Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-199/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrində dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, bundan sonar İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kvm. qeyri-yaşayış sahəsini əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 283,85 kvm. qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255,5 kvm.-dən 283,85 kvm.-ə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 07 yanvar 2013-cü il tarixdə bağlanmış 20 nömrəli müqavilə ilə ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1ci mərtəbəsində yerləşən 304 kvm. qeyri-yaşayış sahəsini adı qeyd olunan MTK-dan almışdır. Müqavilənin bağlandığı 07 yanvar 2013-cü il tarixdə MTK-dan aldığı qeyriyaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir və MTK-ya borcunun olmadığına dair maliyyə arayışı da verilmişdir. Bundan sonra aldığı qeyri-yaşayış sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət edilmişdir. 21 avqust 2019-cu il tarixdə tərtib olunmuş texniki pasportda ona məxsus olan qeyriyaşayış sahəsinin ümumilikdə 255,5 kvm. olduğu göstərilmişdir, yəni texniki pasportda təxmini 50 kvm. az sahə qeyd olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə yenidən müraciət edərək onun "xxxx" MTK-dan aldığı 304 kvm. sahəni əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin verdiyi imtina məktubunda belə əsas gətirilmişdir ki, ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi onun tərəfindən istifadə edildiyindən sahələr arasında fərq yaranır, həmin sahənin (tərəfindən istifadə edilən lift dəhlizinin) texniki pasporta daxil edilməsi mümkün deyildir. Qeyd edir ki, cavabdeh tərəfindən verilən imtina tamamilə əsassızdır. O, yalnız ona satılmış 304 kvm. qeyri-yaşayış sahəsindən istifadə edir, həmin sahə ona dəqiq ölçülərək ayrılmışdır və həmin sahəyə ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin və ya digər belə tipli sahə daxil deyildir. Cavabdeh məsələni hərtərəfli araşdırmadan, dəqiq ölçmə aparmadan imtina vermişdir. Buna görə də imtina əsaslı deyil, belə imtina yekunda onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardır. Bu səbəbdən hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiası əsaslıdır və təmin edilməlidir, 07 yanvar 2013-cü il tarixdə bağlanmış 20 nömrəli müqavilə ilə aldığı ünvan 1 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokun 1-ci mərtəbəsində yerləşən 304 kvm. qeyri-yaşayış sahəsini əhatə edən texniki pasportun tərtib edilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçı inzibati orqana müraciət edərək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəsində göstərilən ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi tərəfindən istifadə edilməkdədir və bu səbəbdən ümumi sahədə fərq yaranmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - “Ləpələr" MTK üzvlərinin ümumi iclasnın 07 yanvar 2013-cü il tarixli, 20 nömrəli prokotokolndan çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın ünvan 4 ünvanındakı çoxmərtəbəli yaşayış binasında 1 giriş, 1 mərtəbə, ümumi sahəsi 304 kvm. olan qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdır. - "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, "xxxx" Mənzil-Tikinti Kooperativ üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında 20 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov 22 ünvanında "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 304 kvm. sahəsi olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 304 kvm.-dir. - "xxxx" MTK tərəfindən verilmiş 20/A №-li, xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki yaşayış binasının 1-ci blokun, 1-ci mərtəbəsindəki yerləşən, ümumi sahəsi 304 kvm. olan qeyri-yaşayış sahəsini müqavilə əsasında almışdır və dəyərini tam ödəmişdir. Kooperativə borcu yoxdur. - Cavabdeh tərəfdən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Döblət Şəhərsalma Arxitektura Komitəsinin 005 №-li, xx.xx.2019-cu il tarixli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”sinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 2 çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 255,5 kvm. olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə, ********* nömrə ilə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair **********73-05301-083005 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, qeyri-yaşayış sahəsi 16 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin boş otağının ümumi sahəsi 232,3 kvm., dəhlizinin ümumi sahəsi 3,4 kvm., sanitar qovşağının ümumi sahəsi 6,5 kvm., anbarının ümumi sahəsi 13,3 kvm., cəmi qeyri-yaşayış sahəsinin əsas sahəsi 232,3 kvm., köməkçi sahəsi 23,2 kvm. olmaqla ümumi sahəsi 255,5 kvm.-dən ibarətdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3584 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən binanın iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin faktiki olaraq faydalı sahəsinin 283,85 kvm. (255,5+28,35) təşkil etdiyi müəyyən olunur. Eyni zamanda həmin qeyri-yaşayış sahəsinin sahəsi oxdan-oxa hesablanarkən (divarların, arakəsmə divarların və sütunların altında qalan sahə nəzərə alınmaqla) sahənin 296,0 kvm. (12,6*15,5)+(6,85*14,7) təşkil etdiyi müəyyən olunur. "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən binanın iddiaçıya ayrılmış 304 kvm. qeyri-yaşayış sahəsinin sxemində konkret ölçülərini və istiqaməti göstərilmədiyindən qərardadın ikinci və üçüncü sualları barədə tədqiqat aparmaq mümkün olmamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********28 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəsinə baxılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəsində göstərilən ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi tərəfindən istifadə edilməkdədir və bu səbəbdən ümumi sahədə fərq yaranmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTKnın üzvü olmuş və MTK-nın ünvan 4 ünvanındakı çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 304 kvm. olan qeyri-yaşayış sahəsini dəyərini ödəməklə almışdır. "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən inşa edilmiş ünvan 2 çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən qeydə alınan zaman əsas sahəsi 232,3 kvm., köməkçi sahəsi 23,2 kvm. olmaqla ümumi sahəsi 255,5 kvm. qeyd edilmişdir. İddiaçının müqavilədə qeyd edilmiş ölçüyə uyğun qeyri-yaşayış sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciəti qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəsində göstərilən ümumi istifadə üçün nəzərdə tutulan lift dəhlizinin bir hissəsi tərəfindən istifadə edilməsi və bu səbəbdən ümumi sahədə fərq yaranması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınması işin mübahisəsiz haldır. İşin mübahisəli halı qeyriyaşayış sahəsinin ölçüsü ilə bağlıdır. İddiaçı payçısı olduğu MTK-dan 304 kvm. sahəsi olan qeyri-yaşayış sahəsini almış, həmin sahəyə uyğun dəyəri tərəfindən ödənilmişdir. İşin tam və hərtərəfli araşdırılması üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin faktiki olaraq faydalı sahəsinin 283,85 kvm. (255,5+28,35), oxdan-oxa hesablanarkən (divarların, arakəsmə divarların və sütunların altında qalan sahə nəzərə alınmaqla) sahənin 296,0 kvm. (12,6*15,5)+(6,85*14,7) təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0-cı bəndində təsbit edilmişdir ki, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; hüquqları dövlət qeydiyyatına almaq; hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, məhkəmə araşdırılması zamanı iddiaçı X1 mülkiyyətində ümumi sahəsi 283,85 kvm. olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırki məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255,5 kvm.-dən 283,85 kvm.-ə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci olan 100 manat cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2019-cu il tarixli, **********7 nömrə ilə aparılmış qeydiyyatda həmin daşınmaz əmlakın ölçüsünün 255,5 kvm.-dən 283,85 kvm.-ə dəyişdirilməsi və buna uyğun dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-199/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-199/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver