Məhkəmə qərarları › İş №2-1(112)-1986/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1986/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1986/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, Üçuncü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6896/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə X5 qanuni nümayəndəsi Qanuni nümayəndə iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7089/2020 saylı, 20 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Qanuni nümayəndə (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması” tələbinə dair idda ərizəsi üzrə inzibati iş (iş № 2- 1(112)-7089/2020) həmin məhkəmənin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5 qanuni nümayəndəsi Qanuni nümayəndə) “mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işlə (iş № 2-1(112)- 6896/2020) birləşdirilməsi və hər iki inzibati işə bir icraatda baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və ya mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-nin müddəaları əsasında, İddiaçı və iddiaçı Qanuni nümayəndə iddialarına bir icraatda baxılması mümkün hesab edilmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun İddiaçı verilməsi öhdəliyinin DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzilinin köməkçi sahəsinin 29-cu mənzillə ümumi istifadədə olmasına dair daşınmaz əmlakın dövlət reyestrində etdiyi qeydin qanunsuz hesab edilməsi və həmin qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1986/2021 saylı, 20 may 2021-ci il tarixli qərardadı iləi İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi və texniki pasportda olan qeydin ləğv edilməsi” barədə iddia tələbi qismən-“texniki pasportda olan qeydin ləğv edilməsi” hissəsində və iddiaçı Qanuni nümayəndə (azyaşlı X5 qanuni nümayəndəsi) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportda anbarın mənzilə aid olması barədə qeydin ləğv olunması”na dair iddiası mümkün sayılmamışdır. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 4 saylı evin 27-ci mənzili onun mülkiyyətindədir. O, həmin mənzili 1997-ci ildə X6 almışdır. Mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınaraq, bu barədə 12 fevral 1997-ci il tarixli, MH seriyalı, 071564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X14 tərəfindən verilmiş texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 56,6 kv.m-dir. Bunun 30 kv.m hissəsi yaşayış sahəsi (iki otaq) və 26,6 kv.m hissəsi isə köməkçi sahədir. Bu fakt Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin 1996-cı ildə tərtib etdiyi mənzilin texniki pasportu və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, mənzilin cizgisi (arxivdə saxlanılan nüsxə ilə eyniliyi 2020-ci il iyulun 06-da cavabdeh tərəfindən təsdiq edilmişdir) də təsdiq edir. Cavabdehin 08 iyul 2020-ci il tarixli məktubu ilə də təsdiq edilmişdir ki, mənzil iddiaçının mülkiyyət qeydiyyatındadır. İş üzrə 3-cü şəxs olan X11 (yetkinlik yaşına çatmayıb, onun qanuni nümayəndəsi Qanuni nümayəndə) iddiaçının mülkiyyətində olan köməkçi sahənin bir hissəsinə istifadə hüququ ilə bağlı iddia irəli sürmüşdür. Qeydiyyat vəsiqəsində köməkçi sahə göstərilmədiyinə görə, onun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi və yeni texniki pasport verilməsi üçün cavabdeh inzibati orqana müraciət olunmuşdur. Cavabdeh inzibati orqan ərizəni təmin etməkdən imtina edərək, bu barədə iddiaçıya 15 sentyabr 2020-ci il tarixli imtina bildirişi təqdim etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanın əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş edir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya etiraz edərək bildirmişdir ki, qeyd olunan mənzilin texniki pasportunda göstərilən bəzi sahələr qonşu tərəfindən istifadə olunur. Bu səbəbdən ərizənin icrasının təmin olunması mümkün olmamışdır. Həmçinin, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, anbar və sanitar qovşaq qonşu mənzil sahibi ilə mübahisəlidir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi X12, nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs (iddiaçı) X5 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında İddiaçı aid olan sənədlərdən: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsindən (Seriya MH № 071564) görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 27 mənzili üzərində İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 712 №-li reyestr kitabında qeydə alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş texniki pasportun və mənzil planın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 27 mənzilin iki otaqlı sahəsi 30 kv.m (1-ci otaq – 18,5 kv.m; 2-ci otaq – 11,5 kv.m); köməkçi sahələri (mətbəx – 4 kv.m, öngiriş – 11 kv.m; anbar – 11,6 kv.m) - Yasamal rayonu 61 nömrəli MKİS-nin mühəndisi Bədəlov D.Ə tərəfindən təsdiqlənmiş Yasamal rayonu, C.Cabbarlı küçəsi ev 4, mənzil 27 əsas kirayinişin X8 mənzilinin planına əsasən mənzil yerli sovetə məxsusdur, iki otaqlı sahəsi 30,0 kvm-dir, 2ci mərtəbədə yerləşir.Mənzilin ümumi sahəsi 56,60 kvm-dir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 08 iyul 2020-ci il tarixli və 15 sentyabr 2020-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 4, ünvanında yerləşən 27 nömrəli mənzilinin texniki pasportunda göstərilən bəzi sahələrinin qonşu tərəfindən istifadə olunması səbəbindən ərizənin icrasının təmin edilməsi mümkün olmamışdır. Həmçinin, bildirilmişdir ki, sözügedən mənzilə dair texniki pasportun ikinci nüsxəsi idarənin arxivində saxlanılmamışdır. İş materiallarında X9 aid olan sənədlərdən: -Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X15 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi olan 62.7 kv.m olan mənzili qızı X9 bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********70-05101-093012) çıxarışdan görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 29 saylı mənzili üzərində X5 xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir. -Azərbaycan Respubliası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsindəki 4 №-li yaşayış evinin 29 saylı mənzilin ümumi sahəsi 63.5 kv.m, yaşayış sahəsi 45.2 kv.m təşkil edir.Texniki pasportun “Mənzil planı” bölməsində həmin mərtəbə yerləşən 7.6 kv.m olan köməkçi sahənin (anbar) ümumi istifadədə olduğu göstərilmişdir. Məhkəmə araşdırılması zamanı aidiyyəti üzrə inzibati orqanlara sorğular göndərilmiş, həmin sorğulara cavab məktublarından: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində Saxlanılan 019712 saylı, 16 yanvar 1997-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 02.10.1996cı il tarixli qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 2 otaqlı sahəsi 30 kv.m olan 27 nömrəli mənzil X16 tərəfindən İddiaçı satılmışdır. -Nərimanov rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, Bakı şəhər Mülkiyyət hüquqlarının Texniki İnventarlaşdırılmasının qeydiyyat idarə rəisinin Nəbiyevə qeydiyyat vəsiqəsi verməkdən imtina etməsi ilə bağlı hərəkəti qanunsuz sayılması, Bakı şəhəri,C.Cabbarlı küçəsi 4 saylı evin 2 otaqlı evin 30 kv.m olan 27-li mənzilin hüquqi qeydiyyatının İddiaçı adına aparılması və ona qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.12.2020-ci il tarixli, **********31 saylı məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı binanın texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 4 saylı bina 3 mərtəbədən yaşayış və köməkçi sahələrdən ibarətdir. 16 aprel 2021-ci il tarixdə keçirilmiş yerli baxışda 61 №-li Mənzil Kommunal İstismar Sahəsinin sədri X7 (səlahiyyəti http://yasamal-ih.gov.az/page/40.html təsdiq olunur) iştirak edərək bildirmişdir ki, o, 6 ilə yaxındır ki mənzil kommunal istismar sahəsinin sədridir. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı bina kommunal bina olmuşdur. Bina 3 mərtəbədən və 24 mənzildən ibarətdir. Adətən otaqlar nömrələnir və qeyd edilir ki, hansı nömrə hansı otaqdır. Binanın alt mərtəbəsi obyekt, üst mərtəbəsi isə bir nəfərə məxsusdur. Binanın 2-ci mərtəbəsində sağ tərəfdə isə İddiaçı və Qanuni nümayəndə yaşayır. Hazırda mübahisəli otağın təyinatı anbardır. Pəncərəsi yoxdur, ümumi istifadədə sayılır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsi 30 kv.m, köməkçi sahəsi 26,6 kv.m, ümumi sahəsi 56,6 kv.m olmaqla, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27-ci mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsini xahiş edir və bu halı onunla əsasladırır ki, mənzilin 30 kv.m yaşayış hissəsi ilə bağlı qeydiyyat vəsiqəsi, 26,6 kv.m köməkçi sahəsi ilə bağlı isə texniki pasportda qeydlər mövcuddur. Cavabdeh köməkçi sahənin bəzi hissəsinin qonşu tərəfindən istifadə olunması səbəbi ilə iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evin 27-ci mənzilinin 26,6 kv.m hissəsinin ümumi istifadə olub-olmaması, ümumi istifadədə olduğu təqdirdə qonşuların həmin sahənin iddiaçının mülkiyyətinə keçirilməsi üçün razılıq ərizələrinin olub-olmamasını araşdırmalıdır. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir. Hazırkı inzibati mübahisə Bakı şəhərinin Yasamal rayonunun ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələbləri ilə uzlaşır. İddianın mahiyyəti üzrə əsaslı olmaması ilə bağlı Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat vəsiqələri belə əsaslar sırasında nəzərdə tutulmuşdur. Cavabdehin imtina məktubuna nəzər yetirdikdə məlum olur ki, iddiaçının müraciətinə baxılarkən cavabdeh inzibati orqan tərəfindən texniki pasportda göstərilən bəzi sahələrinin qonşu tərəfindən istifadə edilməsi; Texniki pasportun ikinci nüsxəsinin İdarənin arxivində saxlanılmaması əsası ilə imtina edilmişdır. İşin faktiki hallarından görünür ki, X16 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, C.Cabarlı küçəsindəki 4 saylı evin 30 kvm yaşayış hissədən ibarət olan 27-ci mənzili iddiaçıya satılmışdır. Bundan sonra, Nərimanov rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasında İddiaçı Bakı şəhəri, Yasamal rayonu, C.Cabarlı küçəsindəki 4 saylı evin 30 kv.m olan 27-ci mənzili ilə bağlı qeydiyyat vəsiqəsini almışdır. 27 saylı mənzilə iddiaçının hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərdə mənzilin sahəsi kimi 30 kvm qeyd edilmişdir. Göründüyü kimi, sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi ilə şərtləşdirilmiş qeydiyyat vəsiqəsi iddiaçıda olsa da, iddiaçı həmin qeydiyyat vəsiqəsi və texniki pasportda olan göstəricilər əsasında ümumi istifadədə olan yardımçı sahəyə mülkiyyət hüququ əldə etmək istəyir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, həqiqətən də, əvvəlki mülkiyyətçi X10 Bakı şəhəri, Yasamal rayonu, C.Cabarlı küçəsindəki 4 saylı evin 27-ci mənzili ilə bağlı tərtib olunmuş texniki pasportda 30 kv.m yaşayış sahəsi ilə yanaşı həmçinin, 26,6 kv.m olan köməkçi sahələr (mətbəx, öndiriş, anbar) də göstərilmişdir. Halbuki, sözügedən köməkçi sahələrinin kommunal binanın ümumi istifadəsində olması yerli baxış zamanı 61 №-li Mənzil Kommunal İstismar Sahəsinin sədri X7 tərəfindən verilmiş izahatda da öz əksini tapmışdır. Kommunal binaların ümumi istifadəsində olan yardımçı sahələrinin istifadəsi ilə bağlı Məhkəmə, tərəflər arasında hüquq münasibəti yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə və Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa istinad edir. Belə ki, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 118-ci maddəsinə görə, xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Vətəndaşa xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət binalarının (zirzəmi, anbar, hamam, mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Şərh olunan maddələrinin məzmunundan aydın olur ki, mənzil fondunun balansında olmuş kommunal şəraitli binalarda mənzillər özəlləşdirilərkən, ümumi istifadədə olan yerlərinin, yəni yardımçı sahələrinin (zirzəmi, anbar, hamam, mətbəx və s.) istifadəsi məhdudlaşdırıla bilinməz və həmin sahələr mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Göründüyü kimi, ümumiyyətlə həm tərəflər arasında hüquq münasibəti yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının, həmçinin, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə, kommunal binanın ümumi istifadəsində olan yardımçı sahələrindən digər mülkiyyətçilərinin istifadəsinin məhdudlaşdırılmasına yol verilmir. Bundan başqa Məhkəmə qeyd edir ki, texniki pasportda mənzilin sahə xüsusiyyətləri bölməsində yardımçı sahələrinin göstəriciləri qeyd olunsa belə, bu hal iddiaçının həmin sahələr üzrə mülkiyyət hüququnun əldə etməsi üçün kifayət etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Maddənin şərhinə keçməzdən əvvəl Məhkəmə bildirir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini , tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Texniki pasport yalnız yaşayış evinin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını əldə edilməsini təsdiq edən sənəd hesab olunur ki, həmin sənəd 01.01.2001-ci il tarixədək tərtib olunsun. Texniki pasport 01.01.2001-ci il tarixədək tərtib olunsa da, həmin texniki pasport ilə yaşayış evinin torpaq sahəsinə münasibətdə deyil də, məhz yaşayış evinin (mənzilin) özünə xidmət etdiyindən, həmin sənəd mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas deyildir. Son olaraq Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı verilmiş olan qeydiyyat vəsiqəsində mənzilin sahə göstəricisi konkret olaraq göstərilməsə belə, təqdim olunmuş mənzil planından və qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas olan Nərimanov rayon Xalq məhkəməsinin qətnaməsindən görünür ki, alqı-satqı münasibətləri zəminində iddiaçının əldə etmiş olduğu Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evi 27-li mənzilinin sahəsi 30 kv.m təşkil edir. Yuxarıda göstərilənlərə qanunvericiliyinin müddəaları ilə birgə qiymət verdikdə Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evi 27-li mənzilinin 56,6 kv.m üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün iddiaçının iddia etdiyi əlavə 26,6 kv.m yardımçı sahə ümumi istifadədə olduğundan, həmçinin, həmin yardımçı sahələrinin iddiaçının mülkiyyətinə keçirilməsi üçün həmin mərtəbədə olan qonşunun razılıq ərizəsi olmadığından və ən əsası mübahisə predmetini təşkil edən sahəsi 11 kv.m olan anbarin üçüncü şəxs X5 texniki pasportunda ümumi istifadədir kimi göstərilməsi, həmçinin, yerli baxış zamanı həmin sahənin iddiaçının yaşayış otaqlarına bitişik olmaması, otaqlardan aralı yerləşməsi, yerləşmə mövqeyinin fərqli olması ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən qanuni və əsaslı olaraq imtina edilmişdir. Məhkəmə izah edir ki, iddiaçının iddia etdiyi yardımçı sahələr ümumi istifadədə olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Lakin, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 4 saylı evi 30 kv.m yaşayış sahəsi olan 27-saylı mənzilinin qeydiyyat vəsiqəsi olduğundan, o, müvafiq çıxarışın alınması üçün cavabdeh inzibati orqana müraciət etmək hüququna malikdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar