Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-196/2024 02.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2206/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il saylı qərardadı ilə, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2043/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-2206/2022 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1233/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6166/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
İddianın əsaslandırılması:
6. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” çıxarışa əsasən Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991- ci il tarixli, 293 saylı qərarı ilə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması qərara alınmışdır. Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı çıxarışı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır və həmin inzibati akt halhazırda da qüvvədədir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh 10.01 2022-ci il tarixli, Z-49/2- 091/2-t/1 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olubolmamasını araşdırmağın mümkün olmaması qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
7. Cаvаbdеh Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır
Tərəflərin iştirakı və izahatları:
8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş, lakin tərəflər məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüynə dair” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 10 aprel 2005-ci il , 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin möcvud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlamasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur
Faktiki hallar və sübutlar
AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1973-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 №-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin baş planına uyğun olaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Cavabdeh M-84-091 №-li, xx.xx.2017-ci il tarixli məktubu ilə Maştağa qəsəbə XDS İK-nin 51 saylı, xx.xx.1992-ci il tarixli qərarı ilə Maştağa qəsəbəsi, üçüncü məhəllədə ayrılmış 0.12 ha torpaq sahəsinin sxeminin təsdiq olunmuş forması vət.X3 təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh M-76-091 №-li, xx.xx.2021-ci il tarixli məktubu ilə Lenin (indiki Sabunçu) rayon XDS İK-nin 08/21 saylı, 19 aprel 1991-ci il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, 7/6 saylı sahədə ayrılmış 0.12 ha torpaq sahəsinin sxeminin təsdiq olunmuş forması vət.X1 təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan Z-48-091 №-li, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar torpaq sahəsinin sxeninin tərtib edərək təsdiq edilməsi imkanları xaricindədir. İş üzrə verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-00428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayon İH-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1995-ci il tarixli, 11 saylı qərarından çıxarış Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Sabunçu RİH Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 5-18- 5/2-396/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilən Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə, müvafiq suallar göstərilməklə iş üzrə məhkəmə sənədlərin - texniki ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m. həyətyanı torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahəsi ayrılması haqqında” qərarından çıxarış hansı üsul ilə (mətbəə üsulu ilə, makinada yazılmaqla ofset çap üsulu ilə və ya printerdən, surətçıxarandan çapetmə üsulu ilə) hazırlanmışdır? Möhür hansı qaydada vurulmuşdur? - Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarış tərtib olunma tarixinə uyğundurmu, onda olan əlyazma, qərarın 7-ci bəndində əlyazma ilə düzəliş, imza, imzanın qarşısında “Ибраhимов С.С.” düzəlişi və möhür 26 avqust 1995-ci il tarixinə aiddirmi? - Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının 11 No-li 26 avqust 1995-ci il “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyəyanı sahəsi ayrılması haqqında” qərarından çıxarışın 2-ci bəndindəki əlyazma, 7-ci bəndində əlyazma ilə düzəliş və imzanın qarşısında “Ибраhимов С.С.” düzəlişi eyni şəxs tərəfindən eyni vaxtda icra edilmişdirmi? AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 5/588-5/589- 4/772 nömrəli rəyində qərardadın birinci sualı üzrə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın blankı ofset çap üsulu ilə hazırlanmış, çıxarışın üzərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərinə bir başa vurulmuş, çıxarışın üzərində olan əl yazı və imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli, 5/588-5/589- 4/772 nömrəli rəyində qərardadın ikinci sualı üzrə qeyd edilmişdir ki, rəqəmsal çap qurğusu vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə ikinci sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə ekspert rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 avqust 1995-ci il tarixli, 11 nömrəli “Vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı sahənin ayrılması haqqında” qərardan çıxarışın 2-ci bəndindəki əlyazmalar, 7-ci bəndində “Зеjналов Н.h” əlyazmaları və “haчыjeв Ə.A” yazıları üstündəki “Ибраhимов C.C.” əlyazmaları eyni şəxs tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
13. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Sovetinin xx.xx.1970-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 1971-ci il yanvarın 10-dən qüvvəyə minmiş Azərbaycan SSR Torpaq Məcəlləsinə əsasən: Maddə 22: Torpaq sahələri verilməsi haqqında qərarlar Torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrlə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Maddə 23. Torpaq sahəsinin ayrılması Torpaq sahəsinin ayrılması o demədir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə, digər sahələri mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Maddə 24. Torpaqdan istifadə hüququnu təsdiq edən aktlar Kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlarında istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Maddə 25. Torpaqdan istifadə hüququ barəsində aktların verilmə qaydası Torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) zəhmətkeş deputatlart Soveti icrayyə komitəsinin ərazisində yerləşirsə, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə, habelə vətəndaşlara verilir.
14. “Torpaq ayrılması barədə ” Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 8/446 saylı Qərarına əsasən, Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik- südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və içtimai- iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.
15. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin - 48.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49-cu maddəsinin 1 və 2 bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 65-ci maddəsində göstərilmişdir: “1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” - 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 83.1-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
19. İş materiallarından görünür ki, iddiaçının tələbi Cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarından çıxarışa əsasən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin plan sxeminin tərtib edilməsi və təsdiqlənməsindən ibarətdir.
20. İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir.
21. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
22. Belə ki, cavabdeh inzibati orqan imtinasında səbəbi kimi göstərmişdir ki, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində vətəndaşlara verilən torpaq sahəsinə aid qəsəbə nümayəndəliyində və Rayon İcra Hakimiyyətində heç bir arxiv sənəd olmadığından həmin sahələrin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar torpaq sahəsinin sxeninin tərtib edərək təsdiq edilməsi imkanları xaricindədir.
23. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubuna əsasən qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qonşu torpaq sahələrinin yerləşmə sxemləri görünür ki, həmin torpaqların yerləşmə sxemləri, yəni Maştağa qəsəbəsində yerləşən torpaq sahələrinin yerləşmə sxemləri Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasnının Konstitusiyasına əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Cavabdeh tərəfindən eyni sahədə yerləşən torpaq sahələrinin yerləşmə sxemi verildiyi təqdirdə iddiaçıya verilməməsi və müxtəlif bəhanələrlə imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
24. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərar Dövlət Arxivində aşkar edilməmişdir. Səbəbi isə həmin qərarın Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədlərini Dövlət Arxivində təhvil verilməməsi göstərilmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın Dövlət Arxivinə (Bakı filialı) təhvil verilməməsi iddiaçının təqsiri deyildir. Belə ki, bu vəzifə cavabdeh inzibati orqan və onun qurumlarının səlahiyyətində olan bir məsələdir.
25. Əlavə olaraq məhkəmə tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının ekspert rəyi ilə sübut olunmuşdur ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar (əsli) saxta deyildir və onun mötəbərliyini şübhə altına alan dəlillər tədqiqat nəticəsində aradan qalxmışdır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
27. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədlərin vеrilməsindən cavabdehin imtinаsı əsassız olduğundan, işin bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə (hərəkətsizliyə) yоl vеrilməsi sübutа yеtirildiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.
28. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir.
30. Azərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
31. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan Azərbaycan Respublikası NK-nın 7 may 1991-ci il tarixli, 123 № li və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarına əsasən Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 26 avqust 1995-ci il tarixli, 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi, İİİ kvartal, sahə 5 “A” ünvanında yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsi və çəkilmiş plan sxemin təsdiqlənməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа