Məhkəmə qərarları › İş №2-1(112)-1971/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1971/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1971/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 4/3-N094 nömrəli, xx.xx.N0N3-cü il tarixli imtina məktubunda bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N0N3-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin 30.01,N0N3-cü il tarixli N99 nömrəli məktubuna əsasən iddiaçı döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona aid ******* saylı hərbi biletin 7-ci səhifəsinin 14-cü bəndindən görünür ki, iddiaçı xx.xx.N0N0-ci il tarixindən etibarən N saylı Hərbi hissədə döyüşlərə cəlb edilmiş və Fizuli, Xocavənd rayonları uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Hətta, hərbi biletində qeyd edilməsə belə, Cəbrayıl rayonu, Şuşa şəhəri, Laçın rayonu uğrunda gedən döyüşlərdə də iştirak etmiş, Laçın rayonu uğrunda gedən döyüşlərdə iştirakına görə, ona Azərbaycan Respublikasının Prezidentinin N0N1-ci il N4 iyun tarixli, N713 nömrəli Sərəncamına əsasən, “Laçının azad edilməsinə görə” medalı və Dəmir Yumuruq Milli Mükafatı ilə təltif edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli N99 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir. Bununla da Komissiyanın 15 fevral N0N3-cü il tarixli qərarı ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmiş, sənədlərin “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqəsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 6N.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.N017-ci il tarixli SX seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.N0N0-ci il tarixli N8N nömrəli əmrlə N saylı hərbi hissənin siyahısına daxil etmiş, xx.xx.N0N1-ci il tarixli N saylı əmrlə hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.N0N0-ci il tarixdən atıcı-sanıtar kimi Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N8N nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi təlim toplanışına aşağıda adları çəkilən hərbi vəzifəlilər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəldiklərinə görə, N9 sentyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və müvafiq vəzifələrə təyin olunsunlar: 1.Hərbi vəzifəli əsgər İddiaçı - 3-cü motoatıcı taborun 8-ci motoatıcı bölüyün N-ci motoatıcı taqımın 1-ci motoatıcı manqanın atıcı sanitar vəzifəsinə. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli N89 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda aparılan Xüsusi Döyüş Əməliyyatlarında iştirak etmək məqsədi ilə N nömrəli hərbi hissənin aşağıda adları çəkilən hərbi qulluqçuları 06 oktyabr N0N0-ci il tarixdən N1N nömrəli hərbi hissənin (Beyləqan rayonu) müdafiə zolağına keçmiş hesab edilsinlər, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları 07 oktyabr N0N0-cil tarixdən qazan təminatına qoyulsunlar: 1.Əsgər İddiaçı - 3-cü motoatıcı taborun, 8-ci motoatıcı boluyun N-ci taqımının 1-ci manqanın atıcı sanitarı. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 14 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 01 dekabr N0N0-ci il tarixli N310 nömrəli sərəncamına və Azərbaycan Respublikasının müdafiə nazirinin N dekabr N0N0-cı il tarixli N46 nömrəli əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən gəlmiş aşağıda adları çəkilən hərbi qulluqçular 14 yanvar N0N1-cı ıl tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilsinlər:

34. Əsgər İddiaçı - 3-cü motoatıcı taborun 8-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının 1-ci motoatıcı manqasının atıcı sanitarı -Xəzər rayon idarəsinə. İşdə olan arayış-məlumatdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı xx.xx.N0N0xx.xx.N0N1-ci illərdə N nömrəli hərbi hissədə xidmət keçmiş, xx.xx.N0N0-ci il tarixli N89 nömrəli əmr ilə hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmuş, Füzuli, Xocavənd ərazisində gedən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, döyüşlərdə iştirakına görə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan İ-6441 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N719 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cavabdehin xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Republikası müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə, N1N nömrəli hərbi hissənin qərargahı, zenit raket-artilleriya divizionu, N1N nömrəli hərbi hissənin qərargah bölüyü N7 sentyabr N0N0-10 noyabr N0N0-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. Beləliklə, işin istinad edilən halları ilə müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli əmri ilə döyüş əməliyyatına cəlb edilmiş, xx.xx.N0N1-ci il tarixdə isə hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının xx.xx.N0N0-xx.xx.N0N1-ci il tarixlərdə N saylı hərbi hissənin əsgəri kimi işğal olunmuş Füzuli və Xocavənd rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi onun hərbi biletindəki qeydlərlə, həmin qeydlər isə hərbi hissənin əmrləri və arayışı ilə öz təsdiqini tapır. Belə olan halda müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adı verilməsi üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Cavabdehin imtinasında görünür ki, o, iddiaçının N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli N99 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarında iştirak etmədiyinə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Belə ki, işdə olan N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli məktubundan görünür ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci ilin sentyabr ayının N7-dən noyabr ayının 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, həmçinin Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara şamil edilir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N0N1ci il tarixli 4N0 nömrəli Qərarının 1.1-ci, 1.N-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) görə vətəndaş İddiaçı döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət keçdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyil. Göründüyü kimi, N saylı hərbi hissə iddiaçının döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət keçidiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında iddiaçının xx.xx.N0N0-xx.xx.N0N1-ci il tarixlərdə N saylı hərbi hissənin əsgəri kimi işğal olunmuş Füzuli və Xocavənd rayonlarında döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübut (hərbi bilet, əmrdən çıxarışlar) olması ilə yanaşı, işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Laçının azad olunmasına” görə medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının N0N0-ci il N6 noyabr tarixli N04-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Belə olan halda aydın olur ki, iddiaçı nəinki Füzuli və Xocavənd rayonlarının, həmçinin Laçın rayonun işğaldan azad olunması ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş, bununla bağlı mükafatlandırılmışdır. İddiaçının təltif edilməsinə dair həmin sərəncam hazırda qüvvədədir, ləğv olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar