Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1989/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Hacıyeva Gülnar Camal qızı) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Hacıyeva Gülnar Camal qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıyeva Gülnar Camal qızının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Hacıyeva Gülnar Camal qızının tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın (qeydiyyat nömrəsi 110710316, qeydiyyat tarixi xx.xx.2007-ci il) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Qaradağ rayon XDS İKnin (indiki Qaradağ rayon İcra Hakimiyyətinin) 41/400 saylı, xx.xx.1987-ci il tarixli Qərarı ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ona ayrılmışdır. Lakin üçüncü şəxs Hacıyeva Gülnar Camal qızı saxta sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci tarixli reyestrdən çıxarış verilmişdir. O, cavabdehə müraciət edərək üçüncü şəxsin adına verilmiş həmin çıxarış qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbində qeyd olunan, üçüncü şəxs Hacıyeva Gülnar Camal qızının adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2004-cü il tarixli, 2-249/2004 nömrəli qərardadına əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Hacıyeva Gülnar Camal qızı izahatında bildirdi ki, o, iddiaçı ilə 1982-ci ildə nikaha daxil olmuş, Qaradağ rayon XDS İK-nin 41/400 saylı, xx.xx.1987-ci il tarixli qərarına əsasən 6 sot torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmişlər. Onun 1991-ci ildə iddiaçı ilə nikahları pozulmuş, bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qərarı ilə sözügedən ev ikiyə bölünmüşdür. O, Qaradağ Rayon İcraiyyə Komitəsinin qərarı əsasında həmin ünvana qeydiyyata alınmış, o vaxtdan orada yaşamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə həmin evin yardımçı sahələri bölünərək onun istifadəsinə verilmişdir. O, yeni bölgüsü əsasında cavabdehə müraciət edərək mübahisələndirilən evə dair qeydiyyat vəsiqəsi və texniki pasport almışdır. Lakin sonradan iddiaçının apellyasiya şikayəti əsasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, onun bu qərarla bağlı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə həmin evin yardımçı hissələrindən və torpaq sahəsindən istifadə ilə bağlı onlar arasındakı əvvəlki vəziyyət bərpa edilmişdir. Lakin bu qərar tamamilə ədalətsizdir. Onun da həmin ev üzərində hüquqları var, iddiaçı özbaşına bu ünvanı sökməyə başlamışdır. İddia tələbi tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Hacıyeva Gülnar Camal qızının adına verilmiş ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Əlavə olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz məhkəmə aktları ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin 2-1(112)-9490/2021 saylı, 18 noyabr 2021-ci il tarixli müraciətinizə cavab olaraq, qeyd edirik ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, G.C.Hacıyevanın həyətyanı torpaq sahəsinin və yardımçı tikililərin bölünməsinə dair iddiası rədd edilmişdir. xx.xx.2008-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 1MK-305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən iddiaçı Hacıyeva Gülnar Camal qızı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(102)-1289/08 saylı, 06 iyun 2008-ci il tarixli qərarı ilə iddiaçı Hacıyeva Gülnar Camal qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 1MK- 305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 11 avqust 2008-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 saylı yaşayış evinin yardımçı sahələrindən və həyətyanı torpaq sahəsindən istifadə edilməsi hissəsində tərəflər əvvəlki vəziyyətə qaytarılması qərara alınmış, Qərardadın icrası Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə edilmişdir. Qərardaddan kassasiya şikayəti verilmədiyindən xx.xx.2008-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2008-ci il tarixdə Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1MK-305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinə icraya dönüş edilməsi barədə qərardad qəbul edilərək müvafiq İcra şöbəsinə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 2-249/2004-cü il saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Hacıyeva Gülnar Camal qızının İddiaçı qarşı ümumi istifadədə olan torpaq sahəsinin və yardımçı sahələrinin bölünərək ayrılmasına dair iddiası təmin edilmiş, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin yardımçı sahələrinin bölünərək B və V tikililərinin Hacıyeva Gülnar Camal qızının istifadəsinə verilməsi, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin B tikintisi ilə yaşayış evi arasından giriş-çıxış qapısının açılması, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 6 saylı köməkçi sahəsinin yarı bölünərək sol hissəsinin X3 istifadəsinə verilməklə oradan 1 saylı köməkçi hissəyə giriş-çıxış qapısının açılması, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin X3 istifadəsinə verilməsi, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin 6 saylı köməkçi sahəsinin yarı bölünərək sağ hissəsi, C, D və E saylı yardımçı sahələrin İddiaçı istifadəsinə verilməsi, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin həyətyanı torpaq sahəsinin 6 saylı köməkçi sahənin bölünmüş hissəsindən düz istiqamətdə bölünərək sol sahənin Hacıyeva Gülnar Camal qızının sağ sahənin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1MK-305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsindən İddiaçı Atamalı oğlunun apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin ləğv edilməsi, G.C.Hacıyevanın həyətyanı torpaq sahəsinin və yardımçı tikililərin bölünməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1289/08 saylı, xx.xx.2008-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Hacıyeva Gülnar Camal qızının Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK- 305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MİÜMK- nın 1MK- 305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 1mk-305/2007 saylı, xx.xx.2008-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə İddiaçı Atamalı oğlunun ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsnin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 saylı yaşayış evinin yardımçı sahələrindən və həyətyanı torpaq sahəsindən istifadə edilməsi hissəsində tərəflərin əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Qərardad 11 avqust 2008-ci il tarixdə qanuni qüvvəsini almışdır, xx.xx.2008-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən qərardad icra edilməsi üçün Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin 2-1(112)-1989/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli məktubunuza əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-305/2007 nömrəli mülki iş araşdırıldı. Məktubda qeyd etdiyiniz Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2004-cü il tarixli qərardad aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, G.C.Hacıyevamn həyətyanı torpaq sahəsinin və yardımçı tikililərin bölünməsinə dair iddiası rədd edilmişdir. 01 aprel 2008-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsindən iddiaçı Hacıyeva Gülnar Camal qızı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(102)-1289/08 nömrəli, 06 iyun 2008-ci il tarixli qərarı ilə iddiaçı Hacıyeva Gülnar Camal qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 11 avqust 2008-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 saylı yaşayış evinin yardımçı sahələrindən və həyətyanı torpaq sahəsindən istifadə edilməsi hissəsində tərəflərin əvvəlki vəziyyətə qaytarılması qərara alınmış, Qərardadın icrası Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinə həvalə edilmişdir. Qərardaddan kassasiya şikayəti verilmədiyindən 11 avqust 2008-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 27 oktyabr 2008-ci il tarixdə Qaradağ rayon Məhkəmə icraçıları şöbəsinə göndərilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK- 305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinə icraya dönüş edilməsi barədə qərardad qəbul edilərək müvafiq İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 saylı evə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli məktubunun surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2-249 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən Dəmiryolçular küçəsindəki 31 nömrəli mülkün X5 məxsus olan hissəsinə aşağıdakı poçt ünvanı təyin edilir. Ünvan: Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 31A. Həmin məktuba əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-249/2004-cü il saylı qərardadının surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü tarixli, 2-249/2004-cü il saylı qətnaməsində Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin Hacıyeva Gülnar Camal qızının mülkiyətinə verilməsi barədə olan anlaşılmazlığın aradan qaldırılması, Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin Hacıyeva Gülnar Camal qızının mülkiyətinə verilməsi qərara alınmışdır. Həmin məktuba Qaradağ Rayon Məhkəməsinin 2-249/2004-cü il saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinin surəti də əlavə edilmişdir. Həmin məktuba əlavə edilmiş Qaradağ rayon Xalq Məhkəməsinin 22 may 1991-ci il tarixli qərarına əsasən iddiaçı X4 yaşayış sahəsinin və köməkçi sahənin naturada bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 ünvanında yerləşən mübahisəli yaşayış evinin bölgüsünün həyata keçirilməsi, sahəsi 24,5 kv.m olan, pəncərəsi köməkçi sahələrə açılan 1 otağına X1 hüququnun tanınması, eyni sahəsi olan ikinci otağın İddiaçı sahibliyində saxlanılması, kommunal xidmət və köməkçi tikililər, eləcə də evin eyvan və girişinin ümumi istifadədə saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli 2-1(112)-9490/2021 nömrəli məktubunuza rayon icra hakimiyyətində baxılmışdır. Məlumat üçün bildiririk ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahı”sına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilir. Bildiririk ki, Qaradağ rayon XDS İK-nin xx.xx.1987-ci tarixli, 41/40 saylı qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9490/2021 nömrəli məktubunuza rayon icra hakimiyyətində baxılmışdır. Məlumat üçün bildiririk ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahı”sına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilir. Bildiririk ki, Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 41/400 nömrəli qərarının, qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. İş materiallarında olan Qaradağ rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 7/199 nömrəli qərarının surətindən görünür ki, X2 yaşadığı Ələt qəsəbəsi, Dəmirçiyolu küçəsi, ev 31 nömrəli 268.1 kv.m torpaq sahəsi bir otaqdan ibarət yaşayış sahəsi 24,6 kv.m, köməkçi sahə 18,5 kv.m, saray 44,0 kv.m, hamam tualet sahəsi 28 kv.m olan fərdi yaşayış evinin sənədləşdirilib qeydiyyata alınaraq şəxsi mülkü sayılması qərara alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2-201/98-ci il saylı, xx.xx.1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Hacıyeva Gülnar Camal qızına və qeyrilərinə mülkün qeydə alınmasına dair Qaradağ rayon XDS İKnin xx.xx.1991-ci il tarixli qərarın ləğv edilməsi və yardımçı tikililərdən istifadəyə mane olan daş hasarın sökülməsinə dair iddiası təmin edilmiş, ünvan 8 ünvanda yerləşən evdə 18,5 kv.m köməkçi sahənin, 44 kv.m sarayın və 28 kv.m sahəsi olan hamam-tualetin cavabdeh Hacıyeva Gülnar Camal qızının mülkiyyətinə verilməsi barədə Qaradağ rayon XDS İK-nin 23 avqust 1991-ci il tarixli, 7/199 saylı qərarının ləğv edilməsi və kommunal xidmət yerləri və digər tikililərin Qaradağ Rayon Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə müvafiq olaraq tərəflərin ümumi istifadəsində saxlanılması və yardımçı tikililərdən istifadəyə mane olan daş hasarın cavabdeh Hacıyeva Gülnar Camal qızının hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın surətindən notarial qaydada təsdiqlənmiş görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmirçiyolu küçəsi, 31 a nömrəli fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) Hacıyeva Gülnar Camal qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********89- 10301, qeydiyyat nömrəsi 1********). İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarla məhkəməyə təqdim edilmiş Qaradağ rayon XDS İK-nin “Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 41/400 saylı, xx.xx.1987-ci il tarixli qərarının arxiv çıxarışından görünür ki, Ələt qəsəbəsi, ünvan 10 ünvanında yaşayan, mənzil növbəsində olan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 31 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci ildə verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah pozulmuşdur, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 74 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Səmədov, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Qaradağ Rayon Məhkəməsinin 2-249/2004 saylı, xx.xx.2004-cü il tarixli qərardadı İdarə tərəfindən icra olunaraq Hacıyeva Gülnar Camal qızına ünvan 13 ünvanına dair çıxarış verilmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1989/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1MK-305/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, Hacıyeva Gülnar Camal qızının həyətyanı torpaq sahəsinin və yardımçı tikililərin bölünməsinə dair iddiası rədd edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 11 avqust 2008-ci il tarixli qərardadı ilə Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır. Lakin müvafiq məhkəmə aktlarında xx.xx.2004-cü il tarixli qərardadının icrasına dönüşlə bağlı hər hansı bir məlumat qeyd olunmayıb. Bundan əlavə bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin icrada dönüşlə bağlı və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinin ləğvi ilə bağlı məhkəmə aktları İdarədə aşkar olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Qaradağ rayon XDS İK-nin “Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 41/400 saylı, xx.xx.1987-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 31 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qaradağ Rayon Məhkəməsinin 2-249/2004-cü il saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Hacıyeva Gülnar Camal qızının İddiaçı qarşı ümumi istifadədə olan torpaq sahəsinin və yardımçı sahələrinin bölünərək ayrılmasına dair iddiası təmin edilmiş, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin yardımçı sahələrinin bölünərək B və V tikililərinin Hacıyeva Gülnar Camal qızının istifadəsinə verilməsi, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin B tikintisi ilə yaşayış evi arasından giriş-çıxış qapısının açılması, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 6 saylı köməkçi sahəsinin yarı bölünərək sol hissəsinin X3 istifadəsinə verilməklə oradan 1 saylı köməkçi hissəyə giriş-çıxış qapısının açılması, Qaradağ rayonunun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin X3 istifadəsinə verilməsi, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin 6 saylı köməkçi sahəsinin yarı bölünərək sağ hissəsi, C, D və E saylı yardımçı sahələrin İddiaçı istifadəsinə verilməsi, Qaradağ rayonun Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış yaşayış evinin həyətyanı torpaq sahəsinin 6 saylı köməkçi sahənin bölünmüş hissəsindən düz istiqamətdə bölünərək sol sahənin Hacıyeva Gülnar Camal qızının, sağ sahənin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1MK-305/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsindən İddiaçı Atamalı oğlunun apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, G.C.Hacıyevanın həyətyanı torpaq sahəsinin və yardımçı tikililərin bölünməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1289/08 saylı, xx.xx.2008-ci il tarixli qərarına əsasən iddiaçı Hacıyeva Gülnar Camal qızının Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MİÜMK- nın 1MK-305/2007 nömrəli, 20 sentyabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 1mk-305/2007 saylı, xx.xx.2008-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməsi barədə İddiaçı Atamalı oğlunun ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsnin 13 dekabr 2004-cü il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi, 31 saylı yaşayış evinin yardımçı sahələrindən və həyətyanı torpaq sahəsindən istifadə edilməsi hissəsində tərəflərin əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Qərardad 11 avqust 2008-ci il tarixdə qanuni qüvvəsini almışdır, xx.xx.2008-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən qərardad icra edilməsi üçün Qaradağ rayon Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2-249/2004 saylı, xx.xx.2004-cü il tarixli qərardadı İdarə tərəfindən icra olunaraq Hacıyeva Gülnar Camal qızına ünvan 15 ünvanına dair çıxarış verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə həmin ünvana dair hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir və həmin məktuba əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 249/2004-cü il saylı qərardadının surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 13 dekabr 2004-cü tarixli, 2-249/2004-cü il saylı qətnaməsində Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin Hacıyeva Gülnar Camal qızının mülkiyyətinə verilməsi barədə olan anlaşılmazlığın aradan qaldırılması, Ələt qəsəbəsindəki Dəmiryolçular küçəsindəki 31 saylı yaşayış evinin 1 saylı köməkçi sahəsinin Hacıyeva Gülnar Camal qızının mülkiyətinə verilməsi qərara alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 1MK-305/2007 nömrəli mülki iş araşdırılmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2004-cü il tarixli qərardadı aşkar edilməmişdir. Göründüyü kimi, qeyd olunan ünvana üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Hacıyeva Gülnar Camal qızının tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat (qeydiyyat nömrəsi 110710316, qeydiyyat tarixi xx.xx.2007-ci il) ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1989/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1989/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver