Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1974/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə , İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin "a" bəndinə əsasən 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvədə olan "Əmək pensiyaları haqqında" Qanunun maddələrinin müəyyən etdiyi qaydalara müvafiq olaraq əmək pensiyasının 2004-2005-ci illərin orta əmək haqqına görə hesablanması və həmin tarixdən etibarən keçmiş müddət üçün yaranmış pensiya məbləğinin hesablanaraq birdəfəlik tam ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-ci ilin əvvəlində ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona 50 yaşının tamam olduğu 17 may 2006-cı il tarixdən 2004-2005-ci illərin orta əmək haqqına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçən dövr üçün pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsini xahiş etmiş, lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə 57 yaşının tamam olduğu 17 may 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2024-cü ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 17 may 2006-cı il tarixdan (50 yaş) yenidən hesablanması üçün müraciət etmiş, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 aprel 2024-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərinə baxaraq ona yazdığı xx.xx.2024-ci il tarixli 3-17-1/2-M- 113844/2024 saylı "Güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında" cavab məktubunda bildirilmişdir Bununla da, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsaslı səbəb olmadan pensiya hüqüqlarını pozmuş, ona 50 yaşının tamam olduğu 17 may 2006-cü il tarixdən 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə uyğun olaraq Fizika İnstitutunun 19 fevral 2024-cü il tarixli 029-08/69 saylı "Arayış"na əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, öz mülahizələrinə uyğun olaraq "Arayış"da qeyd edilməyən 2 saylı Siyahının XXXİİ bölməsinin ******* yarımbölməsində nəzərdə tutulan sahələrə uyğun olaraq 57 yaşı tamam olduğu 17 may 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş və eyni zamanda pensiya hüququmun yarandığı vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanununun 32.1-ci maddəsini tətbiq etməli olduğu halda, həmin Qanunun 2017-ci ildən qüvvədə olan 32.1-1 maddəsini tətbiq etmişdir. Belə ki, o 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Fizika Fakültəsində ali təhsil almışdır. Fizika üzrə fəlsəfə doktoru və fizika üzrə elmlər doktoru elmi dərəcəsinə malikdir. Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda (Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı ilə AMEA X9 və Təhsil Nazirliyinin tabeliyinə verilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu adlandırılmışdır) xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər baş laborant, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər (əmr №429/k, xx.xx.1978-ci il) stajyor tədqiqatçı işləmiş, xx.xx.1980-ci aspiranturaya qəbul olunduğum üçün işdən azad olunmuş (əmr №251/k xx.xx.1980-ci il), xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə qədər (əmr №244/k, xx.xx.1984-cü il; amr №254/k, xx.xx.1988-ci i; əmr №230/k, xx.xx.1993-cü il; əmr №142/k, xx.xx.2000-ci il) kiçik eimi işçi, böyük elmi işçi vəzifələrində işləmiş və xx.xx.2001-ci ildə (amr №116/k 3.11.2001-ci il) işdən azad olunmuş və xx.xx.2023-cü ilə kimi əvəzçiliklə böyük elmi işçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü ildən indiyə kimi (amr № 66/k xx.xx.2023-cü il) aparıcı elmi işçi vəzifəsində işləyir. O, xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika İnstitutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən: işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktív izotopu Co) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. Onun 1973-1978-ci ildə ali təhsil diplomuna və əmək kitabçasına görə xx.xx.1973-cü ildən xx.xx.2006-ci ilə qədər sosial sığorta (əmək) stajım birlikdə 31 il 4 ay təşkil edir. Fizika İnstitutunun 19 fevral 2024-ci il tarixli 029-08/69 saylı "Arayış" -na əsasən zərərli şəraitdə işlədiyi işlərdə (xx.xx.1984-xx.xx.2001-ci illər) sosial sığorta (əmək) stajı 17 il 4 ay 9 gün olmuşdur. O vəzifəmə görə tam iş günü ərzində xüsusi zərərli şəraitdə işlədiyinə görə gündəlık süd məhsulları ilə təmin olunmuşdur. Gündəlik iş vaxtı 7 saat 12 dəqiqə olmuşdur. Onun daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər əvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən "yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Bütün bunlar Fizika İnstitutunun 19 fevral 2024-ci il tarixli 029-08/69 saylı "Arayış"ı ilə də təsdiq olunmuşdur. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun qeyd olunan normasında "əvəllər qüvədə olmuş qanunvericiliklə" müddəası ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 23 sentyabr tarixli 305 nömrəli qərarı ilə 1993-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bandinə əsasən "yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin "g" bəndinə əsasən texniki peşə məktəbində, ali təhsil müəssisəsində, aspiranturada alınan təhsil müddəti və həmin maddənin "c" bəndinə əsasən hərbi xidmət müddəti də, ümumi əmək stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli 358-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi, həmin Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 1-i tarixindən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli 358-İQD nömrəli Qanunla edilmiş dəyişiklık qüvvəyə minənədək mənim 1.09.1973-ci ildən 1.09.1997-cı ilə kimi ümumi iş stajınım 24 il və xx.xx.1984-cü ildən 1.09.1997-cı ilə kimi güzəştli şərtlərlə olan iş stajım 12 il 11 ay 23 gün olmuşdur. Buradan da görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tələb olunan 20 ildən artıq (1.09.1973-ci ildən 1.1.2006-cı ilə kimi) ümumi iş stajını, o cümlədən 10 ildən artıq (xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə kimi) güzəştli şərtlərlə olan iş stajı qazanmış, başqa sözlə pensiya hüququnun yaranması üçün 3 hüquqi faktdan ikisini ümumi və güzəştli şərtlərlə olan əmək stajını toplamışdır. 3cü hüquqi fakt 50 yaşım isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra 17 may 2006-ci ildə tamam olmuşdur. Beləliklə, onun xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajının olması ona məxsus əmək kitabçası və ali təhsil sənədi ilə, 10 ildən artıq güzəştli iş stajının olması Fizika İnstitutu tərəfindən verilmiş 19 fevral 2024-ci il tarixli 029-08/69 saylı "Arayış" ilə, 17 may 2006-cı il tarixdə 50 yaşının tamam olması isə şəxsiyyət vəsiqəsi ilə təsdiq olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 17 may 2006-ci il tarixdə yaranmışdır. Buradan da belə nəticə çıxır ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 50 yaşında (17 may 2006-cı il) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmasindan imtina etməsinin heç bir əsası yoxdur. Pensiya hüququnun yarandığı 17 may 2006-cı il tarixdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə asan əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. Həmin Qanunun 17 may 2006-cı il tarixdə qüvvədə olan 32.1-ci maddəsinə əsasas yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında amak pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 17 may 2006-cı il tarixdə qüvvədə olan 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Onu da qeyd edirəm ki, mənimlə eyni İnstitutda, laboratoriyada eyni işlərlə məşğul olan və eyni İzahlı arayış təqdim edən əməkdaşlara da 1 saylı Siyahının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXİİ bölməsinin 1-ci bandinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə uyğun olaraq və diğər təşkilatda işləmiş əməkdaşa 1 saylı siyahı üzrə yaşa görə güzəştli şərtlərlə 47; 52 və 45 yaşlarında əmək pensiyası təyin edilmişdir. Bunlar Ali Məhkəmənin İnzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.11. 2018-ci il tarixli 2-1(102)-2570/18 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-2013/2022 nömrəli və xx.xx.2019-cu il tarixli 2-1(102)-26/7/2019 nömrəli qərarları). Pensiya hüququ 50 yaşının tamam olduğu 17 may 2006-cı il tarixdə yarandığından həmin vaxt qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin tələblərinə uyğun olaraq orta əmək haqqı nəzərə alınmaqla pensiyam hesablanmalıdır. Qanunvericiliyin 2006-cı ildə qüvvədə olan mətni onun üçün daha əlverişlidir, pensiyanın hesablanmasında Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərinə uyğun olaraq həmin müddəalar tətbiq edilməlidir. Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməməsi (müraciət edilən vaxtdan əvvəlki dövr üçün) pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyribərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Bu baxımdan hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün bütün illəri üçün birdəfəlik verilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin edilərək yaranmış fərq məbləğinin ödənilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-113844/2024 nömrəli məktub ünvanlamışdır. Sözügedən məktub ilə iddiaçının 1 №-li siyahı üzrə güzəştli ış stajı olmadığından onun tələbinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı xx.xx.1984-xx.xx.2001-ci illərdə Elm və Təhsil Nazirliyi Fizika institutunda (əvvəlki AMEA Fizika institutu) olan əmək fəaliyyətinin 1 №-li siyahı üzrə güzəştli iş stajı kimi nəzərə alınaraq ona 50 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş müddət üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İşin faktiki halları: xx.xx.2024-cü il tarixli 3-17-1/2- M-113844/2024 nömrəli məktubda iddiaçıya Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №- li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə onun xx.xx.1984- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Elm və Təhsil Naziliyinin Fizika İnstitutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyiniz qeyd olunmuş, bununla əlaqədar, iş stajının dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, 2 №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXİİ) bölməsinin müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə- konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğu müəyyən edildiyi qeyd edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək 1 №-li Siyahı üzrə iddiaçının güzəştli iş stajının olmadığı, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan təyin edilməklə yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq Ödənclərinin haqq-hesab sənədləri 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il. işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək. qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: maddə 13. axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çahşarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.04,2022-ci il tarixli 175 nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” qaydaları: Bu Qayda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İddiaçı xx.xx.1984-xx.xx.2001-ci illərdə Elm və Təhsil Nazirliyi Fizika institutunda olan əmək fəaliyyətinin 1 №-li siyahı üzrə güzəştli iş stajı kimi nəzərə alınması və bunun əsasında ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Elm və Təhsil Nazirliyi Fizika institunun xx.xx.2024-cü il tarixli 029-08/69 nömrəli arayışında onun xx.xx.1984 -xx.xx.2001- ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmin arayışda iddiaçının yerinə yetirdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahının Vİİİ bölməsinin İ bəndinin (1080A00-17541, 1080A010) və Xİİ bölməsinin İ bəndinin (12201000, 1220200-1754a) və İİ bəndinin (12202000 və 12202000- 17541) göstəricilərinə uyğun olduğu qeyd olunmuşdur. X10 tərəfindən iddiaçının iş fəaliyyəti ilə bağlı məlumatların dədiqləşdirilməsi üçün sözügedən müəssisədə keçirilən yoxlama zamanı İddiaçı işlədiyi sahənin yuxarıda qeyd olunan qərar ilə təsdiq olunmuş 1 №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, 2 Ns-li Siyahıda qeyd olunan sahələrə uyğun olduğu müəyyən edilmiş, bununla bağlı Elm və Təhsil Nazirliyi Fizika İntsitutunun Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərovanın iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda İddiaçı qeyd olunan institunun Bərk cisimlərin rezonans hadisələri laboratoriyasında əmək şəraitinin zərərliliyinə görə qanunveriicliklə müəyyən olunmuş qaydada əmək haqqında 16 % əlavə hesablandığı, həmin əlavənin verilməsinin sözügedən laboratoriyada əmək şəraitinin xüsusilə ağır deyil, ağır və zərərli olduğu, həmin laboratoriyada əmək fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının XXXİİ bölməsinin ******* koduna uyğun olduğu qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda göstərilən aktdan da məlum olur ki, İddiaçı xx.xx.1984-xx.xx.2001-ci illərdə Elm və Təhsil Nazirliyi Fizika institutunun Bərk cisimlərin rezonans hadisələri laboratoriyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində olan əmək fəaliyyəti müvafiq qərarla təsdiq olunmuş 2 №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXİİ) bölməsinin müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğundur. Beləliklə, iddiaçının müvafiq qərarla təsdiq olunmuş 1 №-li Siyahı üzrə güzəştli iş stajının mövcud olmadığı üçün ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyil. Həmçinin, iddia ərizəsində İddiaçı yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı qeyd edirik ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, həmin Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu səbəbdən iddiaçının qeyd olunan tələbinin yerinə yetirilməsi qanunvericiliklə mümkün deyildir. Göstərilənlərdən bir daha aydın olur ki, sözügedən dövrlərin İddiaçı müvafiq qərarla təsdiq olunmuş 1 №-li siyahı üzrə güzəştli iş stajı kimi qəbul edilərək ona 50 yaşdangüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliklə mümkün deyildir, iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən ona xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, həmin tarixdə qüvvədə olan Qanunvericiliyin maddələrinin müəyyən etdiyi qaydalar müvafiq olaraq əvvəlki (son) 24 ayın (xx.xx.2007-xx.xx.2009-cu il) orta əmək haqqına görə əmək pensiyasının hesablanmasını və həmin tarixdən etibarən keçmiş müddət üçün yaranmış pensiya fərqinin hesablanaraq birdəfəlik tam ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2024-cü il tarixli 3-17-1/2-201004/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ünvanlanmış ərizədə ki, İddiaçı ona 2004- 2005-ci illəri orta əmək haqqına əsasən 17 may 2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının təmin edilməsi və həəmin tarixdən indiyə kimi istifadə olunammış pensiya kapotalını 72-yə bölərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-5007/2024 nömrəli qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən pensiya təyin olunmuşdur. Pensiyanın hazırki məbləği 516.52 manat, yenidən hesablanmış pensiya məbləği isə 637.01 manat təşkil edir. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-101048/2024 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” iddiaçıya ünvanladığı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 9 aprel 2024-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə 6 aprel 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən 57 yaşınızın tamamlandığı 17 may 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 23 il 7 ay 24 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 27,92 manat (23,65 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 49,89 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 10761,12 manat sığorta kapitalına uyğun 74,73 manat (10761,12:144) və 85,00 manat baza hissə əlavə edilərək pensiya hüququnuzun yarandığı xx.xx.2013-cü il tarixinə sizə 209,62 manat (74,73+49,89+85,00) məbləğində əmək pensiyası (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 369,46 manat) hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Eyni zamanda, pensiya hüququnuz yarandığı tarixdən sonra 6 il və daha çox işlədiyiniz üçün Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyanız xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 369,46 manatdan 466,90 manata artırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir". Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il müddət üçün sizə ödənilməli olan 16412,71 manat pul vəsaiti hesablanıb. Həmin 16412,71 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə (hər ay 547,09 manat olmaqla) pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız xx.xx.2024-cü il tarixindən 637,01 manat təşkil edir. Xahiş edirik, nəzərə alasınız. -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-113844/2024 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” iddiaçıya ünvanladığı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 aprel 2024-cü il tarixində daxil olmuş müraciətlərinizə və onlara əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə xx.xx.2024-cü il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı xx.xx.2013-cü il tarixindən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.1984-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Elm və Təhsil Naziliyinin Fizika İnstitutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajınıza dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, 2 №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXİİ) bölməsində müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğu müəyyən edilib. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li Siyahı üzrə sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. -Azərbaycan Milli Elmlər X4 xx.xx.2024-cü il tarixli 029-08/69 nömrəli “İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda göstərilmişdir ki, İddiaçı Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda (avəlki AMEA Fizika İnstitutu) xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə qədər (əmr №244/k, xx.xx.1984-c il: amr N№254/k, xx.xx.1988-ci i; amr №230/k, xx.xx.1993-cü il; əmr 142/k, xx.xx.2000-ci il) kiçik eimi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr üzrə xx.xx.1978-cü ildən xx.xx.2006-ci ilə qədər sosial sığorta (əmak) stajı 26 il 4 ay və zərərli şəraitdə işlədiyi işlərdə (xx.xx.1984-xx.xx.2001-ci ilər) sosial sığorta (əmək) stajı 17 il 4 ay 9 gün olmuşdur. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika İnstitutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən, işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürdkarbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. İddiaçı vəzifəsinə görə tam iş günü ərzində xüsusi zərərli şəraitdə işlədiyinə görə gündəlık süd məhsulları ilə təmin olunmuşdur. Gündəlik iş vaxtı 7 saat 12 dəqiqə olmuşdur. İddiaçı daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00-17541. 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (12201000, 12202000- 1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. -Azərbaycan Milli Elmlər X4 xx.xx.2023-cü 029-08/658 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, o həqiqətən AMEA Fizika İnstitutunun (Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı ilə AMEA X9 və Təhsil Nazirliyinin tabeliyinə verilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnsitututu adlandırılmışdır) 32 saylı "Yarımkeçirici materiallar" laboratoriyasında xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər (amr №354/k, xx.xx.1978-ci il) baş laborant, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər (əmr N№429/k, xx.xx.1978-ci il) stajor tədqiqatçı işləmiş, xx.xx.1978-ci il tarixində P.A.Lebedev adına Fizika İnstitutunun "Bərk cisimlər fizikası" laboratoriyasında təcrübə üçün ezam edilmişdir (əmr N№353/k, xx.xx.1980-ci il). xx.xx.1980-ci ildə aspiranturaya qəbul olunduğu üçün işdən azad olunmuşdur (əmr №251/k, xx.xx.1980-ci il). xx.xx.1984-cü ildən xx.xx.2001-ci ilə qədər "Lazer spektroskopiyası" labratoriyasında (amr №244/k, xx.xx.1984-cü il əmr №254/k, xx.xx.1988-ci il əmr №230/k, xx.xx.1993-cü il;) uyğun olaraq kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş və xx.xx.2001-ci ildə (əmr №116/k, xx.xx.2001-ci il) öz xahişi ilə işdən azad olunmuş və xx.xx.2023-cu il tarixə kimi əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü ildən hal-hazıradək "Bərk cisimlərdə rezonans hadisələri" laboratoriyasında (əmr № 66/k xx.xx.2023-cü il) əsas işçi kimi 0.5 ştatla aparıcı elmi İşçi vəzifəsində işləyir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il müddətdə yüksək ixtisaslı mütəxəssis kimi çalışdığı laboratoriyalarda xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co⁰) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə məşğul olmuşdur. Arayış DSMF-nin Xüsusi Şərtlərlə Tayinat üzrə Mərkəzi Filialına təqdim olunmaq üçün verilir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun xx.xx.2024-cü il tarixli 029-08/826 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna ünvanlanmış va İnstitutun əməkdaşı İddiaçı Oli oğlunun 1984-2001-ci illər aradığında Fizika İnstitutunda işlədiyi dövr ərzində əmək fəaliyyəti, işlədiyi vəzifənin (peşələrin) vəzifə təlimatının təsdiq olunmuş surərlərinin məhkəməyə təqdim edilməsi barədə 24 iyul 2024cü il tarixli 2-1(112)-11612/2024 nömrəli Sorğunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 81 saylı Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının H.Abdullayev adına Fizika İnstitutunun va Fotoelektronika İnstitutunun bazasında Azərbaycan Milli Elmlər X5 yaradılmışdır. İddiaçı 1984-2001-ci illər aralığında H.Abdullayev adına Fizika İnstitutunda işləmiş və xx.xx.2001ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2011ci il tarixlərdə Bakı şəhər lera Hakimiyyəti Aparatında işləmişdir. xx.xx.2023-cü il tarixdən isə hal-hazıra kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun 13 saylı "Bərk cisimlərdə rezonas hadisələri" laboratoriyasında asas işçi kimi 0,5 stat 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsində işləyir. Tərəfinizdən təqdim olunan sorğu məktubunda İddiaçı 1984-2001-ci illərdə H.Abdullayev adına Fizika İnstitutunda işlədiyi vəzifənin (və ya vəzifələrin) zərərli hesab edilib-edilməməsi, barədə təfsilatı məlumatların verilməsi hazırki Fizika İnstitutunda olan mövcud sənədlərdə əks olunmadığı üçün hazırlanması və təqdim olunması imkan xaricindədir. Digər məlumatlar barədə barədə hansılar ki, Fizika İnstitunun səlahiyyətləri daxilində olan məlumatlar xx.xx.2024-cü il tarixda 029-08/69 nömrəli arayış DSMF-nin Xüsusi Şərtlərlə T\yinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia pensiyanın yenidən hesablanılması tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçıya aid pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona 57 yaşın tamamlandığı 17 may 2013-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla pensiya hesablanmışdır. İddiaçı hazırkı iddiasında ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı ilə xx.xx.2009-cu il tarixdən pensiya təyin edilməsini və bu zaman qüvvədə olmuş normalar rəhbər tutulmaqla ona son 24 ayın (xx.xx.2007-xx.xx.2009-cu il) orta əmək haqqına əsasən pensiya hesablanmasını mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, 2 №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXİİ) bölməsində müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğundan onun 1 yanvar 2006-cı il tarixinədək 1 №-li Siyahı üzrə güzəştli iş stajı yoxdur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, xx.xx.1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə 10 il güzəştli, 20 il ümumi iş stajı toplamış şəxslərin 50 yaşının hansı vaxtdan tamam olmasından asılı olmayaraq adıçəkilən Qanunun 13-cü maddəsinin a bəndinə əsasən güzəştli pensiya təyinatı hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndibə əsasən 1 nömrəli siyahı üzrə güzəştli peniya hüququnun yaranıb yaranmaması məsələsidir. Belə ki, iddiaçının işləmiş olduğu müəssisə-Azərbaycan Milli Elmlər X4 xx.xx.2024cü il tarixli 029-08/69 nömrəli güzəştli arayışında iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2006cı ilə qədər ümumi stajının 26 il 4 ay bunun xx.xx.1984-xx.xx.2001-ci illər arasındakı dövrün zərərli şəraitdə işlədiyi iş olmaqla zərərli stajının 17 il 4 ay 9 gün olduğu qeyd edilmişdir İddiaçının işlədiyi idarə onun Fizika İnstitutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə, o cümlədən, işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olduğu, zərərli işə görə tam iş günü ərzində gündəlik süd məhsulları ilə təmin olunduğunu qeyd etməklə nəticədə həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00- 17541. 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (12201000, 12202000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə uyğun olmasına dair güzəştli arayış təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısında: 10800000 Vİİİ. Kimya istehsalatı bölməsində: 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri yarımbölməsində; 12200000 XXİİ. Radioaktiv maddələrlə, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər bölməsində 12201000 1. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb idarələrində işlər yarımbölməsində 12202000—17541 radiasiya zərərliliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər zərrli iş kimi göstərilmişir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. Məhkəmə qeyd edir ki, iddiaçıya aid pensiya işşində olan Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu tərəfindən dekabr 2023-cü il tarixli güzəştli arayış və daha sonra inzibati icraat gedişində xx.xx.2024-cü il tarixli yeni güzəştli arayış təqdim etmiş və hər iki arayışda iddiaçının işlədiyi əmək funksiyaları, işlədiyi maddələr barədə məlumat qeyd edilsə də inzibati orqan iddiaçının işlədiyi vəzifənin 1 №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, 2 №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXİİ) bölməsində ******* nəzərdə tutulan sahəyə uyğun olduğunu əsaslandıra bilməmişdir. Cavabdehiin istinad etdiyi xx.xx.2024-cü il tarixlli aktdır ki, həmin aktda İnstitutun yalnız “bərk cisimlərdə rezonans hadisələri” laboratoriyasında çalışan şəxslərin (iddiaçı xx.xx.2023-cü ildən həmin laboratoriyada işləməyə başlamış) əmək pensiyası hüququnun Nazirlər Kabinetinin 2 nömrəli Siyahısının XXXİİ bölməsində ******* koduna uyğun olduğu göstərilmiş, həmin aktda iddiaçının xx.xx.1984-xx.xx.2001-ci illərdə işlədiyi “yarımkeçirici materiallar”, “bərk cisimlər fizikası”, "Lazer spektroskopiyası” laboratoriyalarındakı əmək fəaliyyəti, həmin laboratoriyalarda icra etdiyi əmək funksiyaları təsvir edilməmiş, yerində baxış keçirilmiş həmin laboratoriyalarda sadalanan vəzifələrin 1 №-li Siyahıdakı vəzifələrə uyğun olamamasının əsasları, eləcə də 2 nömrəli siyahıdakı müvafiq koda uyğunluğu göstərilməmişdir. Bundan əlavə sözgedən xx.xx.2024-cü il tarixli akt Fizika İnstitutunun kadrlar şöbəsinin müdiri tərəfindən imzalanaraq təsdiq edilmiş, akt müvafiq “yarımkeçirici materiallar”, “bərk cisimlər fizikası”, "Lazer spektroskopiyası” laboratoriyaların şəraiti və funksiyaları barədə bilavasitə məlumatlı olan şəxsin iştirakı ilə təmin edilməmiş, səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi güzəştli arayışlar məhz mübahisələndirilən xx.xx.1984-xx.xx.2001-ci illərdə işlədiyi “yarımkeçirici materiallar”, “bərk cisimlər fizikası”, "Lazer spektroskopiyası” laboratoriyalarındakı əmək fəaliyyəti ilə bağlı olmuş və arayışlar Fizika İnstitutun baş direktoru akademik A.M Həşimov və yaxud Fizika İnstitutun icraçı direktoru prof. H.R.İbrahimov tərəfindən tərtib və təsdiq edilmişdir. Həmin güzəştli arayışlara əsasən iddiaçının işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olması, o cümlədən: işiq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınmasını, mexaniki və kimyəvi üsullarla emalını, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmasını, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co) tədqiqat aparmasını, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olduğu göstərilmişdir. Bundan əlavə, hazırkı halda iddiaçının işləmiş olduğu laboratoriyalar mövcud olmasa da məhkəmə sorğusu əsasında iddiaçı ilə eyni vaxtda, eyni laboratoriyada işləmiş şəxslərdən bir neçəsinin pensiya işi məhkəmə sorğusu ilə tələb edilmiş və vətəndaş X3 aid pensiya işinə dair sənədlərdən müəyyən olunmuşdur ki, ona “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununa müvafiq olaraq 1 nömrəli siyahısına görə xx.xx.2003-cü tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Sonuncunun işlədiyi vəzifələrə dair Fizika İnstitutu tərəfindən verilmiş güzəştli arayışda X1 elmi içi, böyük elmi işçı vəzifəsində çalışdığı, onun apardığı elmi tədqiqat eksperimentlərin əsas məğzinin tam iş günündə güclü ionlaşdırıcı rentgen şüalarının tətbiqi ilə molekulyar va yarımkeçirici kristalların quruluş analizi olduğu, iş şəraitinin zərərlilik dərəcəsı normativ sənədlərdə qəbul olunan 2- 17 m Küridən bir neçə tərtib yüksək olduğu, Əmiraslanov 1.R apardığı eksperimental tədqiqatlar üçün istifadə edilən qurğuların "Sintex P2" əsasən fasiləsiz istismar rejimli avtodifraktometr. DRON 1,5: 2 və 3 tipli qurğulardan ibarət olması, sadalanan iş şəraitinin də nəzərə alınaraq radiaktiv elementlərlə şüalanma mənbəyi kimi berillium və nadir torpaq elementləri ilə iş) təlimatına uyğun A.R NK 1993-cü 21 iyun tarixli 320 saylı qərarının XXİİ bölməsində "Radiaktiv maddələrlə, ionlaşdırıcı şüa mənbələri ilə iş aparan elmi tədqiqat institutlarında, müəssisələrdə, laboratoriyalarda və s., kod 12201000-1754b vəzifəsinə uyğun hesab edilmişdir. Həmin arayışlarda da işəgötürən İ.Əmiraslanovun əmək funksiyalarının, işlədiyi işin elmi təqdiqat işi hesab olunduğu və bu vəzifədə olan işin 1 nömrəli siyahı ilə güzəştli pensiya təminatına əsas verdiyi nəticəsinə gəlindiyi halda, Fizika İnstitutun kadrlar şöbəsinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü ill tarixlli aktda iddiaçının işlədiyi eyni (oxşar) işin elmi təqdiqat işi olması əsası ilə 2 nömrəli siyahııya uyğunlaşdırılmışdır. Beləliklə, iddiaçının xx.xx.1984-xx.xx.2001-ci illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin (1080A00-17541. 1080A010) və XXİİ bölməsinin 1-ci bəndinin (12201000, 12202000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) kodlarına uyğun olduğu müəyyən edilir. Cavabdeh bunun əksini sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının güzəştli pensiya hüququ 52 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş iş stajı dövrü üzrə son 24 ay və yaxud ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. İş üzrə müəyyən edilir ki, iddiaçının 1 nömrəli siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnu əldə etməsi xx.xx.2010-cu il tarixdən əvvəki dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən orta əmək haqqına əsasən yenidən hesablanmalı və yaranmış fərq ödənilməlidir. Hazırkı iş üzrə iddiaçının pensiya hüququ xx.xx.2008-ci il taridən yaransa da iddiaçı ona xx.xx.2009-cu il tarixdən təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı son 24 ay üzrə, yəni xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə işlədiyi dövrün orta əmək haqqına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etdiyindən və qanunla pensiya hüququnun yarandığı gündən tez olmamaq şərtilə pensiya təyin edilməsi tarixinin müəyyən edilməsinə (tələb edilməsinə) məhdudiyyət qoyulmadığından məhkəmə iddiaçının xeyrinə olan əliverişli inzibati aktın qəbul edilməsini mümkün sayır və ona tələb etdiyi xx.xx.2009cu il tarixdən pensiya təyin edilməsini və bu zaman həmin tarixdən əvvəlki 24 ayın xx.xx.2007-xx.xx.2009-cu il üzrə orta əmək haqqına əsasən pensiya hesablanmasını əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə iddiaçənın tələb etdiyi şəkildə-yenidən hesablamadan sonra yaranacaq fərqin xx.xx.2009-cu il tarixdən olmaqla birdəfəlik ödənilməsinin hüquqi əsası olmadığını əsas götürərək iddianın həmin hissələrdə təmin edilməməsi qənatinə gəlir. Belə ki, məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya ödəniləcək pensiya fərqi inzibati icraat materiallarında olan inzibati orqana ilkin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi əsaslı olmaqla təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olarq son 24 ayın, yəni xx.xx.2007-xx.xx.2009-cu il orta əmək haqqına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olarq son 24 ayın, yəni xx.xx.2007-xx.xx.2009-cu il orta əmək haqqına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1974/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1974/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver