Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1973/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində and nikah haqqında akt qeydində düşəliş edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus 23 avqust 1939-cu il tarixli 542 nömrə ilə qeyd edilmiş doğun haqqında akt qeydinin uşaq qrafasında "Quli" adından "Qulu"ya və 20 avqust 1964-cü il tarixli 8 nömrə ilə qeyd edilmiş nikah haqqında akt qeydinin kişi qarafasında "Quli" adından "Qulu"-ya düzəliş edilməsini öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1939-cu il tarixdə Neftçala rayonu Xıllı kəndində doğulmuş və bu barədə akt qeydləri aparılmaqla 23 avqust 1943-cü il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Qeydiyyat şöbəsi tərəfindən aparılmış doğum haqqında akt qeydlərində və doğum haqqında şəhadətnamədə iddiaçının adı “Quli" kimi qeyd edilmişdir. Həmçinin nikah akt qeydində də iddiaçının adı "Quli" kimi yazılmışdır. Lakin iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində "Qulu" kimi qeyd edilmişdir və iddiaçının adı Quludur. İddiaçı qeyd edir ki, akt qeydlərində adının düzgün yazılmaması səbəbindən sənədlərdə uyğunsuzluq yaranmışdır və bu iddiaçının hüquqlarının həyata keçirilməsində ciddi çətinliklər törədir. İddiaçının övladlarına məxsus sənədlərdə də ata adı Qulu olaraq qeyd edilmişdir. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək doğum akt qeydində uşaq qrafasında və nikah akt qeydində kişi qrafasında ad bəndində "Quli"dən "Qulu" ya düzəliş edilməsini xahiş etmiş, kifayət qədər əsaslar olmadığından ərizənin təmin edilməməsi barədə cavab verilmişdir. İddiaçı hesab edir ki, akt qeydlərində düzəliş edilməsi barədə tədbirlər görülməli idi və bunun üçün əsaslar mövcuddur. Odur ki, iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı doğularkən Neftçala rayon Xıllı kənd qəsəbəsi tərəfindən verilmiş xx.xx.1943-cü il tarixli 542 saylı doğum haqqında şəhadətnamədə “Quli” qeyd olunmuşdur, lakin şəxsiyyət vəsiqənizdə “Qulu”dur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizə təmin edilə bilmir.
4. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində ad “Qulu” kimi qeyd olunmuşdur.
5. İddiaçıya məxsus 411334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 1939-cu ildə anadan olmuşdur, Xıllı kəndində Zaqs Bürosunda 1943-cü ilin avqust ayının 23-də 542 № ilə lazımı qeyd edilmişdir.
6. AZ ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1970-ci il tarixində doğulmuşdur, atası İddiaçı və anası X3r.
7. İ-İE 208754 nömrəli Evlənmək (nikah) haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 arasında 20 avqust 1964-cü il tarixində nikah bağlanmışdır və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1964-cü ilin avqust ayının 20-də 8 № ilə lazımi qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra arvada “Məmmədova” soyadı verilmişdir.
8. 07.02.1962-ci il tarixində veilmiş AZ 151046 nömrəli doğum haqqında şəhadətnamənın surətindən görünür ki, X4 xx.xx.1945-ci il tarixində doğulmuşdur.
9. Kürdəmir Rayon Xalq Məhkəməsinin 2-264-1966 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, 1964-cü ilin avqust ayının 2-də Salyan rayonunun Boyad kənd ZDS-ndə qeyd edilmiş 208754 №-li X1 adına qeyd edilmiş evlənmə şəhadətnaməsinin X5 məxsus olması faktı müəyyən edilmişdir.
10. AZ-İ 817439 nömrəli ölüm haqqında şəhadətnamənın surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının iddiasına etiraz edilir və işin həlli məhkəmənin mülahizəsinə buraxılır.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
II. İddianın növü
13. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
16. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.
17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
18. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli faktlar olan doğumun qeydə alınması və nikahın bağlanması faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum haqqında akt qeydində nə nikah haqqında akt qeydində düzəliş edilməsi ilə bağlıdır.
19. İddia mümkündür.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
22. Məhkəmə iclasında İddiaçı məxsus İE 411334 nömrəli doğum haqqında şəhadətnamənin, İddiaçı ilə X1 arasında bağlanmış İ-İE 208754 nömrəli nikah haqqında şəhadətnamənin, iddiaçının oğlu X6 məxsus AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin əslinə baxış keçirilmişdir.
23. 1939-cu il tarixində Xıllı kəndində doğulmuş İddiaçı adı doğum haqqında şəhadətnamədə (doğum haqqında akt qeydində) və nikah haqqında şəhadətnamədə “Quli” olaraq qeyd olunsa da, şəxsiyyət vəsiqəsində və oğlu X6 məxsus doğum haqqında şəhadətnamədə “Qulu” olaraq göstərilmişdir.
24. X19 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı).
25. Beləliklə, məhkəmə hesab edir ki, doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə iddiaçının adı “Quli” olaraq yazıldığından iddiaçı faktiki olaraq müvafiq sənədlərdə adının “Quli”dən “Qulu”ya dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, eləcə də iddiaçının oğluna məxsus doğum haqqında şəhadətnamədə iddiaçının adı “Qulu” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.
26. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X12rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
27. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
28. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus xx.xx.1943-cü il tarixli 542 nömrəli akt qeydində və xx.xx.1964-cü il tarixli 8 nömrəli nikah haqqında akt qeydində “Quli” adının “Qulu” olaraq dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. 1939-cu il tarixində Xıllı kəndində doğulmuş İddiaçı məxsus xx.xx.1943-cü il tarixli 542 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında və İddiaçı ilə Rəsulzadə (Məmmədova) Zemfira Hümmətalı qızı arasında qeydə alınmış xx.xx.1964-cü il tarixli nikah haqqında akt qeydinin kişi qrafasında “Quli” adının “Qulu” olaraq dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva