Məhkəmə qərarları › İş №2-1(112)-1964/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1964/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1964/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “birdəfəli kompensasiya ödənişinin və müavinətin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “birdəfəli kompensasiya ödənişinin və müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı ona mərhum əri X2 işdən azadolunma əmrinin gecikdirilməsinə görə 42 günlük əlavə əməkhaqqı hesablanması, həm də, sonuncunun istifadə edilməmiş məzuniyyət haqqına daha bir aylıq istifadə edilməmiş məzuniyyət əlavə edilməsi, eləcə də, vəfat edənin vərəsəsi olaraq ona ödənilməyən, ərinin əmək haqqının 3 misli miqdarında müavinət, ərinin həmin hərbi hissədə çalışdığı bütün dövr üçün hərbi qulluqçunun işləməyən arvadı öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda, onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti, ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ailələrinə qanunvericilikdə müəyyən edilən məbləğdə və qaydada maddi yardım məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki tələblərlə cavabdehə xx.xx.N4-cü il və xx.xx.N4-cü il tarixlərdə rəsmi xatırlatma məktubları ilə müraciət edərək, mötəbər sübutlarını göstərsə də, bugünədək sonuncu hər hansı cavab göndərməmişdir. Baxmayaraq ki, əri X9 əvvəlcə DİN-nin Hərbi Hissəsində zabit olaraq əmək fəaliyyətinə başlayaraq qısa müddətdə orada çalışdıqdan sonra birbaşa cavabdehin tabeliyindəki N nömrəli hərbi hissədə N il ərzində zabit kimi qüsursuz çalışmış və iş başında olarkən xx.xx.N3-cü il tarixdə qəflətən vəfat etmişdir. Cavabdehin onun pretenziyasını cavabsız saxlaması halı, əri vəfat etdikdən sonra hərbi qulluqçu ailəsinə ən azı biganə yanaşması, ən çoxu isə bu işdə hər hansı digər şəxsi maraqlarının olması kimi qiymətləndirməlidir. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Elçin Abuzərlinin Bakı İnzibati Məhkəməsinin digər iş üzrə sorğusuna göndərdiyi xx.xx.N4cü il tarixli, 3-38-16/2-2046/N4 nömrəli cavab məktubunda göstərilir ki, xx.xx.N3-cü ildə vəfat etmiş əri X1 Mühafizə rəisinin xx.xx.N3-cü il tarixli, 160 Ş/H nömrəli əmrinə əsasən xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu cavabdan görünür ki, cavabdeh onların ailəni “cinayət etmiş” hərbi qulluqçularla bir araya qoymaqla ya onları əsassız bəhanaə ilə malik olduğundan hüqqulardan məhrum etmək istəyir. Hesab edir ki, cavabdehin göndərdiyi xx.xx.N4-cü il tarixli cavab hərbi qulluqçular arasında bərabərlik prinriplərini kobud şəkildə pozmaqla orduda xidmət edən hərbi qulluqçular arasında inamsızlıq və əsassız fərqlilik yaradır. Belə yanaşma da, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabərlik prinsipinə ziddiyyət təşkil edir. Lakin, ona ödənilməli olan müavinət, yardım və ərinin işdən azadolunma əmrinin 42 gün gecikdiyinə görə, ərinin adına əlavə N3-cü ilin iyun və iyul ayları üçün daha 42 günlük əlavə əməkhaqqı hesablanmamış, həm də, istifadə edilməmiş məzuniyyət haqqına daha bir aylıq istifadə edilməmiş məzuniyyət əlavə edilməmiş, eləcə də, vəfat edənin vərəsəsi olaraq ona ödənilməyən əmək haqqqının 3 misli miqdarında müavinət, ərinin həmin hərbi hissədə çalışdığı bütün dövr üçün hərbi qulluqçunun işləməyən arvadı öz ərlərinin idmət yeri üzrə işə düzəlməsi mümün olmadıqda, onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinəti öənilməmiş, ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ailələrinə qanunvericilikdə müəyyən edilən məbləğdə və qaydada maddi yardım məbləğləri ödənilməmişdir. Əsl həqiqi budur ki, cavabdeh onun ziyanına olaraq qanunun geriyə qüvəsini əsassız tətbiq etməklə ərinin vəfat etdiyi gündən 42 gün sonrakı tarixə Sahil Mühafizə rəisinin xx.xx.N3-cü il tarixli, 160 Ş/H nömrəli əmrinə əsasən xx.xx.N3-cü ildən şəxsi heyətin siyahısından çıxarılmasını bildirir. Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də, mülki və inzibati qanunvericiliyin tələblərinə əsasən cavabdehin belə yanaşması yol verilməzdir. Hərbi qulluqçu vəfat etdikdə, onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Lakin, bu günədək ona hər hansı güzəşt hüququ verilməmişdir. Cavabdehin ona ödənilməli ayrı-ayrı müavinət, yardım və ərinin adına əlavə N3-cü ilin iyun və iyul ayları üçün daha 42 günlük əlavə əməkhaqqı hesablanması, maddi yardım məbləğləri ödənilməməsi, ona qarşı biganə yanaşması faktı ilə yanaşı, himayəsində olan uşaqlarının da, hüquqlarını məhdudlaşdırmaqla, onları bütün digər kateqoriyalı şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulması deməkdir. Göründüyü kimi, bir hərbiçi ailəsi olaraq onların hüquqları və qanuni maraqlı təmin olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində 2003-cü ildən fəaliyyətdə olmuş, 3-cü dərəcəli kapitan (baş zabit) rütbəsinədək yüksəlmiş, dövlət tərəfindən sığortaolunan əri X9 xx.xx.N3-cü ildə ürək çatışmazlığı səbəbindən qəflətən vəfat etmişdir. Əri ilqar Xudaverdiyevin şəxsiyyətini səciyyələndirən xüsusiyyətlərini qiymətləndirmə gərəkdirsə, o gözəl ailə başçısı olmuş, 2012-ci ildə Bakı Pedoqoji Universitetinin hərbi ixtisasını bitirdikdən sonra Sərhəd Ximətində qulluq etməyə başlamış, Dövlət Sərhəd Xidmətinin xx.xx.2013-cü il tarixli, 0298 nömrəli əmri ilə “Azərbaycan Respublikası silahlı qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, xx.xx.2014-cü il tarixli, 0300 nömrəli əmri ilə “Azərbaycan Respublikası sərhəd mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı, xx.xx.2019-cu il tarixli, 0238 nömrəli əmri ilə “Azərbaycan Respublikası silahlı qüvvələr 10 il qüsursuz xidmətə görə medalı” ilə təltif olunmuşdur. Eləcə də, Sahil Mühafizəsi rəisinin xx.xx.N2-ci il tarixli əmri ilə, kapitan-leytenant İlqar Xudiyevə “3-cü dərəcəli kapitan” növbəti hərbi rütbəsi verilmişdir. Əri vəfat etikdən sonra o və orta məktəbin 3-cü sinif şagirdləri olan 2 azyaşlı uşaqlarına hərtərəfli zərbə olmuşdur. Bir tərəfdən onların birgə nikahdan olan 2 uşaqları ata qayğısından, onların inkişafı üçün zəruri olan müvafiq qidalardan, digər tərəfdən də, normal yaşamalarını təmin etmək üçün dövlətin qanunla nəzərdə tutulmuş ailələrinə ödənilməli olan ayrı-ayrı müavinət, yardım və ərinin adına əlavə N3-cü ilin iyun və iyul ayları üçün daha 42 günlük əlavə əməkhaqqı hesablanması, maddi yardım kimi maliyyə vəsaitindən məhrum olmuşlar. İddia tələbi aşağıdakı sübutlarla bir daha təsdiq edilir. Belə ki, onun şəxsiyyət vəsiqəsindən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sahil Müafizəsinin Hərbi şəhərciyində qeydiyyatdadır. Həmin tələblə cavabdeh Dövlət Sərhəd Xidmətinə xx.xx.N4-cü ildə rəsmi pretenziya və xx.xx.N4-cü il tarixdə rəsmi xatırlatma ilə müraciət edərək mötəbər sübutlarını göstərsə də, bu günədək sonuncu ona hər hansı cavab göndərməmişdir. DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Elçin Abuzərlinin Bakı İnzibati Məhkəməsinin digər iş üzrə sorğusuna göndərdiyi xx.xx.N4-cü il tarixli, 3-38-16/2-2046/24 nömrəli cavab məktubundan görünür ki, xx.xx.N3-cü ildə vəfat etmiş həyat yoldaşı X9 ilə birgə nikaha daxil olmuşlar. İki azyaşlı uşaları olan Xudaverdizadə Eyvaz və Ömərin doğum haqqında şəhadətnamələrindən görünür ki, uşaqlarının xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, anaları o, ataları X3r. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N nömrəli, xx.xx.N0-ci il tarixli arayışından görünür ki, kapitan-leytenant X9 həqiqətən həmin hərbi hissədə zabit qismində hərbi xidmətdə olmuşdur. Dövlət Sərhəd Xidmətinin xx.xx.2013-cü il tarixli, 0298 nömrəli əmri ilə təsdiqlənmiş vəsiqədən görünür ki, İlqar Xudaverdiyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunmuşdur. DSXnin xx.xx.2014-cü il tarixli, 0300 nömrəli əmri ilə təsdiqlənmiş vəsiqədən görünür ki, İlqar Xudaverdiyev “Azərbaycan Respublikası sərhəd mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif olunmuşdur. DSX-nin xx.xx.2019-cu il tarixli, 0238 nömrəli əmri ilə təsdiqlənmiş vəsiqəsən görünür ki, İlqar Xudaverdiyev “Azərbaycan Respublikası silahlı qüvvələr 10 il qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. DSX Sahil Mühafizəsi rəisinin xx.xx.N2-ci il tarixli əmri ilə təsdiqlənmiş vəsiqədən görünür ki, kapitan-leytenant İlqar Xudaverdiyevə “3-cü dərəcəli kapitan” növbəti hərbi rütbəsi verilmişdir. 3 saylı Bakı “Asan xidmət” Mərkəzinin AZ-İİ seriyalı 362815 nömrəli, xx.xx.N3-cü il tarixli arayışından görünür ki, İlqar Xudaverdiyev xx.xx.N3-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydi 595 nömrə ilə qeyd edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X8 415 nömrəli, xx.xx.N3-cü il tarixli arayışından görünür ki, DSX N nömrəli hərbi hissənin zabiti, 3-cü dərəcəli kapitan İlqar Xudaverdiyevin meyiti xx.xx.N3-cü ildə həmin Mərəzin “ümumi ekspertiza” bölməsində məhkəmə-tibbi espertizadan keçmişdir. Səhiyyə Nazirliyinin A-595 № li, xx.xx.N3-cü il tarixli “Ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, İlqar Xudaverdiyevin ölüm səbəbi kod 150, Ürək çatışmazlığı və kod 138 Xroniki endokardit müəyyən edilmişdir. N nömrəli hərbi hissənin baş vermiş və şəxsin müvafiq sığorta üzrə sığortalanan hesab olunmasına diar 15 nömrəli, xx.xx.N3-cü il tarixli arayışından görünür ki, 2003cü ildən fəaliyyətdə olmuş hərbi hissənin baş zabiti, sığortaolunan İlqar Xudaverdiyev xx.xx.N3-cü ildə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Hadisə ilə bağlı qəsdən törədilmiş cinayət əlamətlərinə dair məlumatlar yoxdur. Hadisənin sığortaolunanın özünə qəsd etməsi nəticəsində baş verməsinə dair məlumatlar yoxdur. Bakı şəhəri 43 saylı notariat ofisinin X/O sseriyalı, 3108 nömrəli, xx.xx.N3-cü il tarixi arayışından və “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.N3-cü il tarixli, V-44/N3 nömrəli şəhadətnamədən görünür ki, həqiqətən Bakı şəhəri, Türkan qəsəbəsi, N nömrəli hərbi hissədə eyni ünvanda qeydiyyatda olan, o, həm də, uşaqları X10 və X7 mərhum İlqar Xudaverdiyevin vərərəsi olaraq onların hər birinin miras əmlakın 1/3 hissəi irs almalıdırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.N4-cü il tarixli, 3-21-3-30/2-X004-8/N4 **********37 nömrəli məktubundan görünür ki, mərhum X2 adına hazırki dövr ərzində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.N4-cü il tarixli, ********** nömrəli müraciətinə dair arayışdan və Bakı İnzibati Məhkəməsinin sorğusuna xx.xx.N4-cü il tarixli, 3-21-3-02/2-4100/N4 nömrəli cavab məktubundan görünür ki, həmin İdarədə onun adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin onun sorğusuna xx.xx.N4-cü il tarixli, 18/2-15287/N4 nömrəli cavab məktubundan görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sahil Mühafizəsinin Hərbi Şəhərciyi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla ona verilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi aktiv statusdadır.

3. Sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək ərinin ölümü xidmətdə qəflətən baş verdiyindən ona birdəfəlik kompensasiya ödənişinin və hərbi qulluqçu olmuş mərhum ərinin işləməyən arvadı olaraq ona çalışdığı bütün dövr üçün xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadığından Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, qoşmaya əlavə edilmiş xx.xx.N3-cü il tarixli, 0157 nömrəli “şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilmə” haqqında əmrdən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.6-cı maddəsinin (günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə (ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimatla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır) müvafiq olaraq 3-cü dərəcəli kapitan X9 maddi-texniki təminat şöbəsinin silah-sursat bölməsinin baş zabiti həlak olması ilə əlaqədar xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmişdir. 3-cü dərəcəli kapitan İ.E.Xudaverdiyevin xidmət dövrü üçün pul təminatı növbəti üzrə ödənişlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunduqdan sonra müvafiq qaydada ödənilsin. 3-cü dərəcəli kapitan X9 N3-cü ilin növbəti məzuniyyətində 20 (iyirmi) gün istifadə edib. Maddi yardım və məzuniyyət müavinəti almışdır. 01 yanvar N3-cü il tarixdən 31 may N3-cü il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını 100 % almağa layiqdir. Bundan əlavə, qoşmaya əlavə edilən xx.xx.N5-ci il tarixli arayışdan məlum olur ki, mərhum həyat yoldaşı X4 ödənilməli olan ödənişlərin tam edilməsinə dair vətəndaş İddiaçı müraciətində qeyd olunan maliyyə sahəsinə aid xüsusatlara Maliyyə bölməsində baxılmışdır. xx.xx.N3-cü il tarixdə vəfat etmiş hərbi qulluqçu X2 hüququ olduğu pul təminatı (N3-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı istisna olmaqla) və müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləği xx.xx.N3-cü il tarixdə hərbi qulluqçunun şəxsi kart hesabına köçürülmüşdür. N3-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı xx.xx.N3-cü il tarixdə (hərbi qulluqçunun vəfatı ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışı və hüquqi varisi tərəfindən zəruri səndələrin təqdim edilməsinə görə) İddiaçı Adıgözəl qızının bank hesabına köçürülmüşdür. Müraciətdə qeyd olunmuş digər təminat növləri hərbi qulluqçunun pul təminatına və qanunvericiliklə nəzərdə tutulmuş təminat növlərinə aid edilmir. Məlumat üçün bildirilmişdir ki, hərbi qulluqçuların pul təminatı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 025N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 025N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 3.29-cu bəndinə görə (hərbi qulluqçu vəfat etdikdə (həlak olduqda) ödənişlər) – Hərbi qulluqçu vəfat etdikdə (həlak olduqda), (hərbi qulluqçunun vəfat etdiyi tam ay üçün) onun vəfat etdiyi günə almadığı pul təminatı, pul təminatının aylıq əlavə növləri və birdəfəlik xarakterli pul təminatı növləri vəfat edənin qanuni varisinə ödənilir. Beləliklə, Əsasnamənin müvafiq bəndinə əsasən yuxarıda adıçəkilən arayışdan da, göründüyü kimi, vəfat edən hərbi qulluqçuya ödənilməli olan ödənişlər iddiaçının bank hesabına köçürülmüşdür. Eyni zamanda, İddiaçı mərhum əri X2 işdən azadolunma əmri gecikdiyinə görə vəfat edənin vərəsəsi olaraq ona 42 günlük əlavə əməkhaqqı hesablanması tələbinə münasibətdə bildirilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə (ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı qüvələri şəxsi heyətinin Uçotu haqqında Təlimatla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır) müvafiq olaraq həlak olduğu xx.xx.N3-cü il tarixdən 42 gün gecikmə olmadan şəxsi heyətin siyahısında və bütün növ təminat normalarından çıxarılmış və həmin tarixədək bütün pul təminatı xx.xx.N3-cü il tarixdə vərəsəsi İddiaçı ödənilmişdir. Belə ki, 3cü dərəcəli kapitan İ.E.Xudaverdiyevin həlak olması barədə 3 saylı “Asan xidmət” mərkəzinin xx.xx.N3-cü il tarixli, AZE-İİ 362815 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsi mərhumun xidmət etdiyi Sahil Mühafizəsi rəisinin xx.xx.N3-cü il tarixli əmri ilə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. İddia tələbində qeyd olunan mərhum İ.E.Xudaverdiyevin istifadə edilməmiş növbəti məzuniyyətə görə (N3-cü il tarixdə 25 gün) pul kompensasiyasının xx.xx.N5-ci il tarixədək vərəsəsi İddiaçı ödənilməsi planlaşdırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, mərhum hərbi qulluqçu İ.E.Xudaverdiyevanın həyat yoldaşı İddiaçı tərəfindən ərinin xidmət yeri üzrə işə düzəldilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciəti daxil olmamışdır. xx.xx.N3-cü il tarixdə vəfat etmiş mərhum hərbi qulluqçu İ.E.Xudaverdiyevə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləği xx.xx.N3-cü il tarixdə hərbi qulluqçunun şəxsi kart hesabına köçürülmüşdür. İddiaçının iddia təlbində qeyd olunmuş digər təminat növləri hərbi qulluqçunun pul təminatına və qanunvericiliklə nəzərdə tutulmuş təminat növlərinə aid edilmir. Belə ki, hərbi qulluqçuların pul təminatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.1028-ci il tarixli, 025N nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını pul təminatı haqqında Əsasnamə” ilə tənzimləndir. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edərək həmin təminat növlərinin ona da, şamil olunduğunu iddia etsə də, həmin Məcəllənin 6-cı maddəsinin a) bəndinə əsasən Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, idiaçı İddiaçı iddiası əsassız olmaqla təmin edilməməlidir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən 17 iyun N3-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 362815 nömrəli “Ölüm haqqında şəhadətnam”yə əsasən X9 xx.xx.N3-cü il tarixdə, ürək çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında N3-cü ilin 06 ayının 17 günündə 595 nömrə ilə qeyd edilmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizələr ilə cavabdehə müraciətlər edilmişdir.

9. Cavabdeh tərəfindən iddiaçının mərhum əri X9 “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” 15 nömrəli, xx.xx.N3-cü il tarixli arayış tərtib edilmişdir. Vəfat etməsinə görə ödənilməli olan sığorta məbləği 11000 manat müəyyən edilmişdir.

10. İş materiallarına iddiaçı tərəfindən “Nikah haqqında şəhadətnamə”, “Doğum haqqında şəhadətnamə”lər, medallar və digər sənədlər əlavə edilmişdir.

11. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 0157 nömrəli “Şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış hesab edilməsi” barədə əmrindən çıxarışa əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.6-cı maddəsinin (günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə (ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimatla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı üvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır) müvafiq olaraq 3-cü dərəcəli kapitan X9 maddi-texniki təminat şöbəsinin silah-sursat bölməsinin baş zabiti həlak olması ilə əlaqədar xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmişdir. Şəxsi iş saxlanılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilmiş, 3-cü dərəcəli kapitan İ.E.Xudaverdiyevin xidmət dövrü üçün pul təminatı növbəti üzrə ödənişlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunduqdan sonra müvafiq qaydada ödənilmiş, 3-cü dərəcəli kapitan X9 N3-cü ilin növbəti məzuniyyətində 20 (iyirmi) gün istifadə edib. Maddi yardım və məzuniyyət müavinəti almışdır. 01 yanvar N3-cü il tarixdən 31 may N3-cü il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını 100 % almağa layiq hesab edilmişdir.

12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli, xx.xx.N5-ci il tarixli arayışa əsasən xx.xx.N3-cü il tarixdə vəfat etmiş hərbi qulluqçu X2 hüququ olduğu pul təminatı (N3-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı istisna olmaqla) və müvəqqəti mənzilin kirayəsi üçün pul kompensiyası məbləği xx.xx.N3-cü il tarixdə hərbi qulluqçunun şəxsi kart hesabına köçürülmüşdür. N3-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatı xx.xx.N3-cü il tarixdə (hərbi qulluqçunun vəfatı ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrindən çıxarışı və hüquqi varisi tərəfindən zəruri sənədlərin təqdim edilməsinə görə) İddiaçı bank hesabına köçürülmüşdür. Müraciətdə qeyd olunmuş digər təminat növləri hərbi qulluqçunun pul təminatına və qanunvericiliklə nəzərdə tutulmuş təminat növlərinə aid edilmir. Məlumat üçün bildirilmişdir ki, hərbi qulluqçuların pul təminatı Dövlət Sərhəd Xidməti rəsinin xx.xx.2018-ci il tarixli 025N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 21. Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ

1. Əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün aşağıdakı təminatlar müəyyən edilir: a) işə qəbul olunmaq və işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaq üçün üstünlük hüququ. Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər; ... j) hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir. ...

6. Həlak olmuş (vəfat etmiş) hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən məbləğdə müavinət ödənilir.

21. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Maddə 1. Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik. 1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; ...

22. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X9 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində 3-cü dərəcəli kapitan rütbəsində, maddi-texniki təminat şöbəsinin silah-sursat bölməsinin baş zabiti vəzifəsində xidmət etmiş, o, xx.xx.N3-cü il tarixdə “Ürək çatışmazlığından” vəfat etmişdir. O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 0157 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.6-cı maddəsinə (günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə (ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimatla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı üvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır) müvafiq olaraq həlak olması ilə əlaqədar xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilmiş, xidmət dövrü üçün pul təminatı növləri üzrə ödənişlər və xidmət müddətinə görə birdəfəlik pul mükafatının (100%) ödənilməsi qərara alınmışdır. Sözügedən ödənişlər iddiaçıya ödənilmiş, bundan əlavə, cavabdeh tərəfindən iddiaçının mərhum əri X9 “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” 15 nömrəli, xx.xx.N3-cü il tarixli arayış tərtib edilmişdir. Vəfat etməsinə görə ödənilməli olan sığorta məbləği 11000 manat müəyyən edilmişdir.

23. İddiaçı hazırda məhkəmədən cavabdeh tərəfindən ərinin ölümü xidmətdə qəflətən baş verdiyindən ona birdəfəlik kompensasiya ödənişinin və hərbi qulluqçu olmuş mərhum ərinin işləməyən arvadı olaraq ona çalışdığı bütün dövr üçün xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadığından Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı məbləğində aylıq pul müavinətinin ödənilməsini xahiş edir.

24. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin normalarına və işin hallarına əsasən iddiaçının ilkin tələbinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının vəfat etmiş əri barəsində cavabdeh tərəfindən “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” 15 nömrəli, xx.xx.N3-cü il tarixli arayış tərtib edilmişdir. Vəfat etməsinə görə ödənilməli olan sığorta məbləği 11000 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinin vəfat etməsi ilə əlaqədar ona ödənilməli olan kompensasiya məbləği müəyyən edilmiş və bununla bağlı cavabdeh tərəfindən müvafiq arayış tərtib edilmişdir. Belə olan təqdirdə, iddiaçının cavabdehə qarşı həmin tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mərhum ərinin qəflətən vəfat etməsi ilə əlaqədar ölüm səbəbinə görə əlavə ödənişlərin ödənilməli olmasını bildirsə də, iddia ərizəsində bu tələbin hüquqi əsasını, yəni, bu tələbinin hansı qanun qüvvəli hüquqi aktdan irəli gəlməsini əsaslandıra bilməmişdir. O, bu tələbini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində yuxarıda istinad olunan qanunvericilik normaları ilə əsaslandırsa da, qeyd edildiyi kimi, cavabdeh tərəfindən sözügedən qanunvericiliklə müəyyən edilmiş, vəfat etmiş hərbi qulluqçuya vəfat etməsinə görə ödənilməli olan sığorta ödənişi məbləği ödənilmişdir.

25. Məhkəmə iddiaçının ikinci tələbinə münasibətdə qeyd edir ki, hazırki Qərarın 20-ci bəndində sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər. Hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir. Göründüyü kimi, qanunverici hərbi qulluqçuların arvadlarının işə düzəldilməsi üçün tədbirlərin görülməsi, öz ərlərinin xidmət yeri işə düzəlməsi mümkün olmadıqda isə Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinətinin ödənilməsi halının imperativliyini yanlız hərbi qulluqçuların arvadlarının müraciət etməsi ilə şərtləndirmişdir. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan göründüyü kimi, iddiaçının bununla bağlı əvvəllər cavabdeh inzibati orqana və ya onun hər hansı bir struktur qurumuna müraciəti olmamışdır. Bununla bağlı, iddiaçı tərəfindən də, məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə də, əsassız hesab edilməklə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar