Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1966/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 (Astara rayonunda qeydiyyatdadır, ixtisası coğrafiyaçı, X5 direktor müavini işləyir) iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı üçüncü şəxs qismində X10 cəlb edilməklə “X9 bərpa olunma öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının 2005- 2006, 2006-2007-ci illər üzrə təhsil aldığı X9 bərpa olunma öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün ailəsinin üzvü kimi artıq neçə illərdir ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı yataqxanasında məskunlaşmışdır. Himayəsində iki övladı var. İddiaçının ailəsi 4 nəfərdən ibarətdir. O, 2005-ci ildə X9 daxil olmuş, 2005-2006, 2006- 2007 tədris illərində həmin kollecin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. Lakin qeyd olunan tədris illəri üzrə Kollecdə təhsil alsa da, sonradan təhsilini davam etdirə bilməmişdir. İddiaçı təhsilini davam etdirmək üçün X9 bərpa olunmağı barədə həm adıçəkilən təhsil müəssisəsinə, həm də Təhsil Nazirliyinə müraciət etmişdir. Müraciətinə davam olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyindən iddiaçıya ünvanlanmış 30.06.2021-ci il tarixli, C-8291/1024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 yanvar 2017-ci il 49 saylı əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsil müəssisələrində tələblərin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti qaydalar”a əsasən Orta ixtisas təhsili müəssisələri tələbləri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından 1 semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Yaranan vəziyyətlə bağlı iddiaçının təhsil ala bilməməsi üzürlü səbəb kimi hesab olunmalıdır. Belə ki, müddət axımının tətbiq edilməsi iddiaçının ən üstün qanunvericilik aktı hesab olunan konstitusiyada nəzərdə tutulan təhsil almaq hüququnun pozulması hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı Kollecə bərpa olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin Təhsil Nazirliyinin 30.06.2021-ci il tarixli, C-8291/1024 saylı məktubu ilə onun təhsil müəssisəsinə bərpa edilməsinə razılıq verilməmişdir. Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli 49 saylı əmri ilə “Orta ixtisas təhsil müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydalar təsdiq edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, Orta ixtisas təhsil müəssisələri tələbələri sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Hazırki iş üzrə iddiaçı 2007-ci ildə orta ixtisas təhsil müəssisəsindən xaric edilməsinə baxmayaraq, təhsil müəssisəsinə bərpa olunmaq üçün yalnız 2021-ci il tarixində müraciət etmişdir. Qaydalara görə bu müddətin ötürülməsi iddiaçının orta ixtisas təhsil müəssisəsinə bərpasını istisna edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X8 izahatında bildirmişdir ki, İddiaçı heç bir jurnalda adı yoxdur. 2005-ci ildən sonra həmin şəxsin kollecdə olmağı barədə heç bir məlumat yoxdur. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi X6 iddiaçıya ünvanladığı 30 iyun 2021-ci il tarixli, 72 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı 28 sentyabr 2005-ci il tarixində 43 nömrəli əmrlə X6 “İbtidai təhsil” ixtisasına daxil olmuş, 10 iyul 2006-cı il tarixdə 43 nömrəli əmrlə 2005/2006-cı tədris ilinin yekunlarına əsasən kursdan-kursa keçmişdir. Lakin sonrakı mərhələdə oxumağı barədə hər hansı bir əmr verilməmişdir. İddiaçı 2006-cı il tarixdən kolleclə əlaqəsi olmadığı üçün həmin tarixdən tələbələr sırasından xaric edilmiş hesab edilir və yenidən kollecə bərpa olunması mümkün deyildir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 30.06.2021-ci il tarixli, C-8291/1024 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”a əsasən orta təhsili müəssisələri tələbləri sırasından xaric olunmuş şəxslərin xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququ var. Mövcud qaydalara əsasən orta ixtisas təhsili müəssisəsinin tələbələri sırasından xaric olduğu vaxtdan bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinin bərpa oluna bilər. Məhkəmənin 22 oktyabr 2021-ci il tarixli sorğusuna əsasən, X11 tərəfindən xx.xx.1990-ci il təvəlüdlü İddiaçı aid olan 28 sentyabr 2005-ci il tarixli, 43 nömrəli, 10 iyul 2006-ci il tarixli 43 nömrəli, 14 iyun 2021-ci il tarixli, 77 nömrəli əmrlər təqdim edilmişdir. X6 28 sentyabr 2005-ci il tarixli, 43 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının TQDK-nın 2005/2006 –ci tədris ili üçün əsas təhsil bazasından texnikumlara boş plan yerlərinə qəbul olunmuş abituriyentlərin 27.09.2005-ci il tarixdə təsdiq edilmiş siyahısına əsasən Şükürova Nuranə Səxavət qızı ibtidai təhsilİ ixtisası üzrə dövlət hesabı ilə X3 əyani şöbəsinin İ kurs tələbələri sırasına daxil edilmişdir. X6 10 iyul 2006-ci il tarixli, 43 nömrəli əmrinə əsasən, aşagıda adları qeyd olunan texnikumunun tələbələri 2005/2006-ci tədris ilinin yekunlarına əsasən nəzəri və təcrübi proqramları yerinə yetirdikləri üçün kursdan kursa keçirilsin (ibtidai təhsil ixtisası üzrə İİ kursa): 17. Şükürova Nuranə Səxavət qızı X6 14 iyun 2021-сiil tarixli əmrinə əsasən, kollecinin sabiq tələbəsi X1 15 sentyabr 2006-ci il tarixindən kolleclə əlaqəsi olmadığına görə həmin tarixdən tələbələr sırasından xaric edilmiş hesab edilməsi əmr edilmişdir. İddiaçı əlavə olaraq, iddia tələbinin təmin edilməsi məqsədilə qəbul olunmuş tələbə məlumatını, abituriyentin elektron ərizəsinin surətini və dövlət imtahan mərkəzi səhifəsindən elektron ərizənin surətini təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. “Təhsil haqqında” Qanunun 5.1. –ci maddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 21.1. –ci maddəsinə əsasən orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. “Təhsil haqqında ”Qanunun 21.3. –ci maddəsinə əsasən, orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. İşin faktiki hallarına əsasən iddiaçı 2005-ci ildə X9 daxil olmuş, 2005- 2006 ci ildə təhsil almış, lakin sonradan təhsilini davam etdirə bilməmiş və təhsildən kənarlaşmışdır. İddiaçı kollecə bərpa olunması üçün Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh Təhsil Nazirliyinin 30.06.2021-ci il tarixli, C-8291/1024 saylı məktubu ilə onun təhsil müəssisəsinə bərpa edilməsinə razılıq verilməmişdir. “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2019-cu il tarixli, 219 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən, orta ixtisas təhsili müəssisəsində tədris orta ixtisas təhsili pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları ilə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirinin 27.01.2017-ci il tarixli, 49 saylı əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” Müvəqqəti Qaydaların 1.1-ci bəndinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsilalanların (tələbələrin) köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar (bundan sonra Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə və 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun hazırlanmış və tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrinə (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, tələbə aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdə; 3.1.3. orta ixtisas təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); 3.1.5. növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda; Həmin Qaydaların 3.3-cü bəndinə görə, tələbələr sırasından xaric edilmiş şəxsə təhsil haqqında sənədin əsli və əgər müraciət edərsə təhsilini başa vurmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış verilir. Həmin sənədlərin surətləri və xaric olunma haqqında əmrdən çıxarış orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 9-cu bəndinə əsasən, Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək; İşin faktiki hallarına əsasən iddiaçı 15 sentyabr 2006-cı il tarixdə tələbələr siyahısından xaric edilmişdir. Lakin yenidən kollecə bərpa olunması üçün 16 iyun 2021-ci il tarixdə müraciət etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.1.-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2.-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. X7 iddiaçı barəsində verdiyi əmrləri qüvvədə olduğundan etibarlı sayılır, məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının 2005-2006, 2006-2007-ci illər üzrə təhsil aldığı X9 bərpa olunma öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “X9 bərpa olunma öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1966/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1966/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver