Məhkəmə qərarları › İş №2-1(112)-1959/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1959/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1959/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X15, 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı Bakı şəhəri Cavabdeh başçısının 10 oktyabr 1996-cı il tarixli, 784/14 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4227/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1959/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Cavabdehin 10 oktyabr 1996-cı il tarixli, 784/14 saylı sərəncamının etibarsızlığına dair qərar qəbul edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Laçın rayon işğal edilməmişdən əvvəl yəni fevral ayından ünvan 2 ünvanda özü tikili mənzildə ailə üzvləri ilə yaşayır. Oktyabr 2019-cu ildə Cavabdehin əməkdaşları və əvvəllər tanımadığı İsrafilov Əbülfət yaşadığı ünvana gələrək mənzili tərk etmələrini tələb etmişlər. Onlar bunu Bakı şəhəri Cavabdeh başçısının 10 oktyabr 1996-cı il tarixli sərəncamını əsas gətirmişlər. O, həmin sərəncamı əldə edəndən sonra məlum olmuşdur ki, Cavabdeh Başçısının 10 oktyabr 1996-cı il tarixli, 784/14 saylı sərəncamı ilə Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsi, ev 17, 3 otaqdan ibarət mənzil X5 verilməsi nəzərdə tutulmuşdur. Elə həmin sərəncamda göstərilmişdir ki, həmin ünvandakı boşalmış mənzil İcra Hakimiyyətinin balansına götürülməsi qeyd edilmişdir. O, ailə üzvləri ilə həmin mənzildə 1992-ci ildən yaşayır və bu iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövltə Komitəsinin Nərimanov rayon sektoru tərəfindən 30 oktyabr 2019-cu il tarixli, 1752 saylı və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 30 oktyabr 2019-cu il tarixli, 37/615 saylı verilmiş arayışları ilə təsdiq olunur. Sərəncamın mətnindən görünür ki, Cavabdeh başçısı qanunvericilik fəaliyyəti ilə məşğul olmuşdur. Bu isə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsində icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sadalanmışdır və həmin maddədə icra hakimiyyəti başçısına qanunvericilik fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilməmişdir. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasında Mülkiyyət haqqında” Azərbaycan Respublikasının 1991-ci il 09 noyabr tarixli Qanununun 10.4-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azəbraycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirtmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir. Sərəncamdan isə görünür ki, mübahisəli mənzil dövlət mülkiyyətində olmayıb. Bu halda isə Bakı şəhəri Cavabdeh başçısı səlahiyyət həddini aşaraq özünə imunitet yaradaraq özü üçün qanunvericilik fəaliyyəti yaratmışdır. Daha sonra bildirmək istəyir ki, 30 iyun 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 488-ci maddəsində qeyd edilir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayışsahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X12 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Göründüyü kimi, cavabdeh orqan səlahiyyət həddini aşaraq heç bir qanuni əsas olmadan sərəncam vermiş və bu sərəncamdan irəli gələn order verilməsini təmin etməmişdir. Bu isə mübahisələndirilən sərəncamın formal xarakter daşıdığını sübut edir. Order olmadığı səbəbindən kirayə müqaviləsi də bağlanmamışdır. O, hesab edir ki, hazırki mübahisəyə 1992-ci ildə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 1964-cü ilin 11 sentyabrda qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136-cı maddəsi sahibsiz əmlak anlayışını verib və həmin maddənin 1-ci hissəsində göstərilir ki, mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi məlum olmayan əmlak (sahibsiz əmlak) maliyyə orqanının ərizəsi ilə çıxarılmış məhkəmə qətnaməsi üzrə dövlət mülkiyyətinə verilir. Ərizə əmlak uçota alındığı gündən bir il keçdikdən sonra verilir. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, sahibsiz əmlakın aşkara çıxarılma və uçota alınma qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Daha sonra həmin Məcələnin 148-ci maddəsi sahiblik edən, lakin mülkiyyətçi olmayanın hüquqlarının müdafiəsi anlayışını verir. Maddədə göstərilir: bu məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur. Qeyd etdiklərindən də görünür ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ 1964-cü ilin 11 sentyabrında qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən yaranmış olur. İddiaçının subyektiv hüququ 1992-ci ildən yaranıb. Ali Məhkəmə Plenumun qərarının cavabdehin hazırki iddiaya cavab verməli olduğu mübahisələndirilən sərəncamdan görünür. Plenumun qərarının iddia müddətinin riayət edilməsi məsələsinə gəlincə bildirmək istəyir ki, burada da qanunvericiliyin tələbini pozmamışlar və iddia müddətinə riayət edilməklə vermişlər. Cavabdeh sərəncam qəbul edərkən iddiaçını məlumatlandırmalı olduğu halda bunu etməmiş və aradan 23 ildən artıq vaxt keçəndən sonra mənzilə basqın etməklə iddiaçını “məlumatlandırmışdı”. Bu barədə illkin iddia ərizəsində qeyd etmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi 10 oktyabr 1996cı il tarixli sərəncamı qanunsuz və etibarsızdır. Belə ki, həmin sərəncamın həm 1964-cü ilin 11 sentyabrda qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həm də, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbini, digər qanunvericilik aktlarını və ən əsası Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarını pozmaqla qəbul edilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, 1992-ci ilin fevral ayında yaşadıqları Laçın rayonunun işğalından əvvəl Bakı şəhərinə gələrək mübahisəli yaşayışsahəsinə ailəsi ilə köçmüş və hal-hazırda həmin ünvanda yaşayırlar. Oktyabr 2019-cu ildə Nərimanov RİH-in əməkdaşları və əvvəllər tanımadığı İsrafilov Əbülfəz (hazırki iş üzrə 3-cü şəxs) onun yaşadığı mənzilə gələrək mənzili tərk etmələrini tələb etmişlər. Daha sonra iddiaçı cavabdeh Nərimanov RİH tərəfindən onun hüquqlarının pozulduğunu bildirərək mübahisəli yaşayış sahəsi üzrə (mübahisəli mənzilin Ə.A.İstafilova daimi yaşayış sahəsi verilməsi barədə) Nərimanov RİH başçısının 10 oktyabr 1996-cı il tarixli, 784/15 №-li Sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Bildirmək istəyirlər ki, iddiaçı 1992-ci ilin fevralında mübahisəli yaşayış sahəsinə köçdüyünü bildirsə də, nədənsə ailəsinin hansı statusla, hansı hüquqmüəyyənedici sənədlər əsasında ora köçməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisəli yaşayış sahəsinə iddiaçı hansı hüquqlarının yaranmasının (istifadə, icarə, mülkiyyət və s) və pozulmuş hüquqlarının nədən ibarət olması, bunun nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Belə ki, 2009-cu il oktyabrın birinədək qüvvədə olan (köhnə redaktədə) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən: Mənzil Fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu). Həmin Məcəllənin 4-cü maddəsinin 1-ci hissəsinə görə: Dövlət Mənzil Fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həin Məcəllənin 48-ci maddəsinin tələbinə görə: Dövlət və ya İctimai Mənzil Fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhərdə rayon, qəsəbə kənd, X12 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının Yerli X13 aid edilməsi səlahiyyətləri yerli İcra Hakimiyyəti orqanları həyata keçirir. 2009-cu ilin oktyabrın birindən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0.-ci maddəsinin tələbinə görə: Mənzil hüquq və vəzifələri bu məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyin ümumi əsasları və mahiyyətinə görə mənzil hüququ və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.01- qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, 8.02- mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi dövlət orqanlarının və bələdiyyələrin aktları, 8.03-mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları, 8.04- qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti orqanının mənzil-kommunal sahədə vəzifələri nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 3.9-cu bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir, mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərini həyata keçirir, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanmasına nəzarəti həyata keçirir, mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür. Yaşayış məntəqələri ərazilərinin abadalaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir, istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir. İcazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir. Həmin Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının üzərinə qaçqınların mənzillə təmin edilməsi barədə vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 298 №-li Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı2 və 31 oktyabr 2007-ci il tarxili, 2475 № -li Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilmişdir. X14 Aktların icrası Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Neft Fonduna həvalə edilmişdir. Sözügedən qanun normalarının tələbləri qaydasında cavabdeh Nərimanov RİH tərəfindən 3-cü şəxs X10 xx.xx.1994-cü il tarixli, 6 №-li Sərəncamla mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülmüşdür. Nərimanov RİH-in xx.xx.1996-cı il tarixli, 761 №-li Sərəncamı ilə mübahisəli yaşayış sahəsi Dövlət Mənzil Fondu balansına daxil edilmişdir. Nərimanov RİH-in xx.xx.1996-cı il tarixli, 784/14 №-li Sərəncamı ilə həmin yaşayış sahəsi ailə tərkibi 5 nəfər olmaqla 3-cü şəxsin müvəqqəti istifadəsinə verilmişdir. Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 355 №-li Sərəncamı ilə Ü.Bünyadzadə küçəsindəki, 3 otaqlı, yaşayış sahəsi 57.0 kv.m ümumi sahəsi 72.1 kv.m olan 17 №-li ev (mənzil) Ə.A.İsrafilovun ailəsinə daimi yaşayış üçün verilmiş, mənzil-kirayə müqaviləsinin onunla bağlanması ərazi aidiyyətli 37 №-li MİKS-ə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 298 №-li Sərəncamının icrası ilə əlaqədar iddiaçının ailəsinə təyinatı üzrə istifadə üçün qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahələri ayrılsa da, onlar həmin yaşayış sahəsinə köçməmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılması üçün numerus clausus (dəqiq siyahı) qaydasında 6 əsas müəyyən edilmişdir: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibat orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanlandığı aydın olmayan inzibati akt. Hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yol verilən müddəalarının tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı bir hüququnun olması iş materiallarında öz əksini tapmır. İddiaçının özünün subyektiv mülahizələrinə uyğun tərtib etdiyi iddia tələbində istinad etdiyi hüquq normalarının tərəflər arasındakı münasibətə hər hansı bir aidiyyəti yoxdur, iddia tələbi qərəzlidir və onun dəlilləri işə əlavə edilən (istər özü tərəfindən, istərsə də 3-cü şəxs tərəfindən) digər sübutlarla ziddiyyət təşkil edir və belə bir iddia tləəbi ilə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (sərəncamın) ləğv edilməsi yolverilməzdir və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Başçısının 06 nömrəli, xx.xx.1994-cü il tarixli “Ə.A.İsrafilovun mənzil növbəsinə götürülməsi barədə” sərəncamın surətindən görünür ki, X1 rayon Polis İdarəsinin Mühafizə Şöbəsində 1987-ci ildən işləmiş, İ nəfər ailə tərkibi ilə (özü) olmaqla yataqxanada S.Mehmandarov küçəsi, ev 8-də 1987-ci ildən qeydiyyatdadır və yaşayır. X3 İttifaqı Komitəsinin 23.12.193-cü il tarixli, 14 nömrəli qərarı ilə 1 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. İcra Hakimiyyətinin MMK-nın xx.xx.1994-cü il tarixli, 18 nömrəli qərarla müdriyyətin və HİK-nin qərarını təsdiq etməyi tövsiyyə etmişdir. Qeyd olunanlara əsasən Nərimanov rayon Polis İdarəsinin mühafizə şöbəsinin müdiriyyəti və HİK-in xx.xx.1993-cü il tarixli 14 №-li qərarı təsdiq edilmiş, Ə.A.İsrafilov bir nəfər ailə tərkibi ilə (özü) olmaqla mənzil növbəsinə götürülmüşdür. Mənzil uçot işi siyahıya salınmaq üçün müəssisəyə qaytarılmışdır. İş materiallarında olan Cavabdeh Başçısının 761 nömrəli, xx.xx.1996-cı il tarixli “Ülvi Bünyadzadə küçəsi 17 saylı ünvanda yerləşən qanunsuz tikilinin Yerli Hakimiyyətinin mənzil fondu balansına götürülməsi haqqında” sərəncamından görünür ki, göstərilən ünvanda yerləşən qanunsuz tikilini yerli hakimiyyətin mənzil fondu balansına götürülməsi haqqında 36 saylı MKİK-u müraciət etmişdir. İdarələrarası komisiya tərəfindən yoxlama aparılmış və müəyyən edilmişdir ki, qanunsuz tikili sahibsizdir. Onun yaşayış sahəsi 57.0 kv.m, köməkçi sahəsi 14.8 kv.m-dir. Sanitar-texniki və yanğın mühafizə normalarına uyğundur. Komissiya tikilini yerli hakimiyyətin mənzil fondu balansına götürülməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən, idarələrarası komissiyanın Ü.Bünyadzadə küçəsi 17 saylı qanunsuz tikilisi haqqında texniki rəyi təsdiq edilmiş, Ü.Bünyadzadə küçəsi 17 saylı ünvanda yerləşən yaşayış sahəsi 57.0 kv.m, köməkçi sahəsi 14.8 kv.m qanunsuz tikili yerli hakimiyyətin mənzil fondu balansına götürülmüş, sərəncamın surətlərini MKTB-yə, 36 saylı MKİK-na və rayon Mənzil bölüşdürülməsi, qeydiyyatı şöbəsinə göndərilməsi İcra Hakimiyyətinin ümumi şöbəsinə tapşırılmışdır. İş materiallarında olan Cavabdeh Başçısının 784/14 saylı, xx.xx.1996-cı il tarixli “Ə.A.İsrafilova müvəqqəti mənzil sahəsi verilməsi” barədə sərəncamın surətindən görünür ki, Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evin sahəsi, 57.0 kv.m olan 3 otaqlı məhdud kommunal şəraitli mənzili ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə (özü,arvadı, uşaqları) Ə.A.İsrafilova verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının 355 nömrəli, xx.xx.2013-cü il tarixli “Ə.A.İsrafilovun yaşadığı mənzilin ona daimi yaşayış üçün verilməsi haqqında” sərəncamından görünür ki, Ə.A.İsrafilov Nərimanov RİH başçısının xx.xx.1994-cü il tarixli, 6 №-li Sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Ə.A.İsrafilov 6 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 2 qızı, oğlu, nəvəsi) Ü.Bünyadzadə küçəsindəki 17 №-li ünvanda yerləşən, ümumi sahəsi 72.1 kv.m, yaşayış sahəsi 57.0 kv.m olan 3 otaqlı mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli, 784/14 nömrəli Sərəncamına əsasən Ə.A.İsrafilovun ailəsinə müvəqqəti yaşayış üçün verilmişdir. Qeyd olunanlara əsasən X9 yaşadığı Ü.Bünyadzadə küçəsindəki 17 №-li evdə yerləşən ümumi sahəsi 72.1 kv.m, yaşayış sahəsi 57.0 kv.m olan 3 otaqlı mənzili ona daimi yaşayış üçün verilmişdir. İş materiallarında olan 37 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 37/615 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Ü.Bünyadzadə küçəsi, 17 saylı evdə özü, həyat yoldaşı, qızı ilə birlikdə 1992-ci ildən bugünə kimi Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə sektoru tərəfindən “A.İ.M” Vəkil Bürosunun vəkili Zaur Məmmədova ünvanlanmış 09 nömrəli, 30 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, Laçın rayon sakini İddiaçı həyat yoldaşı X7 ilə birlikdə xx.xx.1997-ci il tarixdə 054688 saylı qeydiyyat vərəqəsi ilə məcburi köçkün kimi ünvan 8 ünvanına müvəqqəti qeydiyyata alınmışlar. 2003-cü ildə qızı X6 anadan olmuşdur. Bakı şəhəri üzrə məcburi köçkünlərin qeydiyyat vərəqəsi üzrə qeydiyyata alınmasına 1995-ci ildən başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X5 ünvanlanmış 01/6136 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə əsasən məcburi köçkün İddiaçı ailəsinə 3 nəfər ailə tərkibinə uyğun olaraq Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində bina 23, mənzil 53, 2 otaqlı mənzil ayrılmış və xx.xx.2020-ci il tarixində 23/53 köçürülmə vərəqəsinə əsasən həmin mənzil İddiaçı ailəsinin adınadır. İşin hallarından göründüyü kimi, mübahisəli mənzil xx.xx.1996-cı il tarixdən qanunsuz tikili kimi icra hakimiyyətinin balansına götürülmüş, Cavabdeh Başçısının 784/14 saylı, xx.xx.1996-cı il tarixli “Ə.A.İsrafilova müvəqqəti mənzil sahəsi verilməsi” barədə sərəncamına əsasən Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evin sahəsi, 57.0 kv.m olan 3 otaqlı məhdud kommunal şəraitli mənzili ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə (özü,arvadı, uşaqları) Ə.A.İsrafilova verilmişdir. İddiaçı isə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda məskunlaşmış, xx.xx.1997-ci il tarixdə, 054688 saylı qeydiyyat vərəqəsi ilə məcburi köçkün kimi həmin ünvana müvəqqəti qeydiyyata alınmışlar. Nərimanov rayon İcra Hakimiyəti Başçısının xx.xx.2013-cü il tarixli, 355 saylı sərəncamına əsasən Ü.bünyadzadə küçəsindəki 17 saylı evdə yerləşən 3 otaqlı mənzil Ə.A.İsrafilova daimi yaşayış üçün verilmiş, onunla kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılması 37 №-li MKİS-ə tapşırılmışdır. xx.xx.2020-ci il tarixli, 23/53 saylı köçürülmə vərəqəsinə əsasən isə İddiaçı ailəsinə 3 nəfər ailə tərkibinə uyğun olaraq Qaradağ rayonu, “Qobu-Park 2” yaşayış kompleksində bina 23, mənzil 53, 2 otaqlı mənzil ayrılmış və həmin mənzilə köçürülmə vərəqəsinə əsasən İddiaçı ailəsinin adınadır. Beləliklə məhkəmə ilkin olaraq iddianın növünün müəyyənləşdirilməsi ilə bağlı araşdırma apararaq müəyyən edir ki, hazırki iddia inzibati aktın etibarsızlığı kimi ifadə edilsə də, mahiyyətinə görə mübahisələndirmə haqqında iddiadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmadına dair” xx.xx.2015-ci il tarixli qərarında müəyyən etmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. X4 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Eləcə də, işin hallarından göründüyü kimi iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. Birincisi onunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüququna hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. İkincisi iddiaçının qeyd olunan mübahisəli ünvan üzrə iddia qaldırmaq, o hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut da (mübahisəli daşınmaz əmlaka dair hər hansı bir hüquqmüəyyənedici sənəd və.s) mövcud deyildir. Bu halda iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar