Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1966/2020 05.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi ( arvadı )Nümayəndə iştirakı ilə, iddiaçı X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis idarəsinə qarşı 3-cü şəxs qismində X1 cəlb olunmaqla “3-cü şəxsin Baki şəhəri, Xətai rayonu Xocalı küçəsi, 8 saylı evin 80 saylı mənzilindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı X4 cavabdeh Bakı şəhəri Xətai rayon Polis idarəsinə qarşı 3-cü şəxs qismində X1 cəlb olunmaqla “3-cü şəxsin Baki şəhəri, Xətai rayonu Xocalı küçəsi, 8 saylı evin 80 saylı mənzilindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi 05 fevral 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi və arvadının ərizəsi təmin edilməlidir. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis idarəsinə qarşı 3-cü şəxs qismində X1 cəlb olunmaqla “3-cü şəxsin Baki şəhəri, Xətai rayonu Xocalı küçəsi, 8 saylı evin 80 saylı mənzilindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi iddiaçının nümayəndəsinin vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Bakı şəhəri Xətai rayon Polis idarəsinə qarşı 3-cü şəxs qismində X1 cəlb olunmaqla “3-cü şəxsin Baki şəhəri, Xətai rayonu Xocalı küçəsi, 8 saylı evin 80 saylı mənzilindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi iddiaçının nümayəndəsinin vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1966/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1966/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver