Məhkəmə qərarları › İş №2-1(112)-198/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-198/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-198/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə Yaşa qızının iştirakı ilə, iddiaçı “X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin 20.12.2019-cu il tarixli, **********194367 saylı səyyar vergi yoxlaması aktının və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.01.2020-ci il tarixli **********196466 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.01.2020-ci il tarixli **********196466 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin 26.09.2019cu il tarixli **********190662 saylı qərarına əsasən həmin idarənin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən “X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı üzrə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Həmin yoxlamanın nəticəsi olaraq 20.12.2019-cu il tarixli **********194367 saylı Səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Aktda ilkin mühasibat sənədlərinə əsasən ƏDV-nin yoxlaması zamanı kənarlaşma aşkar edildiyi, yoxlama zamanı filialın qeydiyyatda olduğu vergi orqanı tərəfindən ƏDV bəyannamələrində azaldılmış və artıq hesablanmış 451818,03 manat ƏDV filial tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əməl edilməməklə ayrı- ayrı hesabat aylarında vergi tutulan əməliyyatların aparıldığı vaxtın düzgün müəyyən edilməməsi səbəbindən olması göstərilmişdir. Akta əsasən, azaldılmış 451818,03 manat ƏDV məbləği Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən filial tərəfindən ƏDV-nə cəlb olunan gəlirin “Aralıq ödəmə sertifikatlarına” (Forma- 2) əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyərindən deyil, filialın hesablaşma hesabına daxil olmuş vəsaitə görə hesablanması səbəbindən olmuşdur. Belə ki, 01 08.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövrdə filial tərəfindən “Aralıq ödəmə sertifikatlarına” (Forma-2) əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyəri 48627403,44 manat, ƏDV-si 8301114,59 manat olduğu halda, filial tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri 46117303,3 manat, ƏDV-si 8301114,59 manat göstərilmişdir. Nəticədə ƏDV-nə cəlb olunan dövriyyə 2510100,14 manat, ƏDV-si 451818,03 manat məbləğində azaldılmışdır.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesabatda göstərilən ƏDV hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən aylar üzrə 1398594,49 manat (əlavə vergi 451818,03 manat) azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 699297,25 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Həmin Aktda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri LGBİ tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.01.2020-ci il tarixində **********196466 saylı Qərar qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçının 2 (iki) əsasa görə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. X5 azaldılmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər yoxdur. Nəticə etibarilə cavabdeh inzibati orqan hesab edir ki, əlavə hesablanmış vergilər üzrə 451818,03 manat azaldılma olmuşdur. Bu səbəblə vergi qanunvericiliyin pozulmasına görə 699096,35 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, 20.12.2019cu il tarixli **********194367 saylı Səyyar vergi yoxlaması Aktı və onun nəticələrinə dair qəbul olunmuş 22.01 2020-ci il tarixində **********196466 saylı Qərar tamamilə əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməlidir. İş materiallarından göründüyü kimi, yoxlamanın əhatə etdiyi dövrdə Filialın baş ofisi ilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Milli su təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupu” arasında bağlanmış müqavilələrə əsasən Siyəzən və Şabran rayonlarının su və kanalizasiya sisteminin çəkilişi və su təmizləyici qurğularının tikintisi işlərini həyata keçirmişdir. Səyyar vergi yoxlaması zamanı satış dövriyyəsinin azaldılmasının səbəbi kimi, filialın vergi uçotunun hesablama metodunu tətbiq etməsinə baxmayaraq, “Aralıq ödəmə sertifikatlarına əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin tam dəyərini deyil, hesablaşma hesabına daxil olmuş vəsaitə görə hesablanmış məbləği hesabata daxil etməsi göstərilmişdir. Tərəflərindən vergi orqanına təqdim olunmuş sənəd və məlumatlardan aydın olur ki, “Aralıq ödəmə sertifikatlarına əsasən bütün məbləğ sifarişçi tərəfindən həmin il tam ödənilməsi göstərilmişdir. Lakin qeyd edilməlidir ki, yoxlama zamanı bəzi “Aralıq ödəmə sertifikatlarında (AÖS) təsvir edilən, AÖS-də göstərilən ümumi məbləğin 10% azaldılmış məbləği də yoxlama tərəfindən satış kimi nəzərə alınmış, ödənişlərlə müqayisə edilərək bu nəticəyəgəlinmişdir ki, filial vergiyə cəlb edilən gəlirim AÖS-dəki məbləğlərdən deyil, ödənişdən tanımışdır. Belə ki, ‘Aralıq ödəmə sertifikatları" ümumi görülmüş işlərin (göstərilmiş xidmətlərin) və təqdim edilmiş malların dövr üzrə artan kəmiyyətini göstərir. Bundan əlavə AÖS-də işlərin (xidmətlərin) və malların ümumi həcmi və məbləği göstərilir. Sonra bu həcm və məbləğ əvvəllər alınmış avansa uyğun 10% və sifarişçi tərəfindən işlər (xidmətlər) və mallar layihənin yekununda qəbul edildikdən sonra ödəniləcək müqavilələrin ümumi həcminin 10%-i qədər, konkret AÖS-ə düşən həcmdə azaldılır. Yəni, müqavilənin şərtlərinə uyğun olaraq filial faktiki gəlirini AÖS-in ümumi həcminin 90% qədərində tanıyır. Yəni, “Aralıq ödəmə sertifikatlarına əsasən layihə yekununda ödəniləcək 10% məbləğ satış kimi tanınmır. Bundan başqa bu sənəddə sifarişçi tərəfindən işlərin (xidmətlərin) və ya malların keyfiyyətinin faktiki qəbulu ilə bağlı qeydlər yoxdur. Həmçinin, AÖS-ün adından da görünür ki, həmin sənəd işlərin tam təhvil verilmə sənədi deyil. Qeyd olunan layihə yekununda ödəniləcək 10% məbləğlə əlaqədar sifarişçi və filial arasında bağlanmış müqavilələrin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələri əsas tutulmalıdır. Yuxarıda qeyd edildiyi kimi, filialın baş ofisi ilə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Milli su təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupu” arasında bağlanmış müqavilələrə əsasən Siyəzən və Şabran rayonlarının su və kanalizasiya sisteminin çəkilişi və su təmizləyici qurğularının tikintisi işlərini həyata keçirmişdir. Qeyd olunan müqavilələrdə aşağıdakı anlayışlardan istifadə olunmuşdur: “İşverən” (sifarişçi) - Xüsusi şərtlərdə adı çəkilmiş şəxs və işverənin (sifarişçinin) hüquqi davamçıları və ya səlahiyyətli müvəkkilləri “Layihə Rəhbəri” - Ümumi şərtlərin 17.1 yarımbəndində qeyd edilmiş, işverən (sifarişçi) tərəfindən təyin edilmiş şəxs və xüsusi şərtlərdə adı çəkilən və işverən (sifarişçi) tərəfindən vəzifələr həvalə etdiyi şəxs “Podratçı” - işverən (sifarişçi) tərəfindən Müqavilənin icrası üçün təklif edilən və Müqavilədə Podratçı kimi qeyd edilən şəxs, o cümlədən işverənin (sifarişçinin) hüquqi davamçıları və ya səlahiyyətli müvəkkilləri “İstismara hazırlıq” - Ümumi şərtlərin 24-cü bəndində və işverənin (sifarişçinin) tələblərində göstərildiyi kimi Podratçı tərəfindən istismara qəbul üçün keçirilən test və yoxlama “İstismara qəbul” - Ümumi şərtlərin 25.1 yarımbəndində qeyd edildiyi kimi hazırlıq sona çatdıqdan sonra Zəmanət sınağının keçirilməsi üçün Podratçı tərəfindən aparılan qurğuların əməliyyatları “Zəmanət sınağı” - Ümumi şərtlərin 25.2 yarımbəndinə əsasən qurğuların və ya onların müvafiq hissələrinin X1 Zəmanətlər adlı Əlavəsində qeyd edilmiş Funksional Zəmanətlərə cavab verib-vermədiyini müəyyən etmək məqsədilə keçirilən sınaq; X2 və Prosedurlarına əsasən işverənin (sifarişçinin) Podratçı tərəfindən həyata keçirilən işləri qarşılığında ona ödənişlər etməlidir. Belə ki, bu əlavənin uyğun bəndinə görə, nəzərdə tutulmuş xidmətlərin hər biri müvafiq olaraq izah edilməlidir. Yəni, ödəniş proseduru işverənin (sifarişçinin) qeydiyyatda olduğu ölkədə (Azərbaycan Respublikası) təchizatın və avadanlıqların xaricdən təminatı və quraşdırma xidmətləri üçün nəzərdə tutulur. Podratçının hesabına köçürülən ümumi ödəniş məbləği isə əvvəlcədən ödənilmiş, müqavilənin ümumi dəyərinin 5%-ni təşkil edən avans ödənişin amortizasiya edilmiş məbləği, yəni hər bir ödənişin ayrılıqda 5%-i və “tamamlanma ödənişi adlanan, ediləcək hər bir ödənişin 5%-ni təşkil edən azalmalardan sonrakı məbləğə bərabərdir. Son nəticədə müqavilənin şərtlərinə uyğun olaraq podratçıya müvafiq dövrdə görülmüş işlərin müqabilində hesab-fakturalarda göstərildiyi kimi ümumi məbləğin 90%-i ödənilməlidir. Bununla yanaşı, Nəzərə alsaq ki, Müqavilələrin şərtlərinə əsasən xidmət göstərilməsinin tam başa çatması vaxtı yalnız “Tamamlanma” və “Qəbul Sertifikatı" adlı sənədlərin verilməsi vaxtından sayılır, bu zaman Filialın Müqavilələrin dəyərinin 10%-ni təşkil edən 4,230,714.27 manat məbləği əldə etmək hüququ da həmin andan sayılmalıdır. Beləliklə, qeyd olunanlar nəzərə alınarsa, 4,230,714.27 manat məbləği yoxlanılan dövr üçün ƏDVyə cəlb edilə bilməzdi. Göstərilən məsələ, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşlarının diqqətinə tərəflərindən dəfələrlə çatdırılmış və hətta müqavilələrin 10%-ni təşkil edən məbləğin, yəni ümumilikdə 4,230,714.27 manat məbləğində vəsaitin Filialın hesabına 2019-cu ilin sentyabr ayında ödənildiyi və bu məbləğin vergisinin də tərəflərindən ödəniş daxil olduqdan sonra həyata keçirildiyi, eyni zamanda müqavilə tərəfləri arasında bağlanmış üzləşmə aktlarına əsasən müqavilə öhdəliklərinin tam şəkildə yerinə yetirildiyi bildirilmişdir. Buna cavab olaraq isə vergi müfəttişi Filiala qarşı onlara məlum olmayan səbəblərdən qərəzli mövqe tutmuş, yoxlama dövrünün 3-cü Rüb 2016-2-ci Rüb 2019 dövrlərini əhatə etdiyini, buna görə də Filiala cərimə yazacağını bildirmişdir. 2019-cu ilin sentyabr ayında ödənişin Filialın hesablaşma hesabına daxil olması və müvafiq vergilərin ödənilməsi ilə bağlı isə bildirmişdir ki, həmin ödənişlər 3 il sonra keçiriləcək növbəti səyyar vergi yoxlaması zamanı gələcək vergi müfəttişlərinə bildirərsiniz. Göründüyü kimi, yoxlama aparan vergi müfəttişinin qərəzli mövqeyinə və öz işini apararkən yol verdiyi nöqsanlara görə, Filialın 2019-cu ilin sentyabr ayında ödədiyi vergilər, 20.12.2019-cu il tarixli səyyar vergi yoxlaması Aktına və 22.01.2020-ci il tarixli Qərara əsasən təkrarən tələb edilməkdə və bir hala görə Filialdan iki dəfə vergi ödənilməsi tələb edilməkdədir. Halbuki, Vergi Məcəlləsinin 3.1 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Eyni Məcəllənin 3.5-ci maddəsinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Hətta, aktın və qərarın verilməsindən qısa müddət sonra, Filialda yoxlama keçirmiş vergi əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunmuşdur. Həmçinin, mübahisələndirilən Səyyar vergi yoxlaması Aktı və Qərara əsasən əsassız Filialın 2017- 2019-cu illər üzrə mənfəəti də artıq hesablanaraq, keçmiş illərin zərərindən çıxılmış və nəticədə bizə maddi ziyan vurulmuşdur. Hazırki iddia ərizəsi ilə mübahisələndirilən Akt və Qərar isə Vergi Məcəlləsinin köhnə qaydalarına əsasən tərtib olunmuş və bugünkü gün öz aktuallığını itirmişdir. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minsə də, vergi orqanı heç bir əsas olmadan bunu nəzərə almamış və 22.01.2020-ci il tarixdə 20.12.2019-cu il tarixli Səyyar vergi yoxlaması Aktına əsasən Filiala əlavə vergi borcu və maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, cavabdeh inzibati orqan 22.01.2020-ci il tarixində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar qəbul etməzdən öncə, 20.12.2019-cu il tarixli Səyyar vergi yoxlaması Aktına əsasən Filiala hesablanmış vergi borcu və maliyyə sanksiyalarının ƏDV üzrə yarandığını görməli, qanunvericilikdə edilmiş dəyişikliyə əsasən Aktın nəticələrini ləğv etməli, işin yeni qaydalara əsasən yenidən araşdırılması, həmçinin vergi ödəyicisinin 2019-cu ilin sentyabr ayında apardığı ödənişləri nəzərə almalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirlər: Bakı şəhəri LGBİ-nin 26.09.2019 tarixli **********190662 saylı qərarına əsasən "X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı üzrə Vergi Məcəlləsinin 38.2 maddəsinə əsasən, Avqust 2016 - İyul 2019 dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılıb və yoxlamanın nəticəsi 20.12.2019-cu il tarixli **********194367saylı aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə: Filial vergi orqanına təqdim edilmiş Mənfəət vergisi bəyannamələrinə əsasən 2016-cı ildə 6020079,75 manat (keçmiş illərin çıxılası zərəri 5487866,57 manat olmaqla), 2017-ci ildə 548082,64 manat mənfəətlə (keçmiş illərin çıxılası zərərinin 4602913,2 manat olmaqla) və 2018-ci ildə manat 28988,24 manat mənfəətlə (keçmiş illərin çıxılası zərərinin 4070700,02 manat olmaqla) hesablama aparılmışdır. Təqdim olunmuş sənədlərə əsasən yoxlama ilə 2016-cı il üzrə vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsində kənarlaşma aşkar olunmamışdır. 2017- 2018-ci illər üzrə mənfəət vergisi bəyannamələrində gəlirin düzgün hesablanmadığı müəyyən olmuşdur ki, filial tərəfindən mənfəət vergisinin hesablanmasının uçot qaydası “hesablama metodu” seçilmiş, lakin ümumi gəlirə “Aralıq ödəmə sertifikatlanna” (Forma-2) əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyəri filialın hesablaşma hesabına daxil olmuş vəsaitə görə hesablandığından tam məbləğdə daxil edilməmişdir. Belə ki, yoxlama ilə 2017-ci ildə “Aralıq ödəmə sertifikatlarına” (Forma-2) yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyəri 4399509,16 manat müəyyən olunduğu halda 4640952,18 manat göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin xərcləri 4071254.46 manat müəyyən edilmişdir (hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin 221.1 şərtində “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” qrafasında 124190,23 manat olduğu halda 146028,12 manat (146028,12-124190,23=21837,89), 221.2 sətrində “Sosial sığorta haqlanna” ayırma qrafasında 27321,85 manat olduğu halda 27099,04 manat göstərilmişdir (27099,14- 27321,85=-222,81)) və nəticədə ümumi mənləət vergisi bəyannaməsində 328254.27 manat mənfəət müəyyən edilmişdir. Keçmiş illərin çıxılası zərərin 4602913,2 manat olduğu üçün mənfəət vergisi hesablanmadı. Yoxlama ilə 2018-ci ildə “Aralıq ödəmə sertifikatlanna" (Forma- 2) yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyəri 26517062,47 manat müəyyən olunduğu halda 24131357,61 manat göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin xərcləri 24101656,14 manat müəyyən edilmişdir (hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclərin 221.2 şərtində “Sosial sığorta haqlanna" ayırma qrafasında 31388,17 manat olduğu halda 32101,54 manat göstərilmişdir.) və nəticədə ümumi mənfəət vergisi bəyannaməsində 2.415.406,33 manat mənfəət müəyyən edilmişdir. Keçmiş illərin çıxılası zərərin 4070700.02 manat olduğunu üçün mənfəət vergisi hesablanmadı. Yoxlanılan dövrdə filialın zərəri ümumilikdə 2386418.09 manat azaldılmışdır. X5 üzrə: Filial ƏDV məqsədləri üçün qeydiyyatı haqqında ərizəni vegri orqanına 06.01.2011-ci il tarixdə ərizə təqdim etmiş və **********2 saylı ƏDV bildiriş almışdır. ƏDV bildirişi 27.12.2010-cu il tarixdən qüvəyə minmişdir. Yoxlama zamanı ilkin mühasibat sənədlərinə əsasən ƏDV-nin yoxlaması zamanı kənarlaşma aşkar edilmişdir. Yoxlama zamanı filialın qeydiyyatda olduğu vergi orqanı tərəfindən ƏDV bəyannamələrində azaldılmış və artıq hesablanmış 451818,03 manat ƏDV filial tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əməl edilməməklə ayrı- ayrı hesabat aylarında vergi tutulan əməliyyatların aparıldığı vaxtın düzgün müəyyən edilməməsi səbəbindən olmuşdur. Azaldılmış 451818,03 manat ƏDV məbləği Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən filial tərəfindən ƏDV-nə cəlb olunan gəlirin “Aralıq ödəmə sertifikatlanna” (Forma-2) əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyərindən deyil, filialın hesablaşma hesabına daxil olmuş vəsaitə görə hesablanması səbəbindən olmuşdur. Belə ki, 01.08.2016-cı il tarixdən 01.08.2019-cu il tarixədək olan dövrdə filial tərəfində “Aralıq ödəmə sertifikatlarına” (Forma-2) əsasən yerinə yetirilmiş və sifarişçi tərəfindən qəbul edilmiş işlərin dəyəri 48627403,44 manat ƏDV-si 8752932,61 manat olduğu halda filial tərəfindən təqdim etdiyi ƏDV bəyannamələ 46117303,3 manat ƏDV-si 8301114,59 manat göstərilmişdir. Nəticədə ƏDV-nə cəlb olunan dövriyyə 2510100,14 manat, ƏDV-si 451818,03 manat məbləğində azaldılmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən hesabatda göstərilən ƏDV hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən aylar üzrə 1398594,49 manat (əlavə vergi 451818,03 manat) azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 699297,25 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Yoxlamanın nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 22.01.2020-ci il tarixli **********196466 saylı qərar çıxarılarkən ƏDV və ödəmə mənbəyində tutulan vergi üzrə 2016-cı ildə tətbiq edilmiş 360.90 manat və 40.00 manat maliyyə sanksiyası Vergi Məcəlləsinin 56.1 maddəsinə əsasən silinmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı “X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, nə hazırlıq icraatı üzrə məhkəmə iclasına, nə də ki, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmiş və iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “X3 X4” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət məhkəmə qərardadı tərəflərə rəsmi qaydada təqdim edildikdən 10 gün sonra verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar