Məhkəmə qərarları › İş №2-1(112)-19902/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19902/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19902/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 7 saylı Cəzaçəkmə Müəssisəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti İxtisaslaşmış müəlicə müəssisəsinə qarşı “inzibati aktların ləğv olunması” tələbi dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 7 saylı Cəzaçəkmə Müəssisəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti İxtisaslaşmış müəlicə müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində İxtisaaslaşmış müalicə müəssisəsində cəza çəkdiyi müddət ərzinə xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli töhmətlərin, xx.xx.2025-ci il tarixində 7 saylı cəzaçəkmə müəssisəsində bir ay müddətinə kamera tipli otağa keçiriləsi barədə tədbirlərin- inzibati aktların ləğv edilməsi barədə xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə münkünlük iclası təyin olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşdular. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdehlər nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir İddiaçı vəkili Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı vəkili Vəkil ərizəsi təmin edilsin. İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 7 saylı Cəzaçəkmə Müəssisəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti İxtisaslaşmış müəlicə müəssisəsinə qarşı “inzibati aktların ləğv olunması” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar