Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1974/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının iştirakı olmadan cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir),üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri Mirzəliyeva Cəmilə Ziyəddin qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq idarəsinin dövlət qulluqçusu), Əmirov Elşad Hacıqulu oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq bölməsinin rəisi vəzifəsini icra edir) iştirakı ilə, iddiaçı Hüseynov Əkbər Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Quliyev Rizvan Əli oğlu işə cəlb olunmaqla “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçü) verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar Hüseynova Sevil Eminalı qızı, Hüseynov Əkbər Hüseyn oğlu və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci ildə baxılmış və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 1 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Quliyev Rizvan Əli oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçülərin) verilməsi” barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X1 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X11 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X3 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X4 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X7 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X8 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X13 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X5 cavabdehə qarçı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X2 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X12 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüququmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqdim etsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar Hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 nömrəli şəhərcik yerləşir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olan tikililər yerləşir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq qanunvericiliyi kobud şəkildə pozaraq mübahisəli torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Üçüncü şəxs göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddia tələbinə etiraz edərək göstərmişdir ki, idarənin mütəxəssislər yerində baxış keçirmiş və müəyyən etmişlər ki, iddiaçının tələb etdiyi çıxarışın verilməsi ilə üçüncü şəxsin mənafeyinə toxunulur.Odur ki, iddiaçının cavabdehə müraciəti təmin edilməmişdir.Cavabdehin nümayəndəsi T.Yeqanlı çıxışının sonunda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndələri C.Mirzəliyeva, E.Əmirov üçüncü şəxsin etirazında göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” 001314 №li, xx.xx.2008-ci il tarixli şəhadətnaməyə əsasən Quliyev Rizvan Əli oğlu Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* № çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində 0,2528 ha torpaq sahəsi (kateqoriyası: digər təyinatlı torpaqlar) xx.xx.2009cu ildə X9 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində 0,012 ha torpaq sahəsi (kateqoriyası: digər təyinatlı torpaqlar) xx.xx.2009-cu ildə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanladığı 20 may 2011-ci il tarixli məktubuna əsasən ********** №li, xx.xx.2009-cu ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı iddiaçının istifadəsində olan dövlət torpağına aid olmadığından sözügedən çıxarışın qarşılıqlı razılaşma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsinin məqsədəuyğun hesab edilməsini bildirilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı Hüseyn oğlunun və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulması, torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir.Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir və hal-hazırda da həmin sahə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Yəni iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrini əldə edərkən həmin sahələrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində və sahibliyində olmasını, bu sahələrin mühafizə olunmasını, bu sahələrə girişin yalnız müvafiq icazələr alındıqdan sona mümkün olduğunu bildikləri və gördükləri halda indi mülkiyyətlərində olan torpaq sahələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliy tərəfindən zəbt olunmasını iddia etmələri əsassızdır. 24 sentyabr 2020-ci il tarixdə məhkəmə tərəfindən iddiaçı tərəfindən iddia edilən torpaq sahəsində müayinə apararkən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən torpaq sahəsi 2 metrlik hasarla əhatə olunmuş ümumi sahəsi 1,24 ha olan mühafizə olunan obyektdir.Obyektdə tikililər, o cümlədən inzibati bina və anbar aşkar edilmişdir.Mübahisəli torpaq sahəsinin 0,025 ha inzibati binanın yanında yerləşdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 122 №li, xx.xx.2014-cü il tarixli əmrinə əsasən “Həzi Aslanov-8” hərbi şəhərciyində N №li hərbi hissənin istifadəsində olan ərazi, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №li Evlər İdarəsinə təhvil verilməsinin təmin edilməsi Abşeron rayon Mənzil İstismar hissəsinin rəisinə tapşırılmışdır, ”Binanın uçotu fərdi kartı”na əsasən H.Aslanov qəsəbəsində yerləşən kazarma tərkibində olan tikililərlə birlikdə Müdafiə Nazirliyinə məxsus olmuşdur,həmin tikililər keşən əsrin ortalarında inşa edilmiş tikililərdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsi, 34/37 ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 11572,8 kv metr torpaq üçüncü şəxs Quliyev Rizvan Əli oğlu tərəfindən satın alınaraq özəlləşdirilmişdir və sonradan digər fiziki şəxslərə, o cümlədən iddiaçıya satılmışdır. İddiaçıya Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsində 0,012 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə 2009-cu ildə çıxarış verilmişdir.Buna baxmayaraq 2011-ci ildə iddiaçı alqı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsinə hüquqların qeydiyyata alınması və reyestrindən çıxarışı, torpaq sahəsinin plan ölçüsünün verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə qəbul edilmiş 01 may 2012-ci il tarixli qərar ilə iddiaçının iddiası təmin edilmişdir.Həmin qərar əsasında iddiaçı Xətai rayon məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə son qoyulması, torpaq sahəsinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia qaldımış, lakin iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçın iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir, qeyd edilən iddia Xətai rayon məhkəməsinin qüvvəyə minmiş qətnaməsi ilə rədd edilmişdir.Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçıya torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsində göstərilir: 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 10-cu maddəsində qeyd edilir: “1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. 4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.” Həmin Məcəllənin 22-ci maddəsində göstərilmişdir:” 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır... 3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.” Həmin Məcəllənin 23-cü maddəsində qeyd edilmişdir:” 1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. 2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. 3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir. 5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. 6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. 7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. 8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” İşin faktiki hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan ölçünün verilməsini tələb etdiyi torpaq qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaqdır, bu hal məhkəmə tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı da müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Halbuki iddiaçının mülkiyyəti hesab etdiyi torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı torpaq sahəsini üçüncü şəxs Rizvan Quliyevdən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsində əldə etdiyini göstərmişdir, lakin Rizvan Quliyevin torpağı satın alması haqqında şəhadətnamədə torpağın yerləşdiyi ünvan ünvan 3 iddiaçının əldə etdiyi torpağın məhz həmin torpaq olması iş materialları ilə müəyyən edilmir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı Hüseynov Əkbər Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Hüseynov Əkbər Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1974/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1974/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver