Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1959/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. xx.xx.2023-cü il tarixli 718/23 saylı sorğuya cavab olaraq Bakı şəhəri Səbail Rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair məlumatın göndərilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023 saylı müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilmişdir. Müayinə zamanı bəlli olmuşdur ki, faktiki torpaq sahəsi 558 kv. metr təşkil edir. İddiaçı yerləşmə sxeminin alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinası onun hüquqlarını pozduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. O, Xırdalan şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Cavabdeh başçısının 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamı və onun tərkib hissəsi olan sənədlər rayon icra hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30 iyul 2024-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 933 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli, 933 saylı Sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 558 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. İddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki torpaq sahəsi daş hasar və üzərində olan tikilinin (evin) çöl divarı ilə sərhədlənib, qonşu sahə və yol ilə əhatələnmişdir. Torpaq sahəsinə və üzərində mövcud olan tikiliyə dair sənəd təqdim edilməmişdir. Sahə üzərindən yüksək gərginlikli (110 kvt-lıq) elektrik hava xətti keçir. Faktiki olaraq göstərilən 558 kv.metr torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlükdə (o cümlədən yaşayış evi) yüksək gərginli elektrik xəttinin (110 kvt-lıq) mühafizə zonasında yerləşir. Torpaq sahəsi “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. Sahənin dövlət qeydiyyatı və ya hər hansı üst-üstə düşmə ilə bağlı məlumat yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Cavabdeh başçısının xx.xx.1999-cu il tarixli Sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə cavabdehin 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamı və onun tərkib hissəsi olan sənədlərin rayon icra hakimiyyətinin arxivində aşkar edilmədiyi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30 iyul 2024-cü il tarixli məktubu ilə Səbail rayon İH-nin xx.xx.1999-cu il tarixli, 933 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 558 kv.metr təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia iddiaçının həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı deyil. Ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlıdır. Bu səbəbdən torpaq sahsəinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hazırkı iddianın təmin edilməsi üçün maneə ola bilməz. Göründüyü kimi Səbail rayon İH-nin xx.xx.1999-cu il tarixli, 933 saylı sərəncamı ləğv edilməmişdir və qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Məhkəmə iddiaçının faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin ölçüsünün 558 kv.metr təşkil etdiyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh başçısının 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamı ilə iddiaçıya Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 558 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh başçısının 12 iyun 1999-cu il tarixli, 933 nömrəli sərəncamına əsasən İddiaçı Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 558 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1959/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1959/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver