Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1961/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Vəkillər X6 Cavabdeh qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 və X12 Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində şikayətlərlə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişlər. Azərbaycan Respublikası Vəkillər X4 müvafiq qərarı ilə həmin müraciətlər əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. X9 şikayəti belə əsaslandırlmışdır ki, zərərçəkmiş olan oğlu Əlihəd Eyvazovun vəkili Cavabdeh ondan hissə-hissə 7 800 manat pul almış, lakin oğluna lazımi hüquqi xidməti göstərməmişdir. Həmin məbləği o, müxtəlif vaxtlarda vermiş, bu ödənişlərə görə vəkil ona qəbz verməmişdir. Vəkil şikayət ərizələrini özlərinin yazmasını bildirmişdir. Buna dair səs yazıları vardır. Vəkil “Whatsapp” tətbiqi vasitəsi ilə ona cinayəti törədən şəxsdən 20 000 manat alacağını yazmış və onlara təklif etmişdir ki, şikayətdən əl çəksinlər. Həmçinin, vəkil Cavabdeh müxtəlif tarixlərdə ona “Whatsapp” tətbiqi yazılarında nalayiq sözlər işlətmiş, kobud surətdə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozmuşdur. Cinayəti törədən şəxs barədə Tərtər rayon məhkəməsində gedən məhkəmə proseslərinin heç birində vəsatət verməmişdir ki, cinayəti törədən şəxs barəsində cinayət işi yenidən istintaqa qaytarılsın. 7 800 manat pulun geri qaytarılmasını və vəkil Cavabdeh məsuliyyətə cəlb edilməsini xahiş edir. X7 şikayəti belə əsaslandırılmışdır ki, ona xeyli sayda ağır bədən xəsarəti yetirən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər rayon məhkəməsi tərəfindən baxılmış, məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası vermiş və o, hökmlə razılaşmadığı üçün Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Hökm çıxarılmamışdan bir neçə gün əvvəl, öz vəkili Cavabdeh ona bildirmişdir (həmçinin “Whatsapp” tətbiqində yazmışdır) ki, qarşı tərəfdən 20 000 manat alsınlar və bu şikayətdən əl çəksinlər, əks halda həmin pulu cinayəti törədən S.Məmmədova məhkəməyə verərək yüngül cəza alacaqdır. O, isə bu sözə inanmamış və yeganə tələbi cinayəti törədən şəxslərin azadlıqdan məhrum edilməsi olduğu üçün vəkilin dediyi fikirlə razı olmamış, lakin sonda onun dediyi kimi də olmuşdur. Zənnincə, məhkəmə vəkilin dediyi fikrə istinad edərək bu qərarı qəbul etmişdir. Vəkil Cavabdeh onlardan müxtəlif vaxtlarda 7 800 manat xidmət pulu almış, heç bir iş görməmiş, aldığı pula dair ödəniş qəbzi də verməmişdir. Onunla “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmalarında həmin vəkil müxtəlif şəxslərin ünvanına nalayiq və təhqiramiz sözlər işlətmiş, istifadəsində olan bir neçə türk nömrəsi ilə onunla yazışmışdır. Vəkil Cavabdeh intizam icraatı üzrə verdiyi izahatında göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs Əlihəd Eyvazovu “ATV” kanalında yayımlanan “Bizimləsən” proqramında ekspert kimi iştirak edən zaman tanımış, verilişin aparıcısı vəkil kimi bu işlə maraqlanmağı ondan xahiş etmiş, həmin vaxt Əlihəd 5 saylı şəhər yanıq xəstəxanasında müalicə almış, ona əvəzsiz olaraq köməklik etməyi özünə borc bilmişdir. Təqribən xx.xx.2021-ci il tarixdə Əlihədlə müqavilə bağlamış, etibarnamə götürmüş və həmin vaxt müalicə olunduğundan pula ehtiyacı olduğu üçün vəkil orderinin pulunu şəxsən öz hesabına ödəmişdir. O, dərhal Bərdə rayon prokurorluğuna müraciət edərək vəkil kimi işlə tanış olmağa və iş üzrə zərərçəkmiş şəxsin hüquqlarını müdafiə etməyə başlamış, cinayət işi ilə bağlı öz şəxsi vəsaiti ilə bir neçə dəfə Bərdə rayon prokurorluğunda olmuş və işi ətraflı öyrənmişdir. Əlihəd Eyvazova yetirilmiş yanıq xəsarəti ilkin ekspert tərəfindən az qiymətləndirildiyi üçün, o, əlavə ekspertizanın keçirilməsinə nail olmuş və verdiyi vəsatətlər təmin edilmişdir. Əlavə ekspertizanın cavabı və nəticəsi ilkin ekspert rəyindən fərqlənməsə də, o, cinayətin törədilmə üsuluna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə cinayət işinin başlanmasına müvəffəq olmuşdur. Bundan sonra, Əlihəd Eyvazovun səhhətində yüngülləşmə müşahidə olunduğundan, o, istintaq hərəkətlərinin aparılması ilə bağlı onunla və anası ilə Bərdə şəhərinə getməli olmuşdur. Onlar Bakı şəhərində yaşadıqlarından Bərdədə qalmağa yerləri olmadığına görə onunla birlikdə X5 kəndindəki ata evində müəyyən vaxtlarda təqribən 4-5 gün qalmışlar. Onların vəziyyətini nəzərə alaraq, öz şəxsi avtomobili ilə Bərdə şəhərinə gedəndə onlardan yalnız yol xərci ilə bağlı benzin tökməyə razılaşmışdır ki, benzinin qiyməti gediş-gəliş 100 manat edir. O, vəkil kimi tək və onlarla birlikdə Bərdə rayon prokurorluğunda 6-7 dəfə istintaq hərəkətlərində iştirak etmişdir. Əgər, o, vəkil kimi onun hüququnu lazımi səviyyədə qorumasa idi, iş hələ prokurorluqda olanda ondan imtina edərdilər. Prokurorluqda istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə o, Əlihədlə müqaviləni əvvəlki şərtlərlə təzələmiş və həmin vaxt orderin pulunu öz şəxsi vəsaiti hesabına ödəmişdir. İş üzrə Bərdə Rayon Məhkəməsində keçirilən məhkəmə proseslərində və istintaqında iştirak etmiş və vəsatət verərək kompleks ekspertizanın keçirilməsinə nail olmuşdur. Kompleks ekspertizanın rəyi əvvəlki rəylərdən fərqli olmadığından iş yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 127.2.2-ci madələri ilə aparılmış, onun əməlinin həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif edilməli olmasına dair verdiyi çoxsaylı vəsatətləri hakim tərəfindən rədd edilmiş, bəzi vəsatətləri isə baxılmamış saxlanılmışdır. Bərdə Rayon Məhkəməsində təqribən 6-7 dəfə proses olmuş, məhkəmənin gedişi vəkil kimi şəxsən onu qane etmədiyindən, o, həmin məhkəmənin bütün tərkibinə etiraz vermiş və etiraza baxan Gəncə Apellyasiya Məhkəməsi onu təmin edərək işi baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərmişdir. O, bu barədə Əlihədə və anasına məlumat vermiş, Əlihəd Tərtər Rayon Məhkəməsinə gediş-gəliş üçün ona benzin pulu olaraq 100 manat vermiş, o, 5-6 dəfə həmin məhkəmədə iştirak etmiş və onlar heç vaxt ondan vəkil kimi imtina etməkləri barədə bir söz belə deməmişlər. xx.xx.2022-ci il tarixdə (saat 17.00) növbəti məhkəmə prosesində iştirak etmək üçün məhkəmədə olarkən, ona Əlihəd Eyvazovun onun barəsində Vəkillər Kollegiyasına şikayət etdiyi məlum olmuş. O, vəkil kimi bu işə qoşulandan sonra təqsirləndirilən şəxsin ətrafı və tanıdığı bəzi vəkillər ona Əlihədə vurulmuş maddi və mənəvi ziyanla bağlı onun vasitəsilə 20 000 - 25 000 manat məbləğində kompensasiya ödəmək fikrində olduqlarını bildirmiş, bu barədə Əlihədə və anası Sevilə məlumat vermişlər. Onlar isə qızın tutulmasını istədiklərini demiş, onlara təqsirləndirilən şəxs S.Məmmədovanın boşanmış və himayəsində azyaşlı övladı olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tutulmasının mümkün olmayacağını və təklif edilən kompensasiyanın normal olduğunu israrla izah etsə də, xeyri olmamış, əksinə onun bu hərəkətini “satılmaq” kimi başa düşərək başqa mənaya gətirməyə başlamışlar. Hər iki şəxsə münasibətdə qeyd edilmiş pul məbləği barədə yazılmış şikayət yalandır, böhtandır və qərəzlidir, onun vəkil nüfuzuna xələl gətirmək məqsədi daşıyır. O, Əlihəd və anası Sevildən pul almamış, yol xərci olaraq bir neçə dəfə maşınına benzin vurmuşlar. Əlavə olaraq bildirir ki, cinayət işi üzrə mülki iddia verilməsi barədə Əlihəddən ödəniş qəbzləri tələb etsə də, o, hər hansı məbləği təsdiq edən sənəd təqdim edə bilməmişdir. İntizam icraatı materiallarında olan, şikayətçi X12 ilə Bakı şəhər 18 saylı Vəkil Bürosu arasında bağlanmış “Hüquqi yardım göstərilməsi haqqında” 653 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə ilə vəkil Cavabdeh zərərçəkmiş şəxs X10 Bərdə rayon prokurorluğunda hüquqi yardım göstərilməsi tapşırığı həvalə olunmuş, hüquqi yardıma görə 100 manat haqq müəyyən edilmiş, həmin vəsait nağdsız qaydada bank vasitəsilə ödənilmişdir. Müqavilə əsasında həmin tarixdə ******* saylı order tərtib edilmişdir. İntizam icraatı materiallarında olan, şikayətçi X13 ilə Bakı şəhər 18 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2021-ci tarixli, 1529 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilə ilə vəkil Cavabdeh zərərçəkmiş şəxs X10 Bərdə Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi tapşırığı həvalə olunmuş, hüquqi yardıma görə 100 manat haqq müəyyən edilmiş, həmin vəsait nağdsız qaydada bank vasitəsilə ödənilmişdir. Müqavilə əsasında həmin tarixdə ******* saylı order tərtib edilmişdir. İntizam icraatı materiallarında olan etibarnamədən görünür ki, X12 tərəfindən hüquqlarının təmsil edilməsi üçün vəkil Cavabdeh xx.xx.2021-ci il tarixli 7E-9819 reyestr nömrəli etibarnamə verilmişdir. Şikayətçilər tərəfindən İntizam Komissiyasına təqdim olunan “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıqların audio yazısından görünür ki, vəkil Cavabdeh kimi təqdim olunan şəxs tərəfindən təhqiramiz, nalayiq, kobud və qeyri-etik ifadələr işlədilmişdir. Vəkillərin İntizam Komissiyasının iclasında X13 və X12 iştirak edərək şikayətlərində göstərdiklərinə uyğun izahat vermiş, 7 800 manatın qaytarılmasını və vəkil Cavabdeh məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Vəkillərin İntizam Komissiyasının iclasında iştirak edən vəkil Cavabdeh izahatında yazdıqlarını bir daha təsdiq edərək “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarında nalayiq ifadələr işlətməsi ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, minik avtomobili ilə qəza törətdiyinə görə əsəbi vəziyyətdə olmuşdur. Beləliklə, intizam araşdırması ilə müəyyən edilmişdir ki, Bakı şəhər 18 saylı Vəkil bürosunun vəkili Cavabdeh X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 127.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Bərdə rayon prokurorluğunda ibtidai istintaqı zamanı və həmin cinayət işinə Bərdə və Tərtər Rayon Məhkəmələrində baxılarkən, iş üzrə zərərçəkmiş şəxs X10 hüquqi yardım göstərilməsi ilə əlaqədar peşə faəliyyətini həyata keçirərkən, vəkil etikasının tələblərini pozub özünün də izahatında etiraf etdiyi kimi, Bərdə rayon prokurorluğunda 6-7 dəfə istintaq hərəkətlərində, Bərdə Rayon Məhkəməsində 6-7 dəfə, Tərtər Rayon Məhkəməsində isə 5-6 dəfə məhkəmə proseslərində iştirak edərkən, X3 və anası X8 Bakı şəhərindən həmin rayonlara gediş-gəliş üçün yanacaq xərci qismində hər dəfə 100 manat olmaqla müqavilədən kənar qaydada nağd şəkildə pul vəsaiti almışdır. Beləliklə, vəkil Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18 və 19-cu maddələrinin və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.3, 2.4, 2.7, 2.8 və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Azərbaycan Respublikası Vəkillər X6 iddiadan imtina edilməsi haqqında 340 saylı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh səmimi peşmançılığı və barəsində hazırda şikayətin olmaması nəzərə alınaraq onun vəkillik fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Vəkillər X6 iş üzrə Cavabdeh üzvlükdən xaric olunmasına dair qaldırılmış iddiadan imtina edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilməli və iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1961/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1961/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver