Məhkəmə qərarları › İş №2-1(112)-1970/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1970/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1970/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı qızının Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “maddi zərərin ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏN ETDİ: İddiaçılar X11, Hüseynova (Məmmədova) Xatirə İbrahim qızı, X9, X6, X13, X19, İddiaçı və X16 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəf “iddianın mümkün sayılmaması barədə” 28 dekabr 2017-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə müvafiq işdən iddiaçı Hüseynova (Məmmədova) Xatirə İbrahim qızının cavabdeh Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Məhkəmənin həmin (30 noyabr 2018-ci il) tarixli digər qərardadı ilə müvafiq iş üzrə icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Suraxanı RİH-in “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş otağın boşaldılması” tələbinə dair cavabdeh X7 qarşı 2(010)-5411/2018 saylı, cavabdeh X10 qarşı 2(010)-5402/2018 saylı, cavabdeh X3 qarşı 2(010)-5401/2018 saylı, cavabdeh İddiaçı qarşı 2(010)- 5400/2018 saylı mülki işlər üzrə yekun məhkəmə aktları qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığından, məhkəmənin 9 sentyabr 2019-cu il tarixli qərardadı ilə icraat təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-46/2019 nömrəli qərardadı ilə iddiaçılar X4, X2, X1, X8, X14, İddiaçı və X12 cavabdeh Suraxanı RİH-ə qarşı «yaşayış sahələrinin sökülməsi ilə bağlı iddiaçılara yardım ödənilməsi» barədə iddia tələbi üzrə işdən iddiaçı X4 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, iddiaçı X2 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, iddiaçı X1 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi, İddiaçı Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi və iddiaçı X12 Suraxanı RİH-ə qarşı «yaşayış sahəsinin sökülməsi ilə bağlı iddiaçıya yardım ödənilməsi» barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. İcraatlar ayrıldıqdan sonra İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “maddi zərərin ödənilməsi barədə” iddiası üzrə işə 2-1(82)-4246/2019 nömrəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş 1/317 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən yataqxana ünvan 3usi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il 491 saylı sərəncamı ilə ünvan 2 ünvanda yerləşən qəzalı yataqxana binasında məskunlaşmış ailənin hər birinə, o cümlədən hazırkı, inzibati iş üzrə iddiaçı olan İddiaçı 35000 AZN birdəfəlik kompensasiya adına açılmış bank hesabına köçürülmüşdür. Mübahisənin məhkəmədənkənar qaydada həll edilib-edilməməsi ilə bağlı iddiaçının mövqeyini aydınlaşdırmaq məqsədilə iş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası 09 iyun 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Yuxarıda göstərilmiş tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 1/317 saylı, xx.xx.2020-ci il tarixli məktubunda göstərilən halları təsdiq etdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İddiaçı qızı tələb etdiyi məbləğ - 35.000 (otuz beş min) manat ona ödənildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, aşağıdakı əsaslarə görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 1/317 saylı, xx.xx.2020-ci il tarixli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlərdə məlum olur ki, həqiqətən də, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli 07/03-317-5172 saylı məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il 491 saylı sərəncamı ilə ünvan 2 ünvanda yerləşən qəzalı yataqxana binasında məskunlaşmış ailənin hər birinə, o cümlədən hazırkı, inzibati iş üzrə iddiaçı olan İddiaçı 35000 AZN birdəfəlik kompensasiya adına açılmış bank hesabına köçürülmüşdür İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “maddi zərərin ödənilməsi barədə” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar