Məhkəmə qərarları › İş №2-1(112)-1979/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1979/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1979/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə qeydiyyata alınmasına dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 196 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi və onun yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək, ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0452 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 642 saylı, xx.xx.2017-ci il tarixli Qərarı ilə “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (Xidmət vəzifələri) yerinə yetirərkən alınmışdır kimi şəhadətləndirilmiş və 3-cü qrup əlilldir. Cavabdehnə müraciət edərək, yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil uçotuna götürülməyi və mənzil uçot siyahısına daxil edilməsini xahiş etmiş, Cavabdeh 203 saylı xx.xx.2019-cu il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürələrək, ehtiyatda olan zabitlərin mənziluçot siyahısına daxil edilmişdir. Lakin Cavabdeh 196 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə o, Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılaraq, Yasamal rayonu İcra hakimiyyətinin 203 saylı xx.xx.2019-cu il tarixli sərəncamı ləğv olunmuşdur. Həmin sərəncamın əsası olaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə ) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onun Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. Sərəncam ona xx.xx.2020-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Cavabdeh 196 saylı, xx.xx.2020-ci il tarixdə sərəncamı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı 1998-2014-cü illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, mayor rütbəsinə kimi yüksəlmiş, 16 il boyunca layiqincə vətənə xidmət etmişdir. 2014-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 0452 saylı əmri ilə ordu sıralarından tərxis olunaraq, ehtiyata buraxılmışdır. O,ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmiş, rayon icra hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh başçısının 203 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh başçısının 196 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncam ilə o, ailə üzvlərilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və növbəsinə dair Cavabdeh başçısının 203 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı ləğv olunmuşdur. İddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx xxxx 2019-cu il tarixli 199 saylı arayışına əsasən İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı və lazimi sorğulara cavab məktublarının daxil olduğu üçün şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE №********seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-cı il tarixdə Şamaxı rayonunda doğulmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. EZ № ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, X2 xx xxxxxx 1998ci ildə hərbi xidmətə başlamış və xx.xx.2014-cü ildə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. AZ-İ № 012128 nömrəli xx xxxxxx 2014-cü il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamədən görünür ki, xx xxxxxx 1981-ci ildə doğulmuş X1 Balakişiyevdən Teymurluya dəyişdirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 199 nömrəli arayışdan görünür ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2014-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0452 №-li xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata tərxis olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli **********97 nömrəli arayışından görünür ki, İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx xxxx 2019cu il tarixli 3120 nömrəli arayışdan görünür ki, ehtiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və mənzil növbəsində olmamışdır. Bakı şəhər Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 203 nömrəli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 406 nömrəli xx xxxx 2019-cu il tarixli arayışına əsasən Yasamal Bələdiyyəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 05/Q-1125/69 nömrəli xx xxxx 2019-cu il tarixli arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxx 1981-ci il tarixdə Şamaxı, Quşçu kəndində anadan olmuş İddiaçı oğunun ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx xxxx 2019-cu ilədək “Vətəndaşı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminədaxil edilmiş bütün vətəndaşlıq vəziyyətı aktları üzrə yoxlama aparılmış və onun nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” müqaviləsindən görünür ki, Kirayəyə verən- X3 Bakı şəhəri,Nizami rayonu, qara Qarayev prospekti. Ev 102 ünvanında yerləşən ü/s 48.14 kv.m, y/s 30.14 kv.m, yardımçı sahəsi 18.0 kv.m olan 2 otaqlı 56 nömrəli mənzili kirayəçi-İddiaçı kirayəyə vermişdir. Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 196 nömrəli sərəncamına əsasən, İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Cavabdeh başçısının 203 nömrəli xx xxxxxx 2019-cu il tarixli Sərəncamının ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh T-39-068 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından Cavabdeh başçısının 196 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə o, Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. İş materiallarından müəyyən olunur ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 15 il 09 ay 28 gün (xx.xx.1998-ci ildən xx.xx.2014-cü il) hərbi xidmətdə olmuşdur. O, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Beləliklə, məhkəmənin mövqeyinə görə hazırkı İddiaçı 15 təqvim ilindən artıq xidmət etmiş, xidməti mənzildə yaşamayan həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Cavabdehndən tələb etməkdə haqlıdır. Onun xidmətdən tərxis olunmasının səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlarından istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunvericiliyin tələblərinə uyğun gəlməyən və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 196 nömrəli sərəncamı ləğv edilməli, iddiaçı xx.xx.1981-cı il tarixdə Şamaxı rayonunda doğulmuş İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 196 nömrəli sərəncamı ləğv edilsin. İddiaçı xx.xx.1981-cı il tarixdə Şamaxı rayonunda doğulmuş İddiaçı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənziluçot siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar