Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1980/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2000-ci ildə Füzuli rayonunda anadan olmuşdur və ailə üzvlərində birlikdə məcburi köçkün kimi yuxarıda göstərilən ünvanda yaşayır. Füzuli rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli 370 nömrəli Əmri əsasında xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad olunması uğrunda gedən X4 döyüşlərdə fəal iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə həmin döyüşlərdə ağır yaralanmışdır. Döyüşlərdə yaralandıqdan sonra Naftalan şəhər MX-ya gətirilmiş və orada ona Barotravma, Sol topuq nahiyəsinin burxulması, NSD hipotonik tip diaqnozu qoyulmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2023-cü il tarixli göndərişi ilə MN Mrəkəzi Hərbi Poliklinikasına müayinəyə göndərilmişdir. 16 may 2023-cü il tarixli 5428 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən ona “Fəlakət (müharibə) keçirtdikdən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, intihar fikirləri və cəhdləri; orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu; hər iki gözün miopiyası M 0.5 D nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması, korreksiya 1.0 olmaqla; burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə; xroniki hipertrofık rinit, Tinnitus” diaqnozu qoyulmuşdur və bütün bu xəstəliklərin Hərbi Travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd olunmuşdur. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş 667 nömrəli 29 aprel 2023-cü il tarixli X7 Vərəqəsinə əsasən ona psixiatr tərəfindən F 07.0, F 62.0 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli adaptasiya pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı) şəxsiyyət pozuntusu, depressiya, intihar fikirləri diaqnozu qoyulmuşdur. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1618/1312 nömrəli Rəyinə əsasən mənə Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə F 07.0 diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekpert Komisasiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Forma 88-də əlil və ya sağlamlıq imkanlarının məhdud olması barədə diaqnoz öz təsdiqini tapmadığı üçün imtina edildiyi qeyd olunmuşdur. Diaqnoz isə Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə; kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalarla; hər iki gözün miopiyası olması qoyulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi (2 qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) keçirilmiş fəlakətli hadisədən (müharibə) sonra yaranan şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalarla, epileptiform tutmalarla, intihar fikirləri və cəhdləri ilə, hər iki gözün miopiyasi m 0.5 d nəticəsində görmə itiliyi 0.6 qədər azadılması və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: baş beynin üzvi xəstəliyi (2-ci qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) keçirilmiş fəlakətli hadisədən (müharibə) sonra yaranan şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalarla, epileptiform tutmalarla, intihar fikirləri və cəhdləri ilə və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur barədə qərar qəbul edilmişdir. Həmin Xəstəxananın xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış və Diaqnozun mətni: üzvi (İİ qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə. kobud davranış pozuntuları, psixotik və depressiv daxilolmalarla. hər iki gözün miopiyası və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Füzuli rayon sakini xx.xx.2000-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 5428 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, intihar fikirləri və cəhdləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Hər iki gözün miopiyası, M 0,5 nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Xroniki hipertrofik rinit. Tinnitus” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14494/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 2971/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında özünü əlləri ilə boğduğunu, başını divara vurduğunu ifadə etmişdir. İntihar cəhdinə heç bir əsaslandırma təqdim edə bilməmişdir. Ünsiyyətə həvəssiz qoşulmuş, düşüncəsi aydın, bələdliliyi tam olmuşdur. Emosional labil olmuş, müayinə zamanı kövrəlmiş, emosional labillik qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Ötən müddət ərzində MSS-i patologiyasını təsdiqləyən müayinə və tibbi sənəd daxil olmamışdır. Üzvi (barotravma) mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı 2 nömrəli X1 xx.xx.2024-cü il tarxili, H00184464FAH nömrəli göndərişindən görünür ki, iddiaçıya əsas diaqnoz F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Barotravma nəticəsində) şəxsiyyət pozuntusu. Dissosiativ tutmalar. İntihar cəhdləri ilə, ağırlaşma – F62.0- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla diaqnozu qoyulmuşdur. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-21473/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 5428 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Fəlakət (müharibə) keçirtdikdən sonrakı kəskin (aqır) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, intihar fikirləri və cəhdləri ilə, diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Hər iki gözün miopiyası, M 0,5 nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Xroniki hipertrofık rinit. Tinnitus" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 14494/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 2971/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi (İİ Qara bad müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ tutmalar, intihar cəhdləri ilə "kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında özünü əlləri ilə boğduğunu, başını divara vurduğunu ifadə etmişdir. İntihar cəhdinə heç bir əsaslandırma təqdim edə bilməmişdir. Ünsiyyətə həvəssiz qoşulmuş, düşüncəsi aydın, bələdliliyi tam olmuşdur. Emosional labil olmuş, müayinə zamanı kövrəlmiş, emosional labillik qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Ötən müddət ərzində MSS-i patologiyasını təsdiqləyən müayinə və tibbi sənəd daxil olmamışdır. Üzvi (barotravma) mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış" müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda barəsində qəbul edilmiş bu qərarı mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə əsas diaqnoz F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış Barotravma nəticəsində) şəxsiyyət pozuntusu. Dissosiativ tutmalar. İntihar cəhdləri ilə, ağırlaşma – F62.0- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 7.6.2-ci bəndinə əsasən F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Meyarların 7.7.1-ci bəndinə əsasən isə F62.0- fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski; 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması. İşin materiallarnı araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarlarının iddiaçıda olması müəyyən edilmir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3633 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, Yoxlanılan şəxs İddiaçı “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar olunur. İddiaçı hazırki psixi vəziyyəti xx.xx.2024-cü il tarixli göndərişdə göstərilən diaqnoza uyğundur. Göründüyü kimi, iddiaçıda F07.0 koda malik xəstəliyin olması ekspert tərəfindən təsdi edilir. Lakin iddiaçıya həmin diaqnoza əsasən əlllik təyini üçün Meyarlarda göstərilən qiymətləndiməyə də uyğun gəlməlidir. Lakin Ekspert rəyində göstərilir ki, Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: iddiaçı zahirən narahat və bir qədər gərgindir. Düşüncəsi aydındır. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi ardıcıldır. Təfəkkürü bir qədər ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür və bilik ehtiyatı yaşayış tərzinə, aldığı təhsilə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyillidir. Xarici qıcıqlara qarşı həssaslığının bir qədər artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilmir. Emosional sferası qeyri-stabildir. Bundan əlavə, iş materiallarında olan tibbi sənədlərlə iddiaçıda gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar olması müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova