Məhkəmə qərarları › İş №2-1(112)-1991/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1991/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1991/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 1994-cü il təvəllüdlü İddiaçı Sabunçu rayonu Balaxanı qəsəbə İcra Nümayəndəliyində qeydə alınmış 133 saylı, xx.xx.1994-cü il tarixli doğum akt qeydinin ona mənsub olması və doğum haqqında təkrar şəhadətnamənin onun özünə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh tərəfindən onun şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar şəhadətnamənin verilməməsi barədə xx.xx.2019-cu il tarixli 712-05/15 saylı imtina məktubu verilmişdir. Həmçinin doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyət vəsiqəsi də ala bilməmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün şəxsiyyət vəsiqəsi da ala bilməmişdir. Şəxsiyyət vəsiqəsi olmadan yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sabunçu RİHB-nin Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3944 saylı, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan AZE seriyalı, 13572745 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X5-bala qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İ № 932573 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 12 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitanında 04 mart 2018-ci il tarixdə qeyd aparılmışdır. Məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən sorğu əsasında 03 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğumunun qeydə alınıbalınmaması, qeydə alındığı halda doğum haqqında akt qeydindən çıxarış sorğu əsasında Bakı şəhəri Cavabdehndən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq 17 mart 2020-ci il tarixli, 05/13-397 saylı məktubla İddiaçı Balaxanı qəsəbə İcra nümayəndəliyində qeydə alınmış doğum akt qeydinin surəti məhkəməyə göndərilmişdir. Həmin akt qeydindən görünür ki, İddiaçı 03 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 noyabr 1994-cü il tarixdə 133 saylı nömrə ilə qeyd edilmişdir. Ata qrafasında xx.xx.1959-cu il təvəllüdlü X3, ana qrafasında xx.xx.1961-ci il təvəllüdlü X1 yazılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 noyabr 2019-cu il tarixli, 7/2 05/15 saylı imtina məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Vətəndaşlıq Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinə istinad olunaraq, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən şəxsiyyətini məhkəmə qaydasında müəyyən edildikdən sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. İşin araşdırılan hallarından görünür ki, İddiaçı 03 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və sonuncunun doğumu 22 noyabr 1994-cü il tarixdə 133 saylı nömrə ilə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbə icra nümayəndəliyində qeydə alınmışdır. Həmin akt qeydinin iddiaçıya məxsus olması iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Lakin iddiaçı bu günədək şəxsiyyətini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini almamışdır. İddiaçı hazırda zərurət yarandığından təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Göründüyü kimi, 03 noyabr 1994-cü il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə onun şəxsiyyət vəsiqəsi olmadığı halda, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki, təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 22 noyabr 1994-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 133 sayla qeyd edilmiş doğum haqqında akt qeydinin 03 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı mənsub olması və ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 22 noyabr 1994-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 133 sayla qeyd edilmiş doğum haqqında akt qeydinin 03 noyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı mənsub olması və ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar