Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1986/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhər Suraxanı rayon polis idarəsinə qarşı Cavabdeh4 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh Bakı şəhər Suraxanı rayon polis idarəsinə qarşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyytda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 göstərilən ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ASC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı ASC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, məhəllə 14/15 ev 9, mənzil 28-də yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh4 və X1 göstərilən ünvanda yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasının Suraxanı rayon polis idarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC cavadehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğluna, X7 və X8 qarşı “NV-№ 529/16 saylı X11 üzrə lizinq obyektinin geri qaytarılması və müqavilə üzrə əsas borcun, mükafatın və dəbbə pulunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2016-cı il tarixdə bağlanmış “NV № 529/16 saylı “X11”nə əsasən Cavabdeh2 üzərinə lizinq obyektinin geri qaytarılması vəzifəsinin qoyulması, müqavilə üzrə ödənilmiş 1.229.34 (bir min iki yüz iyirmi doqquz dollar 34 sent) ABŞ dolları əsas borcun 1.765.54 (bir min yeddi yüz altmış beş dollar 54 sent) ABŞ dolları lizinq mükafatı 3.69 ( üç dollar 69 sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğlundan, X4 və X5 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi iddianı təmin etmiş, aşağıdakı qətanməni qəbul etmişdir: Cavabdehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğlundan, X4 və X5 12229.34 ABŞ dolları məbləğində əsas borc 1765.54 ABŞ dolları lizinq mükafatı, 3.69 ABŞ dolları məbləğində cərimə, cəmi 2998.57 ABŞ dolları məbləğində pul ödəniş anında məzənnəyə əsasən manatla və 30 manat dövlət rüsumu birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9,28 saylı mənzili İddiaçı ASC-yə təhvil verərək mənzildən çıxarılsın. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehlər evdən çıxarılmışdır. Lakin onlar həmin evdə qeydiyyatdadırlar. Cavabdehlərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Suraxanı rayon polis idarəsinə müraciət olunsa da, xx.xx.2019-cu il tarixli № 096-25745-12-19 saylı məktubla cavab verilərək adiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunub. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə iddiaçının nümayəndəsi X12 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı Haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ASC xx.xx.2007-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil İddiaçı ASC-nin adına xüsusi mülkiyyət kimi xx.xx.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 736 nömrəli reyestr kitabının 68917 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışlardan müəyyən olunur ki, Cavabdeh4 və X3 ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil ünvanında qeydiyyatdadırlar. Cavabdeh4 və X1 mübahisəli mənzildən qeydiyyatdan çıxarılması barədə iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri, Suraxanı rayon polis idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 096-25745-1219 saylı cavab məktubunda vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nın səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu bəndinin tələblərinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün olmadığı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövləət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli **********86 saylı cavab məktubunda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, mənzil 28 İddiaçı ASC-nin adına qeydiyyata alınması və hazırda onların mülkiyyətində olması bildirilmişdir. Həmçinin sorğuya uyğun olaraq müvafiq sənədlərin surətləri (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış, daşınmaz əmlakın alqı-satqı müqaviləsi) məhkəməyə göndərilmşdir. Məktuba əlavə olunmuş mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair Cavabdeh5 ilə İddiaçı ASC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış ******* saylı alqı-satqı müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Müqavilənin 13-cü bəndində göstərilmişdir ki, satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 018- 4764-1220 saylı cavab məktubunda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi məhəllə 14/15, ev 9, mənzil 28 ümvanında xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 yaşayış yeri üzrə qeydiyyatda olduqları bildirilmişdir. Məhkəmə qətnaməsindən müəyyən olunur ki, İddiaçı ASC cavabdehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğluna, X7 və X8 qarşı iddia ərizəsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxx 2016-cı il tarixdə bağlanmış NV-№ 529/16 saylı “X11”nə əsasən Cavabdeh2 üzərinə lizinq obyektinin geri qaytarılması vəzifəsinin qoyulması,müqavilə üzrə ödənilməmiş 1229.34 ABŞ dolları əsas borcun, 1.765,54 ABŞ dolları lizinq mükafatı, 3,69 ABŞ dolları dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğlundan, X4 və X5 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh2, Əhmədov Rövşən Ramiz oğlundan, X4 və X5 1229,34 ABŞ dolları məbləğində əsas borc, 1765,54 ABŞ dolları lizinq mükafatı, 3,69 ABŞ dolları məbləğində cərimə, cəmi 2998,57 ABŞ dolları məbləğində pul ödəniş anında məzənnəyə əsasən manatla və 30 manat dövlət rüsumu birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 9, 28 saylı mənzilin İddiaçı ASC-yə təhvil verərək mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı üçüncü şəxs Cavabdeh4 və X1 İddiaçı ASC-yə məxsus ünvan 3 ünvanında qeydiyyatda olmaları müəyyən olunsa da, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli mənzildə yaşayan şəxslərin həmin mənzildən çıxarılmaqla, mənzilin hazırki iş üzrə iddiaçıya verilməsinin qət edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas (yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) mövcuddur ki, cavabdeh sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh4 və X1 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Suraxanı rayon polis idarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1986/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1986/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver