Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1987/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 (hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili X10 (vəkillik fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Tinli kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (baş hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı «xxxx Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə xx xxxxxx 2018-ci il tarixdə “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun silinməsinin Bakı şəhər Vergilər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK uzun müddətdir ki, vergi orqanında qeydiyyatda olmaqla mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. MTK-nin vergi orqanında olan şəxsi hesab vərəqəsindən də göründüyü kimi “xxxx” MTK-nın xx xxxxxx 2015-ci il tarixə heç bir borcu olmamış, əksinə qeyd olunan tarixə Kooperativin 158 279.96 manat artıq ödəməsi olmuşdur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli, **********876212 saylı qərarına əsasən “xxxx” MTKda müxtəlif tədiyələr üzrə olmaqla 2013-2015-ci il dövründə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2015-ci il tarixli **********910997 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama zamanı “xxxx” MTK-nın 227.192,06 manat mənfəət vergisinin, 1.272.562,17 manat ƏDV-nin, 700 manat əmlak vergisinin, 248,23 manat sadələşdirilmiş verginin, cəmi 1.500.702,46 manat məbləğində vergilərin azaldıldığı müəyyən edilmiş, azaldılmış məbləğə görə 750.227.12 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Bakı Vergilər Departamentinin **********979535 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən “xxxx” MTK-ya mənfəət vergisi üzrə yandırılmış məbləğə görə 113.596,03 manat, ƏDV üzrə 636.281,09 manat, əmlak vergisi üzrə 350 manat maliyyə sanksiyası tətbiq olunmuş və xx.xx.2015-ci il tarixdə hesablanmış vergilər və maliyyə sanksiyası birlikdə 2.250.681,35 manat olmaqla Kooperativin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bundan sonra səyyar vergi yoxlaması əsasında toplanılmış materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında X9 Araşdırılması Departamentinə göndərilmiş, xx xxxxxx 2016-cı il tarixdə Departamentin təhqiqatçısı Cavanşir Sayidov tərəfindən fakt üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Səyyar vergi yoxlaması 2013-2105-ci illər üzrə dövrü əhatə etdiyi halda cinayət işi üzrə 2010- 2016-cı illər araşdırılmış, lakin SVY aktında göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq zamanı aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş vergilərin azaldılması ilə bağlı məqamlar əsl həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı “xxxx” MTK tərəfindən 2010-2016-cı illərdə vergilərin azaldılması 415.128 manat olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X9 Araşdırılması Departamentinin x xxxx 2016-cı il tarixli qərarına əsasən “xxxx” MTK-nın rəhbəri X5 təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-nin 213.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Verilmiş ittihama əsasən X1 Məcəlləsinin tələblərini pozaraq xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 419.470 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıraraq, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Nərimanov Rayon Məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı “xxxx” MTK tərəfindən 307.349,33 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmiş, 2010-cu ilin yanvar ayı üzrə 24.618.05 manat, fevral ayı üzrə 24.350,34 manat ƏDV, 2009-cu il üzrə 4341,80 manat mənfəət vergisi ilə bağlı 7 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin məbləğlərin ödənilməsindən azad edilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı aparılmış araşdırma ilə “xxxx” MTK tərəfindən 254.039,14 manat ƏDV, 56.916,42 manat mənfəət vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və 311000 manat dövlət büdcəsinə ödənilməklə cinayət işinə xitam verilmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq xx xxxxxx 2018-ci il tarixdə “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə heç bir vergi adı göstərilmədən, qərar qəbul etmədən 435.490,12 manat vergi və 103.302.82 faiz borcu işlənmişdir. İddiaçı MTK-ya əsassız olaraq yazılmış vergiləri və faizlərin silinməsi ilə bağlı Azərbaycan respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunsa da, müraciətə baxılmadan şifahi olaraq həmin məbləğin Nazirlik tərəfindən şəxsi hesab vərəqəsinə işlənildiyi bildirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə edilmiş müraciətə cavab olaraq xx xxxxxx 2019-cu il tarixdə “vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2017ci il tarixli **********134580 nömrəli qərarla xx.xx.2015-ci il tarixli **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində Səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü il mənfəət və 2014-cü il əlavə dəyər vergisi) azalma verildiyindən həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat əsas vergi məbləği, habelə ona həmin məbləğə hesablanmış 103.302,82 manat faiz məbləği vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edildiyi” bildirilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə kooperativin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manatı qeyd-şərtsiz silinmişdir. Vergi orqanının xx.xx.2017-ci il tarixli **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş xx.xx.2015-ci il tarixli **********979535 nömrəli !Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.614,7 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.273,76 manat borcu mövcud olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili X13 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verdi. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xx xxxx 2020-ci il tarixli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsini xahiş edərək bildirdi ki, ekspert rəydə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə xx xxxxxx 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur. Vergi orqanı tərəfindən ekspert tərəfindən xx xxxxxx 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat vəsaitin hansı əsasla ekspert tərəfindən faiz borcuna aid edilməsi məlum deyil. Ekspert tərəfindən həmin vəsaitin faiz borcuna aid edilməsi barədə rəyin tədqiqat hissəsində də açıqlama verilməmişdir. Həmçinin şəxsi vərəqənin 13 və 14-cü səhifələrində vergi orqanı tərəfindən aparılmış azalmalar əks etdirilmişdir. Həmin azalmalara sadə riyazi hesablama metodu ilə hesabladıqda sistem tərəfindən azalmalar zamanı baş vermiş xəta aydın şəkildə bəlli olur. Belə ki, vergi ödəyicisinin şəxsi vərəqə üzrə azalmalar aparılan dövrə olan qalıq əsas borcu 3.079.038,07 manat, aparılmış azalmaların ümumi məbləği 1.189.498,67 (400+300+174.617,44+1.014.181,23) manatdır. 3.079.584,07-1.189.498,67=1.890.085,4. Aparılmış azalmalardan sonra vergi ödəyicisinin şəxsi vərəqəsi üzrə 1.889.539,4 manat qalıq borcu qalmalı olduğu təqdirdə 1.454.729,28 manat borcun qalmışdır. Göründüyü kimi ekspert obyektiv və hərtərəfli araşdırma aparmadan yalnış nəticəyə gəlmişdir. Həmçinin sözügedən rəyin tədqiqat hissəsinə nəzər salınsa olur ki, ekspert rəyinin əhəmiyyətli hissəsi yalnız qanunvericiliyin normalarından ibarətdir. Belə ki, ekspert qarşıda qoyulmuş sualları cavablandırmaq məqsədi ilə araşdırma aparmaq əvəzinə qanunvericilik normalarını sadalamaqla ekspertizaya qeyriobyektiv yanaşmışdır. Beləliklə qeyd edilənlərdən göründüyü kimi, ekspert rəyində ziddiyyətli məqamlar, ekspert rəyində qeyd edilənlərin ekspertizaya təqdim edilmiş sənədlərlə təsdiqni tapmaması ekspertin iş üzrə materialları tam, hərtərəfli araşdırmamasını və yanlış rəy verməsini sübut edir. Göstərilənlərə əsasən ekspert rəyini sübut kimi qəbul etmədən, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi ********** VÖEN nömrəsi ilə xx.xx.2003-cü il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” MTK-ya ünvanlanmış müraciətlərə baxılması barədə məktubdan görünür ki, iddiaçının şəxsi hesab vərəqəsində aparılmış dürüstləşmə barədə müraciətinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmış və bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci il 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491984,48 manat qeyd-şərtsiz silinmişdir. Vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********134580 nömrəli qərarla xx.xx.2015-ci il tarixli **********979535 nömrəli qərara düzəliş edilməsi nəticəsində Səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlərə (2014-cü il mənfəət və 2014-cü il əlavə dəyər vergisi) azalma verildiyindən həmin dövrlərə hesablanmış faiz məbləğləri cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435490,12 manat əsas vergi məbləği, habelə ona həmin məbləğə hesablanmış 103302,82 manat faiz məbləği vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli, 1(005)-23/2017 saylı qərarından görünür ki, “xxxx” MTK-da 2010-cu ilin yanvar ayı üzrə 24.618,05 manat, fevral ayı üzrə 24.350,34 manat ƏDV, 2009-cu il üzrə 4.341,70 manat mənfəət vergisinin, cəmi 53.310,19 manat məbləğində vergilərin ödənilməkdən yayındırılmasına görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə X5 cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1308/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı dürüstləşmə adı ilə onun şəxsi hesab vərəqəsinə işlənilmiş 435.490,12 manat vergi borcunun, 103.302,82 manat məbləğində faiz borcunun heç bir vergi adı göstərilmədən onun şəxsi hesabına işləndiyini iddia edərək, həmin vergi borcun silinməsini cavabdehən tələb edir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Hazırki iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı tərəfindən onun şəxsi hesab vərəqəsinə dürüstləşmə adı altında edilmiş borc məbləği mübahisələndirildiyindən, məhkəmə tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “xxxx” MTK-nın xx.xx.2015-ci il tarixədək dövlət büdcəsinə nə qədər borcu olması, "xxxx” MTK tərəfindən xx.xx.2015-ci ildən hal-hazırki dövrədək dövlət büdcəsinə nə qədər pul ödənildiyi, vergi orqanları tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə cinayət işi üzrə azalmalar nəzərə alınmaqla “xxxx” MTK-nə nə qədər vergi və faiz hesablanması, “xxxx” MTK-nin şəxsi hesab vərəqəsinə xx xxxxxx 2018-ci tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun tərkibinə nələr daxil olması (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu), “xxxx” MTK-nın yoxlanılan dövrdə dövlət büdcəsinə ödəməli olduğu vergi məbləği nə qədər təşkil etməsi, xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktında göstərilən sadələşdirilmiş, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə azaldılmış vergi məbləğləri düzgün müəyyən edilməsi barədə suallar qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin böyük ekspert Zaur Məmmədovun əlavə tədqiqat materiallarının təqdim edilməsi barədə 09/63 saylı, xx.xx.2020-ci il tarixli ekspert vəsatəti ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə xx.xx.2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat borcun (tədiyyələr üzrə vergi borcu, maliyyə sanksiyası və faiz borcu) tərkibinə nələrin daxil olması barədə məlumat tələb edilmişdir. Bununla bağlı cavabdehə sorğu göndərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********8080000 saylı məlumatın təqdim edilməsi haqqında məktubda göstərilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 491.984,48 manat qeyd-şərtsiz silinmişdir.Vergi orqanının xx.xx.2017-ci il tarixli **********134580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”ı əsasında 2017-ci ilin 1 yanvar tarixindən əvvəlki dövrdə keçirilmiş xx.xx.2015-ci il tarixli **********979535 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”a düzəliş edildiyindən faiz məbləğləri kooperativin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixdə dürüstləşmə aparılaraq 435.490,12 manat vergi məbləği şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bunun nəticəsində vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə 315.701,28 manat əsas vergi borcu, 103.624,69 manat faiz borcu, 162.957,78 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 582.283,75 manat borcu mövcud olmuşdur. Həmin məktuba əlavə edilmiş vergi borcunun tərkibi haqqında xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MTK-nın xx.xx.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 582.283,75 manat (o cümlədən əsas vergilər üzrə 315.701,28 manat, maliyyə sanksiyası üzrə 162.957,78 manat, faiz üzrə 106.624,69 manat) borcu vardır. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/63 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “xxxx” MTK-nın iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi müəssisənin xx.xx.2015-ci il tarixə dövlət büdcəsinə borcu olmamış, 157.712,96 manat məbləğində artıq ödəməsi olmuşdur. “xxxx” MTK tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2020-ci il tarixə olan dövr ərzində dövlət büdcəsinə 1.617.629,2 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi və s.) əsasən “xxxx” MTK-nəm şəxsi hesba vərəqəsinə xx xxxxxx 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halı müəyyən olunmur. İş materiallarına xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması aktı əlavə edilmədiyindən, qeyd olunan sual üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası İzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/63 saylı rəyi ilə razılaşmayaraq hesab edir ki, ekspert rəyi hazırki iş üzrə sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə baxış keçirərək, ekspertin xx xxxxxx 2018-ci il tarixdə “düzəliş” adı ilə yazılmış 435.490,12 manat faiz borcunun təkrarən silinməsi halının müəyyən olunmadığı barədə gəldiyi rəyinin əsaslı olmadığı müəyyən edilmişdir. Belə ki, “xxxx MTK-nın şəxsi hesab vərəqəsinə baxış keçirilərkən müəyyən edildi ki, iddiaçının şəxsi hesab vərəqəsindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun (f) icrası məqsədilə 491.984,48 manat məbləğində silinmə aparılmışdır. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun (f) icrası ilə bağlı dürüstləşmə aparılaraq 435,490,12 manat məbləğində vergi borcu, 103.302,82 manat məbləğində faiz borcu bərpa edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş həmin pul vəsaitinin cəmiyyətin şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən ikinci dəfə silinmiş pul məbləği olduğunu, dürüstləşmə aparılaraq həmin borcun yenidən iddiaçının şəxsi hesab vərəqinə işləndiyini bildirmişdir. Məhkəmə tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə baxış keçirilərkən cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununun (f) icrası ilə bağlı dürüstləşmə aparılaraq 435,490,12 manat məbləğində vergi borcu, 103.302,82 manat məbləğində faiz borcu bərpa edilməsinin əsaslı olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2017-ci il tarixdə 400 manat, 300 manat, 174.617,44 və 1.014.181,23 manat olmaqla, ümumilikdə 1.189.498,67 manat məbləğində azalma aparılmışdır. Həmin dövr üzrə iddiaçının mövcud borcu 3.079.584,47 manat təşkil etmişdir. (3.079.584,47 manat-1.189.498,67 manat=1.890.085,8 manat). Azalma aparıldıqdan sonra iddiaçının borcu 1.890.085,8 manat təşkil etməli olduğu halda, şəxsi hesab vərəqəsindən görünür ki, azalmadan sonra onun qalıq borcu 1.454.729,28 manat olaraq əks olunmuş, yəni artıq azalma aparılmışdır. Bu da cavab inzibati orqan tərəfindən texniki yanlışlıq olaraq vergi borcunun artıq azaldığını göstərir. Beləliklə, “xxxx” MTK-nın şəxsi hesab vərəqəsinə xx xxxxxx 2018-ci il tarixdə “dürüstləşmə” adı ilə bərpa edilmiş məbləğlə xx.xx.2017-ci il tarixdə texniki yanlışlıq olaraq vergi borcunun artıq azaldılmış məbləği eynilik təşkil edir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının 46-cı bəndinə göstərilmişdir ki, vergi orqanının mövqeyinə görə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi zamanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla təkrar silinmiş faiz məbləği şəxsi hesab vərəqəsinə bərpa edilir, yaxud əsassız olaraq yaranmış artıq ödəmə azaldılır. Göründüyü kimi 2017-ci il 01 yanvar tarixdən qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx xxxxxx 2016-cı il 474-VQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclarının vergi orqanları tərəfindən silinməsi qərara alınmış və bu Qanuna əsasən faiz borclarının silinməsi həyata keçirilmişdir. Cavabdeh səlahiyyətlərinə uyğun olaraq iddiaçının şəxsi hesab vərəqəsində 2017ci ilin 1 yanvar tarixinə olan vergi borcunu silmiş, lakin azalma aparılarkən texniki yanlışlığa yol verilərək artıq azalma aparılmışdır. Bundan sonra vergi orqanı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu şəxsi hesab vərəqəsində bərpa edilmişdir. İddiaçının vergi borcu bərpa edildiyindən sistem tərəfindən avtomatik olaraq faiz məbləği də şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Beləliklə vergi orqanı tərəfindən xx xxxxxx 2018-ci il tarixdə yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı aparılmaqla artıq azalmış vergi borcu və faiz məbləğinin iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsi əsaslı olmuşdur və həmin borcun silinməsi üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə “xxxx” MTKnın şəxsi hesab vərəqəsinə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa əsasən dürüstləşmə adı ilə işlənilmiş 435.490.12 manat vergi borcunun və 103.302,82 faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsində bərpa edilməsinin əsaslı olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx Mənzil Tikinti Kooperativindən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı «xxxx Mənzil Tikinti Kooperativindən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1987/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1987/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver