Məhkəmə qərarları › İş №2-1(112)-1967/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1967/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1967/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı Təvəkkül oğlunun iştirakı ilə, İddiaçı Təvəkkül oğlunun Cavabdehə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Təvəkkül oğlu Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2023-cü ilin may ayından hesablanmaqla müvəqqəti mənzil kirayəsi xərcini ödəmək öhdəliyinin Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək AR Sərhəd Qoşunlarında zabit kimi xidmət etmişdir. Xidmətdən buraxıldıqdan sonra 2023-cü ilin may ayına qədər qanunvericiliyə uyğun olaraq müvəqqəti mənzil kirayəsi xərci almışdır. Xərcin ödənilməsi dayandırıldıqda səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə onun ehtiyata "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 158-ci maddəsinin “b” bəndi üzrə buraxılmağını əsas göstərərək həmin əsasla kirayə xərci ödənilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Cavabdehin mövqeyi ilə razı deyil. Belə ki, onun ehtiyata buraxılma əsası əvvəlki gündən cavabdehə məlumdur. Buna baxmayaraq ona illər boyu kirayə xərci ödənilmişdir. Onun vəziyyətində olan minlərlə digər keçmiş zabitlər də eyni qaydada kirayə haqqı almaqdadırlar. İndi dəyişən heç bir şey yoxdur. Cavabdehin istinad etdiyi AR Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" xx.xx.2012-ci il tarixli. 174 nömrəli qərarında "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 158 "b” bəndi ilə tərxis olunanlara kirayə xərcinin ödənilməsini qadağan edən heç bir norma yoxdur. O 2010-cu ildə, yəni Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı qüvvəyə minməmişdən qabaq tərxis olunduğu üçün həmin qərar ona tətbiq oluna bilməz. Vətənə xidmət etmiş bir şəxs kimi cavabdehin imtinası onu mənəvi cəhətdən çox incidir. Düşünür ki, heç bir hərbiçi zabit bu rəftara layiq deyil. Digər tərəfdən onun aylıq 300 manat olan həmin pula çox ehtiyacı vardır. Kirayə xərcinin kəsilməsi maddi vəziyyətini ağırlaşdırmışdır. Cavabdehin imtinası ona xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2023-cü il tarixli, 5-14/2-1671/2023 nömrəli yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nərimanov Rayon İdarəsinin xx.xx.2013-cü il tarixli, 101 №lı arayışına əsasən iddiaçı 22.06.006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında xidmət etmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0577 nömrəli əmrinə əsasən 24 12 2010-cu il tarixdən “Hərbi xıdmətkeçmə haqqında Əsasnamə ”nin 158-cı maddəsinin “b” bəndinə (törətdiyi cinayət əməlinə görə) uyğun olaraq ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-cı bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin bəndin 3-cü abzasına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki. 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-cı ıl tarixli Qərardadına əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz Göründüyü kimi, qeyd olunan tələbin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya ehtiyata buraxılmış hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayə xərclərinin verilməsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina olunmuşdur. Yuxarıda göstərilənlər və əlavə olunmuş sənədlər bir daha təsdiq edir ki, iddiaçı X1 Cavabdehə qarşı iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı X1 Cavabdehə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçı Təvəkkül oğlu xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 2023-cü ilin iyun ayından hesablanmaqla müvəqqəti mənzil kirayəsi xərcinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-46/2-1370/2023 nömrəli məktubu ilə göndərilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü ehtiyatda olan leytenant İddiaçı Təvəkkül oğlunun A-011137 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xidmət Dəftəçəsindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğundan həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh Başçisinin Aparatının xx.xx.2023-cü il tarixli, 5-14/2-1282/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 338 nömrəli Sərəncamından Çıxarışdan görünür ki, vətəndaş İddiaçı Təvəkkül oğlunun ailə tərkibi 3 nəfərlə (özü, arvadı, və oğlu) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, vətəndaş İddiaçı Təvəkkül oğlunun ehtiya olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, vətəndaş İddiaçı Təvəkkül oğluna “hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi qərara alınmışdır. - Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 164 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Təvəkkül oğlunun yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil-uçot sənədləri yaşayış yeri üzrə Cavabdehə köçürülməsi qərara alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının vətəndaş İddiaçı mənzil uçot sənədlərinin yaşayış yerinə köçürülməsi haqqında xx.xx.2016-cı il tarixli, 3/5 nömrəli sərəncamı ilə 2-ci qrup hərbi xidmət dövrü əlili X1 mənzil uçot sənədləri əvvəlki uçota götürülmə tarixi saxlanılmaqla, yaşayış yeri üzrə Nərimanov RİH-ə köçürülsün və o, 3 nəfər (özü, arvadı, oğlu) ailə tərkibi ilə xx.xx.2013-cü il tarixdən güzəştli mənzil sahəsi almaq hüququ olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Kapital Kart məlumatlarından görünür ki, kart sahibi: İddiaçı Təvəkkül oğlu, kartın növü: visa electron salary, hesab nömrəsi: ********************, hesabın valyutası: AZN, kartın nömrəsi: 416974******0124, hesab sahibi: İddiaçı Təvəkkül oğlu. Kartdan xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 300.50 manat məxaric olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 5-14/2-156/2023 nömrəli iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, bildirilr ki, Cavabdehin xx.xx.2016-cı il tarixli 315 nömrəli sərəncamı ilə ehtiyatda olan zabit, 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar Binəqədi RİH-də füzəştli şərtlərlə olan mənzil növbəliliyiniz əvvəlki uçota götürülmə tarixi saxlanılmaqla Nərimanov RİH-nə köçürülmüşdür. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mənzil uçot işinizə baxış keçirilən zaman əlavə edilmiş Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsinin xx.xx.2013-cü il tarixli 101 nömrəli arayışına əsasən siz xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında xidmət etmiş və Azərbycan Respublikasının Müdafiə Nzirliyinin 0577 nömrəli əmrinə əsasən xx.xx.2010-cu il tarixdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “b” bəndinə uyğun olaraq ehtiyata buraxılmağınız müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinin tələbləri sizə şamil olunmur. Bu səbəbdən dövlət büdcəsindən sizə müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır. Müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı hüquqlarlnızın pozulduğunu hesab etdiyiniz təqdirdə müvafiq məhkəmə orqanına müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarında xidmət keçmiş, xx.xx.2010-cu il tarixli 0577 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndi ilə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 338 nömrəli sərəncamı ilə hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş, eyni zamanda iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 164 nömrəli Sərəncamı ilə iddiaçının yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə Cavabdehə köçürülməsi, Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 3/5 nömrəli Sərəncamı ilə iddiaçının xx.xx.2013-cü il tarixdən uçota götürülmə tarixi saxlanılmaqla, güzəştli mənzil uçot qovluğu Nərimanov RİH-ə köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Hazırkı iddiasında iddiaçı mənzil növbəsinə götürülmə ilə əlaqədar qeydiyyatda olduğu Cavabdeh tərəfindən ödənilən kirayə xərcinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir. Məhkəmə cavabdehin hərəkətlərini mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı hərəkətlərinin əsaslılığını ilk növbdə inzibati icraat zamanı tətbiq edilən prosessual hüquq baxımından qiymətləndirir. İşin hallarından göründüyü kimi iddiaçının ilkin olaraq uçota götürülməsi və uçota götürülmə ilə yanaşı ona hərbi qulluqçu kimi mənzillə təmin edilənədək mənzil kirayə xərci ilə təmin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərəncamı əsasında olmuş və iddiaçı həmin tarixdən etibarən xx.xx.2016-cı il tarixədək mənzil kirayə xərcini Binəqədi rayon İcra Hakimiyyətindən almışdır. Daha sonra iddiaçının mənzil kirayə xərci mənzil uçot qovluğu Cavabdehə köçürüldüyü xx.xx.2016-cı il tarixdən Cavabdeh tərəfindən ödənilməsinə başlanmış, sonuncu dəfə Nərimanov İcra hakimiyyəti tərəfindən mənzil kirayə xərcinin ödənilməsi may 2023-cü il tarixdə iddiaçıya ödənilmiş və iyun 2023-cü il tarixdən kirayə pulunun ödənilməsi dayandırılmışdır. Nərimanov RİH mənzil kirayə xərcinin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlamışdır. Beləliklə, göründüyü kimi iddiaçının mənzil uçotuna götürülməsi ilə bağlı ilkin inzibati aktda- xx.xx.2013-cü il tarixli sərəncamda bilavasitə onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından irəli gələn kirayə xərcinin ödənilməsi qərara alınmışdır. Daha sonra həmin sərəncamdan irəli gələn xx.xx.2013-cü il tarixli güzəştli mənzil növbəliliyi Nərimanov RİH-nə köçürülmüş və dolayısı ilə iddiaçının mənzil kirayə xərcinin ödənilməsi məsələsi həm də Cavabdehin xx.xx.2016-cı il tarixli sərəncamında ehtiva olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən iyun 2023cü il tarixədək kirayə xərci adı ilə ödədiyi aylıq pul kompensasiyası cavabdeh inzibati orqanın inzibati aktından-sərəncamından irəli gəlmişdir. Yəni aylıq ödənilmiş kompensasiya məbləğinin ödənilməsinin əsasında hüquqi fakt-inzibati orqanın adıçəkilən ilkin xx.xx.2013-cü il tarixli sərəncamı və həmin sərəncamdan sonrakı inzibati akt xx.xx.2016-cı il tarixli sərəncamı dayanır. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, cavabdehin kirayə xərcinin ödəməsi ilə bağlı hərəkətləri inzibati aktdan yaranmışdır, o zaman kirayə xərcinin dayandırılması ilə bağlı ayrıca inzibati icraatın açılması, bu barədə əlavə inzibati aktın qəbuluna (sərəncamın dəyişdirilməsi və ya qismən ləğvi) zərurət olmuşdur. Başqa sözlə, inzibati aktla təmin edilmiş kirayə xərcinin ödənilməsi barədə hərəkət inzibati akt qəbul edilmədən sonlandırıla bilməz. Faktiki xarakterli hərəkətin-kirayə xərcinin ödənilməsinin kökündə inzibati akt dayandığından hazırkı halda iddiaçının həmin inzibati akta dair etimad hüququ yaranmışdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. -51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və yeni icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin mənzil növbəliliyinə qəbul etmiş yerli icra hakimiyyəti orqanı inzibati icraat hüququnun müddəaları baxımından kirayə xərcinin dayandırılması ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən kirayə haqqının verilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin kirayə xərcinin dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işdən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı kirayə xərcinin dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, kirayə xərcinin ödənilməsi barədə əliverişli inzibati akt qüvvədə olduğu halda inzibati aktı həmin hissədə ləğv etmədən, bu barədə yeni inzibati akt qəbul etmədən inzibati icraatı bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində kirayə xərcinin dayandırılması kimi faktiki hərəkətlər edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda inzibati orqan tərəfindən kirayə xərcinin ləğv edilməsi kimi inzibati akt qəbul edilməsə də inzibati orqanın faktiki hüquqi hərəkətləri mövcuddur ki, bu hərəkətlər inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması ilə həyata keçirildiyindən qanunsuz hesab olunur. Qanunsuz faktiki hüquqi hərəkətlərin hüquqi nəticələri də aradan qaldırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırkı icraatda inzibati orqanın hərəkətlərini prosessual cəhətdən yoxlayaraq qiymət vermiş, aşkar olunan bu prosessual pozuntular ilk növbədə hazırkı iddia tələblərinin hüquqi həllinə, yəni iddianın təmininə imkan verir, bu baxımdan hazırkı icraatda cavabdehin işin mahiyyəti ilə bağlı istinad etdiyi hallara maddi hüquq baxımından qiymət verilməsinə zərurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı Təvəkkül oğluna 2023-cü ilin iyun ayından hesablanmaqla müvəqqəti mənzil kirayəsi xərcinin ödənilməsnin bərpa edilməsi vəzifəsi Cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Təvəkkül oğluna 2023-cü ilin iyun ayından hesablanmaqla müvəqqəti mənzil kirayəsi xərcinin ödənilməsinin bərpa edilməsi vəzifəsi Cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar