Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1966/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh X1 (Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 196, mənzil 171) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təminat xərcliyinin yenidən hesablanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı üçün pensiyanın yenidən hesablanması və qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasına əsasən onun üçün hesablanan pensiya məbləğini təminat xərcliyinin artım məbləğinin 3% miqdarında hesablanaraq verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət, o cümlədən 20 təqvim ilindən artıq müddət ərzində təqvim 24 il, 8 ay, 21 gün (güzəştli 33 il, 21 gün) müddətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmişdir və 14 fevral 2018-ci il tarixdə xidmətdən təxris olunmuşdur. Xidmət etdiyim müddətin mütləq əksəriyyəti 2017-ci ilin iyul ayının 1-dək olduğuna, qalan cüzi hissəsinin həmin tarixdən sonraya təsadüf etdiyinə görə müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən Cavabdeh tərəfindən ona 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğinə 20 ildən yuxarı xidmətin hər ili üçün 2017-ci ilin iyul ayının 1-dək 3 faiz miqdarında, 2017-ci ilin iyul ayının 1-dən sonrakı müddətdə isə 2 faiz əlavə olunmaqla pensiya hesablanaraq verilməsi qərara alınmışdır. Buna baxmayaraq, əmək pensiyalarına, qulluq stajına görə əlavələrin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləsdirmə və sonrakı artımlar nəzərə alınmaqla, onun yenidən hesablanması qaydasına əsasən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 2017-ci ilin iyul ayının 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası tətbiq edildikdən sonra iddiaçı üçün hesablanan pensiya məbləği əsassız olaraq təminat xərcliyinin artım məbləğinin 3 faizi miqdarında deyil, 2 faizi miqdarında əlavə olunmaqla hesablanmış və bu da pensiyamın düzgün hesablanmaması deməkdir. Ona görə də 27.01.020-ci il tarixli ərizəylə Cavabdehnə müraciət edərək pensiyanın yenidən və qanuni əsaslarla hesablanmasını xahiş etmiş, lakin həmin ərizə həmin idarədə xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, indiyə kimi heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh əsasız və qanunsuz olaraq ərizəyə cavab verməmiş və bununla da əsaaslı xahişindən qanunsuz olaraq imtina edilmiş sayılır. Əslində isə, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən onun üçün pensiya hesablanarkən pensiyanın artım məbləği 2 faiz deyil, 3 faiz miqdarında artım əlavə olunmaqla hesablanaraq verilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Bildirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qeyd olunanlara əsasən cavabdeh məhkəmədən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəfələrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən İddiaçı pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı barəsində 001614 nömrəli Məlumat Vərəqi doldurularaq cavabdeh orqana göndərilmişdir. X2 əsasən iddiaçının təqvim xidmət illəri 26 il 8 ay 20 gün, güzəştli illəri 3 il 11 ay 3 gün, 2 il 4 ay 28 gün ali təhsil illərindən ibarət olmaqla cəmi 33 il 21 gün gün təşkil etmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 15 fevral 2018-ci il tarixində tərxis olunması ilə əlaqədar (yaşa görə) ona dair 14 fevral 2018-ci il tarixli 001614 məlumat vərəqəsində xidmət müddətinin 26 il 8 ay 20 gün təqvim, 3 il 11 ay 3 gün güzəştli, 2 il 4 ay 28 gün ali təhsil müddətindən ibarət olmaqla cəmi 33 il 21 gün göstərilmişdir. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir: 1. Təqvim illəri üzrə iddiaçının stajından xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzindəki staj (7 ay 14 gün) çıxılır: 26 il 8 ay 20 gün (təqvim ili) -7 ay 14 gün çıxılır = 26 il 1 ay 6 gün. Deməli, iddiaçının xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddətilə birlikdə stajının ümumilikdə 32 il 5 ay 7 gün (26 il 1 ay 6 gün + 3 il 11 ay 3 gün + 2 il 4 ay 28 gün) təşkil edir. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə- 20 il üçün - təminat xərcliyinin 55 faizi; -12 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla təminat xərcliyinin 36 faizi; xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı (7 ay 14 gün) müddəti üçün isə - 7 aya görə təminat xərcliyinin 1.17 faizi miqdarında müəyyən edilir. Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1695,20 manat) 92,17 faizi (55+36+1,17) 1562,47 manat məbləğində hesablanmışdır. 1 mart 2018ci il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1676,68 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 880,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-310,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-220,00 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi- 88,00 manat, şifrləməyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-176,00 manat, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi- 264,00 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-176,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2332,20 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmana əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (13 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (13x2) təminat xərcliyinin 26 faizi; Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1695,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2332,20 manat) arasındakı fərq məbləğinin (637,00 manat) 81 faizi-515,97 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (1562,47 manat) üzərinə əlavə olunmaqla 2078,44 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Beləliklə pensiya işinin materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şərtlərlə İş İdarəsinin Əmək pensiyası təyin edən komissiyanın 21 fevral 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə 1373,11 manat pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin pensiyanın yenidən hesablanması barədə xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, 16 fevral 2018-ci il tarixindən sonuncu xidmət etdiyini orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşının 880,00 manat, rütbə maaşının 154,00 manat, xidmət illərinə görə 30 faizi miqdarında əlavə, 310,20 manat, məharət dərəcəsinə vəzifə maaşının 25 taızı miqdarında əlavə, 220,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2332,20 manat təşkil etmişdir. Beləliklə işdə olan sənədlərdən, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən edildi ki, xx xxxxxx 1967-ci il təvəllüdlü iddiaçıya pensiya hüquqununun yarandığı 16 fevral 2018-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna görə də həmin tarixdən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq ümumi 33 il 21 gün gün xidmət müddətinə uyğun olaraq yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid uçot vərəqi və ona əlavə edilmiş sənədlərdən görünür ki, sonuncu dəfə tərtib edilmiş 18 oktyabr 2019-cu il tarixli təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmaqla pensiyası yenidən hesablanmışdır. Yəni iddiaçının pensiyası hesablanarkən sonuncu dəfə 2019-cu ilin oktyabr ayında tərtib edilmiş təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmışdır. İddiaçı qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasına əsasən ona hesablanan pensiya məbləğini təminat xərcliyinin artım məbləğinin 3% miqdarında hesablanaraq verilməsi vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdədir. İddiaçı tələbinin əsası olaraq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının vəzifə maaşından xidməti illərinə görə 3% təminat xərcliyinin kəsilməsi kimi qiymətləndirilməsi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin tələbinə uyğun olaraq, yəni 2017ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləğinin 2017-ci ilin iyul ayının 1-i tarixinə azaldılmaqla ödənilməsi barədə olan müddəasının tələbləri tətbiq edilməklə cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyasının ümumi məbləği onun tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1695,20 manat) 92,17 faizi (55+36+1,17) 1562,47 manat məbləğində hesablanmışdır. 1 mart 2018-ci il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1676,68 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 880,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-310,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi-220,00 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-88,00 manat, şifrləməyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-176,00 manat, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-264,00 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-176,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2332,20 manat təşkil etmişdir. Beləliklə müəyyən edilmişdir ki, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1695,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2332,20 manat) arasındakı fərq məbləğinin (637,00 manat) 81 faizi-515,97 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1562,47 manat) üzərinə əlavə olunmaqla 2078,44 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İddiaçı barəsində təminat xərcliyi (pul təminatı) ilə bağlı tərtib edilmiş məlumatda rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan, cavabdeh tərəfindən iddiaçının pensiyası hərbi qulluqçu kimi pensiya hüququ yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığından, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1966/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1966/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver