədək fərdi hesabında məcburi dövlət sosial sığorta haqları üzrə 556,42 manat pensiya kapitalı toplanmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda. İddiaçıya aid pensiya işindən görünür ki, ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin edilən zaman qüvvədə olmuş (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.11-ci maddə ləğv edilmişdir.): -1.0.11-ci maddəsinə əsasən əmək pensiyasının baza hissəsi - əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır; -1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -1.0.13-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -4.2-ci madəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilmişdir) 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edlmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir.
1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir. Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat və 2010-cu il sentyabrın 1-dən 85 manat, müəyyən edildiyi nəzərə alınaraq iddiaçının pensiyasının baza hissəsi müvafiq artımlara uyun olaraq artırılmış, xx.xx.2010-cu il tarixdən isə 85 manata çatdırılmışdır. xx.xx.2006-cı il tarixə iddiaçıya BH 25 manat+SH 20.55= 45.55 manat, xx.xx.2006cı il tarixə BH 30 manat+SH 20.55= 50.55 manat, xx.xx.2006-cı il tarixə BH 35 manat+SH 20.55= 55.55 manat, xx.xx.2007-ci il tarixə BH 40 manat+SH 22.26= 62.26 manat, xx.xx.2007-ci il tarixə BH 50 manat+SH 22.26= 72.26 manat müəyyən edilmiş, xx.xx.2008ci il tarixə BH 60+SH 25.98=85,98 manat hesablanmışdır. 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Qanunu ilə ƏPQ-nuna edilmiş dəyişikliyə əsasən: -27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. -27.2. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. -27.3. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il traixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması” Qaydalarının 2.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış şəxslərin (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Qanunun qeyd edilən tələbinə uyğun olaraq iddiaçının pensiyası iş stajına görə (46 il 05 ay 24 gün) xx.xx.2011-ci il tarixdən pensiya yenidən hesablanmış, bu zaman pensiyasının baza hissəsindən əlavə, iddiaçının pensiyasının sığorta hissəsi iş stajına uyğun olaraq hər il üçün 1,94 manat, natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 90.41 manat olaraq müəyyən edilmişdir. Nəticədə xx.xx.2011-ci ilə iddiaçının pensiyası BH-85 manat+ sığorta hissə 90.41 manat olmaqla cəmi 175.41 manata çatdırılmışdır. Sonrakı illərdə xx.xx.2012-ci ildə BH-85 manat+ sığorta hissə 97.56 manat olmaqla cəmi 182.56 manat, xx.xx.2013-cü ildə BH-85 manat+ sığorta hissə 98.64 manat cəmi 183.64, xx.xx.2013-cü il tarixdə BH-100 manat+ sığorta hissə 98.64 manat cəmi 198.64 manat, xx.xx.2014-cü il tarixdə BH-100 manat+ sığorta hissə 101.01 manat cəmi 201,01 manat, xx.xx.2015-ci il tarixdə BH-100 manat+ sığorta hissə 102.43 manat cəmi 202.43 manat, xx.xx.2016-cı il tarixdə BH-100 manat+ sığorta hissə 106.52 manat cəmi 206,52 manat, xx.xx.2016-cı il tarixdə BH-110 manat+ sığorta hissə 106.52 manat cəmi 216.52 manat, xx.xx.2016-cı il tarixdə BH-110 manat+ sığorta hissə 106.52+ 4.26 manat cəmi 220.76 manat olmaqla əmək pensiyası hesablanmış və ödənilmişdir. 1 iyul 2017-ci il tarixindən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29-cu maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Qanunun 29.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamlarına əsasən onun əmək pensiyasının sığorta hissəsinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyələrinə uyğun olaraq 2019-cu ilə PSK 6.47+ baza 119.76+ sığorta hissə olmaqla cəmi 255,85 manat, xx.xx.2020-ci il tarixdən 16,6% olmaqla 298.33 manat, xx.xx.2021-ci il tarixdən 11,4% olmaqla 332.34 manat, xx.xx.2022-ci il tarixdən 3,4% olmaqla 343,64 manat, xx.xx.2023cü il tarixindən 14,7% olmaqla 413,37 manat hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının pensiyasının hesablanması qaydası ilə ilə bağlı hüquq münasibətlərinin yarandığı dövr qanunverciliyinə əsasən hər hansı kənarlaşmaya yol verildiyi müəyyən olunmamış, bu halda pensiyanın yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova