Məhkəmə qərarları › İş №2-1(112)-1971/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1971/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1971/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətin qiymətləndirilməsi və müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdi sağ ayağından və müxtəlif xəstəliklərdən əziyyət çəkir, dəfələrlə cavabdehə müraciət etmiş və əlillik dərəcəsinin müəyyən olunmasın xahiş etmişdir. Lakin cavabdeh əsassız imtina vermişdir. Belə ki, onlara təqdim etdiyi çox saylı həkim diaqnozları üzrə xəstəliyi tam şəkildə müəyyən olunur. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı şəhəri 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 5.3-cü bəndinə əsasən sümük-əzələ sisteminin və birləşdirici toxumanın funksiyalarının iltihabi poliatropatiyaları, daha dəqiq RA ilə şərtləndirilmiş davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsas etibarilə klinik-funksional təzahürün ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Oynaqların funksiyalarının klinik pozuntusu, oynaq dəyişikliklərinin rentgenoloji mərhələsi, iltihabi prosesin aktivliyinin klinik-laborator göstəriciləri, gedişatın xüsusiyyətləri, kəskinləşmə tezliyi və xəstəliyin ağırlığı, daxili orqanlar sisteminin funksiyalarının pozulması nəzərə alınır. USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. Daha sonrakı dövrdə iddiaçının Agentliyə hərhansı müraciəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinə xx.xx.2024-cü ildə baxıldıqdan sonra həmin tarixdə verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq (qərarın çatdırılması barədə SMS sistemindən çıxarış əlavə edilir), xx.xx.2024-cü ildə qərardan məhkəməyə şikayət etmişdir. AR İPMnin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.

4. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilərək İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-17-4/2-29400/2024 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır.

6. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ - Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam... Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin kobud döyənəkli sınığı. Ağrı sindromu. Diffuz osteosklerozu/ Oynaqların kontrakturası, Sağ ayaq baldıı oynaqınm kontrakturası. Aşağı ətrafı qısaldan defektlər, Sağ aşağı ətrafın üç sm qısalığı/ Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin kobud döyənəkli sınığı, Əməliyyatdan sonrakı vəziyyət. Sağ qamış sümüyünün arxaya qövs vari deformasiyası. Aşağı ətrafın digər sınıqların nəticələri, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin sinestozu. Presbiopiya/ Vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD. İmtina səbəbi göndərişin natamam doldurulması - köməkçi diaqnostik müayinənin səthi yazılması, ağırlaşmanı əsaslandırmaması olmuşdur. xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M85 - Sümük sıx...; Diaqnozun mətni: Sağ baldır sümüklərinin orta aşağı 3/1 hissəsinin kobud döyənəkli bitişmiş sınığı. qamış sümüyünün arxaya qövs vari deformasiyası. hər iki sümüklərin orta aşağı 3/1 hissəsinin sinestozuna görə c/əməliyyatdan s/vəziyyət. ağrı sindromu və hərəkət məhdudluğu ilə. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması - xəstəyə diaqnozu ilə əlaqədər ixtisaslaşmış müayinə, müalicə və bərpa müalicəsi məsləhət görülməsi olmuşdur. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> M80-M94 - Osteopatiyalar və xondropatiyalar = > MB0-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, sağ baldır sümüklərinin orta aşağ11/3 hissəsinin kobud döyənəkli bitişmiş sınığı. qamış sümüyünün arxaya doğru deformasiyası. hər iki sümüklərin orta aşağ11/3 hissəsinin sinestozuna görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. aşağı ətrafın digər sınıqların nəticələri, sağ baldır sümüklərinin orta aşağ11/3 hissəsinin sinestozu. oynaqların kontrakturası, oynaqların kontrakturası. kəskin ağrı sindromu. sağ ayağın 3 sm qısalığı. ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, hər iki qamiş sümüyünün arxaya doğru deformasiyasi. presbiopiya. vegetativ sinir sisteminin somatoform disfunksiyası, nsd. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilməsi olmuşdur. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, sağ baldir sümüklərinin orta aşağ11/3 hissəsinin kobud döyənəkli bitişmiş siniği. qamiş sümüyünün arxaya doğru deformasiyasi. hər iki sümüklərin orta aşaği 1/3 hissəsinin sinestozuna görə cərrahi əməliyyatdan sonraki vəziyyət. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması - ixtisaslaşmış bərpa müalicəsini davam etdirməyin məsləhət olması olmuşdur. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması – diaqnoz və ağırlaşmaları ilə təsdiq edən müəyinələrin tam qeyd olunmaması, dəqiqləşdirməli olduğu olmuşdur. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: M84.0 Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı. Əsas diaqnoz T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri,. Sağ baldır sümüklərinin orta aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, hər iki sümüklərin orta aşağı 1/3-nin sinestozu, cərrahı əməliyyatdan sonraki vəziyyət. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi diaqnoz və müayinələrin əlillik təyininə əsas verməməsi olmuşdur.

7. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçının əllilik verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi diaqnoz əlillik əlamətinin təyin edilməməsi olmuşdur.

12. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

13. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

14. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ - Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam... Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin kobud döyənəkli sınığı. Ağrı sindromu. Diffuz osteosklerozu/ Oynaqların kontrakturası, Sağ ayaq baldıı oynaqınm kontrakturası. Aşağı ətrafı qısaldan defektlər, Sağ aşağı ətrafın üç sm qısalığı/ Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin kobud döyənəkli sınığı, Əməliyyatdan sonrakı vəziyyət. Sağ qamış sümüyünün arxaya qövs vari deformasiyası. Aşağı ətrafın digər sınıqların nəticələri, Sağ baldır sümüklərinin orta aşağı üçdə birinin sinestozu. Presbiopiya/ Vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD. İmtina səbəbi göndərişin natamam doldurulması - köməkçi diaqnostik müayinənin səthi yazılması, ağırlaşmanı əsaslandırmaması olmuşdur. - xx.xx.2020-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M85 - Sümük sıx...; Diaqnozun mətni: Sağ baldır sümüklərinin orta aşağı 3/1 hissəsinin kobud döyənəkli bitişmiş sınığı. qamış sümüyünün arxaya qövs vari deformasiyası. hər iki sümüklərin orta aşağı 3/1 hissəsinin sinestozuna görə c/əməliyyatdan s/vəziyyət. ağrı sindromu və hərəkət məhdudluğu ilə. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması - xəstəyə diaqnozu ilə əlaqədər ixtisaslaşmış müayinə, müalicə və bərpa müalicəsi məsləhət görülməsi olmuşdur. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> M80-M94 - Osteopatiyalar və xondropatiyalar = > MB0-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, sağ baldır sümüklərinin orta aşağ11/3 hissəsinin kobud döyənəkli bitişmiş sınığı. qamış sümüyünün arxaya doğru deformasiyası. hər iki sümüklərin orta aşağ11/3 hissəsinin sinestozuna görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. aşağı ətrafın digər sınıqların nəticələri, sağ baldır sümüklərinin orta aşağ11/3 hissəsinin sinestozu. oynaqların kontrakturası, oynaqların kontrakturası. kəskin ağrı sindromu. sağ ayağın 3 sm qısalığı. ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, hər iki qamiş sümüyünün arxaya doğru deformasiyasi. presbiopiya. vegetativ sinir sisteminin somatoform disfunksiyası, nsd. İmtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilməsi olmuşdur. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; Diaqnozun mətni: Sümük sınığının pis bitişməsi, sağ baldir sümüklərinin orta aşağ11/3 hissəsinin kobud döyənəkli bitişmiş siniği. qamiş sümüyünün arxaya doğru deformasiyasi. hər iki sümüklərin orta aşaği 1/3 hissəsinin sinestozuna görə cərrahi əməliyyatdan sonraki vəziyyət. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması - ixtisaslaşmış bərpa müalicəsini davam etdirməyin məsləhət olması olmuşdur. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M80-M85 - Sümük sıxlığının və strukturunun pozğunluğu => M84 - Sümük tam...; İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması – diaqnoz və ağırlaşmaları ilə təsdiq edən müəyinələrin tam qeyd olunmaması, dəqiqləşdirməli olduğu olmuşdur. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: M84.0 Sümük sınığının pis bitişməsi, Sağ baldır sümüklərinin orta aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı. Əsas diaqnoz T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri,. Sağ baldır sümüklərinin orta aşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, hər iki sümüklərin orta aşağı 1/3-nin sinestozu, cərrahı əməliyyatdan sonraki vəziyyət. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi diaqnoz və müayinələrin əlillik təyininə əsas verməməsi olmuşdur.

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

19. Cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-17-4/2-29400/2024 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün telefon nömrəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır.

20. Qiymətləndirmə nəticəsindən narazı qalan iddiaçı məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsini xahiş edir.

21. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının müayinəsi nəticəsində əlavə müalicəyə ehtiyacın olması əsas gətirilmişdir.

22. Əliliyin təyininə əsasən olmuş xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T497/2025 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, diaqnoz və müayinələr əlillik təyininə əsas vermir.

23. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: T93.2, Ağırlaşmalar: M24.5, R26.8, M62.5, М21, M19.1, R26 diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofimksional dəyişikliklər aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı sağ baldırın aşağı 1/3-nin içəri səthinin şişkin olması, yerişin pozulması, sağ ayaq barmaqlarında hərəkət məhdudluğu müşahidə edilmişdir. ETTOİ-da sağ baldır əzələlərinin atrofiyası qeyd edilsə də, şəxsin məhkəmə-tibbi müayinəsi zamanı bu hal aşkar edilməmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: Ml9.1, R52.0, M24.5, T93.2, R26.8, R26, M62.5, M21, Z98.8-Sağ baldır sümüklərinin ortaaşağı 1/3-nin kobud döyənəkli bitişmiş sınığı, qamış sümüyünün arxaya qövsvari deformasiyası, diffuz skleroz, hər iki sümüklərinin orta-aşağı 1/3-nin sinostozu, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ aşıq-baldır oynağının posttravmatik artrozu, ağrı sindromu ilə. Sağ aşıq-baldır oynağının kontrakturası-bükmə 95°, açma 120°. Yerişin çətinləşməsi. Sağ baldır əzələlərinin atrofıyası” diaqnozu qoyulmuşdur.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.

25. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar