Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1963/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın ləğv edilməsi, xx.xx.1972-xx.xx.1980-ci illərin İddiaçı dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 4677/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1967-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır. İddiaçı 1972-1975-ci illərdə və 1975-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-təftiş idarəsində baş mühasib vəzifəsində çalışmışdır. İddiaçı 2007-ci ilə kimi qüvvədə olan qanunvericiliyinə uyğun olaraq dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilmişdir. İddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 02 noyabr 2001-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında İddiaçı aylıq 1761 manat əmək pensiyası ödənilmiş, aprel ayından isə aylıq pensiya 1161 manat ödənilməyə başlanılmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş, buna səbəb kimi əmək pensiyasının hesablanması zamanı düzgün hesablanmadığı nəticəsində ümumilikdə 12199,06 (on iki min bir yüz doxsan doqquz manat, altı qəpik) manat artıq pul vəsaiti ödənilməsi, buna görə də sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının dayandırılması qeyd edilmişdir. Belə ki, İddiaçı qulluq stajı 13 il 6 ay 1 gün olaraq nəzərdə tutulmuş, yuxarıda qeyd olunan 1972-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-təftiş idarəsində baş mühasib vəzifəsində işlədiyi dövrlər onun dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınmamışdır. İddiaçı, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın ləğv edilməsi, xx.xx.1972-xx.xx.1980-ci illərin İddiaçı dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin həmin müraciətə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və hesablamalar yanlış və əsassızdır. Belə ki, iddiaçıya aid əmək kitabçasından görünür ki, o, 08 il 06 ay (xx.xx.1972-xx.xx.1980-ci il tarixlərində) Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-təftiş idarəsində baş mühasib vəzifəsində çalışmış və onun işlədiyi vəzifə o zaman qüvvədə olan qanuna əsasən dövlət qulluğu vəzifəsi sayılırdı. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə əlavəsi 104,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 341,94 manat olmaqla orta aylıq əmək haqqısı 965,94 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 6 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (965,94 manat) 70 faizi-676.16 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümum məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə. Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 6 ay 1 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavəsi 114.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 374,82 manat olmaqla orta aylıq əmək haqqısı 1058,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (965,94 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1058,82 manat) arasındakı fərq məbləğinin (92,88 manat) 45 faizi-41,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (676,16 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 717,96 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə əlavəsi 171,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 562,23 manat olmaqla orta aylıq əmək haqqısı 1588,23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2017-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1058,82 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1588,23 manat) arasındakı fərq məbləğinin (529,41 manat) 45 faizi-238,23 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (717,96 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 956,19 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 1255,41 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 6409,10 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1206,42 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 1583,96 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 4530,48 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 1341,54 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən cari ilin yanvar, fevral və mart ayları üzrə ona ümumilikdə 4024,62 manat əmək pensiyası ödənilməli olduğu halda, 5284,10 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ümumilikdə iddiaçıya 1259,48 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə ümumilikdə 12199,06 (6409,10+4530,48+1259,48) manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qullucçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələr dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 19 mart 2024-cü il tarixində məktub göndərilməklə 5 aprel 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. İddiaçı mülahizələrin dinlənilməsi üçün 2 aprel 2024-cü il tarixində Mərkəzi Filiala gəlmişdir. Qəbul zamanı ona vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş və daha sonra onun yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Daha sonra iddiaçıya artıq ödənilmiş 12199,06 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. Qeyd olunanları nəzərə alaraq, İddiaçı oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş emək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, şəxsə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququnuza yenidən baxılması zamanı sizə artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Belə ki, vaxtilə şəxsə sabiq dövlət qulluqçusu yaşa görə əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı aşkar olunub. Eyni zamanda bildirilir ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azerbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. "İnzibati icraat haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. "İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, "İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 5 aprel 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinin təqdim edilməməsi şəxs barsində müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.
6. İş materiallarna əlavə olunmuş xx.xx.2024-cü il tarixli Aktda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-67412/2024 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı aşkar olunduqu barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, pensiya işinə aid sənədlərdə şəxsə Fondun Nərimanov rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç ii üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə əlavə 104,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 341,94 manat olmaqla orta aylıq əmək haqqı 965,94 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyasının "Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 6 ay 1 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (965,94 manat) 70 faizi-676,16 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü i! tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına quliuq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımiar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş ‘2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 6 ay 1 gün qulluq stajınıza görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 45 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə əlavə 114,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 374,82 manat olmaqla orta aylıq əmək haqqı 1058,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (965,94 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1058,82 manat) arasındakı fərq məbləğinin (92.88 manat) 45 faizi-41,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (676.16 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 717,96 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə əlavə 171,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 562,23 manat olmaqla orta aylıq əmək haqqı 1588 23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə çuluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (1058,82 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1583,23 manat) arasındakı fərq məbləğinin (529,41 manat) 45 faizi - 238,23 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (717 96 manat) üzərinə əlavə olunmaqla pensiya 956,19 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1255,41 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə 6409,10 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1206,42 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-31 12.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 1583.96 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 4530,48 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilir ki, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1341,54 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən cari ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 4024,62 manat əmək pensiyası ödənilmək olduğu halda, 5284,10 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ümumilikdə sizə 1283,46 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ümumilikdə 12199,06 (6409,10+4530,43+1259,48) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün şəxsin yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Bundan başqa, şəxsə 2022-ci il üçün maddi yardım üzrə 359,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 359,04 manat vəsait cari aydan etibarən hissəhissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanızın yenidən hesablanması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərcir tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 19 mart 2024-cü il tarixində məktub göndərilməklə 5 aprel 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 2 aprel 2024-cü il tarixində gəlmisiniz və sizə vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyanızın düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra sizin yuxarıda qeyd olunanlarla bağlı mülahizələriniz dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir.
8. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsinin Qərarı ilə İddiaçı xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işi № 141631).
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-4677/2024 nömrəli Qərarına əsasən İddiaçı 1761,37 manat pensiya məbləği yenidən hesablanaraq 1341,54 manat məbləğində müəyyən edilmişdir.
10. X5 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 1975-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Nəzarət-təftiş idarəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin nazirliklərin tabeliyində fəaliyyət göstərən orqanlarda mövcud olmuş vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş əmək kitabçasının 8 və 9 nömrəli qeydlərində Nəzarət-təftiş idarəsinin təsərrüfat hesabına fəaliyyət göstərdiyi qeyd edilmişdir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1,4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1975-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Nəzarət-təftiş idarəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş İdarəsində baş mühasib kimi işlədiyi dövr onun dövlət qulluğu stajına əlavə edilməmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının 1975-1983-cü illərdə işlədiyi dövr təsərrüfat hesablı dövr olduğu üçün dövlət qulluğu stajına daxil edilməmişdir. İddiaçı idarəyə dəvət edilmiş, “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir.
II. İddia mümkünlüyü
13. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi ilə bağlıdır.
14. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4677/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 1761,37 manat pensiya məbləği yenidən hesablanaraq 1341,54 manat təyin edilmişdir.
15. İddia mümkündür.
III. X6 Məhkəməsinin presedent hüququndan: - 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır. Eyni zamanda, daxili qanunvericiliyə əsasən tanınan mülkiyyət marağı (baxmayaraq ki, müəyyən hallarda hüquqi qüvvəsini itirə bilər) əmlak təşkil edə bilər. Sosial təminat qanunvericiliyində dəyişikliklər cəmiyyətdə baş verən dəyişikliklərə və sosial yardıma ehtiyacı olan insanların müvafiq kateqoriyaları ilə bağlı baxışların təkamülünə reaksiya olaraq qəbul edilə bilər. Hər hansı konkret formada müavinət və ya pensiya təyin edilməsinin ölkədaxili hüquqi şərtləri dəyişdikdə və həmin şərtlərin dəyişməsi səbəbindən maraqlı şəxs müvafiq meyarlara daha cavab vermədikdə, milli qanunvericilikdə kifayət qədər dəqiq müəyyən edilmiş substantiv mülkiyyət marağının konkret halda mövcud olubolmadığını yoxlamaq üçün işin fərdi hallarının (xüsusən tələblərin dəyişməsinin xarakterinin) diqqətlə araşdırılması tələb oluna bilər. - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur
IV. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsinin Qərarı ilə İddiaçı xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir (Pensiya işi № 141631).
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-4677/2024 nömrəli Qərarına əsasən İddiaçı 1761,37 manat pensiya məbləği yenidən hesablanaraq 1341,54 manat məbləğində müəyyən edilmişdir.
18. Cavabdeh orqan tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün əsas olaraq qeyd edilmişdir ki, 1) Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2017-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1058,82 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1588,23 manat) arasındakı fərq məbləğinin (529,41 manat) 45 faizi-238,23 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (717,96 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 956,19 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 1255,41 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 6409,10 manat artıq pul vəsaiti ödənilib. 2) Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1206,42 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 1583,96 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 4530,48 manat artıq pul vəsaiti ödənilib. 3) Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 1341,54 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən cari ilin yanvar, fevral və mart ayları üzrə ona ümumilikdə 4024,62 manat əmək pensiyası ödənilməli olduğu halda, 5284,10 manat ödənilib. Bu səbəbdən də həmin aylar üzrə ümumilikdə iddiaçıya 1259,48 manat artıq pul vəsaiti ödənilib. - Qeyd olunanları nəzərə alaraq, iddiaçıya son üç il üzrə ümumilikdə 12199,06 (6409,10+4530,48+1259,48) manat artıq pul vəsaiti ödənilib.
19. Məhkəmə müəyyən edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən aydın olur ki, hazırkı iş üzrə mübahisənin yaranmasının səbəbi iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsas iddiaçıya pensiya təyin edilərkən dövlət qulluğu vəzifəsindəki uyğunlaşmada yol verilən yanlışlıqla bağlı olmuşdur. Belə ki, cavabdeh orqan İddiaçı 1975-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Nəzarəttəftiş idarəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməməsi qənaətinə gələrək əmək pensiyasını yenidən hesablamışdır.
20. Mən ilk növbədə müəyyən edir ki, X5 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən 1975-1983-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Nəzarət-təftiş idarəsində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd edilmişdir.
21. Buna baxmayaraq məhkəmənin hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”.
22. Məhkəmə hesab edir ki, inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən qərardan da görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “inventarizasiya”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, inventarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz.
23. “İnzibati icraat haqqında” qanundan: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
24. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
25. İşin hallarından məlum olur ki, İddiaçı ilkin pensiya təminatı xx.xx.2005-ci il tarixdə həyata keçirilmişdir və həmin aktın ləğv olunmasını şərtləndirən hallar hələ 2005-ci ildə məlum olsa da, cavabdeh tərəfindən müvafiq hesablama (uyğunlaşma) inzibati icraat qaydalarına riayət etmədən 18 ildən sonra 2023-cü ildə həyata keçirilmişdir. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür.
26. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 4677/2024 nömrəli Qərarı ləğv edilməlidir. Bununla da iddiaçının (müdaxilədən) əvvəlki məbləğdə hesablanmış pensiyası bərpa edilmiş olacaqdır.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 4677/2024 nömrəli qərarı ləğv edilsin və İddiaçı müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva