Məhkəmə qərarları › İş №2-1(112)-1992/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1992/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1992/2020 17.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyət siyahısına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində xx xxxxx N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. N saylı hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. Hərbi əməliyyatlarda iştirak etmək üçün ona AKM-JNJN N298 nömrəli avtomat verilmişdir ki, həmin silahı xx.xx.N992-ci il tarixdə rota komandiri İlqar Əsədova təhvil vermişdir. Bu barədə hərbi biletinin N0-cu səhifəsində qeyd aparılıbdır. Həmin dövrdə onunla bərabər rota komandiri İlqar Əsədov, X3, X9, XN, X6, X5, X7 iştirak etmişlər. Həmin şəxslər hazırda müharibə veteranları hesab olunurlar. Onlar da onun həmin hərbi hissədə onlarla bərabər döyüşlərdə iştirak etməyini bir şahid kimi təsdiq edə bilərlər. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqədlərin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə xx.xx.20N9-cu il tarixli, İİZ-N4708 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda deyilmişdir ki, “Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. xx.xx.20N9-cu il tarixli 9N2-N0630 saylı Arxiv arayışı ilə əlaqədar bildirmişdir ki, həmin arayışda göstərilən N69 saylı hissədə xidməti olkə prezidenti Heydər Əliyevin çağırışı əsasında olmuşdur. N993-cü ilin axırlarında Ulu Öndərin çağırışı ilə yenidən könüllü olaraq yeni yaradılan N69 saylı hissədə zabit kimi xidmət etmişdir. Həmin hərbi hissədə Murov dağında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin hərbi hissə tez dağıldığına görə və ya digər səbəbdən hərbi biletinə qeydlər edilməmişdir. Məhkəmənin nəzərinə həmçinin onu da çatdırmışdır ki, hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanması və digər məsələlər barədə əmrlər verilmişdir. Həmin əmrləri və arayışları ərizəsinə əlavə etmişdir. Ona verilən bu imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, həmin hərbi hissədən xx.xx.N992-ci il tarixli, 025 saylı əmrlə tərxis edilmişdir. Tərxis edilməyi barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Hazırda həmin hərbi hissə dağıldığı üçün müvafiq arayışların alınması imkan xaricindədir. Komissiyada onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı kifayət gədər araşdırılmamışdır. Məhz bu səbəbdən əsassız olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N963-cü ildə Oğuz rayonu, Xaçmaz kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992-xx.xx.N992-ci il tarixdə Laçın-Şuşa-Fizüli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. - Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqının 88 №-li, xx.xx.N992-ci il tarixli arayışından görünür ki, erməni qondarmalarına qarşı gedən döyüşlərdə iştirak etməsi üçün “Baktunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində sürücü işləyən İddiaçı əmək haqqı saxlanılmaqla xidmətə dəvət olunmişdur. Əsas Nazirlər Kabinetinin N3N №-li, xx.xx.N992-ci il tarixli qərarının 3-cü və 4-cü bəndləri. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N29 №-li, xx.xx.N992-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə erməni qondarmalarına qarşı gedən döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. - X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, N992-ci ildə hərbi hissənin qərargah rəisi vəzifəsində işləyərkən hərbi qulluqçu İddiaçı İspendiyar oğlu həmin hissədə hərbi xidmət keçmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla əlaqədar olaraq onun N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması və həmçinin Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etməsi barədə qeydlə qərargah rəisi kimi tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N69 saylı hərbi hissənin N №-li, 04.N994-cü il tarixli arayışından görünür ki, rota komandiri İddiaçı xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cu ilə kimi N69 saylı hərbi hissədə xidmət etmişdir. -“Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş N33/KŞ №li, xx.xx.N992-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı N9.04.92-ci ildən 26.NN.92-ci ilə qədər hərbi qulluğda olduğunu nəzərə alaraq 26.NN.92-ci ildən işə başlamışdır. Əsas: 776 №-li h/h-nin №-siz arayışı. -“Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş 4/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı N69 №-li hərbi hissənin arayışına əsasən xx.xx.N994-cü ildən həmin hissədə hərbi xidmətdədir. Əsas: arayış № N06 xx.xx.N994-cü ildən rəisin dərkənarılə. -“Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş N0/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluğda olduğu dövürdə əmək haqqı saxlanılmışdır. Əmr xx.xx.N994-cü il tarixindən 4/KŞ№-li əmrə əlavə verilmişdir. -“Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş 39/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluqdan qayıtdığını nəzərə alaraq xx.xx.N994-cüi ildən öz iş yerinə bərpa edilmişdir. Əsas N69 №-li h/h-nin arayışı. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N0630 №-li Arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış N963-cü il təvəllüdlü İddiaçı N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 4 №-li əmrilə (əsas: səh.N6, §N, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Leytenant İddiaçı N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-xx.xx.N994-cü il tarixədək Gəncə- Qazax şəhərlərinə ezamiyyətə göndərilmişdir. xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamışdır. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N992-ci il tarixii nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin mart-may N992-ci il tarixli nizami hissə üzrə əmrləri, N69 nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Müdafiə nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli, N/Z-N4708 №-li iddaçıya ünvanlanan məktubundan görünür ki, “Müharibə Veteran" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş HP 0N/N34 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin Z 7079 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N963-cü ildə Azərbaycan Respublikası, Oğuz rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı işlədiyi - “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsindən hərbi xidmətə getmiş, xx.xx.N992xx.xx.N992-ci il tarixdə Laçın-Şuşa-Fizüli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmiş, N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 4 №-li əmrilə (əsas: səh.N6, §N, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuş, N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-xx.xx.N994-cü il tarixədək Gəncə-Qazax şəhərlərinə ezamiyyətə göndərilmiş, xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış, N69 nömrəli hərbi hissənin arayışına əsasən xx.xx.N994-cü il tarixdən öz iş yerinə bərpa edilmişdir. İddiaçı N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması, həmçinin Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etməsi barədə hərbi biletinə qeydləri həmin dövrdə hərbi hissənin qərargah rəisi X8 tərəfindən edilmişdir. Məhkəmə qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin mart-may N992-ci il tarixli nizami hissə üzrə əmrləri, N69 nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması əsas gətirilərək iddiaçının həmin hərbi hissələrdə xidmət etməsi barədə məlumatların mövcud olmaması barədə cavabdehin dəlilləri əsaslı qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallara qiymət verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 22.N-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.N.N-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.N.N-ci və 28.N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.N-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.N-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.N-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar