Məhkəmə qərarları › İş №2-1(112)-1961/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1961/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1961/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ödənilməyən xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə hesablanmış 3180.51 manat əskik pul vəsaitinin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, qanunun aliliyini əsas tutaraq ona ödənilməyən, tutulan və qanuna zidd olaraq razılığı olmadan əvəzləşdirilən məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya ödənilməyən xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə hesablanmış 3180.51 manat əskik pul vəsaitinin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, pensiyamın düzgün hesablanmaması ilə bağlı dəfələrlə Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə müraciət etməsinə, hər dəfəsində məsələ ilə bağlı tam şəkildə və ətraflı məlumat verməsinə baxmayaraq müraciətlərinə eyni məzmunlu cavab verilməklə aşağıda qeyd etdiyi məsələnin qanuni və hüquqi yolla bərpası üçün heç bir addım atılmır. Bu məsələ ilə bağlı, bir müddət əvvəl 2020-ci ilin dekabr ayında pensiyasının azalması səbəbindən Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə müraciət ünvanlamışdır. Müraciətinə 12 yanvar 2021-ci il tarixli (**********4) məktubla cavab verildikdən sonra pensiyasının hesablanmasında nöqsana yol verildiyi, 2015-ci ildən bəri "Müalicə pulu" ilə bağlı məhkəmə qərarının pensiyasına əlavə olunmadığı və bu qərarın nəzərə alınmadığı aşkar olunmuşdur. Bununla bərabər həmin məktubda, ona qurum tərəfindən "26701,12 manat" artıq ödənilmiş pensiya məbləğinin olduğu bildirilmişdir. Bu cavabdan dərhal sonra aidiyyəti quruma ərizə ilə müraciət etməyi və məhkəmə qərarını təqdim etməyin səbəbindən, qurum tərəfindən edilən nöqsan aradan qaldırılaraq müalicə pulu pensiyasına əlavə olunmuş, lakin 2015-ci ildən bəri ödənilməyən müalicə pulu fərqinin, əvvəlki müraciətləri zamanı ona qurum tərəfindən "26701,12 manat" artıq ödənilmiş məbləğ ilə əvəzləşdirilərək, artıq ödəmənin"2524.77" manata endirildiyini bildirmişdilər. Nəticədə 2015-ci il müalicə pulu ilə bağlı məhkəmə qərarının əvvəlki illərdə icra olunmaması və yaranan fərqin ödənilməməsi səbəbindən məhkəməyə müraciət edilmiş və iclas zamanı vətəndaş müracətinin haqlı olması əsas göstərilərək məhkəmə tərəfindən icraya yönləndirilməsi qərarı verilmişdir. Burada belə açıq-aşkar şəkildə heç bir razılığı və məhkəmə qərarı olmadan pensiyamın əvəzləşdirildiyi (tutulduğu) qeyd olunur. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək pensiyası üzrə hazırda qalıq artıq ödənilmiş pul vəsaiti mövcud olmadığından onun müraciətində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tətbiqi ilə hər hansı yenidən hesablama aparılması mümkün deyil. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 8.1. –ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı və cavabdehin olduğu yer Bakı şəhəri olduğundan, tərəflər arasında mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1848/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarına əsasən İddiaçı pensiya hesablanmasında «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa xx.xx.2010-cu il tarixdə edilmiş əlavə və dəyişikliklərə əsasən Azərbaycan Respublikası birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşlarının 15 %-i miqdarında vergidən azad olunan pul təminatının xx.xx.2010-cu il tarixdən, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinətin pensiya hüququnun yarandığı tarixdən nəzərə alınaraq pensiyasının yenidən hesablanması və həmin tarixdən hazıradək yaranmış fərqin birdəfəyə ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1578/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı pensiya hesablanmasında hakimlərə müalicə üçün iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli 3-17-1/2- 220849/2023 nömrəli məktubdan görünür ki, “ ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 28 noyabr 2007-ci il tarixdə sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 mart 2015-ci il tarixli 2-1(81)- 1578/2015 nömrəli qərarı nəzərə alınmaqla yenidən hesablanıb. Belə ki, 1 oktyabr 2010cu il tarixdə İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 481,95 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 160,65 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 258,83 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 258,83 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 2231,26 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2231,26 manat) 80 faizi-1785,00 manat məbləğində hesablanmalı olduğu halda, 1827,84 manat müəyyən edilməklə xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün ona 1627,92 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına" dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1242,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 558,90 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 186,30 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 300,15 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 300,15 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 2587,50 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2587,50 manat) 80 faizi-2070,00 manat məbləğində müəyyən edilmişdir. Lakin 2013-cü il dekabr ayı üçün ərizəçiyə 2119,68 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üçün ona 49,68 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına" dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 652,05 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 217,35 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 350,17 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 350,17 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3018,75 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3018,75 manat) 80 faizi-2415,00 manat məbləğində hesablanmalı olduğu halda, 2472,96 manat müəyyən edilməklə xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün ərizəçiyə 3013,92 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin vəzifə maaşlarının artırılmasına” dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixdən ərizəçinin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 718,20 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 239,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 385,70 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 385,70 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3325,00 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3325,00 manat) 80 faizi-2660,00 manat məbləğində hesablanmalı olduğu halda, 2723,36 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üçün İddiaçı 1013,76 manat artıq pul vəsaiti ödənilib. “Hakimlərin əmək haqlarının artırılmasına” dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 779,63 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 433,13 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan müavinəti 418,69 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əməkhaqqı məbləğindən hesablanan 418,69 manat əlavəsi olmaqla orta aylıq əməkhaqqısı 3782,64 manat təşkil etmişdir. Bununla əlaqədar ərizəçinin əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3782,64 manat) 80 faizi-3026,11 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57496,09 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 54315,58 manat ödənilmişdir. Bu səbəbdən də ərizəçiyə yuxarıda qeyd olunan dövr ərzində 3180,51 manat əskik pul vəsaiti ödənilib. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı xx.xx.2010xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 5705,28 manat artıq, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3180,51 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 2524,77 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən vaxtilə İddiaçı işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, digər növ əlavələri 1201,08 manat olmaqla orta aylıq əməkhaqqısı 5425,58 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əməkhaqqının (5425,58 manat) 80 faizi-4340,46 manat məbləğində müəyyən edilmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ərizəçiyə ödənilməli olan ümumilikdə 3943,05 manat fərq məbləği hesablanmışdır. Həmin ona ödənilməli olan 3943,05 manat pul vəsaitinin 2524,77 manat artıq ödənilmiş vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq 1418,28 manat fərq məbləği 2022-ci ilin oktyabr ayında İddiaçı əmək pensiyasının (4340,46 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış: - **********6 №-li xx.xx.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 28 noyabr 2007-ci il tarixində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir... Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi-652,05 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi- 217,35 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 350,18 manat olmaqla orta aylıq əmək haqqı 2668,58 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2668,58 manat) 80 faizi-2134,86 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 2472,96 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 17581,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 718,20 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 239,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 385,70 manat olmaqla orta aylıq əmək haqqı 2939,30 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2939,30 manat) 80 faizi-2351,44 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 2723,36 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5950,72 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşı 1733,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi- 779,85 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-433,25 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 418,80 manat olmaqla orta aylıq əmək haqqınız 3364,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3364,90 manat) 80 faizi-2691,92 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2019-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40378,80 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 43548,00 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3169,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 26701,12 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyanızdan tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin dekabr ayından etibarən əmək pensiyanız 2691,92 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. - **********2 №-li xx.xx.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən 28 noyabr 2007-ci il tarixində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyiniz sənədlərə əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 1 oktyabr 2010-cu il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 481,95 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 160,65 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 258,83 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 258,83 manat əlavəsi olmaqla orta aylıq əmək haqqı 2231,26 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2231,26 manat) 80 faizi-1785,00 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 1827,84 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1627,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1242,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 558,90 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 186,30 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 300,15 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 300,15 manat əlavəsi olmaqla orta aylıq əmək haqqı 2587,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2587,50 manat) 80 faizi-2070,00 manat məbləğində müəyyən edilmişdir. Lakin 2013-cü il dekabr ayı üzrə ona 2119,68 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üçün ona 49,68 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 652,05 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 217,35 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 350,17 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 350,17 manat əlavəniz olmaqla orta aylıq əmək haqqı 3018,75 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3018,75 manat) 80 faizi-2415,00 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 2472,96 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 3013,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 718,20 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 239,40 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti 385,70 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 385,70 manat əlavəsi olmaqla orta aylıq əmək haqqı 3325,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq orta aylıq əmək haqqının (3325,00 manat) 80 faizi-2660,00 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 2723,36 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1013,76 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 779,63 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 433,13 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinətiniz 418,69 manat, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 418,69 manat əlavəniz olmaqla orta aylıq əmək haqqı 3782,64 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 16 il 1 ay 18 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3782,64 manat) 80 faizi-3026,11 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 57496,09 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 54315,58 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 3180,51 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 5705,28 manat artıq, xx.xx.2019-xx.xx.2021 -ci il tarixləri arasındakı dövrərzində isə 3180,51 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 2524,77 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 2524,77 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin aprel ayından etibarən əmək pensiyanız 3026,11 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. - 3-17-1/2-Ə-162051/2024 №-li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, əmək pensiyası üzrə hazırda qalıq artıq ödənilmiş pul vəsaiti mövcud olmadığından müraciətində göstərdiyi qaydada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tətbiqi ilə hər hansı yenidən hesablama aparılması mümkün deyil. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Məhkəmə sorğusuna əsasən, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya aid pensiya işi təqdim edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17- 1/2-253945/2025 №-li cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir. 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə iclasda iştirak edən cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya sabiq hakim kimi 28 noyabr 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etdikdə ona məlum olmuşdur ki, xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə hesablanmış 3180.51 manat əskik pul vəsaiti və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat artıq ödənilmiş məbləğlər cavabdeh tərəfindən əvəzləşdirilmişdir. İş materiallarında olan cavabdehin “mülahizə”dən və məktublardan görünür ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı yol verilmiş “səhvlər “nəticəsində 3180.51 manat əskik, 3943.05 manat artıq ödənilmiş məbləğlər müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının pensiya məbləğini müəyyən edərkən 2019-cu - 2022-ci illərdə səhvlərə yol verildiyindən hal-hazırda yenidən hesablamaları apararaq, müvafiq əvəzləşdirmələri aparmışdır. Bununla bağlı məhkəmə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanmasını vacib bilir: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normanın məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Yuxarıda qeyd edilmiş- pensiya məbləğlərin əvəzləşdirilməsi nəticəsində iddiaçının pensiyası azaldığı üçün, cavabdehin bu əməliyyatı- pensiyadan tutulma kimi qiymətləndirilir. Hazırki işdə müvafiq əvəzləşdirmə aparılması ilə iddiaçının əmək pensiyası məbləğinin müəyyən hissədə azalması ilə nəticələnən cavabdeh tərəfindən öz təşəbbüsü ilə başlandığı inzibati icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olması müəyyən olunmur. Beləki, inzibati icraat barədə iddiaçının məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməklə onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilməsi hallarına dair dəlillər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, əmək pensiyasının “əskik” və “artıq” ödənilmiş məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı inzibati icraat cavabdeh tərəfindən həm “İnzibati icraat haqqında” Qanunun, həm “Əmək pensiyaları haqqında” Qanunun tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiyadan tutmalar yalnız pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktublarda iddiaçıya ödənilmiş artıq pul vəsaitlərinin geri qaytarılması (tutulması) ilə əlaqədar razılığının verilməsi xahiş edilmiş, lakin iddiaçı tərəfindən buna razılıq verilməmişdir. Sözügedən pensiya məbləğlərin əvəzləşdirilməsi, başqa sözlə isə iddiaçıdan tutulması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə müraciət edilməmişdir. Bundan başqa iddiaçının pensiya işində xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə 3180.51 manat əskik pul vəsaitinin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat artıq ödənilməsinin müəyyən edilməsinə, bu məbləğlərin əvəzləşdirilməsinə dair müvafiq inzibati aktlar aşkar edilməmişdir. Göründüyü kimi iddiaçıya əskik pul vəsaitinin ödənilməsi və artıq ödənilmiş məbləğ ilə əvəzləşdirilmə iddiaçının razılığı və məhkəmə qərarı olmadan aparılmışdir. Belə olan halda cavabdehin hazırki hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmaqla, hüquqi əsasdan məhrumdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırda ona ödənilməyən əskik pul vəsaitinin və müəyyən dövr üzrə əvəzləşdirilmiş məbləğin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona ödənilməyən xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə hesablanmış 3180.51 manat əskik pul vəsaitinin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,32,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ödənilməyən xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə hesablanmış 3180.51 manat əskik pul vəsaitinin və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 3943.05 manat qanunsuz olaraq əvəzləşdirilmə edilən məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar