Məhkəmə qərarları › İş №2-1(112)-1958/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1958/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1958/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “təhsil aldığı, ixtisasartırma kursunda hazırlıq keçdiyi və hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə təhsil aldığı 1967- 1974-cü illər 7 ili, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər Birləşmiş 7 saylı xəstəxanada internatura keçdiyi 1 il, 1975-1977-ci illər hərbi xidmət müddəti 2 il, ümumilikdə 10 il sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ildən xx.xx.1974-cü illərdə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı illərin, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazası üzrə internaturada daxili xəstəliklər terapiyası ixtisası üzrə hazırlıq keçdiyi dövrün və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə ərizə ilə müraciət edərək, onun 1967-1974-cü illərdə Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı dövrlərin, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazası üzrə internaturada daxili xəstəliklər terapiyası ixtisası üzrə hazırlıq keçdiyi dövrün və 1975-1977-ci illərdə hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavadeh inzibati orqanının xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubu ilə ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya xx.xx.2006-cı il tarixədək olan 28 il 2 ay sığorta stajına və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yarandığı vaxtadək fərdi hesabının sığorta hissəsində yığılan 815.04 manat pensiya sığorta kapitalı əsasında hesablanmışdır. Sonrakı illərdə pensiyanın baza hissəsi mütəmadi olaraq artırılmış, sığorta hissəsi indeksləşdirilmişdir. xx.xx.2019-cu ildə pensiyası “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq fərdi hesabın sığorta hissəsində yığılan pensiya sığorta kapitalı pensiyanın üzərinə əlavə olunmuşdur. Hal-hazırda İddiaçı aylıq pensiyanın məbləği 265.22 manat təşkil edir. İddiaçı hərbi xidmətdə olması və barədə sənədin şöbəyə təqdim edilməməsi və təhsil aldığı illərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından həmin illər pensiya hesablanmasında nəzərə alınmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan: - DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş 143932 saylı “pensiyaçının uçot vərəqi”ndən məlum olur ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE ********) ilkin pensiya xx.xx.2012-ci ildən təyin edilmişdir; - DSMF-nin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarının təsdiq edilmiş surətindən məlum olur ki, DSMF-nin Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir; - DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin “pensiya miqdarının dəyişdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən etibarən yaşa görə əmək pensiya verilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilənlərdən əlavə iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus Я seriyalı, 108303 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1974-cü ildə “müalicə işi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyası tərəfindən 1974-cü il iyun ayının 28-də qəbul edilmiş qərarla ona həkim ixtisası verilmişdir; - Azərbaycan SSR Səhiyyə Nazirliyi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu tərəfindən verilmiş 482 saylı vəsiqənin tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1974-cü ildə İddiaçı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazası üzrə internaturada daxili xəstəliklər terapiyası ixtisası üzrə hazırlıq keçmişdir. Dövlət Attestasiya Komissiyasının 25 iyun 1975-ci il qərarı ilə İddiaçı terapevt həkim ixtisası verilmişdir; - İddiaçıya məxsus ДЛ seriyalı, 038422 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir; - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubunda xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə Fondun Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya xx.xx.2006-cı il tarixədək olan 28 il 2 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yarandığı vaxtadək fərdi hesabının sığorta hissəsində yığılan 815.04 manat pensiya sığorta kapitalı əsasında formalaşır. Sonrakı illərdə pensiyanın baza hissəsi mütəmadi olaraq artırılmış, sığorta hissəsi indeksləşdirilmişdir. xx.xx.2019-cu pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq fərdi hesabın sığorta hissəsində yığılan pensiya sığorta kapitalı pensiyanın üzərinə əlavə olunmuşdur. Halhazırda aylıq pensiyanın məbləği 265.22 manat təşkil edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb işin hallarını araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində, kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı və ixtisasartırma kusunda hazırlıq keçdiyi dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64).İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək iddiaçının əyani təhsil müddətini və ixtisasartırma kurslarında hazırlıq keçdiyi müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət, ixtisasartırma kurslarında hazırlıq keçdiyi müddəti və hərbi xidmət müddəti onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” birbirindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin və ixtisasartırma kurslarında hazırlıq keçdiyi müddətin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin və ixtisasartırma kurslarında hazırlıq keçdiyi müddətin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1967-ci ildən xx.xx.1974-cü ilədəkNərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazası üzrə internaturada daxili xəstəliklər terapiyası ixtisası üzrə hazırlıq keçdiyi və xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət keçdiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvaləhəvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1967-ci ildən xx.xx.1974-cü ilədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil aldığı, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazası üzrə internaturada daxili xəstəliklər terapiyası ixtisası üzrə hazırlıq keçdiyi və xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət keçdiyi müddətin sosial sığorta stajına daxil edilərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar