Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1960/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1978-ci il tarixdə ölmüş X4 adına cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1978-ci il tarixli 496 saylı ölüm haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1978-ci il tarixdə ölmüş nənəsi X4 adına cavabdeh tərəfindən “X8” kimi tərtib edilmiş xx.xx.1978-ci il tarixli 496 saylı ölüm haqqında akt qeydində düzəliş edilərək “X9” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində dünyaya gəlmişdir. X1, anası X3r. Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinin 719-05/70 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən, X1 xx.xx.1931-ci il tarixdə Bakı şəhərində dünyaya gəlmiş, xx.xx.1948-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 08-B nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçının nənəsi X9 xx.xx.1978ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdə ölmüş nənəsi X4 ölümü haqqında şəhadətnamənin verilməsi ilə bağlı Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1978-ci il tarixli 496 saylı ölüm haqqında akt qeydində ad “X8” yazıldığı və digər sənədlərlə ziddiyyət təşkil etdiyi üçün onun haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyil. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı şöbəyə X5 adına Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 496 saylı xx.xx.1978-ci il tarixli ölüm haqqında akt qeydində adın “Tairə”dən “Tövrə"yə düzəliş edilməsinə dair müraciət etmiş, lakin kifayət qədər əsaslar olmadığından ərizənin icrası mümkün olmamışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cüi il tarixli məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən müraciətdə göstərilən şəxslər barədə sorğu edilən digər vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına dair məlumat müəyyən edilmədi. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyətinə dair akt qeydləri onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları mühafizə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cüi il tarixli məktubuna əlavə olunmuş 496 nömrəli, xx.xx.1978-ci il tarixli “Ölüm haqqında akt qeydi”nin təsdiq olunmuş surətindən görünür ki, həmin akt qeydində iddiaçının nənəsinin adı “X12” kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, iddiaçının X1 xx.xx.1931-ci ildə anadan olmuşdur. Atası İddiaçı Seyidqasım oğlu, anası X6r. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək iddianın mümkünlük şərtlərinə cavab vermədiyi izah edilmişdir. Belə ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından ibarətdir. İddiaçının, nənəsinin ölüm akt qeydində düzəliş edilməsini tələb etmə səbəbi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənəd ilə iddiaçının nənəsinin ölüm akt qeydində uyğunsuzluğun mövcud olmasıdır. Belə olan halda iddiaçı hüquqi əhəmiyyətli faktın təsdiq olunması (sənədin şəxsə məxsus olması) tələbi ilə ümumi məhkəmədə iddia qaldıra bilər. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub olmaması məsələsinə də qiymət verilməlidir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı vəziyyətdə iddiaçı arzuladığı məqsədə nail olmaq üçün daha uyğun və uğurlu iddianı seçmək imkanına malik olmasına baxmayaraq, xx.xx.1978-ci il tarixdə vəfat etmiş nənəsinə münasibətdə xx.xx.1978-ci il tarixdə tərtib edilmiş ölüm akt qeydini mübahisələndirməkdədir. Halbu ki, bu akt qeydi iddiaçıdan öncə mirası qəbul etmiş vərəsəsi olmuş şəxslər tərəfindən sağlığında mübahisələndirilməmiş, yalnız atası Ə.Seyidovun vəfatından sonra iddiaçı tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1978-ci il tarixdə ölmüş X4 adına cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1978-ci il tarixli 496 saylı ölüm haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11.
Məhkəmə qərarları › İş №2-1(112)-1960/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1960/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver