Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1991/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlillik vəziyyətinin qiymətləndirildiyi 15.03.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05.03.2021-ci il tarixdən etibarən mənə növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə ünvan 1 ünvanında yaşayır və həmin ünvanda rəsmi qeydiyyatdadır. Məlum edir ki, 1988-ci ildə uşaq ikən ağır travmatik sınıq xəsarəti alıb. Dəfələrlə ixtisaslaşmış dövlət tibb müəssisələrində müainə və müalicə olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TƏBİB” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 05.12.2008-ci və 05.02.2021ci il tarixdə konservativ müainə olunub. Müayinə zamanı ona «Ayağın, açıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. TSEK-in qərarı əsasında ona İİİ dərəcəli əlillik təyin edilmişdir. 2000-ci il tarixdən 29.12.2020-ci il tarixə kimi DSMF-nun Sabirabad rayon şöbəsindən İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat sosial müavinat alıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillik müddətinin müəyyən edilməisnə dair” Əsasnamənin 4.2-ci maddəsinə əsasən İİİ (üçüncü) dərəcəli əlillik müddəti fasiləsiz olaraq 15 il ərzində müəyyən edilmşidir. 11 il ərzində o, İİİ dərəcəli əlil kimi pensiya alıb. 29.12.2020-ci il tarixdə növbəti müayinə vaxtı olması səbəbindən o, Sabirabad MRX-nın müvafiq göndərişi əsasında Bakı şəhərində yerləşən X3 Ordopetiya İnstitutuna əyani müainəyə göndərilib. İxtisaslaşmış tibb müəssisəsinin 05.02.2021-ci il tarixli 1441/1648 saylı arayışını Sabirabad MRX PHŞ Həkim-Məsləhət Komissiyasına təqdim edərək həkim Məsləhət Komissiyasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndəriş əsasında (FORMA 088) TSEK-ə müraciət edib. Cavabdeh orqanın 03.04.2021-ci il tarixli 0311003AAQ86 saylı bildirişlə mənə növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilib. Səbəb kimi: “Dövlət Səhiyyə müəssisəsi təərfındən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Həkim-Məsləhət Komissiyası tərəfindən göndərilən elektron göndəriş tam olaraq doldurulmuşdur. Sadəcə cavabdeh orqan əsassız və absurd səbəblər göstərməklə və Mənim qanunla qorunan hüquqlarımı kobudcasına pozmaqla mənə növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsinə qanunsuz imtina vermişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialı tərəfindən verilmiş arayışa əsasən, İddiaçı həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialından 01.04.2019-cu il tarixdən 29.12.2020-ci il tarixədək üçüncü qrup əlilliyə görə hər ay 130.0 (bir yüz otuz) manat məbləğində sosial müavinət almışdır.
4. 0311003AAQ86 saylı bildirişlə iddiaçıya növbəti müddətə əlillik təyinindən imtina edilmişdir. İmtinanın əsası kimi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş gönərişin natamam doldurulması kimi göstərilmişdir. Həkimin rəyi: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.
5. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 22.09.2010-cu il tarixli 4110003AADTF saylı göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; : X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın : gər pozğunluqları => M96 - Sümükəzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ çaldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma zastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 29.12.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan salması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ səncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ səncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlilik dərəcəsi verilmişdir. Elektron təyinatla 14.01.2016-cı ildə baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümükəzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözgüdən Poliklinikanın 16.02.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Ayağın, aşıqbaldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Sözgüdən Poliklinikanın 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ zəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin oozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmənin 06.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının əyani müayinə olunması üçün cavabdeh quruma bir ay müddət təyin edilmişdir.
7. Qərardadın icrasının nəticəsi olaraq Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, Sabirabad rayon sakini İddiaçı əyani müayinəyə cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-1(112)- 9492/2021 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, İddiaçı 27.01.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ pəncənin varus vəziyyəti. Sağ pəncənin alt səthinin kelloid dartıcı çapıq toxumaları’’ diaqnozu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir.
8. İddiaçı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında 15.03.2021-ci il tarixdə qiymətləndirilmişdir.
9. İddiaçı tərəfindən təqdim edilən ərizə əsasında iddia tələbinin əlillik vəziyyətinin qiymətləndirildiyi 15.03.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
14. İddiaçı məhkəməyə müraciət etdiyi 17.08.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 15.03.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
18. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
19. İddia prosessual qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi 01.10.2021-ci il tarixə qədər təqdim edildiyindən Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli məhkəmədir.
20. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya ilk dəfə əlilik Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 22.09.2010-cu il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə elektron təyinatla 14.01.2016-cı ildə baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
24. Sabirabad Mərkəzi rayon Xəstəxanasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ zəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7);
26. Məhkəmə qeyd edir ki, Sabirabad Mərkəzi rayon Xəstəxanasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişinə (forma 88) əsasən müəyyən edilir ki: - göndəriş verən müəssisədə 24.12.2008-ci il tarixdən qeydiyyatdadır; -status localis qrafasına əsasən, 1998-ci ildə avtoqəzada xəsarət alıb, Minsk şəhərində müalicə alıb. Sağ pəncənin alt səthində Kobud Kellıd ağrılı çapıq toxumalar ıztənıtır.bag pəncədə varus deformasiya izlənilir. İİ-İİİ-İV daraq sümüklərində bitişmiş sınıq izlənilir,hərəkət ağrılıdır.(Xəstəyə TSEK-dən imtina verilib,xəstə 04.0302021-ci ildə DTSERX-də şikayətdə olub,yenidən forma 088 verildiyi təqdirdə qrup təyin ediləcəyi bildirilmişdir); - ümumi cərrah tərəfindən müayinənin nəticəsinə əsasən, S92 Ayağın, aşıq-batdır oynağı sınığı istisna olmaqla sınığı 1998-ci ildə avloqəzada xəsarət alıb, Minsk şəhərindəmüalicə atıb.Sağ pəncənin alt səthində kobud kellid ağrılıçapıq toxumalar izlənilir. Sağ pəncədə varus deformasiyaizlənilir, İl-lll-lVdaraq sümüklərində bitişmiş sınıq izlən ilir, hərəkət ağrılıdır. - Sümük/s rentgenoqrafıyasına əsasən Sağ pəncənin İİ, İİİ, İV daraq sümüklərində bitişmiş sınığa məxsus döyənək izlənilir, sağ pəncədə varus deformasiya izlənilir.
27. Sabirabad Mərkəzi rayon Xəstəxanasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişinə (forma 88) əsasən ilə müəyyən edilir ki: Əsas diqanoz: S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sağ pəncənin İİ-İ1İ-İV daraq sümüklərinin bitişmiş sınıqları Ağırlaşması: M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti. R52.2 Digər daimi ağrı Ağrı sindromu L91.0 Hipertrofık çapıq Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları
28. Məhkəmə qeyd edir ki, Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən 14.01.2016-cı il tarixli Forma 88 arayış məzmunu və mahiyyəti baxımından Sabirabad Mərkəzi rayon Xəstəxanasının 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişindən (forma 88) fərqlənmir (həmin göndəriş əsasında əlillik təyin edilmişdir). Cavabeh 14.01.2016-ci il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bildirmir.
29. Sabirabad Mərkəzi rayon Xəstəxanası tərəfindən təqdim edilən 05.03.2021-ci il tarixli 0311003AARHU saylı göndərişdə (forma 88) XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.5-ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT-10-a əsasən M21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (ümumi cərrah tərəfindən obyektiv müayinənin nəticəsi və Sümük/s rentgenoqrafıyasına əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının 15.03.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 15.03.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı əlillik vəziyyətinin qiymətləndirildiyi 15.03.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva