Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1977/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, X17 katibliyi, tərcüməçi X13, İddiaçı Aleksandrovnanın iştirakları ilə İddiaçı Aleksandrovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qəyyumluğun təyin edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Aleksandrovna cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayonu İcra Hakimiyyətinin X7 orqanlarından ilkin razılıq almaqdan imtina etməsinin qanunsuz hesab edilməsi və X4 üzərində qəyyum və himayədarın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1983-cü il təvəllüdlü, Bakıda anadan olmuşdur, yuxarıda göstərilmiş mülkiyyət hüququ ilə ana X14 ilə məxsus olan ünvanda yaşayır. Qohumu 1935-ci il təvəllüdlü X10 qoca, əmək fəaliyyəti olmayan qadın Rusiya Federasiyası, Stavropol diyarı, Petrovskiy rayonu, Svetloqrad şəhəri, Puşkin küçəsi, ev 3, mənzil 31 ünvanında himayəsində olan fəaliyyət qabiliyyətsiz nəvəsi xx.xx.1984-cu il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Əvvəl Stavropol diyarı Petrovsk rayon məhkəməsinin № 2-562/2004, xx xxxxxx 2004-cü il tarixli qərarı, № 22, xx.xx.2005-ci il tarixli Stavropol diyarı Petrovsk rayon Svetloqrad şəhər başçısının sərəncamı əsasında X9 fəaliyyət qabiliyyətsiz qızı xx.xx.1984-cü il təvəllüdlü X4 üzərində qəyyumluq təyin edilməsi müraciəti təmin edilmiş və Rusiya Federasiyası Mülki Məcəlləsinin 35-ci maddəsinə əsasən xx.xx.2008-ci il tarixli, № 48-03 "Qəyyumluq və himayədarlıq haqqında" Federal Qanunun 11-ci maddəsini, 29-cu maddəsini rəhbər tutaraq Stavropol diyarı Petrovsk rayon bələdiyyə administrasiyasının o qəyyum təyin edilmişdir. Pensiya fondunun № 9930125, 756090 ödənişli işindən arayışa əsasən X4 RF Stavropol diyarı Svetbqrad şəhəri X15 PFİ Bİ uçotdadır və ona müddətsiz aşağıdakı ödəniş növləri: 166-FQ № Qanunun 11 mad. 1 b. müvafiq olaraq 12432.44 rubl ölçüdə əlilliyə görə dövlət pensiyası və 181 № FQ 28.1 mad. 1 b. müvafiq olaraq 2670.73 rubl aylıq ödəniş təyin edilib. Stavropol diyarı Svetloqrad şəhər Petrovsk bələdiyyə rayonunun administrasiyasının 06 avqust 332 №-li Qətnaməsi ilə xx.xx.1984-cü il təvəllüdlü, fəaliyyət qabiliyyətsiz himayə edilən X2 əmlakı üzərində sərəncama icazə barədə X9 ərizəsi təmin edilmişdir. Stavropol diyarı İpatovsk rayon məhkəməsinin qərarına əsasən xx.xx.1984-cü il təvəllüdlü, fəaliyyət qabiliyyətsiz himayədə olan X1 məxsus X12 Kommersiya Əmanət bankı (ASC) 1859 № Petrovsk şöbəsində № ********************(5436), № 27446. № 23567, № 05704419 hesablarındakı çatası pul kompensasiyası ilə pul yatırımlarının X9 almasına icazə qət edilmişdir. X16 Vasilyevna xx.xx.2017-ci ildə vəfat edir. Onun ölümündən sonra Rusiya Federasiyası Mülki Məcəlləsinin 35 mad., "Qəyyumluq və Himayədarlıq haqqında" xx.xx.2008-ci il tarixli № 48 FQ Federal Qanunun 11, 29 mad., Stavropol diyarı Svetloqrad şəhər Petrovsk bələdiyyə rayonun Administrasiyasının xx xxxxxx 2017-ci il tarixli 865 №-li qətnaməsini rəhbər tutaraq Stavropol diyarı, Petrovsk rayonu Svetloqrad ş., Puşkin küçəsi, ev 3, mənzil 31 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyətsiz nəvəsi X4 üzərində qəyyum təyin edilməsi barədə ərizə təmin edilmişdir. Lakin 1935-ci il təvəllüdlü X10 özü qoca və əmək qabiliyyətsiz qadındır, Rusiya Federasiyası, Stavropol diyarı, Petrovsk rayonu, Svetloqrad şəhəri, Puşkin küçəsi, ev 3, mənzil 31 ünvanında fəaliyyət qabiliyyətsiz, himayəsində olan nəvəsi X4 ilə birlikdə yaşayır, ehtiyat etmişdir ki, onun ölümündən sonra onun nəvəsi lazımi kömək olmadan yaxınlar tərəfindən müalicə müəssisəsində olacaq. Buna görə də o nəvəsini öz qohumlarının yanına, yəni İddiaçı Aleksandrovna və onun anasina gətirməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qəyyum və ya himayədarlıq orqanları tərəfindən fiziki şəxsin qəyyum və himayəçi təyin edilməsində ehtiyac yaranması məlum olduğu andan üç ay ərzində qəyyum və himayəyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçlik orqanı tərəfindən təyin edilir. Hazırda İddiaçı Aleksandrovna X4 üzərində qəyyum və himayədarın təyin edilməsini rəsmiləşdirir. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq xarici vətəndaş olan şəxsin üzərində qəyyum təyin edərkən himayədə olanın qanuni nümayəndəsinin və vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanın razılığı olmalıdır. Bununla əlaqədar olaraq, o, X7 orqanlarından ilkin razılıq almaq üçün icra hakimiyyətinə müraciət etmiş, lakin əsassız bir rədd almışdır. Cavabdeh Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət ünvanlayaraq bildirmişdir ki, ünvan 14 ünvanda yaşayan İddiaçı Aleksandrovna Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək Rusiya Federasiyasının vətəndaşı olan və fəaliyyət qabiliyyəti olmayan X3 qəyyum olmaq istədiyi bildirilmişdir. Qeyd məsələ ilə bağlı X4 Rusiya Federasiyasının vətəndaşı olduğundan, məsələnin həlli Komissiyanın səlahiyyəti xaricinində olduğu bildirilmiş və sözügedən məsələ ilə bağlı X7 və Himayəçilik orqanına müraciət etməkləri tövsiyə edilmişdir. Qanunvericiliyin tələbinə görə hazırki iddiaçının İcra hakimiyyətinin müvafiq komissiyası tərəfindən verilmiş məktubu mübahisələndirmək hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq İddiaçı Aleksandrovnanın iddia ərizəsinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Aleksandrovna iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Aleksandrovna Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək Rusiya Federasiyasının vətəndaşı olan, fəaliyyət qabiliyyəti olmayan, vətəndaşı olduğu ölkə tərəfindən qəbul edilmiş qərara əsasən üzərində qəyyum təyin edilmiş X3 qəyyum olmaq istədiyi bildirilmiş, komissiya iddiaçının xahişinin təmin edilməsindən imtina etmişdir. X3 Rusiya Federasiyasının vətəndaşı olmaqla fəaliyyət qabilliyyətsizdir və X11 Bələdiyyə rayon Adminstrasiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə onun üzərində qəyyumu olaraq X10 təyin edilmişdir. Azərbaycan Respublikasının “Mülki ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konversiyanın təstiq edilməsi barədə Qanunun: - 26-cı maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti, onun vətəndaşı olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. - 36-cı maddəsinə əsasən qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsi, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə həyata keçirilir. Qəyyumlar və ya himayəçilər və qəyyumluq və ya himayəçilik altında olan şəxslə hüquq münasibətləri, həmin qəyyumu və ya himayəçini təyin etmiş idarənin məxsus olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir. Qəyyumluğu və ya himayəçiliyi götürmək öhdəliyi, qəyyum və ya himayəçi təyin edilən şəxsin mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.Razılığa gələn bir Tərəfin vətəndaşı qəyyumluğun və ya himayəçiliyin həyata keçiriləcəyi Razılığa gələn Tərəfin ərazisində yaşayırsa, onda o, Razılığa gələn digər Tərəfin vətəndaşının qəyyumu və ya himayəçisi təyin edilə bilər. - 37-ci maddəsinə əsasən əgər bu Konvensiyada digər qayda nəzərdə tutulmamışdırsa, qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsinə dair işlərin baxılmasına, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir. - 38-ci maddəsinə əsasən daimi yaşayış yeri, olduğu yer və ya əmlakı Razılığa gələn bir Tərəfin ərazisində olan Razılığa gələn digər Tərəfin vətəndaşının maraqları naminə qəyyumluq və ya himayəçilik tədbirlərinin görülməsinə zərurət yarandıqda, Razılığa gələn həmin Tərəfin müəssisəsi bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırır. Təxirəsalınmaz hallarda, Razılığa gələn digər Tərəfin müəssisəsi öz qanunvericiliyinə uyğun olaraq özü müvəqqəti zəruri tədbirlər görə bilər. Belə olduğu təqdirdə, o, bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırmalıdır. Bu tədbirlər 37-ci maddədə göstərilən müəssisə digər qərar qəbul edənə qədər öz qüvvəsini saxlayır. - 39-cu maddəsinə əsasən Razılığa gələn bir Tərəfin bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəsi qəyyumluğu və ya himayəçiliyi Razılığa gələn digər Tərəfin müəssisəsinə o halda verə bilər ki, qəyyumluq və ya himayəçilik altında olan şəxsin Razılığa gələn həmin Tərəfin ərazisində daimi yaşayış yeri, olduğu yer və ya əmlakı olsun. Qəyyumluğun və ya himayəçiliyin verilməsi, sorğu alan Razılığa gələn Tərəfin müəssisəsi qəyyumluğu və ya himayəçiliyi öz üzərinə götürdükdən və bu barədə sorğu edən Razılığa gələn Tərəfin müəssisəsini məlumatlandırdıqdan sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, X4 vətəndaşı olduğu dövlət tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunmaqla üzərində qəyyum təyin edilmişdir və hal-hazırda qəyyumu X8, sonuncunun qəyyumluğunun ləğv edilməsi barədə qərarın mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bundan əlavə İddiaçı Aleksandrovnanın X2 qohumluq əlaqələri barədə, həmçinin X2 Azərbaycan Respublikasında daimi yaşayış yeri, olduğu yer və ya əmlakı barədə də məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda yuxarıda qeyd olunanları, eləcə də X2 qəyyumluğunun qüvvədə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının adıçəkilən şəxsin üzərində qəyyum təyin edilməsi məsələsinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Odur ki, hazırki iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Aleksandrovnanın iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1977/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1977/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver