Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1986/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Sklyraova Olqa Fyodorovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu X6 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli 5/5, 19 saylı qərarında çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportun X1 adına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən 31 nömrəli evin yaxınlığındakı qeyri-yaşayış sahəsinin (qarajın) X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanda yerləşən 31 nömrəli evin yaxınlığındakı qeyri-yaşayış sahəsinin (qarajın) X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayoni X5 İcraiyyə Komitəsi tərəfindən 24 mart 1991-ci il tarixli 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli Yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi ( keçmiş 1727 saylı keçid 31 saylı binanın yaxınlığında iddiaçının mərhum anası X3 fərdi qaraj verilmişdir. Verilmiş qaraja dair iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Bakı filialına müraciət etmiş və Arxiv İdarəsinin 4 iyul 2022-ci ilin BA-04046-2022 saylı cavab məktubda həmin qərari təsdiq etmişdir. Arxiv arayışını aldıqdan sonra iddiaçı Xətayi rayon İcra Hakimiyyətinə qarajın yerləşmə cizgisini tərtib edilməsinə dair müraciət etmişdir. Cizgi Xətai rayon İcra Hakimiyyəti təsərrüfat hesablı Layihə-Smeta bürosu tərəfindən tərtib edildi. Sənədlərin hamısını topladıqdan sonra 19 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir. 10 yanvar 2023-cü il tarixli 3-21-3-30/2-373/2023 20500374 saylı cavab məktubunda müraciətlə əlaqədar olaraq bildirilir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5 metr göstərilsədə, faktiki 42.5 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini Başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı aldığı imtina məktubunu Xətai rayon İcra Hakimiyyəti təsərrüfat hesablı Layihə-Smeta bürosuna ətqdim etmişdir. Tərtib ediən cizginin düz tərtib edildiyi bildirilmiş və iddiaçıya məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun konstitusion hüquqlarını pozur.
5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 21.2 metr göstərilsə də, faktiki 46.2 metr təşkil edir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 5/5, 19 saylı qərarından çıxarışa əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəllə, N.Tusi küçəsi (keçmiş 1727 saylı keçid, 31 saylı binanın yaxınlığında) fərdi qarajın planı və ölçüsü əsasında texniki pasportun X1 adına verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin qarajın yaşayış binasından olan məsafəsi 17.5- 21.2 metr göstərilsə də, faktiki 42.5-46.2 metr təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2023-cü il tarixli **********74 və **********73 saylı cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Xətai Rayon X5 İcraiyyə Komitəsinin “Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fədri qarajların tikintisi haqqında” xx.xx.1991-ci il tarixli, 5/5,19 nömrəli Qərarına əsasən Fərdi qarajların tikintisi üçün aşağıda qeydiyyatda olan vətəndaşlara Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş keçid 1727), 31 nömrəli evin yaxınlığında torpaq sahələri ayrılmışdır: - Sklyarova V.A – General Şıxlinski keçəsi, ev 25, mənzil 7
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən qaraj yerləşmə mövqeyinə uyğundur. Tikinti altı sahədə cüzi fərq var. Qonşu qaraj ilə arakəsmə divar götürülüb birgə istifadə edilir. Eskiz faktiki vəziyyətə uyğun tərtib edilmişdir.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən təqdim edilən qaraj yerləşmə sxemində çox mərtəbəli binadan 21.2 m göstərilsə də, faktiki 42.5 təşkil edir. Yerləşmə cizgisindəki məsafə ilə faktiki məsafədə fərq vardır (uyğunsuzluq). Yerləşməsi cizgidəki ümumi əraziyə uyğun gəlir.
10. Xətai rayonu İcra Hakimiyyəti Təsərrüfat Hesablı Layihə-Smeta Bürosu tərəfindən tərtib edilmiş Xətai rayonu 2942-B məhəllə N.Tusi küçəsi (1727 keçid) 31 saylı binanın yaxınlığında qarajın yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur.
11. SA 220761 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1951-ci il tarixində doğulmuşdur. X9 Semyonoviç, anası Kubar (Sklyarova) Vera Alekseyevnadır.
12. İ-QR 734865 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 xx.xx.1998-ci ildə ölmüşdür.
13. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsələri - qızı İddiaçı tərəfindən Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuşdur. X1 xx.xx.1998-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi - qızı İddiaçınm ərizəsi əsasında V-577/2022 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi (keçmiş 1727 keçid), Əhmədli yaşayış massivi, məhəllə 2942-B, 31 nömrəli evin həyəti ünvanında yerləşən qaraja dair hüquqmüəyyənedici sənəd - Çıxarış verilməsi xahiş edilir.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır.
15. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi. II. İddianın növü və mümkünlüyü
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Xətai Rayonu X5 İcraiyyə Komitəsinin “Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş 1727-ci keçid) yerləşən 31 nömrəli evin yaxınlığında fədri qarajların tikintisi haqqında” xx.xx.1991-ci il tarixli, 5/5.19 nömrəli Qərarına əsasən Əhmədli yaşayış massivinin 2942-B məhəlləsində N.Tusi küçəsində (keçmiş keçid 1727) yerləşən 31 nömrəli evin yaxınlığında fərdi qarajların tikintisi üçün uçotda olan vətəndaşlara torpaq sahələri ayrılmışdır. Fərdi qaraj tikintisi üçün torpaq sahəsi ayrılan şəxslər siyahısında X1 da adı qeyd edilmişdir.
28. Məhkəmə qeyd edir ki, hazırkı işdə Xətai Rayonu X5 İcraiyyə Komitəsinin qərarı iddiaçının qaraja dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X10 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
29. Cavabdeh orqan imtinanın dəlili olaraq qaraja dair yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığını, qarajın yaşayış binasından olan məsafəsi 17.5-21.2 metr göstərilsə də, faktiki 42.5-46.2 metr təşkil etdiyi bildirilmişdir.
30. Məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktlarına əsasən qaraj yerləşmə mövqeyinə uyğundur, tikinti altı sahədə cüzi fərq var, qonşu qaraj ilə arakəsmə divar götürülüb birgə istifadə edilir və qaraja dair eskiz faktiki vəziyyətə uyğun tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, qaraj qarajlar cərgəsində yerləşir və qarajın yerləşməsi ümumi əraziyə və cizgidəki sıralamaya uyğun gəlir.
31. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə qonşuluqda yerləşən qeyri-yaşayış binalarına (qarajlara) dair texniki pasport verilmiş (həmin texniki pasportlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir) və iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulmasıdır.
32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın mövcud inzibati praktikasına əsasən qarajlara (qeyri-yaşayış) binalarına texniki pasport verildiyindən iddia tələbi mərhuma məxsusluq barədə arayın verilməsi kimi təmin edilmiş olsa da, yekunda iddiaçıya təqdim edilən sənəd inzibati orqanın mövcud inzibati praktikasına uyğun olaraq digər qarajlara təqdim edilən sənədə uyğun olmalıdır.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 31 nömrəli evin yaxınlığındakı qeyri-yaşayış binasının (qarajın) X3 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva