Məhkəmə qərarları › İş №2-1(112)-1960/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1960/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1960/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi, maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi, İddiaçı maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən iddiaçının yaşadığı mənzil paylı mülkiyyətdə olan mənzildir; qonşu X4 tərəfindən Cavabdeh razılığına əsasən keçirilmiş rekonstruksiya(təmir işləri) nəticəsində iddiaçıya məxsus otaq yararsız vəziyyətə salınmış, hər iki qonşunun ümumi istifadəsində olan sanitar qovşagı, dəhliz və mətbəx qonşu tərəfindən zəbt edilməsi nəticəsində iddiaçı həmin sahələrdən istifadə edə bilmir. İddiaçı hesab edir ki qonşunun təmir işlərin aparılması Nəzimi rayon İcra Hakimiyyətinin ona verdiyi icazələr əsasında olmuş, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh tədbir görmədiyi üçün onun hüquqları pozulmaqda davam edir. Buna görə də ona maddi və mənəvi ziyan vurulduğu üçün, cavabdeh tərəfindən əvəzi ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6087/2020 saylı 26.11.2020-ci il tarixli qərarının surətini məhkəməyə təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələbindən göründüyü kimi, İddiaçı cavabdehdən qanunsuz hərəkətləri barədə tədbir görülməsi və iddiaçıya maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələb edir. İş materiallarına əlavə edilmiş İddiaçın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 2 ünvanda qanunsuz tikinti işlərinin aparılması nəticəsində vurulmuş ziyanın əvəzinin kompensasiya qaydasında ödənilməsi barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6085/2020 nömrəli iş üzrə qəbul edilmiş qərarı ilə iddia tələbi təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 45.5.1. –ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi, İddiaçı maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə tədbir görülməsi, İddiaçı maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar