Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1979/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Hüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 iddiaçının anasıdır və anası vəfat edənədək birlikdə yaşamışlar. Onlar əvvələr yaşadığı evin şəraiti qənaətbəxş omadığı, habelə anası müharibə veteranı olduğu üçün özünün müraciəti əsasında Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlar nəzərə alınaraq “Müharibə əlilləri, şəhid ailələri, Çeronbıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı 130 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamı qəbul etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının həmin sərəncamına görə, ailə tərkibi 1 nəfər olmaqla, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzilin anası X3 ayrılması, bu barədə anasıyla kirayə müqaviləsinin bağlanması və sonuncunun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Sərəncamdan irəli gələn məsələlərin icrası ərazi üzrə 19 saylı mənzil Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli sərəncamı icra olunmuş, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2- otaqlı 25 N-li mənzilinə dair X13 və Yasamal rayonu 19 saylı MKİS arasında xx.xx.2013-cü il tarixdə 01 saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmış, onlar birikdə yaşamaq üçün həmin mənzilə köçmüşlər, hər ikisi bu mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra da mənzildə yaşamağa davam etmişdir. X9 vəfatından sonra, xx.xx.2014-cü il tarixdə ərizə ilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2- ci maddəsinə əsasən Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzilin kirayəçisinin dəyişdirilməsini və həmin mənzilə dair kirayə müqavilənin onunla bağlanmasını xahiş etmişdir. Lakin onun həmin müraciəti müsbət həllini tapmamış, mənzilə dair mənimlə kirayə müqaviləsi bağlanmamışdır. Bu səbəbdən o, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzilin əsas kirayəçisi kimi tanınması və adına kirayə müqaviləsinin bağlanması barədə müvafiq sərəncamın verilməsi vəzifəsinin Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Onun iddiası əsasında başlanmış inzibati işə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, iş üzrə qəbul etdiyi 2-1(81)-1115/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia tələblərini təmin etmiş, onun Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzilinin əsas kirayəçisi kimi tanınmamı və həmin mənzilə dair kirayə müqaviləsinin onuna bağlanması və buna dair müvafiq inzibati aktın (sərəncamın) qəbul edilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsini qərara almışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1115/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Məhkəmə qərarının icrası barədə Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2015-ci il tarixdə 191 saylı sərəncam imzalanmış, mənzilə dair onunla kirayə müqaviləsi bağlanmışdır. Bundan sonra Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzili üzərində sahiblik və istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Bu fakt onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışla və Çıxarışın tərkib hissəsi hesab edilən inventar nömrəsi **********91-05101-091001 olan Texniki pasportla təsdiq olunur. Qeyd edirəm ki, kirayəçi olduğum Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N- li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzildə özü və nəvəsi X16 ilə birlikdə yaşayırlar və yaşayış yeri üzrə də bu ünvanda qeydiyyatdadırlar. Hazırda o, sahiblik və istifadəsində olan sözügedən mənzili özəlləşdirmək niyyətində olduğuna görə yazılı qaydada cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 77.82 kv.m. yaşayış sahəsi 35.7 kv.m. ibarət 2 otaqlı 25 N-li mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin keçən müddət ərzində cavabdeh olan inzibati orqanından ilkin müraciətinə hər hansı münasibət bildirilməmiş, cavab verilməmişdir. Hesab edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkətsizliyi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a nömrəli evin ümumi sahəsi 76.8 kv.m. ibarət 2 otaqlı 25 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 191 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31A saylı evin, 25 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 267, M9, m1) dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarınızın qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçının adına qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncamdan çıxarış və xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31A saylı evin, 25 saylı mənzilə dair təqdim edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamdan çıxarışı xx.xx.2012- ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1730/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Yasamal RİH-nin arxiv fondu üzrə xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı, xx.xx.2015-ci il tarixli, 191 saylı sərəncamının və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Göndərilən sənədlərdən görünür ki, -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 2 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli. 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərın bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq: Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri. Şəhid ailələri. 20 Yanvar hadisələri əlilləri. BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılımış mənzillərə dair onlarla kirayə müqavilələri bağlansın: X8, ailə tərkibi 1 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 25,-2 otaq, ümumi sahəsi 77,82 kvm., yaşayış sahəsi 35,7 kvm. F.M.Quliyeva mənzil növbəsindən çıxarılsın... -Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 25 nömrəli mənzilə dair 19 saylı MKİS ilə X8 arasında müqavilə bağlanılmışdır. -1 saylı Bakı İnzibati-İqtisadi Mıəhkəməsinin 2-1(81)-1115/2015 nömrəli xx.xx.2015ci il tarixli qərarına əsasən İddiaçı Perovnanın iddiası təmin edilərək, İddiaçı Perovnanın Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, 31 A saylı evin, 25 saylı mənzilin əsas kirayəçisi kimi tanınması və həmin mənzilə dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanması və buna dair müvafiq inzibati aktın (sərəncamın) qəbul edilməsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. -Yasamal Rayon İcra Hakimiyyətinin 191 nömrəli xx.xx.2015-ci il tarixli Sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1115/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarı icra edilmiş və Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, 31 A saylı evin, 25 saylı mənzilinə dair kirayə müqaviləsi İddiaçı ilə bağlanılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2024-cü il tarixə olan məlumat əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 31A saylı binada 11 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş 5 ədəd mənzilə dair müvafiq məlumatları təqdim edirik: -ünvan 5 25 saylı mənzil xx.xx.2024-cü il tarixli 61 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə, Bakı şeheri Yasamal rayon İcra Hakimiyyəti başçtsının xx.xx.2015-ci il tarixli 191 nömrali sərəncamına, X16 tərəfindən verilmiş razılıq ərizəsinə. xx.xx.2024-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, 19 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixti 191 nömrəli, arayışa əsasən ilkin olaraq 22 05 2024-cü il tarixdə İddiaçınmın adına istifadə hüququ əsasında qeydiyyata alınmışdır. -ünvan 5 72 saylı mənzil Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-5919/2024 nömrəli qərarına, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 130 nömrəli xx.xx.2012-cü il tarixli sərəncamından çıxarışa, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışa, X10 və X11 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. -ünvan 7, 11 saylı mənzil Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-5998/2024 nömrəli qərarına, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 231 nömrəli sərəncamına, xx.xx.2023-cü il tarixli 18 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. -ünvan 5 29 saylı mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 130 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)- 5921/2024 nömrəli qərarına əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. -ünvan 5 81 saylı mənzil Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamından çıxarışa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-5995/2024 nömrəli qararına əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdəTəhməzova Nəsibə Qara qızının adına qeydiyyatdan keçmişdir. İddiaçının tərəfindən ərizə ilə məhkəməyə göndərilmiş çıxarışın surətindən görünür ki, ünvan 5 11 saylı mənzilə dair X2 adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarış hazırlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 11 saylı mənzilinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, mənzil 2 otaq ü/sahəsi 76.8 kv.m təşkil edir. Mənzilin mövcud vəziyyəti eskiz olundu layihəyə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan istifadə edilməsinə dair məlumat aşkar edilməmişdir. Məktubla ünvan 4 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, - X16 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən 25 saylı mənzilin xx.xx.1947-ci il təvəllüdlü İddiaçı qızının adına istifadəyə verilməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə razıdır, etiraz etmir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 31A, mənzil 25 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 267, M9, m1) üzərində İddiaçı istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31 a saylı evin, 25 saylı mənzilinə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Arif Mehdiyev küçəsi, giriş 267, M9, m1) dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarınızın qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirirk ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31 a saylı evin, 25 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı işin hallarından görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamına əsasən ünvan 7, 25 saylı mənzilinə dair vətəndaş X8 ilə kirayə müqaviləsinin bağlanılmış, X4 xx.xx.2014-cü il tarixində vəfat etməsi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 191 nömrəli Sərəncamı ilə ünvan 7, 25 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdeh mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 25 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Beləliklə hüquqların dövlət qeydiyyatına alınmasınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinə imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş əsaslardan heç biri qeyd edilmədiyindən, yalnız formal mülahizələrə istinad edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən binada iddia edilən mənzillə eyni hüquqmüəyyənedici sənədlərə malik olan digər mənzil üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil ilə eyni hüquqmüəyyənedici sənədlərə malik olan digər mənzillər artıq məhkəmə qərarları ilə qeydiyyata alınmışdır. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticəni əsas götürməmiş, inzibati praktikasını dəyişməyərək iddiaçıya münasibətdə eyni imtina əsası ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni mərtəbədə digər mənzillərin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a N-li evin ümumi sahəsi 76.8 kv.m. ibarət 2 otaqlı 25 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 31 a saylı evin ümumi sahəsi 76.8 kv.m. ibarət 2 otaqlı 25 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1979/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1979/2025
28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver