Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1985/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxslər X17 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X65, xx.xx.2011-ci il təvəllüdlü X33, xx.xx.1978-ci il təvəllüdlü Ramazanova Xatirə Vəkil qızının, xx.xx.1956-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.1953-cü il təvəllüdlü X51, X19, xx.xx.2007-ci il təvəllüdlü X25, xx.xx.1988-ci il təvəllüdlü X42, xx.xx.1988 X5, xx.xx.1989-cu il təvəllüdlü X6, xx.xx.1980-ci il təvəllüdlü Ramazanov Məhərrəm Vəkil oğlunun, xx.xx.2010-cu il təvəllüdlü X20, xx.xx.1986-cı il təvəllüdlü X14, xx.xx.2001-ci il təvəllüdlü X34, xx.xx.2002-ci il təvəllüdlü X28, xx.xx.1969cu il təvəllüdlü X29, xx.xx.2014-cü il təvəllüdlü X26, xx.xx.2011 X21, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.1986-cı il təvəllüdlü X2, xx.xx.1983-cü il təvəllüdlü Ramazanov Kamran Vəkil oğlunun və xx.xx.1983-cü il təvəllüdlü Süleymanova Kəmalə Vəkil qızının ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Orada qeydiyyatda olan üçüncü şəxslər ailə üzvləri deyil, həmin ünvanda yaşamırlar, heç bir əlaqələri yoxdur. Daimi olaraq başqa ünvanda yaşayırlar və bu evə heç bir aidiyyətləri yoxdur. Həmin şəxslərin iddiaçının evində qeydiyyata olması səbəbindən hüquqları kobud şəkildə pozulur. Onların pasport qeydiyyatında qalması iddiaçı fərdi yaşayış evi ilə bağlı hüquqlarının həyata keçirlməsinə maneçilik törədir, hüquqlarını məhdudlaşdırır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X17, X56, X57, Ramazanova Xatirə Vəkil qızı, X22, X30, X35, X31, X15, X71, X36, X43, X66, X23, X24, Ramazanov Məhərrəm Vəkil oğlu, X37, X32, X58, X52, X53, X44, X38, X27, X16, Ramazanov Kamran Vəkil oğlu və Süleymanova Kəmalə Vəkil qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Cavabdeh iddiaya yazılı münasibəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin eməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 84B ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətinədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 84 ünvanında xx.xx.1963-cü il təvəllüdlü X17, xx.xx.1978-ci il təvəllüdlü Ramazanova Xatirə Vəkil qızı, xx.xx.1956-cı il təvəllüdlü X22, xx.xx.1953-cü il təvəllüdlü X71, X36, xx.xx.1988-ci il təvəllüdlü X66, xx.xx.1988-ci il təvəllüdlü X23, xx.xx.1989-cu il təvəllüdlü X24, xx.xx.19680-ci il təvəllüdlü Ramazanov Məhərrəm Vəkil oğlu, X32, X58, X52, X53, X16, Ramazanov Kamran Vəkil oğlu və Süleymanova Kəmalə Vəkil qızı qeydiyyatdadırlar. - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-10-2/2-192/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvana baxış keçirilmişdir. Baxış zamanı sözügedən ünvanda bir həyətdə iki ayrı fərdi yaşayış evinin olduğu müəyyən olunmuşdur. 1-ci fərdi yaşayış evdə faktiki olaraq aşağıda adları qeyd edilən vətəndaşlar yaşayır:
1. İddiaçı-1971
2. X41-1976
3. X59-1996
4. X60-1998
5. X61-2019
6. X45-2021 2-ci fərdi yaşayış evində faktiki olaraq aşağıda adı qeyd edilən vətəndaş yaşayır: X17-1963. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 5 fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın 4ə02/239 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdə evin В tikilisi X3 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu B.Ə.Tağızadə tərəfindən təsdiq edilmiş 2V-97 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 3M-102 reyestr nömrəli xx.xx.2015- ci il tarixli miras payın bağışlama müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin A tikilisi İddiaçı adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən xx.xx.2015-ci il tarixdə 7E-34987 reyestr nömrəsi ilə təsdiq edilmiş bölgü sxeminə əsasən X10 məxsus hissəyə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 84 ünvanı, İddiaçı məxsus hissəyə ünvan 4 ünvanı verilmişdir. Hazırda ünvan 4 saylı (ü/s 51.4 kv.m) fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinin xüsusi notariusu R.İ.Bağırzadə tərəfindən təsdiq edilmiş 4Ə-172 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə ünvan 5 fərdi yaşayış evi X6 adına qeydiyyatdan keçmişdir. X24 tərəfindən ünvan 5 ünvanda yenidən inşa edilmiş fərdi yaşayış evi (ü/s 76.8 kv.m) (yeni qaydalarla AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Əhmədov küçəsi, 109) xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 fərdi yaşayış evi xx.xx.2003-cü il tarixdə Ramazanov Vəkil İmran oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamına əsasən sözügedən fərdi yaşayış evinə dair əlavə tikililər qanuniləşdirilmişdir. Bakı şəhəri 27 saylı DNK-nın 2V-58 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2004-cü il tarixdə fərdi yaşayış evi Ramazanov Nüsrət Vəkil oğlunun, Ramazanov Kamran Vəkil oğlunun, Ramazanova Kəmalə Vəkil qızının, Ramazanov Məhərrrəm Vəkil oğlunun adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın 4Ə4/636 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə evin A və Q tikililəri X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu İ.B.Hüseynov tərəfindən xx.xx.2014- cü il tarixdə 7E/2842 reyestr nömrəsi ilə təsdiq edilmiş bölgü sxeminə əsasən X11 məxsus hissəyə ünvan 6 ünvanı verilmişdir. Hazırda ünvan 6 saylı fərdi yaşayış evi (ü/s 61.2 kv.m) X7, ünvan 5 fərdi yaşayış evi (ü/s 103.8 kv.m) (yeni qaydalarla AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Əhmədov küçəsi, 105) Ramazanov Nüsrət Vəkil oğlunun, Ramazanov Kamran Vəkil oğlunun, Ramazanova Kəmalə Vəkil qızının, Ramazanov Məhərrrəm Vəkil oğlunun mülkiyyətlərindədir. Qeyd olunan digər şəxslərin ünvan 5 fərdi yaşayış evinə (qeyd olunan hər 4 evə) dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, sorğuda qeyd olunan şəxslərin ünvan 5 fərdi yaşayış evinə (qeyd olunan hər 4 evə) dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.” Beləliklə, istinad olunan sənədlərdən aydın olur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı ünvan 7 o hazırda üçüncü şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 84 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş edir, hansı ki, iddiaçının həmin ünvana hər hansı bir hüququ mövcud deyil, həmçinin qeydiyyatdan çıxarmaq istədiyi şəxslər həmin ünvanda yerləşən yaşayış sahələrinin mülkiyyətçiləri və onların ailə üzvləridir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). O, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 84 ünvanında deyil, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 84B ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova