Məhkəmə qərarları › İş №2-1(112)-1988/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1988/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1988/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X5 Filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 62 yaşının tamam olduğu 24.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X5 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta ixtisas təhsili almış və 01.08.1977-ci ildən 01.12.2011-ci ilədək əmək fəaliyyəti ilə məşqul olmuş, ümumilikdə 25 ildən çox sosial sığorta stajı var. Qeyd olunan sığorta stajı iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə müraciət edərək pensiyanın təyin edilməsini xahiş etmiş, lakin 25 ildən az əmək stajının olduğu əsas gətirilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən ona imtina edilmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 01.08.1977-ci ildən 01.12.2011-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajının əmək kitabçasında qeyd olunmasına baxmayaraq, yəni 25 il sosial sığorta stajı olmasına baxmayaraq cavabdehin 25 ildən az sosial sığorta stajı olduğunu əsas gətirərək imtina etməsi iddiaçının pensiya hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında aşağıdakılar göstərilmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı (19 il 04 ay) qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Azərbaycan Yazıçılar X3 aid şəxsi heyyətə dair sənədləri arxivdə saxlanılmadığından, iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almaması, həmin müəssisənin sığortaolunan kimi qeydiyyatdan keçməsi, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, iddiaçının 28.05.1999-cu il tarixdən 01.01.2006-cı il tarixədək Azərbaycan Yazıçılar X1 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun cəmi 19 il 4 ay sosial sığorta stajı mövcud olmuşdur. Beləliklə, iddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Sonda iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 13.01.2014-ci il tarixdə Bakı Suraxanı RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı qızı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış 09.08.2021-ci il tarixli **********7 saylı imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi 06.08.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçasına və № 822024 saylı diplomunun surətinə əsasən sığorta stajı 19 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 14733,35 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Əlavə olaraq bildirilmişdir ki, 28.05.1999-cu il tarixindən 01.01.2006-cı il tarixinədək işlədiyi Azərbaycan Respublikasının Yazıçılar X3 aid arxiv sənədləri saxlanılmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin Qanununun 22-1.5-ci 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya 26.05.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus 18.07.1977-ci il tarixli 822024 saylı diplomdan görünür ki, iddiaçı 1974-1977-ci illərdə Bakı şəhəri 29 №-li orta texniki peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus 06.08.1977-ci il tarixdə doldurulmuş ИT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01.09.1974-31.07.1977-ci illərdə 29 nömrəli ŞPTM-də təhsil almış, 01.08.1977-04.12.1978-ci illərdə Azon zavodunda 3 nömrəli sexində elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı (Əmr №248-k, 05.08.1977), 04.12.1978-01.02.1989-cu illərdə hermetizasiya sahəsində mikrosxem montajçısı (Əmr №542, 04.12.1978), 01.02.1989-28.12.1992-ci illərdə oymaçı (Əmr № 84-k, 16.02.1989), 03.01.1993-01.12.1993-cü illərdə “Firdovsi” təsərrüfat sahəsində texnik (Əmr №14, 3.01.1993), 28.05.1999-01.03.2006-cı illərdə Azərbaycan Respublikası Ədəbiyyat fondunda kassir (Əmr №9, 28.05.1999), 01.09.2011-01.12.2011-ci illərdə Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasında aşbaz (əmr 43, 01.09.2011-ci il) peşələrində işləmişdir. - Azərbaycan Yazıçılar Birliyinin K-13/53 saylı 02.03.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “İddiaçı pensiya məsələsilə əlaqədar bir neçə müddət əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq şöbədən gələn əməkdaşlara məlumat verilmiş, akt imzalanmışdır. ƏƏSMN Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına göndərdiyimiz məktubda da bu məsələnin daha geniş izahatı verilmişdir. Sosial müdafiə şöbəsinin sorğusundan bizə məlum olub ki, İddiaçı Azərbaycan Ədəbiyyat Fondunun əməkdaşı olmuşdur. Bu Fond SSRİ Ədəbiyyat Fondu Azərbaycan şöbəsinin hüquqi varisi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Ədəbiyyat Fondunun adı Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinə daxil edilsə də, əslində Fond müstəqil ictimai birlik kimi respublika Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Azərbaycan Ədəbiyyat Fondunun sabiq direktoru nizamnamədən kənara çıxdığı və neqativ hallara yol verdiyi üçün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi vaxtilə respublikanın baş prokuroruna müraciət etmişdir. Məhkəmə qərar çıxarar-çıxarmaz sabiq direktor Azərbaycandan köçmüş, Fondun bir sənədini belə təhvil verməmişdir. Böyük ehtimal ilə, İddiaçı həqiqətən bu Fondda işləmişdir. Təəssüf ki, sənədlər əlimizdə olmadığından bu faktı təsdiq etmək imkansızdır. Qanunların aliliyinə hər bir vətəndaşımız hörmətlə yanaşmalıdır, amma İddiaçı pensiya məsələsinin müsbət həll olunması üçün biz də humanizmə sığınırıq və istisna mümkündürsə, ona köməklik göstərmənizi xahiş edirik”. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasız olmuşdur. Belə ki, iş materiallarında sənədlərə əsasən iddiaçının tələb olunan 25 il iş stajı toplanır. İddiaçı 01.09.1974-cü ildən 31.07.1977-ci ilə qədər 29 nömrəli ŞPTM-də təhsil alaraq (2 il 11 ay), 01.08.1977-ci il tarixdən 04.12.1978-ci il tarixə qədər Azon zavodunda 3 nömrəli sexdə elektron texnika detallarının və cihazlarının ikinci dərəcəli sınaqçısı (1 il 4 ay 3 gün), 04.12.1978-ci il tarixdən 01.02.1989-cu il tarixə qədər hermetizasiya sahəsində mikrosxem montajçısı (10 il 1 ay 27 gün), 01.02.1989-cu il tarixdən 28.12.1992-ci il tarixə qədər oymaçı (3 il 09 ay 27 gün), 03.01.1993-cü il tarixdən 01.12.1993-cü il tarixə qədər “Firdovsi” təsərrüfat sahəsində texnik (10 ay 28 gün), 28.05.1999-cu il tarixdən 01.03.2006-cı il tarixə qədər Azərbaycan Respublikası Ədəbiyyat Fondunda kassir (6 il 9 ay 4 gün), 01.09.2011-ci il 01.12.2011-ci il tarixə qədər Binəqədi rayonu 238 saylı körpələr evi uşaq bağçasına aşbaz (3 ay) peşələrində işləməklə 26 il 01 ay 29 gün iş stajını toplamışdır. Cavabdeh tərəfindən isə iddiaçının Azərbaycan Respublikası Yazıçılar X1 kassir (6 il 9 ay 4 gün) peşəsində işlədiyi dövrün iş stajına nəzərə alınmaması isə qanunsuz və əsassız olmuşdur. Həmin müəssisədə iddiaçıya aid arxiv sənədlərinin saxlanılmaması iddiaçının günahından baş vermiş, yaxud da ondan asılı olmayan hal oldugundan onun ziyanına şərh edilməməlidir Belə ki, iş materialarında olan iddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən həmin vəzifədə işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları uyğun olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının 62 yaşının tamam olduğu 24.05.2021-cu il tarixdə 25 il əmək stajı toplanmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən 25 il sığorta stajı olması şərti ödəndiyi üçün, məhkəmə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini araşdırmağı zəruri hesab etmir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulduğu aşkar edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 62 yaşının tamam olduğu 24.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X5 Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 24.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X5 Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar