Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1980/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 6 gün) Kəlbəcərdə «Yenilik» rayon qəzetinin mətbəəsində çapçı, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (4 ay 15 gün) «Mayak» Montaj İdarəsində fəhlə, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (09 gün) Kombinatda krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 7 gün) Kəlbəcər Avtobazasında 2-ci dərəcə çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (5 ay 25 gün) Xüsusi Təsərrüfat hesablı Avtoqarajda 3-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 13 gün) Yevlax Rayonlararası İdarənin Kəlbəcər rayonunda benzin anbardarı, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək (4 ay 14 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (1 ay 26 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində maşinist, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (4 ay 15 gün) Kəlbəcər rayon «İstisu» sanatoriyasında fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək (4 il 1 ay 13 gün) Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək (9 ay 6 gün) Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (11 ay 27 gün) Bərdə rayon 15 №-li SMD (PMK-15) sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək (3 il 1 ay 27 gün) Tərtər rayon «Pravda» kolxozunun mal-fermasına çilingər, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (1 il 8 ay 20 gün) Tərtər rayon «Nizami» kolxozunun malfermasına çilingər, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək (1 il 3 ay 26 gün) Tərtər Alqısatqı firmasında sürücü, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək (3 ay 11 gün) Tərtər rayonu 9 №-li X4 (SMD-də) 2-ci dərəcə üzrə quraşdırıcı çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək (13 il 1 ay 6 gün) Tərtər rayonu 9 №-li X4 (SMD-də) sürücü işlədiyi iş illərinin və xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 7 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu müddətin, ümumilikdə xx.xx.2006-cı ilədək 30 (otuz) il 1 (bir) ay 12 (on iki) günün ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək (5 ay 9 gün) Tərtər rayon 9 №-li X4 (SMD) sürücü vəzifəsində işlədiyini nəzərə almaqla 64 yaş yaşında pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (8 ay 6 gün) Kəlbəcərdə «Yenilik» rayon qəzetinin mətbəəsində çapçı işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 7 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (4 ay 15 gün) «Mayak» Montaj İdarəsində fəhlə, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək (09 gün) Kombinatda krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (4 ay 5 gün) Kəlbəcər Avtobazasında 2-ci dərəcə çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978ci ilədək (5 ay 25 gün) Xüsusi Təsərrüfat hesablı Avtoqarajda 3-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 13 gün) Yevlax Rayonlararası İdarənin Kəlbəcər rayonunda benzin anbardarı, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək (5 ay 14 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (1 ay 26 gün) Kirovabad pivə zavodunun Kəlbəcər sexində maşinist, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (4 ay 15 gün) Kəlbəcər rayon «İstisu» sanatoriyasında fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək (4 il 1 ay 13 gün) Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək (9 ay 6 gün) Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (11 ay 27 gün) Bərdə rayon 15 №-li SMD (PMK-15) sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək (3 il 1 ay 27 gün) Tərtər rayon «Pravda» kolxozunun mal-fermasına çilingər, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (1 il 8 ay 20 gün) Tərtər rayon «Nizami» kolxozunun mal-fermasına çilingər, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək (1 il 3 ay 26 gün) Tərtər Alqı-satqı firmasında sürücü, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək (1 ay 23 gün) Tərtər rayonu 9 №-li X4 (SMD-də) 2-ci dərəcə üzrə quraşdırıcı çilingər, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək (1 ay 18 gün) sürücü, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək (13 il 1 ay 6 gün) Tərtər rayonu 9 №-li X4 (SMDdə) ZİL 431410 markalı avtomaşının sürücüsü işləmişdir. Beləliklə, xx.xx.2006-cı ilədək ümumi iş (sosial sığorta) stajının 30 (otuz) il 1 (bir) ay 12 (on iki) gün təşkil etməsi və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək (5 ay 19 gün) iddiaçının sürücü işləməyi ona məxsus əmək kitabçalarında və hərbi biletində öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək xx.xx.2006-cı ilədək 30 il 1 ay 12 gün ümumi iş (sığorta) stajına malik olmağını, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək (5 ay 19 gün) Tərtər rayon 9 №-li X4 (SMD) sürücü vəzifəsində işlədiyini nəzərə alıb “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2.1-ci maddəsinə əsasən ona xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizəyə cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubda onun 16 il 02 ay sığorta stajının olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmiş, lakin bu zaman onun xx.xx.2006-cı ildən sonra, yəni xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək (5 ay 19 gün) Tərtər rayon 9 №-li X4 (SMD) sürücü vəzifəsində işləməklə əmək kitabçasında sığorta stajının olmasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1.2.1-ci maddəsinə əsasən ona 25 il iş (sığorta) stajı hesablanmaqla pensiya təyin edilməli olmasına lazımi diqqət yetirməmişdir. Ona görə də iddiaçı cavabdehin bu məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1459/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində pensiya hüququ yaranmış, 27 aprel 2021ci il tarixində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 16 il 2 ay sosial sığorta stajına malik olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər Rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin 11 iyun 2020-ci il tarixli, 54 nömrəli arxiv arayışında Tərtər rayon “9 №-li SMD”nin əmr və əmək haqqı kitabları rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən “9 №-li SMD”nin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1) İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 2020-ci il üçün yaş tələbi olan 64 yaş 6 aya xx.xx.2020-ci il tarixdə çatdığına görə pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. 2) iddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbi ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna) və təqdim etdiyi sənədlərə əsasən 16 il 2 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli və xx.xx.1993-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçalarının surətinə əsasən İddiaçı xx.xx.1973-cü ildə Kəlbəcərdə «Yenilik» rayon qəzetinin mətbəəsində çapçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək «Mayak» Montaj İdarəsində fəhlə, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Kombinatda krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Kəlbəcər Avtobazasında 2-ci dərəcə çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Xüsusi Təsərrüfat hesablı Avtoqarajda 3-cü dərəcəli çilingər, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Yevlax Rayonlararası İdarənin Kəlbəcər rayonunda benzin anbardarı, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Kirovabad pivə zavodunun Kəlbəcər sexində fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Kirovabad pivə zavodunun Kəlbəcər sexində maşinist, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Kəlbəcər rayon «İstisu» sanatoriyasında fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Kəlbəcər rayon Nərimanov adına kolxozda avtomaşın sürücüsü, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bərdə rayon 15 №-li SMD (PMK-15) sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Tərtər rayon «Pravda» kolxozunun malfermasına çilingər, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Tərtər rayon «Nizami» kolxozunun mal-fermasına çilingər, xx.xx.1991-ci ildə Tərtər Alqı-satqı firmasına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə Tərtər rayonu 9 №-li X4 (SMD-də) 2-ci dərəcə üzrə quraşdırıcı çilingər qəbul edilmiş, xx.xx.1993-cü ildə sürücü keçirilmiş, xx.xx.1993-cü ildə Tərtər rayonu 9 №-li X4 (SMD-də) ZİL 431410 markalı avtomaşının sürücüsü keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/2348 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Təsərrüfat Hesablı Respublika Maddi-Texniki Təhcizat və X2 Kənd Mexanikləşdirmə-Tikinti Təmir Sazlama Tresti 9 nömrəli X1 arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Tərtər Rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 46 nömrəli məktubunda bildirilmişdir ki, “Tərtər rayonu 9 №-li X3” əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Odur ki, vətəndaş İddiaçı əmək fəaliyyəti barədə məlumat verilə bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, 9 saylı X6 Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. Eyni zamanda, müraciətdə adıçəkilən Kənd Mexanikləşdirmə-Tikinti Təmir Sazlama Tresti haqqında dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmiş və həmin müəssisə barədə məlumat qeydiyyata alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********261700 nömrəli məktubunda bildirilmişdir ki, İdarədə olan reyestrdə xx.xx.1995-ci il tarixdə D-432 nömrə ilə dövlət qeydiyyatına alınmış AR KTN Kənd Mexanikləşdirmə Tikinti Təmir Sazlama Tresti adlı qurum aşkar edilmişdir. Sözügedən hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, Trest Respublika tikinti-quraşdırma “Elektromexanikləşdirmə” Trestinin bazasında yaradılmış və bilavasitə Respublika Maddi-texniki təchizat və X2nin tabeliyindədir. Eyni zamanda bildirilir ki, reyestrdə Trestin tərkibində Tərtər rayonu 9 nömrəli X6 adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli, 02/10-xx-xx-3115 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan müəssisə ilə bağlı sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Eyni zamanda bildirilir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasındakı arxiv sənədləri Milli arxiv fonduna daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 4.5-ci bəndinə əsasən dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında hüquqi və fiziki şəxslərin sorğularına cavab verir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq məlumatları almaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə sığortaolunan, İddiaçı (SSN:**********559) üçün 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2006-cı il tarixədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün 1 yanvar 2006-cı il tarixədək İddiaçı üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Filial tərəfindən mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********23 nömrəli məktubunda bildirilmişdir ki, 9 nömrəli X6 “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə əmək kollektivinin üzvləri X12, X8, X11, X9, X7 və X10 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda, özəlləşdirilmiş 9 nömrəli X3 bazasında mülkiyyətçilər tərəfindən yeni müəssisənin (Məhdud Məsuliyyətli Cəmiyyətin) yaradılıb-yaradılmaması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, Tərtər rayonu 9 nömrəli X6 özəlləşdirilərkən tərtib olunmuş özəlləşdirmə planında İddiaçı adı qeyd edilməmişdir və sorğuda göstərilənlər barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərə və əmək kitabçalarınızın surətinə əsasən sizin xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajınız 16 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızn sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Tərtər Rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin 11 iyun 2020-ci il tarixli arxiv arayışına əsasən Tərtər rayon “9 №-li SMD”nin əmr və əmək haqqı kitabları rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajınıza əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının ümumi sığorta stajının 16 il 2 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olmasına, eləcə də xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qeyd edilən Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2019 - 30 iyun 2020ci il tarixədək dövr üzrə kişilər üçün pensiya yaşı həddi 64 il 06 aydır. İddiaçı xx.xx.1955ci il təvəllüdlü olmaqla 64 il 06 ayını xx.xx.2020-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus hərbi bilet, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1974xx.xx.1976-cı ilədək hərbi xidmət dövrü 02 il 09 ay, əmək fəaliyyəti dövrlərindən xx.xx.1976-xx.xx.1976-cı ilədək 04 ay 16 gün, xx.xx.1976-xx.xx.1976-cı ilədək 10 gün, xx.xx.1977-xx.xx.1978-ci ilədək 10 ay 01 gün, xx.xx.1978-xx.xx.1978-ci ilədək 02 ay 14 gün, xx.xx.1979-xx.xx.1979-cu ilədək 05 ay 15 gün, xx.xx.1980-xx.xx.1980-ci ilədək 01 ay 27 gün, xx.xx.1980-xx.xx.1980-ci ilədək 04 ay 16 gün, xx.xx.1980-xx.xx.1984-cü ilədək 04 il 01 ay 14 gün, xx.xx.1985-xx.xx.1985-ci ilədək 09 ay 07 gün, xx.xx.1985-xx.xx.1986cı ilədək 11 ay 28 gün, xx.xx.1986-xx.xx.1990-cı ilədək 03 il 01 ay 28 gün, xx.xx.1990xx.xx.1991-ci ilədək 01 il 08 ay 21 gün, xx.xx.1991-xx.xx.1993-cü ilədək olmaqla iş stajı 01 il 03 ay 27 gün olmaqla 16 il 06 ay 23 gün təşkil edir. Cavabdeh iddiaçının Tərtər rayonu 9 №-li X4 işlədiyi xx.xx.1993-xx.xx.2006-cı il tarixədək olan dövrü ümumi iş stajına hesablamamışdır. Məhkəmə iddiaçının qeyd edilən əmək fəaliyyəti dövrü ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə icraatı gedişində iddiaçının iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindəki qeydlərlə pensiya təyinatı ilə bağlı inzibati orqana təqdim etdiyi əmək kitabçası qeydlərində fərqlərin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçası qeydləri 5-ci səhifədə bitmişdir. Həmin səhifədəki qeydlərdən görünür ki, xx.xx.1993-cü ildə xx.xx.1993-cü il tarixli 15 nömrəli əmrlə Tərtər rayonu 9 №-li X5 (SMD-yə) 2-ci dərəcə üzrə quraşdırıcı çilingər qəbul edilmiş, 2006-cı ildə təyin olunduğu işdən azad olunmuşdur. Əmək kitabçasının 2006-cı il tarixdə işdən azad edilmə hissəsində vurulmuş möhür oxunmur, eyni zamanda 2006-cı ilin hansı ayında və hansı günündə azad edilməsi, azad edilmə barədə əmrin nömrəsi, tarixi qeyd edilməmişdir. Qeydlər kadrlar şöbəsinin müdiri Ağayeva T. tərəfindən imzalanmışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi əmək kitabçası surətindəki 5-ci səhifədəki qeydlərdə 2006-cı il işdən azad edilmə hissəsində düzəliş edilmiş, əmrin tarixi 20 iyun 2006-cı il, əmrin nömrəsi 32 olmaqla qeyd edilmiş, yenidən möhürlə təsdiq edilmiş, daha sonra həmin qeydlərin altında “etibarsızdır” qeydi edilmiş, kitabçanın 7-ci səhifəsində xx.xx.2006-cı il qeydləri olan hissə yenidən köçürülmüş, Ağayeva T. tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etmiş, həqiqətən Tərtər rayonu 9 №-li X4 işlədiyini bildirmiş, əmək kitabçasındakı qeyd edilən ziddiyyətli məqamları onunla izah etmişdir ki, əmək kitabçasını dəstənin keçmiş müdirinin oğlu evdə yazıb vermişdir, müdir İslam Səlimov iflic xəsətəsidir, müəssisənin sənədlərini arxivə təhvil verməmişdir. Beləliklə, məhkəmə əmək kitabçası surətlərində qeyd edilən fərqlərin olduğunu nəzərə alaraq iddiaçının xx.xx.2006-cı il tarixdən işdən azad edilmə barədə qeydlərin mötəbərliliyinin yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə icraatı gedişində verilən sorğularla müəyyən olunmuşdur ki, “Tərtər rayonu 9 №-li X3” əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. 9 nömrəli X6 “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə əmək kollektivinin üzvləri X12, X8, X11, X9, X7 və X10 tərəfindən özəlləşdirilmişdir. Tərtər rayonu 9 nömrəli X6 özəlləşdirilərkən tərtib olunmuş özəlləşdirmə planında İddiaçı adı qeyd edilməmişdir. Eyni zamanda iddiaçı xx.xx.2006-cı ildə işdən azad olunmuş, bu zaman ən azından xx.xx.2006-cı ildən sosial sığorta ödəmələrinin məcburi ödənilməsi tələb olunduğu dövrdən başlayaraq İddiaçı üçün də xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları olmalıydı. Lakin fərdi uçot sistemindən əldə edilmiş məlumata əsasən ümumiyyətlə İddiaçı üçün xx.xx.2006-cı il tarixdən sonra sığorta ödəmələri olmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrü sığorta ödəmələri ilə öz təsdiqini tapmadığından bu nəticəyə gəlinir ki, həmin dövrdən əvvəlki, yəni xx.xx.1993-cü ildən başlayan Tərtər rayonu 9 №-li X4 iş dövrü də sübuta yetirilmiş hesab edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının əmək kitabçasında göstərilən Tərtər rayonu 9 №-li X4 xx.xx.1993-xx.xx.2006-cı il tarixədək işləməsininin mötəbər sübutlarla təsdiq olunmadığını nəzərə alaraq həmin dövrü onun pensiya təyinatı üçün tələb olunan ümumi iş stajına daxil etmir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı mövcud olmadığından ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 1-ci tələbinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: -22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından Qanunun yuxarıda göstərilən 22-1.1-ci maddəsi tətbiq edilərək onun xx.xx.2006-cı il tarixədək stajı 25 ilə tamamlanaraq hesablana bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına sahib olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi də təmin edilə bilməz. Belə olan halda cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1980/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1980/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver