Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1992/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dayandırılmış pensiyanın bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş, lakin xx xxxx 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx xxxx 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-cı ildə Salyan rayonunun Nəvahi kəndində doğulmuşdur. xx xxx 1980-ci ildən xx xxxx 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx xxxx 1977-ci ildən xx xxx 1985-ci ilə qədər 1 nömrəli Yol Tikinti İdarəsində fəhlə, xx xxxxxx 1982-ci ildən xx xxx 1992-ci ilə qədər Ələt ağac emalı kombinatında operator, xx xxxx 1992-ci ildən xx xxxx 1994-cü ilə qədər AzQaz X2 kalmaz yeraltı qaz saxlama stansiyasında üçüncü dərəcəli texnoloji kompressorların maşinisti, xx xxxx 1994-cü ildən xx xxxxxx 1994-cü ilə qədər “xxxx” QSC-nin Sanqaçal stansiyasında baş konduktorun şagirdi, xx xxxxxx 1994-cü ildən xx xxxxxxx 2000-ci ilə qədər Sanqaçal stansiyasnda baş konduktor, xx xxxxxxx 2000-ci ildən xx xxxxxxxx 2013cü il qədər Puta stansiyasında baş konduktor, xx xxxxxxxx 2013-cü ildən xx xxxxxx 2018ci ilə qədər həmin stansiyada yük qatarlarının konduktoru vəzifəsində işləmişdir. 57 yaşı tamam oldğu tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını tamamladığından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ASAN Xidmət vasitəsi ilə DSMF-nun Qaradağ rayon Şöbəsinə müraciət etmişdir. Həmin müraciəti əsasında ona DSMF-nun Qaradağ rayon Şöbəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bir müddət əmək pensiyası aldıqdan sonra xx xxxx 2019-cu il tarixdə pensiyasının ödənişi dayandırılmışdır. Bununla əlaqədar, DSMF-yə müraciət etdikdə, ona bildirmişlər ki, onun xx xxxxxx 1994-cü ildən xx xxxxxxxx 2013-cü ilə qədər baş konduktor işlədiyi vəzifə güzəştli peşələr siyahısında mövcud olmamışdır. Həmin hal, DSMF tərəfindən müəyyən edildikdən sonra səhv təyinat aparılmış pensiya dayandırılmışdır. Qeyd olunan anlaşılmazlığın aradan qaldırılması ilə əlaqədar işlədiyi “xxxx” QSC-yə müraciət etmişdir. İşə götürən müəssisə ona izah etmişdir ki, işlədiyi baş konduktor vəzifəsi faktiki olaraq güzəştli siyahıda olan yük konduktorlarının peşə xüsusiyyətlərini özündə əks etdirir. Bununla bağlı, “xxxx” QSC tərəfindən ƏƏSMN-nin müavininə müvafiq izahedici məktub göndərilmişdir. Həmin məktubdan görünür ki, baş konduktor vəzifəsi işəgötürən müəsissə tərəfindən hərfi olaraq baş konduktor kimi qeyd olunsa da, əslində həmin vəzifə yük qatarlarının konduktoru kimi başa düşülməlidir. Müəssisə tərəfindən qeyd olunan nöqsan aşkar edildikdən sonra 2013-cü ilin 23 avqust tarixində, 71 s nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarına uyğun olaraq baş konduktor və konduktor vəzifələri yük konduktorları adlandırılmışdır. Bununla əlaqədar, xx xxxxxxxx 2013-cü il tarixdə onunla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişiklilər edilərək icra etdiyi baş konduktor vəzifəsinin adı yük qatarlarının konduktoru olaraq qeyd edilmiş və o, həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, 1994-2013-cü illər ərzində icra etdiyi baş konduktorun əmək funksiyaları yük qatarlarının konduktoru vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşki ledir. Adıçəkilən məktub nazirliyə göndərilsə də, hələ də, onun pensiyasının bərpası istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. Qanunda qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomativ briqalarının fəhlələri və ayrı-ayrı kateqoryalı işçilər bəndində (21.4) yük qatarlarının konduktorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi x xxxx 1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1994-xx.xx.2013-cü il tarixləri dövr ərzində “xxxx” QSCnin Səngəçal və Buta stansiyalarında baş konduktor vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə münasibətə (etiraza) uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx xxxx 1977-ci ildən xx xxx 1985-ci ilə qədər 1 nömrəli Yol Tikinti İdarəsində fəhlə, xx xxxxxx 1982-ci ildən xx xxx 1992-ci ilə qədər Ələt ağac emalı kombinatında operator, xx xxxx 1992-ci ildən xx xxxx 1994-cü ilə qədər AzQaz X2 kalmaz yeraltı qaz saxlama stansiyasında üçüncü dərəcəli texnoloji kompressorların maşinisti, xx xxxx 1994-cü ildən xx xxxxxx 1994-cü ilə qədər “xxxx” QSC-nin Sanqaçal stansiyasında baş konduktorun şagirdi, xx xxxxxx 1994-cü ildən xx xxxxxxx 2000-ci ilə qədər Sanqaçal stansiyasnda baş konduktor, xx xxxxxxx 2000-ci ildən xx xxxxxxxx 2013-cü il qədər Puta stansiyasında baş konduktor, xx xxxxxxxx 2013-cü ildən xx xxxxxx 2018-ci ilə qədər həmin stansiyada yük qatarlarının konduktoru vəzifəsində işləmişdir. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxx 1980-ci ildən xx xxxx 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş D-10/3 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, xxxxnın stansiyalarında hal-hazırda Qatar tərtibçiləri və yük qatarların konduktorları vəzifələri fəaliyyət göstərməkdədir. Yaranmış istehsalat zərurəti ilə əlaqədar Yol rəisinin xx xxxxxx 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/s saylı əmrinə əsasən Baş Konduktor vəzifəsi yük qatarlarının konduktoru vəzifəsi ilə əvəz edilmişdir. Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər. İşdə olan Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktorunun vəzifə təlimatlarından görünür ki, Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər. İşdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Sədrininin xx xxxxxx 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/s saylı əmrinin surətindən görünür ki, bütün stansiya və müəssisələrin aidiyyəti sənədlərində müvafiq dəyişiklilər edilməklə sahə dispetçeri vəzifəsinin adı qatar dispetçeri, baş konduktor, konduktor vəzifələrinin adları, yük qatarlarının konduktorları, çeşidləmə təpəsinin növbətçisi və çeşidləmə təpəsinin opertoru vəzifələrinin adları tərtibat təpələrinin növbətçisi və operatoru ilə əvəz edilmişdir. İşdə olan “xxxx” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanmış məktubdan görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Puta stansiyasında yük qatarlarının konduktoru vəzifəsində işləmiş İddiaçı ərizə ilə Cəmiyyətə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə 57 yaşında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdən dayandırıldığını, bunu onun yük qatarlarının konduktoru vəzifəsində stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajından az təşkil etməsi ilə izah edildiyini bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, İddiaçı əmək funksiyalarını xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 2000-ci il tarixədək Səngəçal stansiyasında baş konduktor, xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxxx 2013-cü il tarixədək Puta stansiyasında baş konduktor vəzifələrində, xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2018-ci il tarixədək isə vəzifə adından edilmiş dəyişikliyə əsasən yük qatarın konduktoru vəzifəsində həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 21.4-cü bəndinin birinci abzaısna əsasən “yük qatarlarının konduktorları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr sırasında müəyyən edilmişdir. Lakin, qeyd edilməlidir ki, bu adda vəzifə 2013-cü ilədək “xxxx” ASC-də mövcud olmadığından həmin vəzifə üzrə funksiyaları icra edən baş konduktor və konduktor vəzifələrində çalışan şəxslərin güzəştli pensiya hüququndan istifadə etmələrində çətinlik yaradırdı. Göstərilən səbəbdən, Cəmiyyət sədrinin xx xxxxxx 2013-cü il tarixli, 71/S nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq “baş konduktor” və “konduktor” vəzifələri “yük” qatarlarının konduktorları” adlandırılmışdır. Bununla əlaqədar, xx xxxxxxxx 2013-cü il tarixdə İddiaçıla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişiklilər edilərək icra etdiyi “baş konduktor” vəzifəsinin adı “yük qatarlarının konduktoru” olaraq qeyd edilmiş və İddiaçı həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. İddiaçı xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxxxx 2013-cü il tarixədək icra etdiyi “baş konduktor”un əmək funksiyaları (yük qatar və vaqonlarının qəbulu, təhvili, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanılması, qatarın avtomat tormozlarının sınağında iştirakı, mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi, habelə manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərlik funksiyaları) “yük qatarlarının konduktoru” vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş tələb olunan güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, cavabdehin etirazda əsaslandığı illər üzrə - xx.xx.1994-xx.xx.2013-cü il tarixləri ərzində “xxxx” QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsi, Cəmiyyətin sədrinin xx xxxxxx 2013-cü il tarixli, 71/S nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq “yük qatarlarının konduktorları adlandırılmışdır. İddiaçı xx xxxxxx 1994-cü il tarixdən xx xxxxxxxx 2013-cü il tarixədək icra etdiyi “baş konduktor”un əmək funksiyaları (yük qatar və vaqonlarının qəbulu, təhvili, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanılması, qatarın avtomat tormozlarının sınağında iştirakı, mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi, habelə manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərlik funksiyaları) “yük qatarlarının konduktoru” vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Göründüyü kimi, İddiaçı xx.xx.1994-xx.xx.2013-cü il tarixləri ərzində “xxxx” QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğu halda, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq, xx.xx.2017-ci il tarixdə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq, sübutlar nəzərə alınmamış, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin, iddiaçıya təyin edilmiş pensiyasının dayandırılması ilə müşaiyət olunan hərəkətləri əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş, lakin xx xxxx 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və xx xxxx 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1992/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1992/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver