Məhkəmə qərarları › İş №2-1(112)-19871/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19871/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19871/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 123.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 133.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 88.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 53 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin və 64 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 99.9 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 51.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin yaşayış sahəsi kimi onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması, həmin mənzillərə dair reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdeh — Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, 60 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 117.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 83.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 86.1 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, 62 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 123.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 133.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 88.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 53 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin və 64 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 99.9 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 51.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin yaşayış sahəsi kimi onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması, həmin mənzillərə dair reyestrdən çıxarış va texniki pasportların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2026-cı il tarixdə İPMnin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 60 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 117.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 83.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 86.1 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, 62 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 123.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 133.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 88.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 53 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin və 64 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin, sahəsi 99.9 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin, sahəsi 51.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzilin yaşayış sahəsi kimi onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması, həmin mənzillərə dair reyestrdən çıxarış va texniki pasportların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsus ünvan 1 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının istismarına müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanuni qaydada icazə verilmişdir. O, həmin binalardan iddianın tələb hissəsində göstərilən yaşayış sahələrini əldə etmiş, müvafiq olaraq həmin əmlakların dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, onun tərəfindən cavabdeh quruma müraciət edilərək həmin binaların 11ci mərtəbəsindəki 7 mənzilin yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması, buna dair çıxarışların və texniki pasportların verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh qurumun xx.xx.2025-ci il tarixli məktubu ilə bu müraciət əsassız şəkildə rədd edilmişdir. Bu imtina qanuni əsaslara və faktiki hallara söykənmədiyindən, hesab edir ki, həmin cavab inzibati akt kimi hüquqa ziddir. Hesab edir ki, cavabdeh orqanın qeyd olunan imtinası onun və digər kooperativ üzvlərinin mülkiyyət hüquqlarının həyata keçirilməsini qeyri-qanuni şəkildə məhdudlaşdırır və Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş təminatlara ziddir. Bu səbəbdən də belə bir imtinanın hüquqi əsası yoxdur və imtina əsassızdır. Binaların 11-ci mərtəbəsində yerləşən mənzillər layihə sənədlərinə və texniki pasport məlumatlarına tam uyğun şəkildə inşa edilmişdir. Onların sahəsi, konstruksiyası və göstəriciləri təsdiqlənmiş sənədlərə uyğun olub, faktiki yaşayış üçün yararlıdır, istismar üçün təhlükə yaratmır və tikinti normalarına zidd deyil. Müvafiq olaraq bu sahələrin qeydiyyata alınmasına qarşı hüquqi və texniki maneə yoxdur. Eyni zamanda cavabdeh tərəfindən texniki və layihə uyğunsuzluğu ilə bağlı irəli sürülən arqumentlərin əsassızlığı sübuta yetirilmişdir. Çünki müvafiq mərtəbələrdə yerləşən mənzillər istismar üçün tam yararlıdır və qanunvericiliyin tələblərinə cavab verir. Bu səbəbdən də imtina əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İdarəyə təqdim edilmiş ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş Eii-77/24 (S-323/2004) saylı, xx.xx.2024-cü il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər-hansı məlumat qeyd edilməmiş, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi 2308.20 kv.m., zirzəmi mərtəbəsinin ümumi sahəsi 2756.20 kv.m., mənzillərin ümumi sayı 252 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yaşayış binasına texniki baxış keçirilən zaman texniki mərtəbədə 28 ədəd mənzilin mövcud olduğu, həyətaltı 1-ci mərtəbədə (bina relyefdədir) 1607.93 kv.m., həyətaltı zirzəmi mərtəbəsində (-1) 1996.09 kv.m. sahələrin “Tikinti obyektinin istismarına icazə” sənədində göstərilən 1-ci mərtəbənin və zirzəmi mərtəbəsinin sahələrinə, həmçinin 28 ədəd mənzilin binada yerləşən mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verlmiş xx.xx.2024-cü il tarixli, Eii-77/24 (S-323/2004) №-li “Tikinti obyektivinin istismara icazə”dən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 3 ünvanında (l-X-412096.8769, Y- 4471235.4983; 2-X-412124.87, Y- 4471235.2123; 3-X-412124.9195, Y-4471249.6751; 4-X-412084.21, Y- 4471250.0399; 5- X-412082.5463, Y-4471189.7577; 6-X-412153.6599, Y-4471189.3396; 7-X-412153.88, Y- 4471207.24; 8-X-412159.68, Y-4471207.2084; 9-X-412159.83, Y-4471249.1498; 10-X- 412143.46, Y- 4471249.5 798; ll-X-412142.9524, Y-4471207.6531; 12-X-412096.2996, Y- 4471208.11; 13-X- 412096.2911, Y-4471214.18; 14-X-412101.2326. Y-4471214,2441; 15- X-412101.2219, Y-4471228.34; 16- X-412096.8769, Y-4471228.4107) "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən inşa edilmiş mənzillərin ümumi sayı faktiki və layihə üzrə 252, mərtəbələrin sayı faktiki və layihə üzrə zirzəmi (-), 10 (+texniki mərtəbəli), zirzəminin ümumi sahəsi faktiki və layihə üzrə 2756,20 kv.metr, 1-ci mərtəbənin qeyri-yaşayış sahəsi faktiki və layihə üzrə 2308,20 kv.metr, texniki mərtəbənin sahəsi faktiki və layihə üzrə 2441,70 kv.metr tikinti obyektinin (yaşayış binası) əsas texniki göstəriciləri malik olan tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2024-cü il tarixindən "xxxx" Mənzil- Tikinti Kooperativinə tikinti obyektinin istismanına icazə verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 13 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 99,9 kv.metr olan 2 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 13 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 99,9 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 16 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 110 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 16 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 110 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 19 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 53 kv.metr olan 1 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 19 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 53 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 22 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 88,7 kv.metr olan 2 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 22 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 88,7 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 38 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 60, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 117,7 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 38 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 60, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 117,7 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 25 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 133,7 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 25 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 133.7 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 28 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 123,7 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 28 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 62, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 123,7 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 31 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 51.8 kv.metr olan 1 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 31 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 51.8 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 39 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 60, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 83.7 kv.metr olan 2 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 39 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 64, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 83,7 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli üzvlərinin ümumi iclasının 40 №-li protokolundan çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə üzv qəbul edilməsi və ona Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 60, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 86,1 kv.metr olan 2 otaqlı mənzil verilməsi qərara alınmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli, 40 №-li “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yaşayış kompleksindəki binanın giriş 60, mərtəbə (M) 11, mənzil (m) - , ümumi sahəsi 86.1 kv.metr olan mənzilin pay dəyəri “Payçı” İddiaçı tərəfindən Kooperativə tam ödənilmişdir və heç bir borcu yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayopnu, Lütfi Zadə küçəsi, ev 60, 62, 64, 66, 68, 70, 72, 74, mənzil 2 (Yeni qaydalarla: AZ 1149, ünvan 4 ünvanında yerləşən № **********02-05301-093002 reyestr nömrəli daşınmaz əmlak (mənzil) üzərində Yahubova Aısunun xüsusi mülkiyyət hüquqları xx.xx.2025-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 60, 62, 64, 66, 68, 70, 72, 74, mənzil 3 (Yeni qaydalarla: AZ 1149, ünvan 5 ünvanında yerləşən № **********02-05301-093001 reyestr nömrəli daşınmaz əmlak (mənzil) üzərində X1 xüsusi mülkiyyət hüquqları xx.xx.2025-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin: - xx.xx.2025-ci il tarixli **********13 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... İdarəyə təqdim edilmiş ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş Eii-77/24 (S-323/2004) saylı, xx.xx.2024-cü il tarixli “Tikinti obyektinin istismarına icazə" sənədində texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər-hansı məlumat qeyd edilməmiş, 1-ci mərtəbənin qeyriyaşayış sahəsi 2308.20 kv.m., zirzəmi mərtəbəsinin ümumi sahəsi 2756.20 kv.m., mənzillərin ümumi sayı 252 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yaşayış binasına texniki baxış keçirilən zaman texniki mərtəbədə 28 ədəd mənzilin mövcud olduğu, həyətaltı 1-ci mərtəbədə (bina relyefdədir) 1607.93 kv.m., həyətaltı zirzəmi mərtəbəsində (-1) 1996.09 kv.m. sahələrin “Tikinti obyektinin istismarına icazə” sənədində göstərilən 1-ci mərtəbənin və zirzəmi mərtəbəsinin sahələrinə, həmçinin 28 ədəd mənzilin binada yerləşən mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.” - xx.xx.2025-ci il tarixli **********85 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... İdarəyə təqdim edilmiş ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş Eii-77/24 (S-323/2004) saylı, xx.xx.2024-cü il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədində texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər-hansı məlumat qeyd edilməmiş, 1-ci mərtəbənin qeyriyaşayış sahəsi 2308.20 kv.m., zirzəmi mərtəbəsinin ümumi sahəsi 2756.20 kv.m., mənzillərin ümumi sayı 252 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yaşayış binasına texniki baxış keçirilən zaman texniki mərtəbədə 28 ədəd mənzilin mövcud olduğu, həyətaltı 1-ci mərtəbədə (bina relyefdədir) 1607.93 kv.m., həyətaltı zirzəmi mərtəbəsində (-1) 1996.09 kv.m. sahələrin “Tikinti obyektinin istismarına icazə” sənədində göstərilən 1-ci mərtəbənin və zirzəmi mərtəbəsinin sahələrinə, həmçinin 28 ədəd mənzilin binada yerləşən mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.” Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-61651/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, X3 məxsus olan Lütfi Zadə küçəsi 60, 62, 64, 66, 68, 70, 72, 74 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının giriş 62-də yerləşən mənzilin sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 399,10 kv. metr, giriş 64-də yerləşən mənzilin sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 261,3 kv.metr təşki edir. Çoxmərtəbəli yaşayış binası 10 + texniki mərtəbəli, 8 girişdən ibarətdir. Texniki mərtəbədə 28 ədəd mənzil mövcuddur ki, təqdim edilən layihəyə uyğun olsa da istismara qəbul aktında göstərilən mənzillərin (255) say tərkibinəə daxil deyil. Mənzillər 1 otaqlı – 6 ədəd (322,7 kv.metr), 2 otaqlı – 9 ədəd (796,8 kv.metr), 3 otaqlı – 12 ədəd (1485,3 kv.metr) və 4 otaqlı 1 ədəddir (142,9). Həmçinin həyataltı 1-ci mərtəbə (bina relyefdədir) – 1607,93 kv.metr və həyətaltı zirzəmi (-1) mərtəbə - 1996.09 kv.metr sahələr mövcuddur ki. təqdim edilən layihəyə uyğun olsa da istismara qəbul aktında qeyd edilən ümumi 1-ci (2308,2 kv.metr) və ümumi zirzəmi (2756,2 kv.metr) mərtəbələrin sahəsinə daxil deyil. Təqdim edilən layihə razılaşdırılmamışdır. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası “X4”nin xx.xx.2026-cı il tarixli, 07 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X5, İddiaçı, X2 məxsus Lütfi Zadə küçəsi, “60”, “62”, “64”, “66”, “68”, “70”, “72”, “74” ünvanlarında yerləşən yaşayış binalarının 11-ci mərtəbəsində olan sahələrin mövcud vəziyyəti üzrə ayrı-ayrılıqda yaşayış üçün şərait yaradılmış, hazırda mənzil kimi bölgü aparıldığı və digər alt mərtəbələrdəki mənzl sahələrinə uyğun olmaqla yanğın təhlükəsizliyi tələblərinə, komunal, sanitariyagigiyena, ekoloji tələblərə cavab verdiyi müəyyən edilmişdir. “İnşaat Norma və Qaydaları”nın və “Mənzil Məcəlləsi”nin 13, 14 və 15-ci maddələrinin tələblərinə uyğun olaraq, tədqiq olunan Bakı şəhəri, ünvan 6 ünvanlarında yerləşən yaşayış binasının 11-ci mərtəbəsində olan yaşayış sahələrinin 1; 2; 3 və 4 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət olmaqla mənzil sahəsi olduğu müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: ... - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. ... - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: ... Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. ... Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. ... Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

“İnzibati icraat haqqında” Qanunu: ... Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzillər üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli yaşayış sahələrinin mənzillərin ümumi say tərkibinə daxil olub-olmadığı araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzillər) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahələrinə (mənzillərə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının təqdim etdiyi "xxxx" MTK-nin üzvlərinin protokolundan çıxarışlar və maliyyə arayışları ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsası odur ki, iddia olunan mənzillər mənzillərin ümumi say tərkibinə daxil deyil. Məhkəmə bununla bağlı ilk növbədə bildirir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahələrinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə bildirir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq mütəxəssis rəyləri alınmışdır. Aparılmış araşdırma zamanıda məlum olmuşdur ki, iddia olunan sahələr texniki mərtəbə kimi istismara qəbul aktında qeyd edilsə də, faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olmaqla, ayrıca 11-ci mərtəbədə yerləşməklə yaşayış sahəsinə yararlıdır. Belə ki, yaşayış binasının 11-ci mərtəbəsində olan yaşayış sahələrinin 1; 2; 3 və 4 otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət olmaqla mənzil sahəsi olduğu aşkar edilmişdir. Göründüyü kimi cavabdeh iddia olunan mənzillər texniki mərtəbə kimi istismara qəbul aktında qeyd edilsə də, həmin mənzillər Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normaları sisteminə uyğun olduğundan, həmçinin faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olduğundan, eyni zamanda yararlıq xüsusiyyətlərinədə cavab verdiyindən, cavabdehin irəli sürdüyü dəlilin formal xarakter daşıdığı görünür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, nəzərdə tutulmuş məbləğdə mənzillərin dəyəri ödənildiyindən, həmçinin həmin mənzillər istismara icazə sənədində nəzərdə tutulduğundan iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. Eyni zamanda Məhkəmə, müqavilədə iddiaçıya ayrılmış mənzillər fərdiləşmə nömrəsinin göstərilməməsi ilə bağlı diqqətə çatdırmağı zəruri hesab edir ki, doğrudur ki, əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olması zəruridir. Lakin, nəzərə alınmalıdır ki, müqavilə münasibətləri zənnində iddiaçıya satılmış əmlakların rekvizit məlumatlarının olmaması onun iradə ifadəsindən asılı olan hal deyil. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 60 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 117.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzil, sahəsi 83.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzil, sahəsi 86.1 kv.m-dən ibarət olan 2 otaqlı mənzil, 62 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 123.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzil, sahəsi 133.7 kv.m-dən ibarət olan 3 otaqlı mənzil, sahəsi 88.7 kv.m-dən ibarət olan 2 otaqlı mənzil, sahəsi 53 kv.m-dən ibarət olan 1 otaqlı mənzil və 64 saylı girişin 11-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m-dən ibarət olan 3 otaqlı mənzil, sahəsi 99.9 kv.m-dən ibarət olan 2 otaqlı mənzil, sahəsi 51.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzillər üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının yaşayış sahələri kimi Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar