Məhkəmə qərarları › İş №2-1(112)-1975/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1975/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1975/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı5 xeyrinə Bakı şəhəri, M.A,Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 13.568,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.784,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat ; İddiaçı6 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.678,8 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.839,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı1 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 12.228,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.114,2 manat tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı2 (arvadı-X9) xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.148 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.074 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat, İddiaçı4 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.220,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.110,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500,0 manat tutulması; İddiaçı3 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992,0 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 15.161,8 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Çətinliyə görə 10 % kompensasiya növünün - 7.580,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı7 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.745, AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2,2 saylı yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.872,5 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhər Cavabdehndən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev iddiaçılara məxsus olmuşdur. Göstərilən ərazi dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. İddiaçılara kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesablanma aparılmamış, həmçinin, digər kompensasiya növlərindən iddiaçılar məhrum edilmişlər. Bundan əlavə mənzillərin ölçüləri düzgün hesablanmamışdır. Belə ki, yarımzirzəmi sahələrinə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə iddiaçılara 700 azn ödənilmişdir. Bundan əlavə zirzəmi sahə ilə yaşayış sahələrinin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq sökülməyə məruz qalmış əmlakların kompensasiyası ödənilən zaman ümumi məbləğin 20 faiz miqdarında kompensasiyanın ödənilməsi nəzərdə tutulduğu təqdirdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdeh ilə bağlanmış alqı-satqı müqavilələrində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 faiz miqdarında kompensasiyanın ödənildiyi barədə hər-hansı bir müddəa mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarında göstərilmişdir ki, digər kompensasiya növlərinin ödənilməsi tərəflər arasında bağlanmış notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsində öz əksini tapmalıdır. Həmçinin, iddiaçılara çətinliyə görə əmlaklarının dəyərinin 10 faizi miqdarında kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarında göstərilmişdir ki, digər kompensasiya növlərinin ödənilməsi tərəflər arasında bağlanmış notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsində öz əksini tapmalıdır. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair hesablanma və qiymətləndirmə işləri aparılarkən aşağıdakı pozuntular müəyyən edilir: 1. Binanın yarımzirzəmi sahəsinə dair digər paylı bina sahibinə hər bir kv.m sahəyə 800 manat ödənildiyi təqdirdə iddiaçılara 700 manat ödənilmişdir; 2.yaşayış binasının hər bir mərtəbəsində 20 kv.m qədər az hesablanma aparılmış və ödəniş edilməmişdir; 3. ödənilmiş və ödənilməli olan vəsaitlərə görə çətinliyə görə kompensasiya ödənilməmişdir; 4. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi alqı-satqı müqavilələrində göstərilmədiyindən ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində (etirazı) göstərilmişdir ki, artıq özgəninkiləşdirdiyi əmlaklarına görə yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüquqları olmadığı üçün hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklara yerində baxış keçirilən zaman həmin daşınmaz əmlakların faktiki sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Beləliklə, iddiaçılara aşağıda qeyd edilən qaydada və məbləğlərdə kompensasiya ödənilmişdir:

1. Yasamal rayon Məhkəməsinin 19.07.2007-ci il tarixli 2-393/2006 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 yaşayış otağı İddiaçı5 faktki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ümumi 49,68 kv.m (29,64 kv.m əsas sahə, 13,06 kv.m köməkçi sahə, 6,98 kv.m açıq eyvan ¼ ) sahə üçün 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18.03.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 15 540 manat məbləğində maddi yardım ödənilmişdir;

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19.06.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 27 kv.m olan 2 otağı İddiaçı6 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 08 avqust 2018-ci il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 43,96 kv.m (34,83 kv.m əsas sahə, 2,27 köməkçi sahə, 6,86 kv.m açıq eyvan 1/4) sahəsi üçün 59.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18.03.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.420 manat məbləğində maddi yardım ödənilmişdir;

3. Yasamal rayon Məhkəməsinin 19.07.2007-ci il tarixli 2-393/2006 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 yaşayış otağı İddiaçı1 faktiki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ümumi 45,88 kv.m (22,48 kv.m əsas sahə, 16,42 kv.m köməkçi sahə, 6,98 kv.m açıq eyvan ¼ ) sahə üçün 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında arasında 18 mart 2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.780 manat məbləğində maddi yardım ödənilmişdir;

4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19.06.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 23,4 kv.m olan 2 otağı X6 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17 avqust 2018-ci il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 34,51 kv.m (31,67 kv.m əsas sahə, 2,15 köməkçi sahə, 0,69 kv.m beton döşəmə) sahəsi üçün 51.740 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18.03.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 13.764,35 manat məbləğində maddi yardım ödənilmişdir;

5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19.06.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 15,4 kv.m olan 1 otağı İddiaçı4 mülkiyyətində olmuşdur. İddiaçı həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 36,07 kv.m (15,49 kv.m əsas sahə, 17,85 köməkçi sahə, 2,73 kv.m beton pilləkən) sahəsi üçün 52.102 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18.03.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 13.668 manat məbləğində maddi yardım ödənilmişdir;

6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 19.06.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 22 kv.m olan 3 otağı İddiaçı3 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 55,57 kv.m (30,84 kv.m əsas sahə, 17,87 köməkçi sahə, 6,86 kv.m açıq eyvan 1/4) sahəsi üçün 76.809 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18.03.2019-ci il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 19 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 16.742 manat məbləğində maddi yardım ödənilmişdir;

7. İddiaçı7 ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ümumi 39,15 kv.m (21,41 kv.m əsas sahə, 17,74 kv.m köməkçi sahə) sahə üçün 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18 mart 2019-cu il tarixli Müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.830 manat məbləğində maddi yardım ödənilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyətlərində və istifadələrində olmuş əmlaklara görə qanununa müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. İddiaçılar mübahisəli sahələri alqı-satqı müqavilələri əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişlər. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Buna görə də iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı6 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, İddiaçı6 iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim edilmiş etiraza uygun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçıların cavabdehə ünvanlanmış 21.08.2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, “Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev bizə məxsus olmuşdur. Göstərilən ərazi dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. Təəssüflər olsun ki, bizlərə kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesablanma aparılmamış, həmçinin digər kompensasiya növlərindən məhrum edilmişik. Bundan əlavə mənzillərimizin ölçüləri düzgün hesablanmamışdır. Belə ki, yarımzirzəmi sahələrimizə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə bizlərə 700 azn ödənilmişdir. Bundan əlavə zirzəmi sahə ilə yaşayış sahələrimizin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. Beləliklə müəyyən edilir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair hesablanma və qiymətləndirmə işləri aparılarkən aşağıdakı pozuntular müəyyən edilir : 1. Binanın yarımzirzəmi sahəsinə dair digər paylı bina sahibinə hər bir kv.m sahəyə 800 azn ödənildiyi təqdirdə bizə 700 azn ödənilmişdir; 2. Yaşayış binasının hər bir mərtəbəsində 20,0 kv.m-qədər az hesablanma aparılmış və ödəniş edilməmişdir; 3. Ödənilmiş və ödənilməli olan vəsaitlərə görə çətinliyə görə kompensasiya ödənilməmişdir. 4. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi alqı-satqı müqavilələrində göstərilmədiyindən ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş edirik ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair ödənilməli olan kompensasiya növlərinin, hesablanmamış sahələrin ödənilməsi və ayrı-seçkiliyə son qoyulması məqsədi ilə yarımzirzəmi sahələrə görə ödənilməmiş hər bir kv.m sahəyə görə 100 AZN kompensasiya növlərini ödəyəsiniz”. - “xxxx" MMC tərəfindən verilmiş iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakların qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın zirzəmi hissəsi üçün Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hər bir kv.m sahəyə 700 manat götürülməklə İddiaçı4 16.618 manat, İddiaçı5 16.618 manat, İddiaçı6 16.618 manat, X7 16.618 manat, X8 16.618 manat, İddiaçı7 16.618 manat, İddiaçı3 16.618 manat olmaqla, cəmi 116.326 manat məbləğində qiymətləndirilmə aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 7ndəki 17 otaqlı, 213.6 kv.m yaşayış sahəsi, 343.5 ümumi sahəsi olan dalan 2, 2 saylı fərdi yaşayış evininin 2 otaqlı 23.4 kv.m hissəsi X6 adına, 2 otaqlı 21.6 kv.m hissəsi X1 adına, 2 otaqlı 27 kv.m hissəsi İddiaçı6 adına, 3 otaqlı 22 kv.m hissəsi İddiaçı3 adına, 2 otaqlı 23.5 kv.m hissəsi X5 adına, 1 otaqlı 15.4 kv.m hissəsi X3 adına, qalan hissəsi X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.08.2018-ci il tarixli 11A/1392 saylı arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqlı 23.4 kv.m hissəsi X6 adına, 2 otaqlı 27 kv.m hissəsi İddiaçı6 adına, 3 otaqlı hissəsi X11 adına, 3 otaqlı hissəsi İddiaçı3 adına, 1 otaqlı 15.4 kv.m hissəsi X3 adına, 2 otaqlı 23.5 kv.m hissəsi X5 adına, 2 otaqlı 21.6 kv.m hissəsi X1 adına, qalan hissəsi X2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı7 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 09 dekabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 39,15 kv.m (21,41 kv.m əsas sahə, 17,74 kv.m köməkçi sahə) üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m sahəyə görə 1250 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m sahəyə görə həmin məbləg 1500 manata artırılmaqla əsas 21,41 kv.m sahəyə görə 32.115 manat, köməkçi 17,74 kv.m sahəyə görə 26.610 manat, cəmi 58.725 manat habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 59.725 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 26 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən faktiki sahibliyində və istifadəsində olan yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən uzun müddət istifadəsində olan fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı7 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 08 yanvar 2020-ci il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39,15 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.830 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı5 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 49,68 kv.m (29,64 kv.m əsas sahə, 13,06 kv.m köməkçi sahə və 6,98 kv.m açıq eyvan ¼) üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla 29,64 kv.m əsas sahəyə görə 44.460 manat, köməkçi 13,06 kv.m sahəyə görə 19.590 manat, açıq eyvana görə 2792 manat, cəmi 66.842 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 67.842 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı5 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 26 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.70 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 15.540 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın ümumi sahəsi 55.57 kv.m (30.84 kv.m əsas sahə, 17.87 kv.m köməkçi sahə və 6,86 kv.m açıq eyvan ¼) üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 30.84 kv.m əsas sahəyə görə 46260 manat, köməkçi 17,87 kv.m sahəyə görə 26.805 manat, açıq eyvana görə 2744 manat, cəmi 75.809 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 76.809 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 07 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 76 809 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı3 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 19 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.71 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 76.809 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 16 742 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı4 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 15.49 kv.m əsas sahə, 17.85 kv.m köməkçi sahə və 2.73 kv.m beton pilləkən üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, beton pilləkənə görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 15.49 kv.m əsas sahəyə görə 23.235 manat, köməkçi 17,85 kv.m sahəyə görə 26.775 manat, beton pilləkənə görə 1.092 manat, cəmi 51.102 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 52.102 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı4 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı4 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.34 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 52.102 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 13.668 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş X8 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 31.67 kv.m əsas sahə, 2.15 kv.m köməkçi sahə və 0.69 kv.m beton döşəmə üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manat götürülməklə 31.67 kv.m əsas sahəyə görə 47.505 manat, köməkçi 2.15 kv.m sahəyə görə 3.225 manat, beton döşəməyə görə 10 manat, cəmi 50.740 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 51.740 manat qiymətləndirilmə aparılmışdır. - X9 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 17 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evin faktiki ona məxsus olan 23.4 kv.m 2 otaq hissəsini 51.740 manata Cavabdehnə satmışdır. - X9 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - X9 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.82 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 51.740 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 13.764,35 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1500 manat götürülməklə 22.48 kv.m əsas sahəyə görə 33.720 manat, köməkçi 16.42 kv.m sahəyə görə 24.630 manat, açıq eyvana görə hər bir kv.m 400 manat götürülməklə 2792 manat, cəmi 61.142 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 62.142 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evinin 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38.90 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.780 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. - “xxxx” MMC tərəfindən verilmiş İddiaçı6 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 24 iyul 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, alınan əmlakın 34.83 kv.m əsas sahə, 2.27 kv.m köməkçi sahə və 6.86 kv.m açıq eyvan 1/4 üçün 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə 1250 manat, açıq eyvana görə 333,33 manat götürülməklə, əlavə olaraq Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla hər bir kv.m əsas sahə və köməkçi sahəyə görə həmin məbləg 1500 manata, açıq eyvana görə 400 manat artırılmaqla, 34.83 kv.m əsas sahəyə görə 52.245 manat, köməkçi 2.27 kv.m sahəyə görə 3.405 manat, açıq eyvana görə 2744 manat, cəmi 58.394 manat, habelə 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla, cəmi 59.394 manat qiymətləndirilmə aparılmışdır. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 08 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 59.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 18 mart 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üçün dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 16.618 manat məbləğində kompensasiya almaqla Cavabdeh xeyrinə imtina etmişdir. - İddiaçı6 ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış 28 dekabr 2019-cu il tarixli razılaşmadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37.10 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınmasına görə 55.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə verdiyindən yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiyinə görə kompensasiya məbləğindən əlavə ona 14.420 manat məbləğində maddi yardımın ödənilməsinə razılıq vermişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddənin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddənin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 26-cı maddənin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddənin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddənin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. 35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Məhkəmə qeyd edir ki, konkret halda tərəflər Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada həmin əmlakın iddiaçının “əmlakı” olub-olmaması məsələsi üzərində razılığa gəliblər, yəni iddiaçı Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsinin ifadə etdiyi mənada əmlakın sahibi idi (Gladysheva, 69-cu maddədə göstərilib və Sociedad Anonima del Ucieza İspaniyaya qarşı, no: 38963/08, paraqraf 78-79, 4 noyabr 2014). Müdaxilənin xarakterinə gəlincə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarları ərizəçinin əmlakı üzərində mülkiyyət hüququnun qəti və birdəfəlik ləğv edilməsi anlamını daşıyır, məhkəmə eyni zamanda hesab edir ki, bu tədbir bir saylı Protokolun birinci maddəsinin birinci paraqrafının ikinci cümləsində ifadə edilən mənada mülkiyyət hüququndan məhrum olunma kimi qəbul edilir. Daha sonra məhkəmə qeyd edir ki, tərəflər arasında yerli orqanlar tərəfindən ictimai mənafenin qorunması ilə bağlı hər hansı fikir ayrılığı olmamışdır. Belə bir məsələni müəyyənləşdirmək lazımdır: ərizəçinin mülkiyyət hüququnun ləğv edilməsi ümumi mənafe ilə maraqlı tərəfin hüquqları arasındakı tarazlığı pozurmu? Avropa Məhkəməsi analoji işlərdə xatırladır ki, müdaxilənin mütənasibliyi ictimaiyyətin ümumi mənafeyindən irəli gələn tələblərlə fərdlərin fundamental hüquqlarının qorunması tələbləri arasında dəqiq tarazlığın olmasına ziddir. Bu tarazlıq o zaman pozulur ki, aidiyyəti şəxs “hansısa xüsusi və hədsiz yükə məruz qalsın”. Avropa Məhkəməsi eyni zamanda xatırladır ki, dəqiq tarazlığın mövcudluğunun yoxlanılması adı keçən müxtəlif mənafelərin ümumi şəkildə yoxlanılmasını tələb edir və tərəflərin davranışlarının, dövlət tərəfindən sərf edilən vəsaitlərin analizinin aparılmasını və bunun həyata keçirilməsini şərtləndirə bilər, xüsusi olaraq, müvafiq orqanların lazım olan vaxtda, dəqiq və lazımi qaydada hərəkət etmək öhdəliyini bildirir (bax, məsələn, Osipkovs və digərləri Latviyaya qarşı, no: 39210/07, paraqraf 80, 4 may 2017). Avropa Məhkəməsi hesab edir ki, ərizəçi mənzili üzərində nəzarəti itirməklə maddi ziyana məruz qalmışdır və müəyyən edilmiş pozuntu ilə əldən çıxmış kirayə haqları ilə bağlı tələb olunan maddi ziyan arasında səbəbiyyət əlaqəsi mövcud olmalıdır (müqayisə üçün bax, “Radanoviç Xorvatiyaya qarşı” (Radanović v. Croatia, no. 9056/02, §§ 62-66, 21 December 2006 və “Gülməmmədova” işi, 55-ci bənd). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə isə Avropa Məhkəməsi (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçılara məxsus daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdeh İcra Hakimiyyəti ilə iddiaçılar arasında notarial qaydada təsdiqlənmiş müqavilə və razılaşmalar imzalanmışdır. Qeyd edilən qərara əsasən, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. İş üzrə müəyyən edilir ki, tərəflər arasında 14 avqust 2018-ci il, 18 mart 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və 28 dekabr 2019-cu il tarixli “razılaşma müqaviləsi” bağlanmışdır ki, həmin müqavilələrin 9-cu bəndinə və razılaşmaların 5-ci bəndinə əsasən satıcılar satdığı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişlər. Hazırda iddiaçılar satdığı daşınmaz əmlaka görə hər birinə aid ayrılıqda götürülməklə aldıqları kompensasiyalardan əlavə 5 hissədən ibarət: 1) evin yarım-zirzəmi sahəsinə görə əlavə kompensasiya; 2) evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya; 3) evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya; 4) evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya; 5) evin hesablanmamış hissəsinə görə kompensasiyaların ödənilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edirlər. İddiaçıların dəlillərinə görə iddiaçılara məxsus əmlak dövlət ehtiyacları üçün cavabdeh tərəfindən alınarkən onlarla notarial qaydada bağlanmış müqavilələrdə və razılaşmalarla hazırda tələb etdikləri kompensasiyalar göstərilməmiş və ödənilməmişdir. Halbuki satılmış yaşayış sahəsi “xxxx” MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”a əsasən qiymətləndirilməklə, satıcılara Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanaraq ödənilmiş, eyni zamanda kompensasiya məbləği hesablanarkən yarımzirzəmiyə görə də nəzərə alınmışdır. İddiaçılar tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar, o cümlədən “evin hesablanmamış hissəsinə” dair sübutlar işin materiallarına əlavə edilməmişdir. Ona görə də cavabdeh İcra Hakimiyyətinin imtinası əsaslı və qanunauyğun olmuş, iddiaçıların iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh arasında ayrı-ayrılıqda notarial qaydada bağlanmış müqavilələrlə və razılaşmalarla onlara ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun tərkib hissəsi olan zirzəmi hissəsi üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla kompensasiyanın iddiaçılara məxsus əmlakın əvəzində onların hər birinin payına uygun ödənilməsi qərara alınmışdır. Belə olan halda, iddiaçılar öz razılıqları ilə bağladıqları müqaviləyə zidd olaraq yenidən həmin daşınmaz əmlaka görə dəymiş ziyanı tələb etməkdə haqlı deyillər. Çünki, məhkəmə araşdırması zamanı müqavilənin etibarsız hesab edilməsi və ya kompensasiya məbləğinin artırılması əsasları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılarla cavabdeh arasında baglanmış müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində təsbit edilmiş mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı prinsiplərinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun bağlanmışdır. Həmin tələblərin pozulması müəyyən edilməmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı5 xeyrinə Bakı şəhəri, M.A,Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 13.568,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.784,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı6 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.678,8 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.839,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı1 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 12.228,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.114,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı2 (arvadı-X9) xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.148 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.074 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat, İddiaçı4 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün - 3798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.220,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.110,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500,0 manat, İddiaçı3 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992,0 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 15.161,8 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 7.580,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı7 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.745 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2,2 saylı yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.872,5 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhər Cavabdehndən tutulması barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər.

Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar