Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1967/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X13) qarşı “şəxsi hesabın açılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 (bundan sonra– iddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzilin naturada bölünməsi və hər bir tərəfə şəxsi hesabın açılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin iddiaçı yaşadığı sahəsinə X19nin açılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə X7 ilə ailə qurmuş və gəlin kimi ünvan 3-ya köçmüş, sonradan mənzil iki hissəyə bölünmüş və ailə üzvləri ilə 1 nömrəli, digər ailə üzvləri isə 2 nömrəli otaqda yerləşdirilmişdir. Bu vaxta kimi həmin mənzildə yaşayırlar. Nikahdan iki övladı olmuşdur - xx.xx.1994-cü il təvəllüdlü qızı X4 və xx.xx.1997-ci il təvəllüdlü oğlu Ramazanov (Əfəndiyev) Amin Mahmud oğlu. İddiaçı ailə qurduqdan sonra yoldaşı Rusiya Federasiyasına getmiş və uzun müddət orada yaşamış və qayıtdıqdan sonra isə övladlarına sahib çıxmamış və iddiaçı məcbur olub onları tək ana kimi övladlarını çox çətinliklə böyütmüşdür. Hətta o zaman məhkəmə qaydası ilə övladlarına aliment ödənilməsi barədə məhkəmə qərarı olmasına baxmayaraq, yoldaşı iki övladına aliment ödəməmişdir. Eyni zamanda həyat yoldaşının valideyinləri də öz nəvələrinə kömək etməmişdir. Ona görə də iddiaçı azyaşlı övladlarını özü işləyərək saxlamağa məcbur olmuşdur. Bu vaxta kimi övladlarının atası nə onların saxlanmasında, nə məktəbdə təhsil almalarına, nə ali təhsil almalarına heç bir maddi və mənəvi köməklik etməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2345/2005saylı Qətnaməsi ilə iddiaçının yetkinlik yaşına çatmayan iki övladı ilə birlikdə həmin ünvana yaşayış hüququ tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. İddiaçının övladı ilə birlikdə köçürüldüyü mənzil iki hissədən ibarət olmuş və həmin mənzilin ayrı-ayrı giriş qapıları var. Bu vaxta kimi hər iki hissənin kommunal xidmətləri işıq , qaz, su üçün sayğaclar ayrı-ayrılıqda quraşdırılmışdır və hər bir tərəf özü kommunal xidmət haqqını ödəmişdir. Həmçinin evin yararsız olduğu vaxtı mənzili öz hesabına təmir etdirmişdir. Cavabdeh aidiyyəti Mənzil İstismar Sahəsi ona heç bir maddi köməklik etməmişdir. İddiaçı mənzilə köçürüləndə yaşadığı mənzilin bölgüsü keçirilmiş və mənzili iki hissəyə bölünmüşdür. Evin Texniki pasportu tərtib edilmişdir. Mənzilin öz adına reyestr qeydiyyatına alınması üçün aidiyyəti orqanlara müraciət etdikdə ona bildirmişlər ki, onun evinin yenidən uçota alınması üçün Cavabdeh tərəfindən sənədləşdirmə aparılmalıdır. Bununla əlaqədar Cavabdehnə müraciət etdikdə, İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri onun xahiş nəzərə almamış və mənzilin yenidən sənədləşdirməsinin aparılmasından əsassız imtina edilmişdir. İddiaçı 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır və ondan əvvəl də həmin mənzildə çoxsaylı insanlar yaşamış və mənzil MKİS-də uçotdadır və bununla əlaqədar onlardan kommunal vergi tutmuşlar. Həmin mənzildə çoxsaylı insanlar rəsmi qeydiyyatdadır və mənzilin ümumi 2655 saylı X19 yazılmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Nəsimi rayonu, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzili özbaşına tikilidir. Evin altında olan torpaq sahəsi nə iddiaçının, nə də onun keçmiş əri olan X6 xüsusi mülkiyətində deyil və o ərazidə olan torpaqlar dövlət mülkiyyətində qalan torpaqlara aiddir. Ərizəçi öz iddia tələbini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Həmin maddi norma qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır və iddia predmeti ilə əlaqəsi yoxdur. Şəxs ailə qurması ilə əlaqədar yaşayış yerini dəyişdirdiyindən və daimi yaşamaq üçün ərinə məxsus mənzilə köçdüyündən, həmin mənzil üzrə qeydiyyata alınması qanunvericiliyin tələbindən irəli gəlmişdir. Bu baxımdan, qeydiyyata alınma həmin mənzildən istifadə hüququnun yaranmasına əsas ola bilməz. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X13 hazırki inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-2345-2005 nömrəli qətnaməsindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, E.Tağızadə küçəsi, 14 saylı evin, 6 saylı mənzilinə yaşayış hüquqları tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınmaları qət edilmiş, X6 İddiaçı qarşı sonuncunun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmaları barədə qarşılıqlı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14 noyabr 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Z.A.Əfəndiyevin apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K1435/07 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə olan 21 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...Bakı şəhəri Nəsimi rayon İH MKTİB-nin 16 saylı MKİS-nin 2 saylı forma arayışı ilə təsdiq edilir ki, Bakı şəhəri, E. Tağızadə küçəsi 14 saylı evin 6 saylı mənzili həyət evi olmaqla özbaşına tikilidir, mənzildə X10 xx.xx.2003-cü il qeydiyyatındadır. 16 saylı MKİS-nin arayışında İddiaçı mübahisəli mənzildə qeydiyyatsız yaşadığı göstərilmişdir.” İşdə olan 16 saylı MKİS-in arayışından görünür ki, E. Tağızadə küçəsi, 14 saylı evin 6 saylı mənzili özbaşına sahibsiz tikilidir. Cavabdeh balansında deyil. Göstərilən ünvanda X14 2003-cü ildən daimi qeydiyyatdadır. İddiaçı Həmidulla qızı, qızı X4, oğlu X8 2007-ci ildən hal-hazıra kimi məhkəmə qərarına əsasən daimi qeydiyyatdadır. Mənzil iki otaqdan ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, 6 saylı mənzilin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-25958/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.2009-cu il təvəllüdlü X15 xx.xx.2015-ci ildən, xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2018-ci ildən, xx.xx.1994-cü il təvəllüdlü X5 xx.xx.2007-ci ildən, xx.xx.1197-ci il təvəllüdlü X8 xx.xx.2007-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı hazırda həmin mənzilə onun adına şəxsi hesabın açılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı iləilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3-cü hissəsinə əsasən yerli icra hakimiyyəti başçısının vəzifələri aşağıdakılardır: - 3.9.2. müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir; - 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; Əsasnamənin 5-ci hissəsinə əsasən: -5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: -5.1.5. ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək; -5.1.6. ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyəti orqanı onun balansında olan dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir. İddiaçının yaşadığı mənzil isə bu kateqoriya mənzilə aid olmamaqla özbaşına tikilidir və cavabdehin balansında deyil. Bundan başqa, işdən görünür ki, həmin mənzilə dair artıq 2655 saylı X19 tərtib edilmişdir. İddiaçı ona aid hissəyə yeni X19 aşılmasını xahiş etsə də, ona aid hissənin hansı ölçüdə olması, əmlakın naturada bölünməsi ilə bağlı sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-1967/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1967/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver