Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1993/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “İddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi və 500 manat miqdarında kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılması” barədə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “İddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi və 500 manat miqdarında kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən inzibati –prosessual qanunvericiliyə əsasən işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün 20 noyabr 2020-ci il tarixinə, sonradan 22 fevral 2021-ci il tarixlərinə məhkəmə iclasları təyin edilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iddiası üzrə cavabdehlə aralarında barışıq mövqeyi nəzərə alınaraq, həmin məhkəmə işinə xitam verilməsini xahiş etmişdir. Ərizədən göründüyü kimi, iddiaçı onun iddia ərizəsində göstərilmiş “müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi və 500 manat miqdarında kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 55-ci –ci maddəsində göstərilmişdir: “Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir.55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.” İş materiallarından göründüyü kimi iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdehə ünvanlanmış müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi və 500 manat miqdarında kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdehə ünvanlanmış müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi və 500 manat miqdarında kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılması” barədə iddia ərizəsi gеri qaytarılaraq icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1993/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1993/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver