Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1961/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçı və Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı imtahan nəticələrinin yenidən hesablanaraq düzgün qiymətləndirilməsi öhdəliyinin qoyulması barədə iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı məhkəmədə iddia qaldıraraq, övladı X5 qəbul imtahanı nəticələrinin yenidən hesablanaraq düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun övladı X13 xx.xx.2020-ci il tarixdə İV ixtisas qrupu üzrə buraxılış imtahanı vermişdir. Həmin tarixdə imtahan verən İİİ və İV ixtisas qrupları abituriyentləri haqsızlığa məruz qalmışlar. Belə ki, riyaziyyat fənninin sualları İ və İİ ixtisas qruplarına nisbətdə İİİ və İV ixtisas qruplarında adətən çox asan olur. Lakin suallar İ ixtisas qrupunun qəbul imtahanının sualları səviyyəsində salınıb. X9 sədri Məleykə Abbaszadə televiziyada çıxış edəkrən qəbul imtahanına 11-ci sinif üçün mart ayına qədər olan mövzuların salınacağını bildirmişdir. Riyaziyya fətnni üzrə 83 saylı test tapşırığının mövzusu 11 sinfin may ayının sonunda keçirilən mövzuya daxildir. Qızının nənəsi riyaziyyat fənni üzrə repetitordur və həmin sualın may ayında keçilən mövzuya aid olduğundan əmindir. Bundan əlavə Azarbaycan dili fənni üzrə 45, 59 və 60-cı suallara qızı düzgün cavab verməsinə baxmayaraq suallar səhv kimi qiymətləndirilmişdir. Azarbaycan dili üzrə repetitorlar da bunu təsdiq edir. Bu qədər çox repetitorla cavabdeh orqanın təyin etdiyi müəllim arasındakı fikir ayrılığı sualın mübahisəli olduğunu bildirir. Əgər bu sual mübahisəli olmasaydı qızı daha yüksək bal toplayaradı. Çünki qızı sualların meyarlarını tam doğru yazmışdır. Lakin cavabdeh orqan bunu düzgün qiymətləndirməmişdir. xx.xx.2020-ci il tarixdə imtahan suallarını 1 nəfər telefonla çəkib paylaşdığından xx.xx.2020-ci il tarixdə iştirak edən abituriyentlər də yüksək nəticə göstərmiş və bu da müsabiqənin ümumi nəticəsinə təsir etmişdir. 23 və 24 iyun tarixlərində isə buraxılış imtahanı sualları asan tərtib olunmuş və imtahan normal keçmişdir, buna görə da burada da yüksək bal toplayanlar çox olmuşdur. Nəticədə 10 iyun 2020-ci il tarixində olan müsabiqə iştirakçılarına qarşı haqsızlıq olmuşdur. Qızı topladığı balla ödənişli asaslarla qabul olunmuşdur. Halbuki qiymətləndirilmə düzgün aparılsaydı onun çatışmayan imtahan balı bərpa olunar va o dövlət sifarişli fakültəyə qəbul olunardı. Qeyd olunanlarla bağlı cavabdeh X11 müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubu ilə qızının imtahanda əldə etdiyi nəticənin düzgün qiymətləndirildiyi bildirilmişdir. İddiaçı həmin cavabla razı deyil. Belə ki, biliyin düzgün qiymətləndirilməməsi ümumi bala təsir edərək qızının topladığı balı 25-30 bal aşağı salmış va nəticədə qızı dövlət sifarişli deyil, ödənişli asaslarla fakültəyə qəbul olmuşdur. Hamçinin xx.xx.2020-ci il tarixdə cavabdeh orqanın apelyasiya şurasına müraciət edilsə də qızı apelyasiya şurasında dindirilməmişdir. xx.xx.2020-ci il taridə də yazılı müraciət etmişlər, lakin bununla bağlı onlara asassız cavab verilmişdir. Cavabdeh Azərbaycan Respublikası X14 tərəfindən təqdim edilmiş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ila təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil alanların yekun attestasiyasının aparılması Qaydaları"nın 4.1-ci bəndinə əsasən yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 10-11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına müraciət etmək üçün 6-8 iyul tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur. İddiaçının qızı X13 müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək Apelyasiya Komissiyasına müraciət etmişdir. Apelyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlərin Mərkəzin saytında imtahan nəticələri ilə səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə dim.gov.az rəsmi internet səhifəsində məlumat verilmiş va Apelyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmışdır. Mərkəzin xx.xx.2020-ci il tarixli 07/xx-xx/1930 nömrəli məktubunda da qeyd edilmişdir ki, L.A.Əliyevanın Apelyasiya Komissiyasına biri qapalı, ikisi açıq (yazılı) olmaqla ümumilikdə 3 test tapşırığına verdiyi cavabın düzgün qiymətləndirilmədiyinə dair müraciəti onun iştirakı ila araşdırılmış, onun mübahisələndirdiyi suallarda və verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmiş va bununla alaqadar olaraq L.A.Əliyevaya geniş izahat verilmişdir. İddiaçının mübahisələndirdiyi riyaziyyat fənni üzrə 83 saylı test tapşırığı ilə bağlı bildirilir ki, məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müassisələrində tədris prosesi dayandırılmış, infeksiyanın geniş yayılmasına yol vermemek üçün sosial təcridin gücləndirilməsi ila bağlı müxtəlif qararlar qabul olunmuşdur. Bununla alaqadar olaraq, 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müassisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı programlarından çıxarılmışdır. Mərkəzin saytında bu barədə məlumat verilərək, 2020-ci ilin yanvar ayında "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc edilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzra buraxılış imtahanı programları qısaldılmış formada taqdim edilmiş, təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunmuşdur. İddiaçının riyaziyyat fənnindən mübahisələndirdiyi 83 saylı test tapşırığı proqramdan çıxarılan mövzular siyahısında deyil, 9-cu sinifdə tədris edilən mövzulara aiddir. Cavabdeh iddiaya etirazına iddiaçı tərəfindən mübahisələndirilən sualları və onların ehtimal olunan doğru cavab nümunələrini, həmin suallara dair verilmiş cavabların qiymətləndirmə meyarlarını və iddiaçı tərəfindən həmin suallara verilmiş cavablara dair ekspertlərin rəylərini, həmçinin 9-cu sinif üçün “Riyaziyyat” dərsliyindən çıxarışı əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə əlavəni təqdim edərək, bildirmişdir ki, qızının xx.xx.2020-ci il tarixdə Apelyasiya Komissiyasına müraciəti ilə bağlı qızı həmin Komissiya tərəfindən telefonla çağırılmalı idi. Lakin Komissiya qızını çağırmamışdır, əks halda buna dair məhkəməyə müvafiq sübut təqdim edilərdi. Qızı Komissiyada 59-60-cı sualları düzgün yazması ilə bağı fikrini əsaslandıra bilərdi. Qızının Komissiyaya çağırılmaması ona qarşı edilən haqsızlıq idi. Həmçinin xx.xx.2020-ci il tarixdə sonrakı tarixlərdə keçirilən imtahanların çətinlik dərəcəsi aşağı salınmış, ona görə də sonrakı imtahanlarda şagirdlərin balları daha yüksək olmuşdur. İddiaçı məhkəmədən bütün bunların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 346708 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2003cü il təvəllüdlü X5 anasıdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçının övladı X5 imtahan nəticələri ilə bağlı müraciətinə cavab olaraq X14 tərəfindən xx.xx.2020-ci il tarixli 07/xx-xx/1930 nömrəli məktubda bildirilmişdir ki, Əliyeva Ləmanın Apelyasiya Komissiyasına biri qapalı, ikisi açıq olmaqla 3 test tapşırığına verdiyi cavabların düzgün qiymətləndirilmədiyinə dair müraciəti araşdırılmış və bununla bağlı mübahisələndirilən suallarda və verilmiş cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı qüsur aşkar edilməmiş və bu barədə Əliyeva Ləmana geniş izahat verilmiş, həmçinin riyaziyyat fənni üzrə 83 saylı tapşırığın imtahan proqramından çıxarılan mövzuya aid olduğuna dair iddia da araşdırılmış və həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçının mübahisələndirdiyi 45, 59, 60 və 83 nömrəli test tapşırıqlarına dair cavabdeh tərəfindən təqdim edilən ekspert rəyindən görünür ki, azərbaycan dili fənni üzrə ekspertlər X7 və X3 və riyaziyyat fənni üzrə ekspertlər X8 və X1 iddiaçının dəlillərinin əsassız olması barədə rəy vermişlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 260 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının X14 publik hüquqi şəxsin Nizamanəməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının X14 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən, abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, iddiaçının müraciəti ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır. İnzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. İddiaçı cavabdeh tərəfindən müraciətlərinə baxılarkən iştiraklarının təmin edilmədiyini bildirsə də, cavabdeh iddiaya etirazında X5 müraciətinə onun iştirakı ilə baxıldığını qeyd etmişdir. Bununla belə cavabdeh tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının övladı X5 imtahan nəticələrinin yenidən qiymətləndirilməsi barədə müraciətinə baxılarkən onun iştirakı təmin edilməmişdir. Halbuki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilən ekspert rəyində göstərilən izahlar məhz iddiaçının və övladının müraciətinə baxılarkən onlara təqdim edilməli və onların dinlənilmə hüququ təmin edilməklə, müraciətin təmin və ya rədd edilməsinə əsas olan halların dəqiq və aydın göstərildiyi müvafiq qərar qəbul edilməli idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər dedikdə qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi başa düşülür. Həmin Qanunun 52.1-ci maddəsinin tələblərinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla iddiaçının müraciətinin təmin edilməsindən imtinasını lazımı şəkildə əsaslandırmamışdır. İnzibati Prosessual Məcəllənin: 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2.-ci maddəsinə görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3.-cü maddəsinə görə, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. 74-cü maddəsində qeyd edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunvericiliyin şərh edilən normalarından görünür ki, məcburetmə haqqında iddialarda iddianın predmetini inzibati orqan tərəfindən məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul edilən qərarlar təşkil edir. Hər iki halda məhkəmə özü inzibati akt qəbul etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir. Əgər inzibati aktın qəbulu üçün şərtlər mövcuddursa və inzibati orqan tərəfindən qəbul edilməli olan qərar qanunla məcburi olaraq müəyyən edilibsə, yəni inzibati orqan məhz iddiaçının arzuladığı inzibati aktı qəbul etmək öhdəliyi daşıyırsa, məhkəmə İPM-nin 73.1-ci maddəsinə müvafiq olaraq məcburetmə haqqında iddianın əsaslılığının yoxlanılması nəticəsində imtinaedici inzibati aktı ləğv etməklə inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək öhdəliyi qoyur. Əgər inzibati orqan inzibati aktı qəbul edib-etməməsi ilə bağlı diskresion səlahiyyətə, hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığına malik olarsa, həmçinin inzibati aktın qəbul edilməsi üçün məhkəmə baxışı çərçivəsində həyata keçirilə bilməyən araşdırmanın davam etdirilməsi zəruri olduqda məhkəmə belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək iqtidarında olmadığından, İPM-nin 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. Yəni, məhkəmə inzibati orqanın üzərinə müvafiq məsələyə yenidən baxılması və yeni qərarın qəbul edilməsi öhdəliyi qoyur. Bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər inzibati orqan üçün məcburi xarakter daşıyır və inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etməlidir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında verdiyi cavabların düzgün qiymətləndirilməsi barədə müraciəti ekspertlər tərəfindən onun dinlənilmə hüququ təmin edilməklə araşdırılmalı və məsələ ilə bağlı cavabdeh tərəfindən hər bir mübahisəli test tapşırığına dair izah verilmiş əsaslandırılmış qərar qəbul edilməli idi. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı övladı X5 xx.xx.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında verdiyi cavabların düzgün qiymətləndirilməsinə dair müraciətinə məhkəmənin mövqeyi (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinin tələbi) nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X9 üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı – xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə keçirilmiş buraxılış imtahanında verdiyi cavabların düzgün qiymətləndirilməsinə dair müraciətinə məhkəmənin mövqeyi (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinin tələbi) nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası X9 üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1961/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1961/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver